Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə4/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   2   3   4   5   6   7   8   9   ...   185

14

“Deməli,  Şərq  adamısınız.  Əlbəttə,  nəyi  demək,  nəyi 

deməmək  barədə  azadsınız,  amma  onu  deyim  ki,  Şərq  bi-

zim  diqqətimizi  həmişə  çəkir.  Müəlliflərimiz  arasında  Şərq 

mövzusunda yazanlar kifayət qədərdi. Ümidvaram ki, Sizin 

təklif elədiyiniz əsərlər də maraqlı olacaq”.

“Mən  Şərqin  çox  zəngin  ölkəsində,  faciəvi  hadisələrin 

baş  verdiyi  məmləkətdə  doğulmuşam,  herr  Tal,  –  dedi.  – 

Kiyevdə, İstanbulda, Parisdə kitablarım nəşr olunub. Təəssüf 

ki,  yol  üstündə  olduğumdan  özümlə  nüsxələrini  götür mə-

mişəm. Amma ümidvaram ki, oxuyacağınız əsərlər sizi çox 

maraqlandıracaq”.

Peter  Tal  peşəkar  naşir  duyğusuyla  əlçatarında  şikar  ol-

duğundan  həyəcanlanıb  dikəldi,  qapını  açıb  üzbəüz  otağa 

səsləndi:

“Frau Hesslinq, zəhmət olmasa, bizə iki qəhvə gətirin, – 

dedi, sonra kresloya çöküb ağıllı, hiyləgər nəzərlərini qona-

ğa  dikdi.  –  Bilirsiniz,  mən  yeddi  il  qabaq  isveçrəli  dostum 

Karl  Siliqlə  birgə  nəşr  evini  yaradanda  bu  qədər  irəli 

gedəcəyimi  düşünmürdüm.  Artıq  iki  yüz  addan  çox  kitab 

nəşr  eləmişik,  müəlliflərimiz  arasında  Herman  Hesse,  Ste-

fan  Svayq,  Aqata  Kristi,  Con  Karr  kimi  nəhənglər  var. 

Leypsiqdə  də  işlərimizi  genişləndirmək  qərarına  gəlmişik. 

Demək  istəyirəm  ki,  bizi  seçməkdə  heç  də  səhv  elə mə-

misiniz”.

Tal  həvəslə,  əl-qolunu  oynada-oynada  danışır,  əyilib 

kresloya  yaxın  dolabdan  nəşr  elədiyi  kitabları  götürür,  qo-

nağına  göstərir,  əlyazmalar  üzərində  işdən,  müəlliflərlə 

əlaqələrdən,  alıcıların  rəylərindən  söhbət  açırdı.  Xidmətçi 

iki  fincan  qəhvəni  həmsöhbətlərin  arasındakı  alçaq  mizin 

üstünə qoyub gedəndən sonra da naşirin bəlağətli nitqi da-

vam eləyirdi. Bütün bunlar çox maraqlı olsa da, söhbətlərinin 

nəticəsi,  bir  də  qoyub  gəldiyi  xəstənin  vəziyyəti  onu  daha 

çox həyəcanlandırırdı.

“Təəssüf  ki,  Sizinlə  bir  daha  görüşəcəyimizi  əminliklə 

söyləyə bilmərəm, herr Tal, – dedi, – ola bilsin, heç kitabla-




15

rımın  nəşr  olunduğundan  da  xəbər  tutmayım.  Bununla 

belə,  əlyazmalarımı  Sizə  əmanət  qoymaq  qərarına  gəldim. 

Hər halda, ümidvaram ki, oxuyub dəyərləndirəcəksiniz...”

“Əlbəttə,  əlbəttə,  bundan  arxayın  ola  bilərsiniz,  –  naşir 

gülümsəyə-gülümsəyə  əllərini  yana  açdı.  –  Düzdü,  indi 

işlərimiz  həddən  çoxdu,  az  qala,  gecə-gündüz  işləyirik, 

amma fürsət tapıb əlyazmalarla tanış olaram”.

Qovluqları 

Tala 


uzadanda 

bütün 


vücudunun 

gərginləşdiyini, əllərinin titrədiyini hiss elədi. Elə bil ümid-

siz,  tutqun,  ağrıyla  dolu  günlərində  kağıza  köçürdüyü  ya-

şantılarını  dəmir  saxlanca  qoymaq  üçün  verirdi,  həmin  ya-

şantılar bu yad məmləkətdə dustaq qalacaqdı, bəlkə də heç 

vaxt  işıq  üzü  görməyəcəkdi.  Amma,  ola  bilsin,  bu  işgüzar 

naşir  əlyazmaların  yolunu  açacaq,  yazdıqlarını  bütün  dün-

yaya tanıdacaqdı.

Peter Tal qovluqları alıb üzərində səliqəli xətlə yazılanla-

rı oxudu:



“Kurban  Said...  Ali  und  Nino”...  “Kurban  Caid.  Das  Magc-

hen vom goldenen Horm...” Hmmm... Çox maraqlıdı, – sonra 

yəqin  müəllifə  əsərini  tərifləməyin  düşər-düşməzi  olduğu-

nu  fikirləşib  heyrət  çalarını  bir  qədər  azaltdı.  –  Maraqlıdı... 

Ümidvaram  ki,  yaxın  müddətdə  əlyazmalarla  tanış  olmaq 

imkanı  yaranacaq.  Bəs  nəticəni  hansı  ünvana  bildirməyi 

arzu edərdiniz?”

Sual onu fikirləşməyə məcbur elədi. Ceyhun bəyin ünva-

nını  verə  bilərdi,  amma  bundan  sonra  onunla  əlaqə  saxla-

maq  imkanı  olacağına  ümid  bəsləmirdi:  Məhəmməd  Ağa-

oğlunu  məsələdən  agah  eləyə  bilərdi,  xəstə,  imkansız, 

Vətənə  qayıtmaq  ovqatında  olmayan  cavanın  da  gələcəyi 

sual altındaydı, bu vəziyyətdə onu qoymaq istəmirdi.

“Herr  Tal,  –  nəhayət,  qəti  qərara  gəlib  dilləndi,  –  düzü, 

məni  nəticədən  çox  indi  məsələnin  maddi  tərəfi  maraqlan-

dırır. Yol xərclərimi ödəmək, bir xəstə tələbənin müalicəsinə 

müəyyən  məbləğ  vermək  üçün  qələmhaqqına  ehtiyacım 




16

var.  Ümidvaram  ki,  əlyazmalar  sizi  təmin  eləyəcək,  nəşrin-

dən qat-qat artıq mənfəət götürəcəksiniz”.

 Naşirin gözlərindəki işıq artdı. Qarşısında oturan bu ca-

van,  naməlum  adam  qəribə  tipdi:  əsl  ad-soyadını  gizlədir, 

əlyazmalardan  nəyin  bahasına  olur-olsun,  xilas  olmaq 

istəyir,  sözləşmə-filan  tələb  eləmir,  belə  görünür,  umduğu 

da iri məbləğ deyil, mövzu Şərqdisə, həmin məbləği ən adi 

kitabdan belə, çıxarmaq olar. Deyəsən, riskə getməyə dəyər.

 “İndiki vəziyyətdə riskə gedib sizə ancaq dörd yüz mar-

ka  verə  bilərəm,  –  Peter  Tal  sifətinə  mərhəmət  əlamətləri 

qondurub iltifatla dilləndi. – Adətən əlyazmalarla tanış olur, 

sonra  müəlliflərlə  danışıq  aparırıq.  Bu  dəfə  vəziyyətinizi 

nəzərə alıb ənənəmizi pozmağa məcburam”.

  Təklif  olunan  iri  məbləğ  deyildi,  amma  indiki 

vəziyyətində  buna  da  şükür  eləməliydi,  bu  yad  şəhərdə 

başqa üz tutmalı bir kimsə yox idi. Beynindən qüssəylə ke-

çirdi:  “Nolar,  bəy  verən  atın  dişinə  baxmazlar”,  amma  ağ-

zından nəzakət dolu sözlər çıxdı:

  “İltifatınıza  görə  çox  sağ  olun,  herr  Tal,  –  dedi.  – 

Əminəm  ki,  atdığımız  bu  addımdan  peşman  olmayacaqsı-

nız. İndi icazənizlə mən gedim, yol üstündəyəm, qatara çat-

malıyam”.

 “Şərq... – naşir ayağa qalxa-qalxa dilləndi. – Şərq həmişə 

sirli-sehrlidi.  Elə  Sizin  qəfildən,  özünüzü  tanıtmadan  gəlib 

mənə  –  ilk  dəfə  qarşılaşdığınız  adama  iki  əlyazma  verib, 

ünvan  qoymadan  getməyinizin  özü  roman  mövzusudu, 

bəlkə,  nə  vaxtsa  belə  bir  əsər  yazılacaq.  İndisə  sizə  ancaq 

uğurlu yol arzulaya bilərəm”.

***


Cəmi  iki  saat  sonra  Zentralbahnhof  vağzalında  Vyana-

Moskva  qatarına  bilet  alıb,  ikinci  dərəcəli  vaqondakı  yerini 

tutmuşdu. Özündə qəribə rahatlıq duyurdu, elə bil, qəfildən 

illərlə  çiyinlərini  əzən  yük  götürülmüş,  qəddi  bir  qədər 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə