Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə6/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   2   3   4   5   6   7   8   9   ...   185

21

Az  sonra  Bakıda  “Arvad  qiyamı”  baş  verdiyi  barədə 

xəbərlər  gəlməyə  başladı.  Qıtlıqdan,  bahalıqdan  cana  doy-

muş qadınlar ayağa qalxıb dükanları, anbarları, dəyirmanları 

darmadağın eləmişdilər. Hökumət onlara qarşı polis göndər-

məyə məcbur olmuşdu, ölənlər və yaralananlar vardı.

Fevralın axırındasa Peterburqdan çarın taxtdan salındığı, 

Müvəqqəti  Hökumətin  yarandığı  barədə  xəbərlər  gəldi.  O 

günlərdə  Yusif  Vəzir  sevincindən  özünə  yer  tapa  bilmir, 

yeməyi-içməyi  belə  unudub  şəhərdəki  dostlarını  bir  yerə 

yığmağa,  bundan  sonra  neyləyəcəkləri  barədə  məsləhətləş-

məyə  can  atırdı.  Martın  ilk  günlərində  Bakıda  fəhlə-əsgər 

deputatları  Soveti  qurulduğu,  müsavatçıların  islam-türk, 

bol şe viklərin  Lenin  bayrağı  altında  birləşib  hakimiyyətə 

yiyələnmək  uğrunda  mübarizəyə  başladıqları  barədə  həyə-

canlı xəbərlər almağa başladı. Əlbəttə, belə vəziyyətdə əlini 

əlinin üstünə qoyub sakit otura biməzdi.

Seçimi  barədə  fikirləşməyə  ehtiyac  da  yox  idi:  tələbələri 

başına yığıb Türk Ədəmi-Mərkəziyyət – Müsavat firqəsinin 

Kiyev  təşkilatını  yaradanda  millətinin  istiqlalından  başqa 

bir şey düşünmürdü: müharibə, səfalət, anarxiya girdabında 

boğulan imperiya dağılırdı, nə vaxtdan əsarət boyunduruğu 

altında  zülm  çəkən  millətlər  azadlığa  çıxacaqdılar,  belə 

məqamda  Azərbaycan  türkləri  də  öz  müqəddəratlarına  sa-

hib  çıxmağa  hazır  olmalıydılar.  “Azərbaycan  muxtariyyəti” 

ideyası  da  bununla  bağlıydı,  Azərbaycan  Koloniyasına  da 

ona  görə  daxil  olmuş,  Ukrayna  Millətlər  qurultayına  bu 

məqsədlə getdi, yaradılan şurada üç əqidə dostuyla millətini, 

məmləkətini  bu  səbəbdən  təmsil  elədi,  təəssüratlarını  qə-

ləmə alıb “Açıq söz” qəzetinə göndərdi...

Bakıdasa  hadisələr  ağlasığmaz  sürətlə  baş  verir,  elə  hey 

həyəcanlı  xəbərlər  gəlirdi.  Ümumrusiya  Sovetlər  qurulta-

yında  Azərbaycanı  təmsil  eləyəcək  nümayəndələr  arasında 

bir  türk  belə  yox  idi;  az  sonra  Bakıda  elan  olunan  Sovet 

hakimiyyətinin  İcraiyyə  Komitəsinə  türklərdən  bir  nəfər 



22

belə  salınmamışdı,  Alyoşa  (Prokopiy)  Caparidze  sədr,  Ara-

kelyansa  onun  müavini  idi,  Stepan  Şaumyan  ümumi  lider 

rolunu  oynayırdı;  Xan  Xoyski  Dövlət  Dumasının  üzvü 

seçilsə  də,  Duma  süquta  uğradığından  yaranmış  hakimiy-

yətsiz  likdən  Şaumyan  və  dəstəsi  bacarıqla  istifadə  eləmiş-

dilər. 

Yusif  Vəziri  ağrıdan  bir  də  bu  idi  ki,  doğmaca  əmisi 



oğlu,  uzun  illərin  dostu,  qabiliyyətinə  heyran  olduğu  Mir 

Həsən də aradakı səddin o tərəfində, solçuların yanındaydı. 

Belə  görünürdü  ki,  nə  vaxtsa  siyasi  rəqib  kimi  üz-üzə 

gələcəklər,  onda  necə  hərəkət  eləyəcəyini  indidən  kəsdirə 

bilmirdi.

O ilin son ayında Bakı Sovetinə seçkilər keçirilsə də, hələ 

vəziyyət  çox  qarışıq  idi:  müsavatçılar  cəmi  18  yer  almışdı-

lar,  üstəlik,  Şəhər  Duması,  Müsəlman  Milli  Şurası,  erməni 

Milli  Şurası  da  hakimiyyətə  iddia  eləyir,  yeni  firqələr  yara-

nırdı. Belə vəziyyətdə Yusif Vəzir nikbinliyini itirmir, “Açıq 

söz”ə  göndərdiyi  məqaləsində  artıq  gələcək  milli  dövlətin 

atributları  barədə  düşünürdü:  “Hər  bir  millətin  özünəməxsus 



bir  milli  nəğməsi  var.  O  nəğmə  oxunduqda  millət  fərdlərinin 

ruhu ucalır... Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ru-

humuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır”. 

Həmin  vaxt  Vətənindən  gələn  xəbərləri  həyəcanla  izlə-

yirdi.  Bakıda  sular  durulmur,  milli  zəmində  nifaqın  ilk 

əlamətləri görünürdü. Artıq bolşeviklərin qırmızı qvardiya-

sı,  erməni  milli  daşnak  qvardiyası,  rus-slavyanların,  men-

şevik-eserlərin silahlı dəstələri üz-üzə dayanmışdılar, müsəl-

man könüllüləri Lənkəranda “Dikaya diviziya” yaradırdılar, 

hərəsinin  sıralarında  da  dörd-beş  min  döyüşçü  vardı. 

Müsəlmanlar Caparidzedən tədbir görməyi tələb eləyirdilər, 

Nərimanovun  mənzilində  qarşıdurmaya  yol  verməməklə 

bağlı  Rəsulzadənin  və  Şaumyanın  da  iştirak  elədiyi  yığın-

caq olmuş, yığıncaqdan sonra Nəriman Nərimanov məscidə 

gedib camaatın qarşısında çıxış eləmişdi ki, fitnələrə uyma-

sınlar.



23

Amma  Androniklə  gizli  əlaqə  saxlayan,  “Daşnaksü-

tyun”un  “Böyük  Ermənistan”  planının  gerçəkləşməsinə  ça-

lışan,  yerli  türklərin  qalib  gəlib  Bakını  Azərbaycanın  pay-

taxtına  çevirəcəklərindən  qorxan  Şaumyan  mart  qırğınına 

xeyir-dua  vermişdi.  Guya,  şəhərdə  müsəlmanların  bütün 

rusları  qırdıqları  barədə  şayiələr  ehtirasları  qızışdırmış, 

şəhər gəmilərdən top atəşinə tutulmuş, fürsət gözləyən daş-

naklar  dərhal  kütləvi  qətllərə,  talanlara  başlamış,  evlərə  od 

vurmuşdular. Stepan Lalayan və Tatevos Əmirov Şamaxıda, 

Hamazasp  Qubada  və  ətraf  rayonlarda  amansız  qırğınlar 

törətmişdilər.  On  minlərlə  adamın  həyatı  bahasına  başa 

gələn  qırğın,  nəhayət,  səngiyəndən  sonra  Müsəlman  Sosia-

list  Bürosu  yaranmış,  Nərimanov  sədr,  bir  müddət  müəl-

limlik eləyəndən sonra inqilabçılara qoşulub gizli tapşırıqla 

Şuşaya  göndərilmiş,  Bakıya  qayıdıb  qızğın  siyasi  fəaliyyətə 

başlamış Mir Həsən Vəzirov katib seçilmişdi. 

Sonra  “Daşnaksütyun”  partiyası  Bakı  komitəsinin  üzvü 

Stepan  Şaumyanın  başçılıq  elədiyi  Bakı  Xalq  Komissarları 

Soveti yaradılmış, ermənilərin əsl niyyətindən xəbərsiz olan 

Mir  Həsən  də  torpaq  komissarı  olmuşdu.  Bakı  Sovetinin 

“Daşnaksütyun”un  dörd  minlik  hərbi  qüvvələrinin  də  qo-

şulduğu erməni və ruslardan ibarət dəstələri Nuru Paşanın 

komandanlıq elədiyi Qafqaz İslam Ordusunun Bakıya doğ-

ru  irəliləməsinin  qarşısını  almağa  can  atırdı.  Yerli  türkləri 

də  müqavimətə  cəlb  eləmək  üçün  təbliğat  aparılması  Mir 

Həsənə  həvalə  olunmuşdu,  o  da  iyulun  əvvəllərində  Bakı 

Şəhər Dumasının binasında müsəlmanlarla görüşüb kömək 

istəmiş,  üstəlik,  Qafqaz  İslam  ordusuna  yardım  fikrində 

olanları da təhdid eləmişdi.

Amma bütün bunlar fayda vermədi. Hərbi və dəniz ko-

missarı  Qriqori  Korqanov  Lazar  Biçeraxovun  İrandakı  ka-

zak  dəstələrini  türklərə  qarşı  vuruşmaqdan  ötrü  Bakıya 

dəvət eləməsi də işə yaramamışdı. Hətta, şəhərin müdafiəsi 

üçün ingilislərə müraciət olunması barədə də qızğın müza-

kirələr getmişdi. Daşnak-menşevik və eserlər ingilis konsu-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə