Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə7/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   2   3   4   5   6   7   8   9   10   ...   185

24

lu Ronald Mak Donellin rəhbərliyi altında “Sentrokaspi dik-

taturası” adlanan hakimiyyət yaradıb şəhəri ələ keçirmişdilər, 

komissarların ixtiyarındasa yalnız Petrov meydanı qalmışdı. 

İngilislər  general-mayor  Lionel  Denstervillin  komandanlığı 

altında  şəhərə  girəndən  sonra  Həştərxana  yola  düşmək 

istəyən komissarları Jiloy adası yaxınlığında həbs eləyib Ba-

kıya qaytarmış, sonra Qızılsuya aparmışdılar. Amma Qafqaz 

İslam  Ordusu  “Sentrokaspi  diktaturası”  qüvvələrinin  də, 

ingilislərin  də  müqavimətini  qırıb  sentyabırın  15-də  şəhərə 

girmişdi.

Mayın 28-də istiqlalın elanını göz yaşları içində eşidəndə 

də, hələlik türklərin azad elədiyi Gəncədə fəaliyyət göstərən 

Milli  hökumətin  Kiyev  nümayəndəsi  olmaq  barədə  təklif 

alanda  da  siyasətin  içində  olduğu  barədə  düşünmürdü, 

təkcə  onu  düşünürdü  ki,  hər  kəs  bacardığı  qədər  istiqlala 

dayaq olmalıdı. Onda qəlbindəki dözülməz ağrı yalnız Mir 

Həsənin  acınacaqlı  aqibətilə  bağlıydı.  Sol  eser  olan  Mir 

Həsən,  vaxtilə  Məmməd  Əmin  Rəsulzadənin  yanında  olan 

Məşədi  bəy  Əzizbəyov  bolşevik-daşnak  toruna  necə 

düşmüşdülər, nəyə ümid eləyirdilər? O ilin payız günlərinin 

birində  komissarların  Qızılsu  limanına  aparılıb  Ağcaqum 

çölündə güllələndiyini eşidəndə Mir Həsənin taleyinə ağla-

dı. Amma eşitdiyinə görə, bir neçə nəfər, o cümlədən, Anas-

tas  Mikoyan  və  Stepan  Şaumyan  güllələnənlər  arasında  ol-

mayıblar, sonra gizlicə həbsxanadan buraxılıblar...

Ukraynadasa  ortalıq  durulmurdu,  artıq  vətəndaş 

müharibəsi  gedirdi.  Bakıyla  rabitə  kəsilmişdi.  Onda  işləri 

müavininə  tapşırıb  Ağməscidə  –  Simferopola  getmişdi  ki, 

müəyyən  dairələrlə  əlaqə  yaratsın.  Amma  Krımda  da 

vəziyyət  həddən  artıq  böhranlıydı.  Fevral  inqilabından 

dərhal  sonra  Numan  Çələbiçi  xan  –  Çələbi  Çələbiyev  və 

Cəfər  Seyidəhməd  Bağçasaraydakı  xan  sarayında  birinci 

Ümumkrım  müsəlman  qurultayı  keçirib  qurduqları 

Müvəqqəti  Krım-Müsəlman  İcraiyyə  Komitəsi  və  hökumət 



25

bolşeviklərin  təzyiqinə  cəmi  bir  neçə  ay  davam  gətirmişdi. 

Yanvarda  matroslar  Ağməscidə  soxulub  dəhşətli  qırğın 

törətmiş, Komitənin sədri və müfti Çələbiçi xanı qətlə yetir-

miş, meyitini dənizə atmışdılar, Cəfər Seyidhmədsə Osman-

lıya qaça bilmişdi. 

Apreldə  almanların  tərk-silah  elədiyi  Birinci  Müsəlman 

Korpusunun komandiri Belorus-Litva tatarlarından olan ge-

neral-leytenant  Maşey  Sulkeviç  bir  dəstə  Polşa  və  Krım  ta-

tarıyla Ağməscidə gəlib çıxdı, görünür, elə almanların razı-

lığıyla da iyunun 25-də elan edilmiş birinci hökumətin baş-

çısı  oldu.  Qrafdan,  knyazdan,  kolonistdən,  hərbçidən, 

mülkədardan  ibarət  olan  hökumətdə  camaatın  Süleyman 

bəy adlandırdığı Sulkeviç həm də hərbi və daxili işlər nazi-

riydi,  İstanbuldan  qayıtmış  Cəfər  Seyid  Əhmədsə  xarici 

işlər naziri təyin edildi.

Yusif  Vəzir  Ağməsciddə ağır  günlər  yaşayırdı.  İşləri  yo-

luna qoymaq üçün nə əlindən tutan bir kəs vardı, nə vəsait, 

nə  də  yaşamaq  imkanı.  Hətta,  səfir  təyin  olunması  barədə 

etimadnamə belə ona gəlib çatmamışdı, Bakıdan Xarici İşlər 

Nazirliyinin  diplomatik  kuryeri  onun  Kiyevdə  olduğunu 

güman  eləyib  etimadnaməylə  birgə  səkkiz  min  rubl  pulu 

ora  aparmışdı.  Kiyevsə  od  içindəydi,  kuryerin  arxasınca 

getmək  açıq-aşkar  ölüm  demək  idi.  Bu  səbəbdən  heç  onun 

öldü-qaldısından da xəbər tuta bilmədi. Dostu Həsən Səbri 

Ayvazovun  köməyilə  mümkün  işləri  görür,  amma  mənzil 

və maliyyə problemləri üzündən olmazın əziyyətlər çəkirdi. 

Hökumət hələ də ondan ötrü diplomatik nümayəndə maaşı 

nəzərdə  tutmamışdı,  buna  görə,  hətta,  kirayə  qaldığı  evin 

pulunu belə verə bilmirdi.

İyunda İstanbulda təhsil almış, İsmayıl bəy Qaspıralının 

“Tərcüman”  qəzetində  yetişmiş,  indi  “Milliyyət”  qəzetinin 

redaktoru  olan  Həsən  Səbri  Ayvazovdan  türk-tatar  dilində 

çıxan  “Millət”  qəzetilə  əməkdaşlıq  eləmək  təklifi  aldı.  Bu 

ondan  ötrü  zamanın  burulğanında  az  qala  xilas  yolu  idi. 



26

Qəzetin ilk sayı ötən il iyunun 27-də çıxmış, onda Cəfər Se-

yid  Əhmədin,  Həsən  Səbri  Ayvazovun,  Məhəmməd 

Kirmənciklinin, Məhəmməd Rüfətovun yazılarını həyəcanla 

oxumuşdu.  Teatr  döngəsindəki  redaksiyaya  gedib-gəlməyə, 

gündəlik  nəşr  olunan  qəzetə  “Yusif  Vəzirov”,  “Yusif  bəy 

Vəzirov”, “Y.V.” imzalarıyla “Millətə doğru”, “Millət üçün” 

silsilə  yazılar,  felyetonlar  qələmə  almağa  başladı.  Həsən 

Səbri Yusif Vəzirin yazılarını səxavətlə çap eləyir, gündəlik 

ehtiyaclarını ödəməyə yardım göstərirdi. 

Cəfər Seyid Əhmədlə də onu Həsən Səbri tanış eləmişdi. 

Xarici  işlər  naziri  əhaliyə  pulsuz  hüquq  məsləhətləri  verən 

ədliyyə  direktorluğunda  məsləhətçi  işləməyi  təklifi  irəli 

sürəndə  boyun  qaçırmadı  ki,  hər  halda,  yeni  qurulan 

dövlətə əlindən gələn köməyi göstərər. Az sonra ədliyyə di-

rektorluğunun  rəhbərliyi  ona  həvalə  edildi,  amma  bu  da 

diplomatik  nümayəndəsi  olduğu  dövlətə  lazımınca  xidmət 

göstərmək imkanı yaratmırdı: əlinə gələn cüzi vəsait birtəhər 

yaşamağa ancaq yetirdi.

Osmanlı  dövləti  Ənvər  Paşa  vasitəsilə  kömək  vəd  eləsə 

də,  almanların  məğlubiyyəti  Krımdakı  vəziyyəti  tamam 

dəyişdi:  artıq  qırmızıların  qarşısında  duruş  gətirmək  müş-

kül  idi.  Sulkeviç  yardım  üçün  general  Denikinə  üz  tutdu, 

ondan  rədd  cavabı  alandan  sonra,  noyabrın  ortalarında 

hakimiyyəti  Solomon  Krıma  verdi.  Hökumət  cəmi  on 

gündən sonra limana girən müttəfiq donanmasının admiralı 

Koltropun  yanına  gedib  loyallığını  bildirdi,  bununla  da 

məsələ həll olundu.

Yeni  ədliyyə  naziri  kadet  Vladimir  Nabokovun  Yusif 

Vəzirə münasibəti yaxşıydı, qalıb işləməyini istəyirdi, lakin 

o  artıq  Bakıya  getməyi  qət  eləmişdi:  daha  yollar  bir  qədər 

təhlükəsiz  idi,  Odessadan  İstanbula  gedən  gəmilərin  birinə 

minə  bilərdi.  Bir  neçə  həftə  sonra  general  Sulkeviçin  yaxın 

adamlarıyla  birgə  Bakıya  yola  düşdüyünü  eşidib  çox 

təəssüfləndi:  vaxtında  onunla  təmasa  girsəydi,  indi  yola 

düşənlər  arasında  olardı.  Sonra  da  eşitdi  ki,  Sulkeviç 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə