Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə8/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   4   5   6   7   8   9   10   11   ...   185

27

Azərbaycan  vətəndaşlığı  və  Məmməd  adı  qəbul  eləyib, 

əvvəlcə  Gəncədəki  Birinci  Müsəlman  Korpusunun  koman-

diri, sonra isə ordunun Baş Qərargah rəisi təyin olunub.

Azərbaycan  hökuməti  oktyabrın  23-də  Krım  hökuməti 

yanında  diplomatik  nümayəndəlik təsis  etməyi  qərara  al-

mışdı. Noyabrın 1-dən bu vəzifə Azərbaycanın Ukraynada-

kı diplomatik nümayəndəsi Mir Yusif Vəzirova həvalə edil-

di, ona Azərbaycan dövlətini Krımda da təmsil etmək tapşı-

rılmışdı.  Krım  hökuməti  də  qarşılıqlı  əlaqələr  yaratmaq, 

Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdı-

rılmış  siyasət  məsələlərini  müzakirə  etmək  üçün  öz  nüma-

yəndəsi  Ali  Aleksandroviçi  Bakıya  göndərmişdi.  Amma 

hələ  işlər  yoluna  düşmək  bilmirdi,  Yusif  Vəzirin  özünün 

səfir təyin olunduğundan belə xəbəri yox idi.

Rusiyadakı  vətəndaş  müharibəsi  üzündən  Bakıyla  əla-

qənin kəsildiyi o həyəcanlı günlərdə özünə yer tapa bilmədi. 

Artıq ölkənin Məslisi-məbusanı – parlamenti fəaliyyətə başla-

mış, Milli Hökumət bütün çətinliklərə baxmayaraq, qurucu-

luq işlərinə girişdi. Belə vaxtda Yusif Vəzir Feodosiyada çıxış 

yolu  axtarmış,  normal  fəaliyyəti  üçün  şərait  yaradılacağına 

ümid bəslədi, Ağməsciddə “Millət” qəzetinə məqalələr yazdı, 

bütün gücünü Azərbaycanın tanıdılmasına sərf elədi, millətin 

kimliyindən, istəyindən, muxtariyyətindən yazmışdı, hamını 

ayağa  qalxmağa  çağırdı:  «Ey  ziyalılar!..  Cürət  ediniz,  iş  görü-

nüz! «Müsavat» şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq 

zamanı  deyil;  bir  az  səbir  eləsəniz,  gözəl  ölkəmiz  fut  оlub  əldən 

gedər...”

Bu fikirləri də o vaxt qələmə aldı: Mən bolşevizmə ziddəm. 



Bolşevizm  heç  bir  millət  üçün,  xüsusən  bizim  kimi  əsarətdən 

yenicə  xilas  olmuş  millətlər  üçün  heç  bir  səadət  gətirməz.  Bolşe-

vizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə 

gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”. 

Elə  o  vaxt  –  1919-cu  il  yanvarın  19-da  Milli  hökumətin 

başçısı Fətəli xan Xoyskinin Krım Milli Direktorluğuna gön-



28

dərdiyi məktub göndərdi: “...mən hökumətin 1 noyabr 1918-ci 



il tarixli qərarına əsasən Mir Yusif Vəzirova Azərbaycan Demok-

ratik  Cümhuriyyətinin  Krım  hökuməti  yanındakı  nümayəndəsi 

olmağı  tapşırmışam”.  Yusif  Vəzirsə  fеvralın  3-də  Хarici  İşlər 

Nazirliyinə  yazırdı:  “On  beş  gün  bundan  əvvəl  hökumətimizin 



diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə хəbəri 

mənə  Simfеrоpоla  gələn  Kiyеvdəki  Azərbaycan  Kоlоniyasının 

еlçisi  çatdırdı.  Təəssüf  ki,  bu  barədə  hökumətimiz  tərəfindən 

göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”. 

 Bir neçə ay da Krımda qaldı, yоllar təhlükəli оlduğundan, 

Kiyеv  ətrafında  qırmızılarla  Ukrayna  Milli  Hərəkat  qüv-

vələrinin  arasında  qanlı  döyüşlər  gеtdiyindən  məqam 

gözlədi  ki,  Kiyеvə  qayıdıb  vəzifəsinə  başlasın.  Amma 

bolşeviklər  şəhəri  tutduğundan  bir  daha  Kiyеvə  qayıda 

bilmədi,  Bakıya  getmək  ümidilə  artıq  müttəfiqlərin  donan-

masının  nəzarətində  olan  Odessaya  yollandı.  Amma  burda 

tamam  gözləmədiyi  vəziyyətlə  qarşılaşıb  öz  dərdini  unut-

du:  şəhərdə  yaşayan  həmyerliləri  Vətənə  dönmək,  ya  da 

acından  ölməmək  üçün  ondan  kömək  umur,  bəziləri  də 

səfir  kimi  ticarət  elədikləri  malların  göndərilməsini  belə 

tələb eləyirdilər. Bir neçə nəfərə kömək eləməyi bacarmışdı, 

əlyazmalarının  müəyyən  hissəsini  “Azərbaycan”  qəzetinə, 

Üzeyir  bəyə  göndərib  bir  qədər  təskinlik  tapdı,  amma  bü-

tün bunlar düşdüyü çıxılmazlığın miqyasını daha da artırdı: 

hökumət diplomatik nümayəndəliyin təşkili məsələsini həll 

eləyə bilmirdi.

  Üstəlik,  Odessada  hərc-mərclik  başlanmışdı,  həyatı  hər 

dəqiqə  təhlükə  altındaydı.  Qırmızılarla  ağlar  atışırdılar,  bu 

vəziyyətdən  istifadə  eləyən  quldurlar,  soyğunçular,  qatillər 

özlərini  şəhərdə  çox  rahat  hiss  eləyirdilər.  Artıq  ilk  fürsət 

düşən  kimi,  Bakıya  qayıtmaqdan  başqa  çıxış  yolu  yox  idi. 

Vəziyyət  hökumətə  göndərdiyi  məktubda  da  yazmışdı: 

Şəhərin vəziyyəti büsbütün alt-üst olub, hər zaman, xüsusən də 

gecələr kefli əsgərlər güllə atır, xalqın rahatlığını pozurlar”.



29

Belə  bir  vaxtda  –  aprelin  15-də  Milli  Hökumətdən  yeni 

təyinat aldı: artıq Azərbaycan Demokratik Cümhuriyyətinin 

Ukrayna,  Polşa  və  Krım  respublikalarındakı  diplomatik 

nümayəndəsiydi.

Amma  nümayəndəliklərin  işini  qurmaq  üçün  vəsait  ça-

tışmırdı,  bina  və  avadanlıq  almaq,  yaxud  kirayə  götürmək, 

əməkdaşlara  maaş  verməyə  pul  yox  idi.  Yenə  hökumətə 

məktub yazmaq məcburiyyətində qaldı: “...Odessada Azərbay-

can  konsulluğunun  yaradılması  üçün  çoxlu  pul  lazımdır,  ondan 

ötrü bina və avadanlıq lazımdır. Xahiş edirəm, tutduğum vəzifəyə 

görə  mənə  müəyyən  məvacib  verəsiniz.  İşçilərin  ştatını  isə  Sizə 

göndərirəm.  Odessada  pulsuz  və  böhranlı  vəziyyətdə  yaşayıram. 

Ayda 1200 manat mənzil pulu verirəm, çörəyin girvənkəsi isə 20 

manatdır”.  Həmin  məktubunda  Ukrayna  və  Polşadakı 

nümayəndəliklərə münasib adamlar da təklif eləmişdi. 

Bununla  belə,  hökumət  onun  fəryadına  fikir  verəcək 

vəziyyətdə deyildi. Bu səbəbdən də vəziyyət bir qədər yax-

şılaşandan sonra Vətənə getməyi qət elədi: belə vaxtda uzaq 

məmləkətdə quru əllə təbliğat işlərilə məşğul olmaq ondan 

ötrü  dözülməz  idi,  qaynar  həyatın  ortasında  olmaq  milli 

dövlət quruculuğuna əlindən gələn köməyi göstərməliydi. 

Sənədlərinin bəziləri, arxivinin böyük bir hissəsi qırmızı-

ların güdazına getdi, amma çətinliklə də olsa, mayın ortala-

rında  Odessadan  İstanbula  yola  düşən  “Boris”  bolqar 

gəmisinə ucuz bilet tapa bildi. Mayın 18-də gəmi Halki ada-

sına yan alanda artıq əzablarının arxada qaldığını düşünür-

dü.  Son  günlər  Osmanlı  məmləkətində  baş  verənlərdən  də 

xəbər tutdu. Almaniyanın təslim olmasından sonra Osmanlı 

dövləti  müttəfiq  güclər  qarşısında  müdafiəsiz  qalmışdı. 

Lemnos adası sahilində – Mudros şəhəri yaxınlığında lövbər 

salan  Britaniya  gəmisində  bağlanmış  müqavilə  açıq-aşkar 

məmləkətin  işğalı  demək  idi.  O  anlaşmadan  cəmi  iki  gün 

sonra “İttihad və Tərəqqi”nin başçıları, Tələt Paşa və Ənvər 

Paşa  da  daxil  olmaqla  Almaniyaya  qaçmış,  noyabrın  13-də 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə