62
***
Kuryer Bakıdan yaxşı xəbərlərlə, amma az məbləğlə dön-
müşdü. Yaxşı xəbər bu idi ki, Mir Abdullayla görüşmüşdülər,
Məmməd Əmin bəydən çox razılıq eləyirdi. Mirini Abdulla
bəy Əfəndizadə imtahana çəkmiş, hazırlığından çox razı
qalmışdı. Belə çıxırdı, bir neçə aya qardaşıyla İstanbulda gö-
rüşə cəkdi. Əlbəttə, Mirini burda saxlaya, həyan ola bilərdi;
amma indi İstanbulun halı hal deyildi, yaxşısı buydu, qar-
daşı çaxnaşmalardan uzaq Avropada təhsil görəydi. İstan-
bulla eyni vaxtda Bakıya da girən müttəfiq qoşunları,
deyəsən, çəkilib gedəcəkdi; Mirinin yazdığına görə, hər
şeydən belə məlum olur ki, bu tezliklə başa çatacaq.
Xariciyyə nazirliyi də cəmi-cümlətanı on beş min frank-
lıq çek göndərmişdi, əlli min frank da yeni ilin əvvəlində
ayrılacaqdı. Gerçəklik bundan ibarət idi, ayağını yorğanına
görə uzadıb yaşamalıydı. Qışın gəlməsilə səfarət binasını
qızdırmağa da bir qədər xərc gərək olmuşdu, gərək qənaəti
son həddə çatdıraydılar.
Əslində, o günlərdə hər şey müttəfiq qüvvələrin koman-
danı admiral Kaltropun hökmündəydi – bunu xariciyyə na-
zirinin məqamına gedəndə daha aydın hiss eləyirdi. Belə
məlum olurdu ki, Sultanın bütün cəfalara dözüb diqqəti
Anadoludakı millətçilərdən yayındırmaq siyasəti bəhrə ver-
mişdi. Küçədə, meyxanada, qəhvəxanada gördüyü adamla-
rın qaşqabağı yavaş-yavaş açılır, gündoğana ümidlə baxma-
ğa başlayırdılar. Cahangir bəyin qənaətinə görə, daha impe-
riyanın fatihəsi oxunmuşdu, bu xarabalığın altından başqa
məmləkət doğulacaqdı. Zeynal bəy hələ ki, böyük dövlətlərin
erməni, yunan və kürd sevdasından əl çəkəcəklərinə şüb-
həylə yanaşırdı. Mirzə Qədir, ümumiyyətlə, belə söhbət lərə
qarışmırdı, ancaq bunu deyirdi:
“Qismət, görək başımıza nə gələcək...”
Xariciyyə nazirindən aldığı təlimatla dövləti tanıtmaq
üçün yollar aramalıydı. Elə o günlərin birində bu məqsədlə
63
kitab yazmaq fikrinə düşdü. Əlinin altındakı Peterburqda,
Kiyevdə, Simferopolda, Tiflisdə, Batumda, Bakıda rastlaş-
dıqca aldığı kitablardı, əsasən ruscaydı, bir neçəsi fransızca
və almancaydı. Batumda elə limandaca yəhudi alverçidən
Nitsşenin bircildliyini almışdı, Xeyriyyə xanımın evində də
nə vaxtdansa Teofil Qotyenin kitabı tapılmışdı. Hərdən oxu-
yurdu ki, dil duyğusu kütləşməsin. Yazacağı kitabın biri
Azərbaycan ədəbiyyatından, digəri Qafqazdan, Azərbay-
canın tarixindən, coğrafiyasından, iqtisadiyyatından bəhs
eləməliydi.
Hərdən yazışmalardan, üz tutanların dərdilə maraqlan-
maqdan, gündəlik çətinliklərin öhdəsindən gəlmək üçün
əlləşməkdən yorulurdu. Fikirləşirdi ki, bir də səhv elədi,
Kiyevdə və Krımda olanda maddi təminatsızlıq ucbatından
çəkdiyi əzablardan dərs almadı. Hökumət səfarətə pul çat-
dıra bilmirdi, bu səbəbdən ən zəruri xərcləri ödəmək
məqsədilə özünü oda-közə vurmalı olurdu; abırlı geyim-ke-
çim bir yana, səfarətə gələn qonağa hörmət göstərmək, üz
tutana yardım eləmək üçün qəpik-quruş belə tapılmırdı.
Bura, İstanbula göndəriləndə o cür səhvlərin olmayacağını
düşünürdü, elə Nəsib bəy də əmin eləmişdi ki, imkan da-
xilində hər şey nəzərə alınacaq. Amma görünür, o “imkan”
müəmmalı şeymiş. Gəldiyi beş ay ərzində maddi məsələlərlə
bağlı çox şeyin dəyişmədiyini dərk elədi. Səhərdən-axşamacan
oturub xərclərə qənaət barədə düşün mək onu bezdirirdi. Axır
vaxtlar Bakıya qayıtmaq, hökumətdə bir vəzifə tutmasa da,
yenicə açılan darülfünunda dərs deyib öz yazı-pozusuyla
məşğul olmaq barədə tez-tez düşünürdü. Səfarətin işinin,
üstəlik, tabeliyində olan adamların məsuliyyətini çəkmək on-
dan ötrü ağır yükə çevrilmişdi...
İlin axırında Bakıdan kabinet dəyişikliyi barədə xəbər
gəldi: xariciyyə naziri vəzifəsinə Fətəli xan Xoyski
gətirilmişdi. Dərhal kuryeri Bakıya yola saldı: on beş min
frank ikicə aya tükənmiş, artıq borclar yığılmağa başlamış-
64
dı, heç olmasa, vəd olunan əlli min frank tezliklə göndə-
rilməsəydi, heyətin maaşları bir yana, səfarət binasının
kirayə haqqını belə ödəyə bilməyəcəkdi. Əlbəttə, hökuməti
də başa düşürdü, ayaq üstdə durmağa çalışırdılar, ilyarım-
da bundan böyük işlər görmək olmazdı. Bununla belə,
dövlətin elçisini yeddi nəfərlə taleyin ixtiyarına buraxa
bilməzdilər.
Bir il əvvəl hökumət İstanbul konfransına Azərbaycan
hökumət Əlimərdan bəyin başçılığıyla heyət göndərmişdi,
burda çoxlu görüşlər keçirmişdi. Əlbəttə, o konfransda
müstəqil erməni dövlətinin yaranmasına imkan verməmək
lazım idi, çünki təkcə Qafqazın yox, bütün dünyanın başağ-
rısına çevriləcəkdilər. Bunu hələ Bakıda olanda demişdi,
üstəlik, kağıza qeyd eləmişdi; o qeydi hələ də dururdu:
“Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz arasında
təşəkkül edəcəkmiş: Ağ, Qara və Xəzər dənizləri arasında...
Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa
şəhərlər də Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni
milli amilinin həlli isə, onda erməni məsələsi bir çox münaqişə və
mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaq”.
İndi ermənilər admiral Somerset Artur Qoş Kaltropun
qılığına girməyə çalışır, Sultana təzyiqlər göstərir, üçüncü
tərəfdən sui-qəsd törədir, dəstələr yaradıb Anadolunun gü-
ney vilayətlərində camaata divan tutur, hökumətlərdə
vəzifələr ələ keçirir, Qarabağı talanlar və hiyləgər gücünə
ələ keçirməyə can atır, Gürcüstanda torpaq qoparmağa çalı-
şır, Rusiya bolşevik rejimində özlərinə yer eləyib Kremlin
diqqətini Qafqaza yönəltməyə can atır, Paris konfransında
haqq-nahaq iddialarını gerçəkləşdirmək uğrunda çarpışırdı-
lar...
***
Yeni ilin ilk ayı, demək olar, bayram ovqatıyla keçdi.
Əvvəlcə kuryer Fətəli xanın təlimatı və əlli min franklıq
çeklə qayıdıb gəldi. Yusif Vəzir indi bir qədər nikbin idi,
Dostları ilə paylaş: |