Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə31/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   27   28   29   30   31   32   33   34   ...   185

101

racağına  inanmırdı.  Qəfildən  evə  soxulan  meşin  gödəkcəli, 

meşin  kepkalı,  belləri  mauzerli  adamlar  elə  beləcə  də 

demişdilər:

“Bura bax, səni hələ güllələmirik, çünki öz adamlarımızı 

yetişdirənəcən  bizə  lazımsan.  Get  işlə,  şura  hökumətinə 

xidmət elə”.

 Amma Abram iri çamadana və iki bağlamaya ən lazımlı 

şeyləri, bir də xatirələrini yığıb dabanına tüpürdü, bəxtindən 

sağ-salamat gəlib gəncliyinin şəhərinə çata bildi. Bundan son-

rası taledən asılıydı.

 İndi Tiflisdə ilişib qalmışdı, getməklə qalmaq arasında ça-

palayırdı. Az qala, hər gün doğmalarının qəbrinə baş çəkir, 

sonra olan-qalan dost-tanışları axtarırdı. Axtardıqları qırmı-

zıların nəfəsini yaxında olduğunu duyub İstanbula, Romaya, 

Parisə, Berlinə, okeanın o tayına üz tutmuşdular. Tanışlardan 

təkcə Zaza Eristavini tapdı, o da dünyaya baxası vəziyyətdə 

deyildi, ticarətdə sınıq çıxıb içkiyə qurşanmışdı, ayıq vaxtı ol-

murdu. Elə Abramı da uzun müddət tanımadı, sonra qucaq-

layıb hönkür-hönkür ağladı:

 “Məhv elədim, – ağlaya-ağlaya dedi, – öz ağlımın ucbatın-

dan  hər  şeyi  məhv  elədim.  Arvadım  da  uşaqları  götürüb 

Kutaisiyə getdi. İndi mən kimə lazımam?”

 Zazanın dərdi özünə bəs idi, hər halda köhnə dostluqları 

xətrinə bir qədər pul verdi, amma ona bundan artıq kömək 

eləyə bilməyəcəyini başa düşüb ürək ağrısıyla çıxıb getdi. Al-

lah Abrama həmtayfalarına xas olan ağıl, hər cür vəziyyətdən 

çıxmaq qabiliyyəti, şəraitdən öz xeyrinə istifadə eləmək baca-

rığı vermişdi, bundan sonra da özünə bir gün ağlayacaqdı. 

Tiflisdən necə Bakıya gedib ikicə ilin ərzində varlı-hallı ada-

ma çevrilmişdisə, indi də həyatını yoluna qoymaq üçün bir 

yol tapacaqdı...

 Bütün bunlarsa Leonun vecinə deyildi, ondan ötrü başlıca 

şey günlərin macərayla keçməsiydi.

  Demək  olar,  hər  axşam  atası  ev  sahibiylə  çaxır  içə-içə 

getmək  planını  müzakirə  eləyirdi.  Zaza  qət  eləmişdi,  hətta 




102

qırmızılar  Tiflisi  tutsalar  belə,  doğma  şəhərindən  çıxıb 

getməyəcəkdi, ondan ötrü burda can vermək qürbətdə yaşa-

maqdan min dəfə yaxşıydı. Abram Nussimbaumda doğuldu-

ğu şəhərə bu cür xəstəhal bağlılıq hissi yox idi. Bəlkə, atasının 

Tiflisə Malorossiyadan gəlməsini, elə Malorossiyada da başqa 

yerdən  peyda  olmasını  yaddaşı  unutmamışdı,  ona  görə  də 

Bakıdan təəssüflənmədən ayrıldı, İstanbulda, Parisdə, yaxud 

Berlində eyni rahatlıqla yaşaya biləcəkdi. Başlıcası buydu ki, 

dar  gün  üçün  yığdığı  qızıl  külçələr,  sikkələr,  əsginazlar, 

qiymətli kağızlar və sənədlər etibarlı yerdə, şalvarının asta-

rındaydı, oğluna bir gün ağlayana qədər qolundan tutacaqdı.

 Yol Leonu həmişə həyəcanlandırırdı. Xəyallarında dönə-

dönə getdiyi, şahzadə, prins, sərkərdə, quldurbaşı, sevgilisini 

axtaran aşiq kimi gəzdiyi yerləri öz gözlərilə görmək istəyi 

ona  rahatlıq  vermirdi.  Zarafat  deyildi,  on  beş  yaşında 

Azərbaycanı,  Türküstanı,  Buxaranı,  İranı  dolaşmış,  indisə 

gəlib Gürcüstana çıxmışdı, burdan Osmanlı məmləkətinə, or-

dan  da  Avropa  ölkələrinə  gedəcəkdi.  Belə  bir  tale  kimin 

bəxtinə düşmüşdü? Dost-tanışlarını, məktəb yoldaşlarını bir-

bir gözünün qabağına gətirirdi: yox, heç kəsin! 

 Əslində, oğlanlarla münasibət saxlamağa meyilli deyildi, 

çünki  Leonun  üstünlüyünü,  qeyri-adiliyini  qəbul  eləmək 

istəmirdilər; qızlarsa güləş sifətli, daim maraqlı şeylər danı-

şan, duyğularını hərəkətə gətirən oğlana meyil göstərirdilər. 

Yəqin, Aşurbəyovlar  da,  Əsədullayevlər  də,  Nağıyevlər  də, 

Dadaşovlar  da  çıxıb  gedəcəklər,  bəlkə  də  artıq  İstanbulda, 

yaxud  Avropadadılar.  Amma  hamıdan  varlı  olan  Tağıyev 

getmədi,  var-yoxunu  təzə  hökumətə  verib  Mərdəkandakı 

evinə  çəkildi.  Leo  bunu  eşidəndə  inana  bilməmişdi:  ömrün 

boyu qazandığını o rəzil kütləyə necə vermək olardı?

 

***



 Ata-anasının qəbrinə baş çəkəndən, qohumlarından kimin 

sağ  qaldığını  öyrənəndən  sonra  vəziyyətin  get-gedə  daha 




103

təhlükəli şəkil aldığını dərk eləyən Abram, nəhayət, qət elədi: 

nə  qədər  ki  imkan  var,  getmək  lazımdı.  Hələ  bolşeviklərin 

başı  Bakıda  ən  vacib  işlərə  qarışmışdı:  Moskvaya  neft 

göndərməli, ac-yalavac əsgərlərini yedirib-geyindirməli, “is-

tismarçı qaniçənləri” aşkara çıxarmalı, orda-burda baş qaldı-

ranları sorğu-sualsız güllələməliydilər. Başlıcası, ölkədə qay-

da yaratmaqdı, sabah yerindəcə güllələnənlərin, Nargin ada-

sına  aparılıb  qurşuna  düzülənlərin,  həbsxanalarda  işgəncə 

verilənlərin  haqq-hesabını  soruşanda  gec  olacaqdı.  Abram 

Nussimbaum  burda  ələ  keçsəydi,  bolşeviklər  ona  rəhm 

eləməyəcəkdilər – buna əmin idi.

  Üç  at  almaqdansa,  bir  araba,  ya  da  fayton  kirayələmək 

daha ucuz başa gələr, həm də rahat olardı. Amma indiki vaxt-

da bu da müşkülə çevrilmişdi. Zaza deyirdi, Batuma gedən 

çoxdu,  ağlagəlməz  məbləğ  verirlər,  təki  birtəhər  özlərini  li-

mana çatdırsınlar. Elə o günlərin birində bolşeviklərin əlindən 

Tiflisə  qaçıb  gəlmiş  Fətəli  xan  Xoyskinin  öldürüldüyünü 

eşidəndə Abramın  əsəbləri  gərildi.  Düzdü,  Xoyskini  xüsusi 

tapşırıqla öldürmüşdülər, amma belə bir hadisəni onun başı-

na da gəlməyəcəyinə kim zəmanət verə bilərdi. Bəlkə, kimsə 

şalvarının  astarında  gizlətdiyi  var-dövlətindən  xəbər  tutub, 

ya da Fövqəladə Komissiya artıq arxasınca adam göndərib, 

günlərin  birində  qabağına  çıxıb  gözlərinin  içinə  baxa-baxa 

gülləni alnına sıxacaq?

 Sıxıntılı aylar bir-birinin ardınca ötür, getmək üçün fürsət 

gözləyirdilər. Axır ki, payız günlərinin birində Zaza Eristavi-

nin az-çox münasib qiymətə tutduğu faytonla yola çıxdılar. 

Leo  içində  sevdiyi  çərkəzi  geyimi,  bir  neçə  kitab,  şəkillər, 

köynək-şalvar,  alt  paltarı  olan  çamadanını,  atası  paltar  və 

sənədlərlə  dolu  çamadanını,  dünya  malında  gözü  olmayan 

frau Şulte kitablar, ən zəruri şeylər yığdığı boğçasını fayto-

nun yük yerinə qoydular, Zaza Eristavi və ailəsilə vidalaşıb 

yola  düşdülər.  Əlbəttə,  Leo  atla  getməyə  üstünlük  verərdi, 

çünki  həm  istiydi,  həm  də  dağları,  vadiləri,  çayları,  düzən-



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə