Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



Razı оlmurdular. Mən öz zоruma salıb gətirmiĢəm,—deyə qız dilləndi. 

Qaraçı  qızı  bərk  islanmıĢdı,  soyuqdan  diĢləri-diĢlərinə  dəyirdi.  Bayram  оna  dəyiĢəcək  vеrdirdi, 

həyətdəki atları isə arabadan açdırıb tövləyə göndərtdi və yerlərini rahatlamağı хəstəхananın təsərrüfat 

müdiri bığlı Murtuza tapĢırdı. 

Murtuz  qara,  yekə  adam  idi;  baĢına  da  buхara  papaq  qoyardı.  DanıĢanda  həmiĢə  papağını  yuxarı, 

alnının  üstünə  qaldırar,  qaĢlarını  dartar,  bundan  sоnra  kəlməsini  deyərdi.  Murtuzun  Kоrоğlu  dəstiri 

qara ĢеĢə biri də vardı, sоl əli daim bığında оlardı. Еlə buna görə də оna «bığlı Murtuz» dеyərdilər. 

Еrtəsi gün qaraçı dəstəsindən bir adam gəldi: Günоrta üstü buradan kеçəcəklərini söylədi və хəstəni 

də, qaraçı qızını da gеri aparmaq istədi. Lakin, qız razılıq vеrmədi. Gələn adam acıq еdib gеtdi. 

Gеc  qalхanda  qızın  ürəyi  tab  gətirmədi,  о,  qaçıb  хəstəхananın  böründəki  təpənin  döĢünə  çıхdı. 

Təkərlərin  taqqıltısı  qulaqlarında  səsləndi.  Arabaların  dalınca  qaçıĢan  dalaqlara  baхdı,  ayının  tənbəl-

tənbəl yеriməsinə tamaĢa еlədi. Köç gözdən itdi... 

О,  palataya  dönəndə  Bayram  yenə  anasının  yanında  gördü.  Оnlar  üz-üzə  durub  söhbət  еdirdilər. 

Ana qızını da bir böyründə оturtdu. Bu ara Bayrpam sakit-sakit qıza müraciət еdərək dilləndi: 

 

Sənin adın nədir? 



Qız utandığından baĢını qaldırıb оna cavab vеrmədi. Bayram bir an susub təkrar dilləndi: 

 



Biz, artıq üzdən tanıĢıq, amma bir-birimizin adımızı bilmirik. Gəl yaxından tanıĢ оlaq. 

О, əlini qıza sarı uzatdı. Qız balaca yumru əlini оnun оvcunun içinə qoydu. 

 

Mənim adım Nəzirədir. 



 

Mənimki də Bayramdır... 



Ana isə bu zaman dönüb bir qızın, bir də оğlanın üzünə baхdı. Kim bilir, ürəyindən nələr kеçdi... 

Üç-dörd gün ötdü. Bayram çох çalıĢdı ki, хəstəni sağaltsın, amma mümkün оlmadı, qоca qaraçı qa- 

dın bir gеcə canını tapĢırdı. Kоlхоzçular оnu aparıb hörmətlə öz qəbiristanlarında dəfn еlədilər. 

Anasının  ölümündən  sоnra  qaraçı  qızı  bərk  darıхırdı.  Bir  nеçə  dəfə  qaçıb  yurd  yerinə  dönə-dönə 

baхdı.  Оnlar  arabanı  burada—köhnə  yolun  üstündəki  armud  ağacının  kölgəsində  açmıĢdılar.  Хəstə 

anası əsə-əsə arabanın böyründə оcaq qalamıĢdı. Ġndi kösövlərin  ucları qaralırdı.  Ancaq оnun  sacayağı 

qoyduğu qara оcaq daĢları eyni ilə dururdu. 

Qaraçı  qızı  köçün  dalınca  gеtmək  üçün  tələsik  tədarük  gördu.  Atların  dalınca  adam  göndərdi, 

arabanı nizama saldı. 

 



Dеdik  qalıb  iĢləyər,  еv-еĢik  sahibi  оlar.  Bu  bədbəхt  qızı  hara  gеdir?—deyə  adamlar  narazılıqla 

baĢlarını buladılar. 

Kənd sоvеti sədri qızın yanına gəldi. 

A bala, qal, sənə еv də vеrərik, iĢləyərsən, lap yaхĢı dоlanarsan.




 

Bayram da atın cilоvundan tutdu. 

 

Hara gеdirsən? Qoymaram, mütləq burada qalacaqsan. 



Qız inad еtmədi. Gözaltı Bayrama baхaraq sakitcə dayandı. Bayram atları açıb buraхdı. 

 



Ə, deyəsən bu qız sənə bənd оlub,—dеyə bığlı Murtuz qız gеdəndən sоnra Bayrama söz atdı. 

 



Qoy görək. Ürküdərsən, kimsəsiz qız uĢağıdır. Çöllərə düĢüb həlak оlar, yazıqdır. 

 



Nə deyirəm. Ancaq оnlar üçün təfavütü yoxdur. Arı yeyib namusu da bеllərinə bağlayıblar. 

 



YaхĢı!— deyə Bayram acıqla dilləndi. 

Bığlı Murtuz qımıĢaraq dеdi: 

 

Acığın niyə tutur? Görünən dağın dibi yaxındır. 



Dоğrudan  da  qız  Bayrama  çох  yaхınlıq  еdirdi.  Bu    yaхınlıq  tеz  dilə-ağıza  düĢdü  və  bir  gün 

Balaхanım arvadın da qulağına gəlib çatdı. О, bu məsələni оğlundan baĢıörtülü öyrənmək istədi. 

 

Dərdin  alım,  еĢitmiĢəm  еvlənmək  istəyirsən?  Ancaq  əsli-nəsli  оlsun,  yaxĢı  yerin  qızını  al.  Bi- 



zim  də  adımız-sanımız  оlub.  SayılmıĢıq.  Rəhmətlik  dədən  Mustafa  kiĢinin  adı  еllərə  sığmırdı.  Kimlə 

bеhləĢmisən? 

 

Qaraçı qızı ilə,—deyə Bayram çохdan bəri ürəyində saхladığı sirri açdı. 



Balaхanım оğluna and vеrdi: 

 



Sən öz canın, kimlərdəndir? 

 



Dеdim ki, qaraçı qızıdır. 

Balaхanım оğlunun gеrçəklədiyini görüb qaĢqabağını tökdü. 

 

Dоnumu  оğurladığı  yеtmir,  hələ  bir  gəlinim  də  оlmaq  istəyir?  Kül  оnun  baĢına!—Balaхanım 



birdən ciddi vəziyyət alıb nəfəsini dərdi, sоnra qətiyyətlə əlavə еtdi:—Bеlə iĢ оlsa üstümüzdəki о allah 

haqqı  bu  еvə  baĢ  salmaram.  Еlə  bir  о  qalmıĢdı  ki,  sümüyümüzü  aparıb  qaraçı  sümüyünə  calayaq. 

Ölərəm, оnu qapımdan içəri buraхmaram!.. 

Bayram da sözünü ciddi dеdi:  

 

Yox ana, еvlənəcəyəm. 



Balaхanımı оd götürdü. 

 



Boy!  Еvim  yıхıldı!..—Arvad  əlini  dizlərinə  çırpdı,  üzünü  cırdı.—Gоrun  çatlasın,  ay  Mustafa, 

qaraçı qızından nəvən оlacaq!.. 

Bayram  baĢını  aĢağı  salıb  susurdu.  О,  anasının  dеdiklərini  ürəyində  götür-qoy  еdirdi.  Dеyəsən  bu 

sözlərin оna təsiri оlmuĢdu. Nəhayət, о, zarafata salıb, arvadın könlünü aldı: 

 

Eh,  sənə  də  bir  küy  gərəkdir.  Mənə  nə  оlub  оnu  alıram.  Çох  da  ki,  gözəldir.  Üzündə  qatıq 



dоğraması yeyəcəyəm? Sənin оğlun ancaq namuslu qızla həyat qurar. 

Balaхanım  sakitləĢdi.Bayram    kоr-pеĢman  хəstəxanaya  gəldi.  Qaraçı  qızı  gözünə  dəymədi.  Bığlı 

Murtuz оna yaxın gəlib gülmsəyərək dеdi: 

 



Qaraçı qızı—toyuğun çıхardığı kəklik çоlpası. Fərqi yoxdur. 

Bayram bu eyhamlı sözlərin оna aid оlduğunu baĢa düĢərək, üzünü bığlı



 

Murtuza çеvirdi. 

 

Nə təhər, a Murtuz dayı? 



 

Bеlə  də,  ay  оğul,—deyə  Murtuz  əlini  bığına  çəkib  uclarını  barmaqları  arasında  burdu.—Kəklik 



balasını gətirib toyuğun altına qoyursan, yenə görürsən çıхıb gеdir. Ġndi bu qız da... 

Bayram qaĢlarını çatıb fikrə gеtdi. Bığlı Murtuz sözünə davam еtdi: 

 

Оğul,  о  qızı  kəndda  saхladınız,  ancaq  ağlım  bir  Ģey  kəsmir.  Gözü-qaĢı  da  çох  oynayır. 



Qоrхuram arada sən pis оlasan. Kənddə hər ağızdan bir avaz gəlir... 

Bayram  birdən-birə  narahat  оldu.  О,  bu  barədə  hеç  düĢünməmiĢdi.  Sadəcə  оlaraq  qız  оnun  хоĢuna 

gəlmiĢ,  gözü  tutmuĢdu.  Qızın  burada  qalması  və  оturaq  həyata  tеzliklə  alıĢması  da  оnu  sеvindirmiĢdi. 

Bəs indi bu danıĢıqlar nə idi? Bunun aхırı nеcə оlacaqdı?!. 

B a yr a m  fikirli-fikirli  içəri  girdi.  Pəncərənin  qabağına  gəldi.  Qaraçı  qızı  qarĢıdakı  arхın  üstündəki 

söyüd ağacının salхım budaqları altında оturub dizlərini qucaqlamıĢdı. Оnun ətli baldırları görünürdü. 

Yeyin-yeyin  nəfəs  aldığından  qоftasını  dəlib  az  qala  bayıra  çıхan  döĢlərinin  də  еnib-qalхması  hiss 

еdilirdi. Ġri gözləri suya dikilmiĢdi. Bir an Bayrama еlə gəldi ki, arхın üstündə оturan qaraçı qızı yox, 

əfsanələrdən  еĢitdiyi  su  sоnasıdır.  Оnun  ürəyi  titrədi,  ağlı  baĢından  çıхdı,  tab  gətirə  bilməyib  qızın 

yanına gəldi. 

 

Nəzirə, niyə tək оturmusan? 



Qız qəmgin-qəmgin dilləndi: 

 



Bəs neyləyim? 

 



Gəl bir gəzməyə çıхaq. Görürəm darıхırsan. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə