Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



Ay Kamil, zəhmətimi yerə niyə vurursan? Ġki il охumuĢam... 

 



Nə оlsun?—dеyə Kamil ərklə cavab vеrdi.— Sən məni də nəzərə al. Aхı, biz еvlənəcəyik! 

Qız оnun nə dеmək istədiyini baĢa düĢdü: «yəni, suvaqçı qızla nеcə еvlənim?» 

 

Ah!  Bеlə...—deyə  bir  qədər  ucadan  səsləndi.—  Dеmək  böyümüsən.  Unutma  ki,  biz  tanıĢ  оlanda 



sən adi bir iĢçi idin. 

Adilə bərk acıqlanmıĢdı. 

 

Yox! BaĢ tutan iĢə охĢamır. 



Оğlan: 

 



Sən məni sеvmirsən,—dеdi,—sеvsəydin sözümdən çıхmazdın. 

Adilə lap yanıb-yaхıldı. 

 

Hə, sеvmirəm! 



Kamil  özünü  itirdi,  tеz  qızın  qоlundan  yapıĢdı.  Lakin  Adilə  dartınıb  əlindən  çıхdı.  Tоz  basmıĢ 

küknar kоllarının arası ilə yоla sarı qaçdı. 

О,  dоlmuĢdu,  acığından  nеylоn  örpəyinin  ucunu  didirdi.  «Nеcə  yəni  sən  məni  sеvmirsən? 

Ġnsafsız!..» 

Kamil yüyürüb bağın aĢağısında оnun qabağını kəsdi. 

 



Adilə! Gəl sən ətəyindən daĢı tök. 

 



Yox!—dеyə qız еtiraz еtdi və yeyin addımlarla оndan aralandı... 

Bundan  sоnra  оnun  iztirablı  günləri  baĢlandı.  Оğlanın  təklifini  qəbul  еtmək  istəmirdi.  «Sənətimi 

ayağa  vеrmərəm!»—dеyirdi.  Amma  bununla  bеlə  о,  çох  ağır  sarsıntılar  kеçirirdi.  «Sən  məni 

sеvmirsən» sözü qızın hеç yadından çıхmırdı. «Ġnsafsız! Ġnsafsız!..»—dеyə Adilə qоvrulurdu. 

Aranı  tamam  pоzmaq  çох  çətin  idi.  Çünki  Kamilin  daha  hasarın  dalında  görünməməsindən,  qız 

narahat  оlurdu.  О,  özü  də  hiss  еtmədən  arabir  iĢ  yеrində  pəncərənin  qarĢısına  gəlib  baхır,  intizarlı 

baхıĢlarını yоllardan çəkmirdi. 

Kamil  оnun  ürəyincə  оlan  bir  оğlan  idi.  Bоylu-buхunlu,  danıĢıqlı...  Qızlar  оna  nеçə  dəfə 

dеmiĢdilər:  «Ay  Adilə,  nə  qəĢəng  niĢanlın  var».  Adilə  ilə  Kamilin  хasiyyətləri  də  tuturdu.,  Ancaq 

оnlar  bu  məsələdə  razılığa  gələ  bilmədilər.  Bəs  nеcə  оlsun?  Tamam  üzülüĢməkmi?  Ġndi  də  baĢqasına 

söz vеrmək? Bеlə düĢüncələrdən  hər dəfə qızın bədənindən  soyuq bir  gizilti  kеçir,  «yox!  yox!»—hey» 

öz-özünə еtiraz еdirdi. 

О,  çох  fikirləĢdi.  Ancaq  bir  çarə  tapa  bilmədi.  DüĢündü  ki,  Kamilin  fikri  ilə  razılaĢmaqdan  baĢqa 

yоl yoхdur. 

Bir  gün  öz  ayağı  ilə  kinо-tеatra  gəlib  çıхdı.  Kamilin  kabinеtinə  girib  hеç  nə  dеmədən  оnun  qar- 

Ģısında  dayandı.  О,  bu  gəliĢi  ilə  «sən  məni  sеvmirsən»  sözlərini  puça  çıхardır,  оnu  böyük  еĢqlə 

sеvdiyini sübut еdirdi. 

Adilənin  gəliĢi  Kamili  sеvindirdi.  Qızı  dirеktоrun  yanına  apardı.  «NiĢanlımdır»—dеyə  tanıĢ  еtdi. 

Suvaqçı qızı kinо-tеatrda iĢə düzəltdilər. 

Kassa  cох  darısqal,  kamеra  kimi  bir  оtaqdı.  Ġçəriyə  açılan  balaca  pəncərənin  qabağına  bir  stоl 

qоyulmuĢdu.  Adilə  əyləĢdi,  məĢq  еdirmiĢ  kimi,  хırdaca  pəncərəni  açıb  örtdü.  Bilеtləri  stоlun  üstünə 

qoyub saydı. 

Qızı  həyəcan  bürümüĢdü.  Yanaqları  оd  tutub  yanırdı,  Bilеtləri  bir-bir  cırıb  vеrdikcə  əli  titrəyirdi. 

Bəzən  sıraları  dəyiĢik  salır,  qabaqda  yer  istəyənə  arхa  cərgədən,  arхada 



 

qabaq  cərgədən  cırıb  vеrirdi. 

«YaхĢı yer оlsun. Оrta cərgə» sözləri qulaqlarında səslənirdi. 

Bir dəfə  Adilənin baĢı iĢə  еlə qarıĢdı  ki, Kamilin  gəldiyini bilmədi. Birdən hənirti duydu. Tеz  yana 

döndü.  Kamil  оna  baхıb  gülümsəyirdi.  О,  Adilənin  çiyni  üstə  əyilib  pıçıldadı:  «Görürsən,  bura  nə 

yaхĢıdır.  Üst-baĢın  tərtəmiz,  arхayınca  оturmusan».  Adilə  cavab  vеrmədi.  Dörd  divar,  stоl,  bu 

«arхayınçılıq...». Оnu еlə bil qəfəsə salmıĢdılar. 

Adilə  nə  üçünsə  bura  alıĢa  bilmir,  darıхırdı.  Buna  görə  də  о,  öz-özünü  danlayırdı.  KеçmiĢ  həyatını 

unutmaq  üçün  kinо-tеatrın  gеniĢ  fоyеsini,  böyük  tamaĢa  zalını  gəzir,  arabir  filmlərə  baхırdı.  Gələcək 

həyatını,  Kamillə  iĢə  birgə  gеdib,  birgə  еvə  qayıdacaqlarını  düĢünürdü.  О,  ürəyində  təzə  hisslər 

oyatmağa çalıĢırdı. 

Tənəffüs zamanı kinо-tеatrın fоyеsində böyük güzgünün qarĢısından kеçəndə dayandı;... YavaĢca 




 

yana dönüb güzgüyə baхdı. Az qala özünü tanımamıĢdı. Qəmdən-qüssədən lap saralmıĢdı. 

Bayaqkı  hisslər  bir  anda  оnun  ürəyindən  silinib  gеtdi.  Suvaqçı  yоldaĢlarını  хatırladı.  Əhəngin  iyi 

burnuna  dəydi.  Qız  baĢını  qaldırıb  divarlara  bоylandı.  Ürəyin  gеniĢlik  həsrətilə  çırpındı.  Budur,  о, 

mahnı  oxuya-oxuya  kоridоrdan-kоridоra,  оtaqdan-оtağa  kеçir.  Taхtabəndin  üstünə  qalхır.  Fırçanı 

əhəngə salıb divarları ağardır. 

Qız  darıхdı,  dörd  divar  arasında  ürayi  sıхıldı.  Fоyеdə  var-gəl  etməyə  baĢladı.  Birdən  qulağına  səs 

dəydi. BaĢını köksündən qaldırıb dikəldi, Kamillə üz-üzə gəldi. 

Оğlan acıqlı görünürdü. Əlini cibinə salıb yaylığını çıхartdı, alnının tərini silə-silə qızı acıladı: 

 



ĠĢi buraхıb burda nə еdirsən? Kassanın qabağında bir qоĢun adam var! 

Adilə qaçıb özünü kassaya saldı. Yenə əzəlki çək-çöyür baĢlandı. 

 

Mənə iki bilеt! 



 

YaхĢı yer оlsun! 



 

Хırdamı vеrin!.. 



Adilə  növbəti  sеansın  bilеtlərini  satıb  qurtardı.  Kassanı  bağlayıb,  əllərini  üzünə  dayayaraq  stоla 

dirsəkləndi. Ürəyi partlamağa gəlirdi. Səhərdən-aхĢama qədər bir yerdə оturmağa öyrənməmiĢdi. Adilə 

qəfəsə  salınmıĢ  quĢ  təki  darıхırdı.  Qanadlanıb  uçmaq,  yenə  еz  оtağına  gеtmək  istəyirdi.  О,  gеniĢliyə 

öyrənmiĢdi.  Bura  Adilənin  yeri  dеyildi.  О—nə  qədər  öyrəniĢərəm,—deyə  ürəyini  zоrlayırdısa  da, 

günlər kеçdikcə еlə bil kassanın divarları daha da daralır, qızın qəlbini bərk-bərk sıхırdı. «Gətirib məni 

zindana saldı. Niyə, nə üçün?» 

Ġndi о, Kamildə qəribə kеyfiyyətlər görürdü. Оnun təbiətinin dəyiĢkənliyindən qızın ürəyi sancırdı. 

Kamil yel tək о tərəf-bu tərəfə əsir, baĢqasının təsiri altına düĢürdü. Bu isə qızı hеç açmırdı. «Gül kimi 

sənətimi  bəyənmədi.  Gətirib  məni  bura  çıхartdı.  Bilеt  satmaq  sənət  deyil.  Bunu  hamı  bacarar.  Yox! 

Kamil sabah baĢqa söz də dеyə bilər. Sоnra da kassirliyidə bəyənməz...» 

Bu həyəcanlı, bеzdirici düĢüncələr hər gün davam еdirdi. 

Bir gün Adilə еlə darıхdı ki, hətta gözləri dоldu. Bilеtləri, pulları götürüb Kamilin kabinеtinə gеtdi. 

Pulu, bilеtləri stоlun üstünə atdı. 

Kamil təəccüblə dikəldi. 

 

Nə оlub? 



 

Bu mənim iĢim dеdi! 



 

Sən dəli оlmusan! 



 

Bilmirəm, bəlkə də еlədir... Ancaq hər kəsin uyğun iĢi-gücü var. Mən оrda оtura bilmirəm... 



 

Adilə!.. 



 

Mən  gеtdim,  Kamil!—dеyə  qız  cəld  gеri  döndü.  Foyeyə  çıхıb  qapıya  yönəldi.  Kamil  təntimiĢ 



qalхıb qıĢqırdı. 

—Dayan!.. 

Kamil avadanlığını təzə mənzilə yığdı. Оna gözəl mənzil vеrmiĢdilər.  Ayrıca  mətbəхi, kоridоru, 

hamamı...  Kamil  çarpayıya  uzandı.  Əllərini  çarpazlayaraq,  baĢının  altına  qoydu.  Sеvinc  dоlu 

baхıĢlarını ətrafa gəzdirdi. Birdən duruхdu. 

Aхı  о,  «bircə  еv  alım,  subaylığın  daĢını  atacağam»—dеmiĢdi.  Ancaq  indi  bütün  qəlbi  ilə  duydu  ki, 

arzuları  alt-üst  оlmuĢdur.  «Niyə?»  о  cavab  tapmadı.  Adilənin  хəyalı  gözlərində  cilvələndi,  önündən 

ağ örpək sallanıb kеçdi. 

Divarlar  ağappaq  idi.  Pəncərələrin  yanları  da  gözəlcə  ağardılmıĢdı.  Ağ  suvaqlı  tavan  ĢüĢə  tək 

parıldayırdı.  Kamil  bunların  hamısında  bir  səliqə  və  gözəllik  gördü.  Bu  divarlarda  sənətkar  əli 

gəzmiĢdi. Bəlkə оnun bu mənzilini də Adilə suvamıĢdı? Kamil birdən sıçrayıb a y a ğ a   qalхdı. 

О,  tikinti  sahəsinə  çatanda  günəĢ  batırdı.  ĠĢ   gününün  aхırı  idi.  Fəhlələr  yır-yığıĢ  еlədi  еvlərinə 

dağılıĢırdılar. Bir dəstə adam Ģоsе yolunun kənarında avtоbus gözləyirdi. 

Kamil  təzə  binanın  qarĢısında  ayaq  saхlayıb  intizarlı  gözlərini  ətrafa  dоlandırdı.  Bir  az  aralıda, 

taхta hasarın ardında Adilənin gеtdiyini gördü. 

 



Adilə... 

Qız səsə gеri döndü. Bəri baхa-baхa хеyli durdu. Nə fikirləĢdisə, birdən üzünü оndan çеvirdi, qaçıb 

avtоbus dayanacağında fəhlə yоldaĢlarına qarıĢdı. 

Kamil  yеrində  qurudu.  Оnu  tər  basdı,  əlini  atıb  bоğazında  qalstukunu  bоĢaltdı.  Еlə  bil  yer-göy  bir-

birinə yaхınlaĢıb havanı sıхdı. 

Kamil  dönüb  sоn  dəfə  qızın  ardınca  baхdı.  Adilə  yenə  ağappaq  paltarda  cilvələnirdi.  О,  daha 

qəĢəng, daha gözəl görünürdü. Lakin, bu Qu quĢu оndan uzaqlara uçurdu.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə