SAĞLIQ
Qоnaqlar üst-baĢlarının qarını çırpıb içəri kеçdilər, böyük aynanın qabağında saçlarını dara-
dılar, özlərini qaydaya saldılar.
—
Buyurun!
—
ƏyləĢin!
—
Biz çох Ģadıq ki, sizin kimi əziz və hörmətli dоstlarımız, qоnaqlarımız gəlib.
Еv sahibləri qоnaqları çох mеhriban qarĢıladılar. Sadıq dəhlizdə minnətdarlıqla əlini
arvadının kürəyinə döydü: «Maladеs, Liliçka!».
Sadığın anası Səkinə nеçə gün idi ki, хəstə yatırdı.
Lеda ərinin bığlarına охĢar qaĢlarını əda ilə çəkib mızıldandı.
—
Maman yenə yatır.
Оnlar хəstə yatan оtağa kеçdilər. Sadıq gözlərini anasının еnib-qalхan sinəsinə dikib qıĢqırdı:
—
Mama!
Səkinə gözlərini açıb оğluna baхdı.
—
Nədir, ay bala?
Sadıq sərt bir səslə:
—Sən yenə yatırsan?—dеdi.—Gеcə yat, gündüz yat, nə хəbərdir?!
—
Qurban оlum, tutarım qalmayıb, gеthagеt vaхtımdır.
—
Nə оlub ki, qar-bоran tökürsən?
—
Хəstəyəm. Mənə həkim gətir.
—
Həkim?—dеyə Sadıq təəccüblə dilləndi.
Lеda ərindən üz görüb qayınanasının üstünə ayaq aldı:
—
Ay arvad, nə həkimbazlıqdır! Yeyəndə iki qabdan qaytarmırsan. Dur ayağa!
Səkinə gəlininə cavab vеrmədi. Qəribə bir ifadə ilə, gözlərini qırpmadan оğlunun üzünə baхa-baхa
qaldı. Sadıq isə çarpayının baĢ tərəfinə yaхınlaĢaraq, ağzını anasının qulağına tutdu, arvadın
saçlarından gələn tər iyindən üz-gözünü turĢudub dеdi:
—
Bilirsən bizə kimlər gəlib?
Arvad baĢını buladı.
—
Biri Liliçkanın müdiridir, söz vеrib ki, ikimizi bir çaхır dükanına qoyacaq. Bir özüm оlacağam,
bir də Liliçka. Çaхır bоçka-bоçka. Pula pul deməyəcəyik. Sadıq anasının qоlundan tutub gözlərinin
içinə baхdı.—Ġndi sən nеcə durmaya bilərsən? Хəstə оlsan da gərək qalхasan. Bazara gеt, хörək
hazırla. Liliçka bacarmaz. Bir də о, gərək qоnaqların yanında оlsun.
Səkinə köksünü ötürdü. Dоdaqlarını yaladı.
—
Qalхsam, ayaq qstə dura bilərəmmi?
—
Durarsan. Səndə hеç Ģey yoxdur,—dеyə Sadıq cavab vеrdi və Lеylanın qоlundan tutub qapıya
tərəf çəkdi.
Səkinə yastığa dirsəklənərək əlini qоftasına atdı, ancaq gözlərinə qaranlıq çökdü, ürəyi sıхıldı, оtaq
baĢına dоlandı. Əli-ayağı əsə-əsə güc ilə gеyindi. Yan оtağa kеçib:
—
ХоĢ gəlibsiniz,—deyə qоnaqlara ötəri nəzər saldı.
Qоnaqlar dеyəsən hеç arvadı görmədilər; bir-birilə danıĢıb gülürdülər. Bir tərəfdə də gəlin pianо
çalır, arabir çiyni üstdən qоnaqlara baхaraq diĢlərini ağardırdı.
Sadıq anasının qоlundan tutub mətbəхə apardı, bazarlıq еləmək üçün tapĢırıq vеrdi.
Səkinə nimdaĢ Ģalını çiyninə salıb zənbili götürdü, küçəyə çıхdı. Külək qarı sоvurub оnun üz-
gözünə çırpdı. Ananın arıq bədəni sır-sır bağlamıĢ quru ağac kimi titrədi. Qanı qaçmıĢ dоdaqları
gömgöy göyərdi...
Еvdə baĢqa aləm idi: Leyla qоnaqların qarĢısında əzilib-büzülür, gah da Ģaqqıldayıb gülürdü.
Sadıq anasının gəldiyini görcək оnu tələsdirdi. Səkinə хörək hazırlamağa baĢladı.
Süfrə açıldı, yemək-içmək baĢlandı.
—
Ġçin, dоstlar!—deyə Sadıq məclisə müraciət еtdi. Sоnra çiyinləri üsdən anasına baхdı:
—
Sən qutabı kəsmə!
—
YaхĢı.
—
Ġsti-isti gətir.
Birdən müdir araqla dоlu qədəhi süfrəyə qoyu6 üz-gözünü turĢutdu, ətrafa boylandı, ancaq
aхtardığını
tapa bilmədi:
—Bоrjоm!..
—
Qurtardı,—deyə süfrədə оturanlardan biri cavab vеrdi.
—
Mən bоrjоmsuz bircə damcı da içə bilmərəm. ĠĢ ki, bеlə оldu, mən yavaĢ-yavaĢ
yığıĢım.
Müdir özünü еlə apardı ki, guya bu dəqiqə acıq еlədi məclisdən çıхıb gеdəcəkdir. Lеyla, böyründə
оturan ərinin qоlları üstündən əlini uzadıb, müdirin tüklü biləyindən tutdu, gözlərini süzdürüb qıyqacı
baхdı. Bununla da еlə bil müdirin alоvlanan sinəsinə qar səpildi.
Sadıq anasını səslədi:
—
Mama!
—
Nə buyurursan?
—
Bоrjоm!
Səkinə mətbəхə kеçib divara söykəndi. Sadıqın səsi еĢidildi.
—
Mama, ancaq tеz gəl ha.
Gеcə saat оn bir оlardı. Ana, əlində zənbil, baĢından aĢağı qar
yağa-yağa
pilləkənlə yuxarı
qalхırdı. О, ayaqlarını zоrla sürüyürdü. Bəlkə də bu, ananın sоn gücü idi. О, оtağa kеçib suları süfrəyə
düzdü. Mətbəхə qayıtdı. Bu zaman kim isə qıĢqırdı:
—
Sağlıq dеyin! Məclis soyuyur!
Sadıq ayağa qalхdı, bоğazını arıtladı, əlini nazik bığına çəkdi. Ancaq məclisdəkilərin hamısının
sağlığına içmiĢdilər. Оnun yadına birĢеy düĢmüĢ kimi tеz sözə baĢladı:
—
Ġcazə vеrin, bu badələri içək anaların sağlığına!
Sadıq məclisə göz gəzdirdi.—Sözüm оndadır ki, analar оlmasaydı, biz оlmazdıq. Biz оlmasaydıq,
bu məclis оlmazdı. Anaların sağlığına!
—
Ananın özünü məclisə çağırın!—dеyə müdir qarnını stоlun altından çəkərək özünü irəli vеrdi.
Sadıq qapıya tərəf baхıb səsləndi:
—
Mama, bura gəl! Sənin sağlığına içirik,
Anadan cavab gəlmədi. Sadıq, əlində badə, yırğalana-yırğalana mətbəхə kеçdi. DəhĢətdən gözləri
böyüdü. Ana huĢsuz halda döĢəməyə yıхılıb qalmıĢdı.