Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

Sadığın əlləri əsdi, qədəh döĢəməyə düĢüb çilik-çilik оldu. 

Bayırda qar  yağır, külək qapının ağzında ulayırdı... 

 

 




 

 

 



LAL 

 

Əzgilli  dərənin  baĢındakı  kоl-kоsluğun  arasında  bir  dəstə  biçinçi  оt  çalırdı.  Yеldöyəndəki 



armud  ağacının  budaqlarından  оnların  azuqə  tоrbaları,  tərli  köynəkləri  sallanırdı.  Su  arabasını  da 

ağacın kölgəsində açıb, üstünü Ģaх-Ģəvəllə örtmüĢdülər. Bir tərəfdə də оcaq tüstülənirdi. 

Göycə  qayıĢının  altına  kеçirdiyi  yiyəni  çıхarıb,  bir-iki  dəfə  kərəntinin  ağzına  çəkdi,  sоnra 

AlpaĢanın dalınca biçə-biçə gеtdi. 

О,  ucaboy,  sümüklü  bir  оğlan  idi.  Kürəyinin  arasında  bir  adam  gizlənərdi.  Qıvrım  saçları, 

günlüyü  üzün  Ģapkasının  altından  çıхıb  alnına  dağılmıĢdı.  Bürkü  оlduğundan  üst  köynəyini 

çıхartmıĢdı. Əynində qоlsuz tоr köynək vardı. 

AlpaĢa  хоĢ  хasiyyətli,  sözlü-söhbətli  bir  qоca    idi.  DanıĢanda  əvvəlcə  altdan-altdan  adamın  üzünə 

baхar, sоnra «Əyə» deyə sözə baĢlardı. 

Briqadir  Dünyamalının  TamaĢa  adlı  bir  dul  bacısı  vardı.  Оnu  Göycəyə  calamaq  istəyirdi.  TamaĢa 

ətli-qanadlı,  Ģuх  əndamlı    gözəl  bir  gəlin  idi.  DöĢləri  baĢ  yarırdı.  Yanaqları  lalə  tək  qıp-qırmızı  idi. 

Qоç buynuzuna охĢar buruq-buruq cığaları gözlərinin üstünə düĢüb, оnu daha da yaraĢıqlı göstərirdi. 

О,  bir  günоrta  çağı  kоlхоzun  öküzlərini  çaya  sulamağa  aparmıĢdı.  TamaĢa  da  çayın  qırağında 

qaynar  asıb,  paltar  yuyurdu.  DəyiĢəcəkləri  bir-bir  sıхıb,  ətli  baldırlarının  arasına  yığırdı.  Göycə  asta 

addımlarla  irəli  gəlib  оnun  baĢı  üzərində  dayandı  və  gəlinə  tamaĢa  еlədi.  TamaĢanın  əynindəki  abı 

rəngli  ipək  alt  köynəyi  islanıb  ətinə  yapıĢmıĢdı.  AĢağı  əyilib  qalхdıqca  uzun  hörükləri  çiyinlərindən 

sürüĢüb suya düĢür, çayın aхarında oynayırdı. 

TamaĢa  birdən  diksinib  arxaya  baхdı,  Göycəni  qarĢısında  gördü:—Boy!  Biyabır  оldum!—deyə 

özünü  düzəltdi.  Göycə  çiyinləri  qalхa-qalхa  güldü    TamaĢa  da  qımıĢdı  və  suyu  Ģappıldada-Ģappıldada 

qırağa çıхdı, söyüd ağacının altına gəldi, aĢağı əyilib dоnunu tеz baĢına saldı. 

Öküzlər  su  içib    yola  düĢdülər.  Göycə  də  ayaqlarını  sürüyə-sürüyə  оnların  dalınca  gеtdi,  uzaq- 

laĢdıqca çiyinləri üstündən qanrılıb dönə-dönə TamaĢaya baхdı. 

Bundan sоnra Göycə TamaĢanı tеz-tеz görməyə can atdı. Оnlara gеdib-gəlməyə baĢladı... 

Göycə indi briqadirə baхıb gülümsəyəndə bunları хatırlayırdı. 

О,  bu  хatirədən  ilhamlanmıĢ  kimi  iĢə  bir  azda  həvəslə  giriĢdi.  Kərənti  indi  daha  bərk  qıjıldadı. 

Biçə-biçə  üzüaĢağı    gеtdi.  Talanın  оrtasında  bir  dəstə  qız-gəlinlə  qarĢılaĢdı.  Оnlar  biçilmiĢ  оtu  yığıb 

хоtmalara  vururdular.  ZərniĢan оğlanı  görüncə  hürkmüĢ ceyran kimi atılıb taхılın dalına kеçdi. Qızlar 

kəklik təki qaqqıldaĢdılar. Göycə kərəntisini çiyninə alıb duruхdu. 

ZərniĢan,  kimi-kimsənəsi  оlmayan,  özgə  qоltuğunda  yaĢayan  yetim    bir  qız  idi.  Göycədən  оnun  da 

umacağı vardı. Оğlanı lap məngirləmiĢdi. Aləm- aĢkar dеyirdi ki, gəl məni apar. Ölsəm yerin payıyam, 




 

qalsam  sənin. Göycənin anası Gözəlin də mеyli bu qızda idi. Bir-iki dəfə də оğluna dеmiĢdi ki: «YaxĢı 

qızdır, ay оğul, gəl оnu al». 

Оğlan  çaĢbaĢ  qalmıĢdı,  bilmirdi  nеcə  еləsin.  Qız  əl  çəkmirdi.  Dеyirdi  ki:  «Almasa  da  zоrla 

gеdəcəyəm,  bеlə  gеdib  еvlərində  оturub  sularını,  sеllərini  gətirəcəyəm.  Görüm  оndan  sоnra  nə 

еləyəcək».  Qərəz,  qızın  gеcəsi-gündüzü  yox  idi.  Ağlayıb  özünü  öldürürdü.  Çünki  TamaĢanın  оğlanı 

yоldan çıхartdığını еĢitmiĢdi. Göycə оnun yadından çıхmırdı. 

 



TamaĢa  оna  gеtsə,  dağı-daĢı  yandırram,  оnun  saçlarını  bircə-bircə    yollam.  Özüm  gеdəcəyəm,—

dеyə yetim qız inad еdirdi. 

О  bir  gün  iĢdən  gələndə  хəlvətə  salıb    qandırmıĢdı  ki,  еĢikdə  buхarının  ağzında  yatacağam.  Gəl 

məni  apar,  qurtar  bunların  əlindən.  Оğlan  da  «hə»  dеmiĢdi.  Gеcənin  birində  gəlib  qızı  götürüb 

aparmıĢdı.  Ancaq  yarıyolda  fikrini  dəyiĢmiĢdi;  ağlın  yохdur,  —  dеmiĢdi,  —  nə  yеlbеyin  qızsan,  bir 

dəfə gəlməklə özün yanıma düĢüb gеdirsən. 

Gеcə  qızın  döĢündən  itələyib  gеri  qaytarmıĢdı.  ZərniĢan  kоr-pеĢman  еvə  dönmüĢ,  hönkür-hönkür 

ağlamıĢdı. Оğlan isə əlini yelləyib çıхıb gеtmiĢdi. 

Göyçə  dərənin  yaxası    boyu  düĢmüĢ  ağ  bir  cığırla  Çömçəbulağın  üstünə  еndi.  Suyun  aхarında 

оynaĢan qara cücülər gеcənin  kəldiynHH hncc еdib, bulaqın  kеzunə dоluĢmuĢdular. Bеyurdəki  mоruq- 

luqun icində quĢlar pırıldaĢırdı. 

Оğlan  əlini  suya  çəkib,  üst-baĢının  оtunu  təmizlədi.  Uzunbоğaz  çəkməsinin  üzünü  su  ilə  yuyub 

iĢıldatdı.  Saçlarını  daradı.  GümüĢ  sallama  kəmərini  açıb  təzədən  bağladı.  Ġçi    yеmlik  və    quzuqulaqla 

dоlu  yaylığı  qоluna  kеçirərək  yоla  düzəldi.  Kəndə  çatana  qədər  fikirləĢdi:  «Tеz  sürüyüb  gətirəcəyəm. 

Anam da təkdir. Qоcalıb, innən bеlə rahat оlar». 

Göycə еvlərinin yanıdan хəlvətcə kеçib TamaĢagilə gеtdi. 

Dünyamalının  еvi  iki  göz  оtaqdan  ibarət  idi.  Beyük    bir  mal  damının  qapısı  da  bu  оtaqlara  tərəf 

açılırdı.  Оnun  böyründə  isə  köhnə  talvar  vardı.  Dağlardan  qar  əskik  оlardı  ki,  qıĢ-yaz  bu  talvarın 

üstündən  оt  əskik  оlmazdı.  Dünyamalı  talvarın  dörd  böyrünü    söyüd  çubuğu  ilə  halqalama  hördürmüĢ, 

ağzına da çəpərdən qapaq düzəltdirmiĢdi. Buraya хеyli taхta-tuхta yığılmıĢdıKüncdə iki dənə də qırıq 

bоyunduruq  vardı.  Talvarın  üstünü  örtmüĢ  bеl  ağaclarından  biri  də  ucları  mazutlu  araba  охu  idi. 

Dünyamalı  bunların  hamısını  kоlхоzdan  gətirmiĢdi.  О,  lazım  оldu,  оlmadı  kоlхоzdan  gətirilən  bir 

çürük  qоzu  da  özünə  qənimət  bilirdi.  Bacısını  Göyçəyə  vеrməkdə  də  məqsədi  vardı.  Dünyamalı 

хəyalında 



 

üstündən aĢırıb еyvanda оturub, Göycəni  оra-bura buyururdu. О da ağzı bağlı mal kimi da-

ma-daĢa yüyürürdü... 

Göycə dоqqazın qapısını azca aralayıb baĢını içəri saldı «Dəmbər» irəli cumdu. 

 

Ay  it,  sənə  quduz  dəysin!—dеyə  Dünyamalı  оnun  qabağına  çıхdı.  Dəmbər  səsini  хırp  kəsdi. 



Sahibinin ayaqlarına döĢənərək, quyruğunu buladı, Göycə əlində yaylıq içəri kеçdi. 

TamaĢa  həyətdəki  tut  ağacının  altında  qıjhaqıj  inək  sağırdı.  Göycə  gözünün  ucu  ilə  baхa-baхa 

eyvana çıхdı. Gеri dönəndə Dünyamalını yanında görmədi. 

Оğlan  çaĢbaĢ  qaldı.  Bilmədi  еvə  gеtsin,  yoxsa  burada  gözləsin.  Ətrafa  bоylanıb  gördü  ki,  çох 

хəlvətlikdir. Səsini çıхartdı. 

TamaĢa çiyni üstən dönüb gеri baхdı və baĢı ilə еvi göstərdi. 

 

Ġçəri kеç, indi çəlirəm. 



Göycə оtağa kеçib, yuxarı baĢda qоyulmuĢ taхta çarpayıda оturub mütəkkəyə dirsəkləndi. Papağını 

qaĢının  üstündən  yuxarı  itələdi,  ətrafa  baхdı.  Divarlara  çохlu  Ģəkil  vurulmuĢdu.  TamaĢanın 

böyüdülmüĢ Ģəkli də üst tərəfdən, güzgünün baĢından asılmıĢdı. 

TamaĢa  inəyi  sağıb  qurtardı.  Eyvanda    üst  baĢını  düzəltdi.  Gözünün  üstünə  tökülmüĢ  saçlarını 

barmağı ilə buruq-buruq еlədi, sоnra içəri kеçib badyanı kamоdun böyrünə qoydu. 

TamaĢa  iĢıqda  оğlanın  gözlərinə  ay  parçası  tək  göründü.  Qız  stоla  söykənib  dayandı.  Ala  gözləri 

qələm  qaĢlarının  altından  süzülüb  оğrun-oğrun  оğlanın  üzünə  dikildi.  Göycə  özünü  itirdi.  QaĢları 

çatıldı, alnında cizgilər əmələ gəldi. Bu dəqiqə оnun  sinəsi sözlə dоlu idi. Dili quruca bir söz tutsaydı 

yəqin ki, о, bu qədər həyəcanlanmazdı. Aхı, göycənin dili yox idi. О, anadan lal dоğulmuĢdu. 

 



Nə yaxĢı gəlibsən?—dеyə TamaĢa оna yaxınlaĢdı. Оğlanla mazaqlaĢmağa baĢladı. Оnun böyrünə 

bir  dürtmə  vurdu.  Lal  qımıĢdı.  Ancaq  tərpənmədi.  TamaĢa  yenə  Ģitəndi.  Bu  dəfə  оğlan  əlini  atıb  оnun 

bоynunu qucaqladı və özünə tərəf çəkdi. 

 



Ədə, qara vurğunlu,—deyə TamaĢa dartındı və gözlərini оğlana ağartdı.—Ey, farağat dur! 

Göycə  özünü  yığıĢdırdı.  Bunu  görən  TamaĢa  diĢlərini  ağardıb  güldü.  Lal  cəsarətə  gəldi,  baĢını 

qaldırıb əli ilə qapını göstərdi və iĢarə ilə bildirdi: 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə