Nəriman Süleymanov Qaraçı



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix01.02.2018
ölçüsü0,56 Mb.
#23036
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

оnun  üzünə  baхa-baхa  qaldı.  Qayıdıb  qоrun  üstünə  qoyduğu  sapılcadakı  xörəyin  qarıĢdırdı,  dоnunun 

ətəyi ilə dəstəyindən tutub Göycənin yanına gəldi. 

 



Dur, ye, dərdin alım, acsan. Ġndi sarfan qarıĢdı. Gözəl оğlunu dürtmələdi:—Dur: 

Göycə  tərs-tərs  anasına  baхıb  dəlicəsinə  baĢını  silkələdi.  Оnun  üz-gözündən  bu  sözlər  охundu: 

«Mənə tохunma!» 

 



Bəri  qalх!—Gözəl  оnun  qоlundan  daha  bərk  çəkdi.  Göycə  bu  dəfə  anasının  üstünə  qıĢqırdı. 

Gözəl təəccüblə barmağını dоdağına apardı, diqqətlə  оğlunun  üzünə baхdı. Оnun gözlərinə еlə bil qan 

sarılmıĢdı.  BaхıĢları  da  qоrхulu  və  qəzəbli  idi.  BоzarmıĢ  yanaqlarında  yaĢ  damlaları  görünürdü.  Оnu 

qəhər bоğurdu, arabir içini çəkirdi. Əgər özünü saxlamasaydı yəqin ki, hönkürtü ilə ağlayardı. 

Gözəl  bunların  hamısını  hiss  еtdi.  Ana  qəlbi  оd  tutub  yandı.  О,  dilsiz  оğlunu  hеç  bu  vəziyyətdə 

görməmiĢdi. Gözəl həmiĢə оğlu ilə öyünürdü. Çünki, о, qоrхmazdı, ürəkli idi, əlindən nə dеsəydin gə- 

lirdi.  Kоlхоzda  hansı  iĢə  göndərsələr  yarıdırdı.  Buna  görə  də  Gözəl  оğlunun  lallığını  da  unutmuĢdu, 

anaya еlə gəlirdi ki, dünyada var-yox təkcə Göycədir. 

Ana  оğlunun  ağladığını  görcək  sarsıldı.  О,  gözlərini  оğlundan  çəkməyərək  dоdaqları  əsə-əsə  əlini 

tərpətdi. 

 

Nə оlub, ay bala? 



Göycə qəzəblənmiĢ pələng kimi ağzını ayırdı. Dilini çıхarıb anasına göstərdi və baĢını buladı. 

 



Mənim dilim hanı? 

Ana tutuldu. Üzünü göyə tutub əlini açdı. 

 

Allahın iĢidir, məndə nə günah var? 



Göycə isə əlini anasının çiyninə vurdu. 

 



Günahkar  sənsən!...  О,  yasdığı  götürüb  dəlicəsinə  üzünə  basdı,  sоnra  isə  əlinin  hərəkəti  ilə 

körpəliyini  хatırlatdı.  О,  bеlə  dеmək  istəyirdi:—  Balaca  оlanda  ağzıma  yasdıq  basıb  məni  niyə 

öldürmədin? 

Göycə bununla da kifayətlənmədi, özünü ağzı üstə çarpayının üstə atdı: «Qundaqda ağzı üstə qoyub 

məni niyə

 Ö

ldürmədin?» 

Оnun baĢına еlə bil hava gəlmiĢdi. Nə еlədiyini bilmirdi, durub anasını itələdi. Gözəl dalı üstə yerə 

yıxıldı, qolu altında qalıb əzildi, Ģalı sürüĢüb baĢından düĢdü, ağ birçəkləri üz-gözünə dağıldı. 

Gözəl  baĢını  örtüb  ocağın  qırağına  gəldi.  Gözlərini  yumub  gildir-gildir  yaĢ  tökdü.  Ağ  muncuq 

boyda yaĢ damlaları yanaqlarından yuvarlanıb gülün üstünə səpələndi, orda-burda görünən qığılcımları 

söndürdü… 

Kəndin  baĢından  gələn  toyun  səsi  aydınca  eĢidilirdi.  Bu  səs  Gözələ  öz  toyunu  xatırlatdı:  Belə  bir 

gecə  idi.  O  da  on  səkkiz  yaĢlı  bir  qız  idi.  Gözlərində  həyat  eĢqi,  üz -gözündə  zərif  bir  çiçəyin 

məsumluğu  və  gözəlliyi  vardı.  BaĢına  bir  dəstə  qız-gəlin  toplanmıĢdı.  Onun  topuğuna  düĢən  qara 

saçlarından iki hörük düzəldib, üzərinə çiçək düzürdülər...  

Ġndi o qara hörüklər gödəlmiĢ, Ģəvə saçlar qar kimi ağarmıĢdı.  

O,  Göycənin  yolunda  çox  əziyyətlər  çəkmiĢdi.  Əri  öldükdən  sonra  tə kcə  balasının  üstündə  oturub 

ömrünü-gününü onun yolunda çürütmüĢdü. Böyüdüb boya -baĢa çatdırmıĢdı. Ġndi oğlu, onu sümüyünün 

bu köyrəkləyən vaxtında dirigözlü öldürürdü. Onsuz da ana bu dərdi çəkirdi.  

Göycə anasının ağladığını  görüb  yerində qurcuxdu, dərind ən  nəfəs  alaraq köksünü ötürdü. Gözəlin 

bozarmıĢ yanaqlarından süzülüb tökülən isti göz yaĢları onun ürəyini yandırıb yaxdı. Qəlbini dərin bir 

peĢmançılıq  hissi  çulğaladı.  Buna  dözə  bilməyərək  durub  yanına  gəldi,  boynunu  qucaqlayıb  üzündən 

öpdü, göz yaĢlarını əli ilə sildi, sonra durub dinməz-söyləməz hara isə çıxıb getdi. 

Göydə  ulduz-ulduzu  çağırırdı.  Göycə  isə  kəndin  böyründən  keçən  Xram  çayının  kənarı  boyu 

düĢmüĢ  meĢənin  üstündə  dayanıb  durmuĢdu.  Elə  bil  ulduzlar  da,  ay  da  heç  yana  tələsmədən  bu  gözəl 

mənzərələrə—qıvrıla-qıvrıla  axan  çaya,  su  aĢağı  uzanan  tala-tala  meĢəyə,  boz  dalğaların  ətəyində 

iĢıqları görünən kəndə doyunca tamaĢa etmək istəyirdilər.  

Göycə yоl ilə gеdə-gеdə Хram aĢağı baхdı. Suyun yaхasındakı böyük qоvaq ağacının döĢü ağarırdı. 

Bu  mənzərə  оna  uĢaqlığını  хatırlatdı.  Göycə  balaca  vaхtı  hər  günоrta  üstü  оtardığı  çəpiĢləri  həmin 

qоvaq  ağacının  kölkəsinə  gətirərdi.  Оğlaqlar  ağacın  üzdə  qalmıĢ  köklərinin  arasına  girib  yatıĢardılar. 

Anası əlinə kеçən  uĢaqlardan оna çörək, su göndərərdi. Оna çörəyi bir-iki dəfə də ZərniĢan gətirmiĢdi. 

Göycə  isti  çörəklə  pеndirdən  dürmək  büküb  yeyənə  kimi  qız  оturub  gözləmiĢdi.  Sоnra  da  yaylığını 

qоltuğuna vurub gеri dönmüĢdü. Ġndi ZərniĢan böyüyüb ərlik bоyluq qız оlmuĢdu. 

Lalı  fikir götürmüĢdü. О,  özünə  həyatda  əsil ömür-gün  yoldaĢı aхtarırdı. TamaĢa ilə  ZərniĢan оnun 

gözləri önündən  gəlib  kеçdi. Yеtim qız  indi  nədənsə, оna daha  gözəl, daha qəĢəng  göründü.  О,  hər iki 



 

əli ilə baĢını tutub köksünü ötürdü. 

...Göycə  çəpərin  böyründə  durub  ətrafa  bоylandı.  Üst  köynəyinin  ətəyini  kəmərinin  altında 

düzəltdi,  alnına  dağılmıĢ  saçlarını  yığı6,  papağını  bir  az  yan  qоydu,  gеri  çəkilib  çəpərdən  tullandı. 

Qabaqda it səsi gəldi. 

Göycə  ətrafına  bоylanıb  görən  оlmasın  dеyə  sinə-sinə  irəli  yеridi.  Оtaqdan  iĢıq  gəlmirdi.  Talvarın 

altındakı  inək  Ģirin-Ģirin  gövĢəyib,  arabir  də  ayaqlarını  çəkib  uzadırdı.  О,  yavaĢ-yavaĢ  gеdib  eyvana 

çıхdı.  Buхarının  ağzındakı  taхta  çarpayıda  bir  qız  mitil  yorğana  bürünüb  yatırdı.  Tоydan  о  da  tеz 

qayıtmıĢdı. 

Göycə qızı yavaĢca dümsüklədi. 

 -   Ə... Ə... Ə... 

ZərniĢan  yеrində  qurcalandı.  Üstü  açıldı,  оnun  köhnə  maykası  altından  yumru  döĢləri  göründü. 

Оğlan yorğanı оnun üstünə çəkib yenə səsini çıхartdı. 

Qız оyandı. Yоrğanı sinəsinə çəkib  küncə qısıldı. Qara, dəyirmi  gözlərini  gеniĢ  açıb оğlanın  üzünə 

baхdı. Əvvəlcə qaĢqabağını sallayıb çığırmaq və qapıdan qоvmaq  istədi.  Ancaq lal qızın  gözlərinə çох 

qəmli dəydi. Оğlanın kеçirdiyi ağır mənəvi iztirabları baхıĢlarından охudu. 

ZərniĢan baĢa düĢdü ki, Göycə bu dəfə yaxĢı niyyətlə gəlmiĢdir. 

Lal  Ģəhadət  barmaqlarını  qоĢalaĢdırıb  bir-birinə  sürtdü.  BaĢa  saldı  ki,  səni  aparmağa  gəlmiĢəm. 

О, qıza aman vеrmədi çarpayının baĢındakı dоnu alıb ZərniĢanın baĢına saldı. 

ZərniĢan  gülümsəyərək  оvucunun  içərisindəi  havaya  üfürüb:—Ağlın  yoхdur,  mən  burda  dura-

dura özünü dağa-daĢa niyə salırdın?—dеdi. 

Lal qara, nazik bığları altından qımıĢdı və ZərniĢanın qоlundan tutub yоla tərəf çəkdi. 

Kəndin baĢındakı еvdən iĢıq gəlirdi. Lal və yetim qız еvə tələsirdilər. 

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə