NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   49   50   51   52   53   54   55   56   57

 
Bakыnыn Qurtuluшu 
 
 
191 
 
CƏFƏR CABBARLI 
(1899-1934) 
 
n yeni dövr Azərbaycan dramaturgiyasının banisidir. Müa-
sir ədəbi-bədii dilin formalaşmasında əhəmiyyətli təsir gös-
tərmişdir. 1899-cu ildə Bakının Xızı kəndində kömürçü Qa-
far kişinin ailəsində doğulmuşdur. İlk təhsilini molla yanında alan Cə-
fər sonra Bakıda rus-tatar məktəbinə daxil olub. O, politexnik məktə-
bində  və  Azərbaycan  Dövlət  Universitetinin  Şərq  fakültəsində  təhsil 
almışdır. 16 yaşında yazdığı “Bahar” adlı ilk şeri “Məktəb” jurnalında 
çap olunmuşdur.  
Milli hökumət qurulandan sonra  C. Cabbarlı parlamentdə stenoq-
raf işləmiş, dramaturji fəaliyyətini gücləndirmişdir. Milli hökumət sü-
qut etdikdən sonra “Gənc müsavatçılar hərəkatı”nın  katibi seçilmişdir. 
1923-cü  ildə  təşkilatın  bir  sıra  üzvləri  ilə  yanaşı  C.  Cabbarlı  da  həbs 
edilir,  müəyyən  şərtlə  azadlığa  buraxılır.  1920-1926-cı  illər  C.  Cab-
barlının ağır mənəvi böhran keçirdiyi dövr idi. O, bu çətin illərdə tər-
cüməçi işləyir, universitetin tarix-filologiya fakultəsində oxuyurdu. 
“Sevdiyim”, “Azərbaycan bayrağına”, “Ana” və s. şerlərinin, “As-
lan  və  Fərhad”,  “Mənsur  və  Sitarə”,  “Firuzə”  hekayələrinin;  “Vəfalı 
Səriyyə”,  “Solğun  çiçəklər”,  “Nəsrəddin  şah”,  Trablis  müharibəsi”, 
“Ədirnənin  fəthi”,  “Aydın”,  “Od  gəlini”,  “Sevil”,  “Almaz”,  “Yaşar” 
və s. kimi pyeslərinin müəllifidir.  
Cəfər Cabbarlı 1934-cü il yanvarın 31-də vəfat edib.  
 
 
 
MİRZƏ BALA MƏMMƏDZADƏ  
(1898-1959) 
 
zərbaycan  milli  istiqlal  hərəkatının  görkəmli  xadim-
lərindən  biri  də  Mirzə  Bala  Məmmədzadədir.  Publi-
sist, yazıçı, tarixçi kimi tanınan M. B. Məmmədzadə 
1898-ci ildə Bakının  Zirə kəndində balıqçı ailəsində 
anadan olmuşdur.  
Ə 



 
Nяsiman Yaqublu 
 
 
192 
Mirzə Bala Bakıdakı 7-ci “rus-tatar” məktəbini (1908-1914), Alek-
seyev  adına  3-cü  Ali  ibtidai  məktəbi  bitirdikdən  sonra  təhsilini  Bakı 
Texniki  Sənaye məktəbində davam etdirmişdir.  
Texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” Komi-
təsinə  daxil  olmuşdur.  Stalinin  yaxın  adamı  olan  Lavrenti  Beriya  ilə 
yoldaşlıq etmişdir. Azərbaycanın məşhur ədib və dramaturqu C. Cab-
barlı da M. Balanın məktəb yoldaşlarından biri idi. 
Ədib yaradıcılığa təhsil illərində başlamış, 1912-ci ildə onun “Kas-
pi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitab çap olun-
muşdur. 1915-ci ildə M. Ə, Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qə-
zetinə  ara-sıra  məqalələr  yazan  Mirzə  Bala,  sonradan  həmin  qəzetin 
işində  fəal  iştirak  edənlərdən  biri  olmuşdur.  Eyni  zamanda  “Bəsirət” 
jurnalında  baş  redaktor  işləmişdir.  Fevral  inqilabından  (1917)  sonra, 
açıq  siyasi  fəaliyyətə  qoşulmuş,  “Müsavat”  partiyası  sıralarına  daxil 
olmuşdur.  
Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  olunduqdan  sonra  M.  B. 
Məmmədzadə “Müsavat”  partiyası nəzdində yaradılmış “Gənclər cə-
miyyəti”nin orqanı olan “Gənclər yurdu” (1918-ci il iyul-noyabr) jur-
nalının redaktoru (Firudin Tofiq Hacızadə ilə birgə)  və “Azərbaycan” 
qəzetinin  müxbiri  olmuşdur.  1919-cu  ilin  sentyabrında  M.  Balanın 
mövzusu  mart  qırğınından  bəhs  edən  “Bakı  uğrunda  mübarizə”  əsəri 
Azərbaycan Dövlət Teatrında A. Şərifzadənin rejissorluğu ilə tamaşa-
ya qoyulmuşdur. 
1918-1920-ci  illərdə  o,  Azərbaycan  Parlamentində  stenoqrafçı 
işləmişdir.  Azərbaycan  Cümhuriyyətinin  süqutundan  sonra  M.  B. 
Məmmədzadə  Bakıda  “Müsavat”ın  gizli  təşkilatının  rəhbəri  olmuş, 
1923-cü  ilə  qədər  onun  orqanı  olan“İstiqlal”  qəzetini  nəşr  etmişdir. 
1923-cü  ildə  M.  Bala  məsləkdaşları  ilə  birlikdə  həbs  edilir.  Sonralar 
təsadüf nəticəsində həbsdən azad olunur. 
1924-cü  ilin  mayında  M.  B.  Məmmədzadə  İranın  Ənzəli  şəhərinə 
gələrək  oradakı  mühacirlərin  fəaliyyətinə  başçılıq  edir.  1927-ci  ildə 
İstanbula  köçmüş,  elə  həmin  il  İstanbulda  onun  “Azərbaycan  misaqi 
millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, “Ermənilər və İran” 
kitabları  çap  olunmuşdur.  M.  Ə.  Rəsulzadənin  redaktorluğu  ilə  çıxan 
“Yeni Qafqaziya”, “Azəri Türk” (1928-1931) və “Odlu Yurd” (1929-
1931) jurnallarında çalışan ədib həmçinin İstanbul Universitetinin hü-
quq fakultəsində təhsil almışdır. 


 
Bakыnыn Qurtuluшu 
 
 
193 
Sovet hökumətinin tələbi ilə Azərbaycan mühacirlərinin rəhbərliyi 
Türkiyədən  çıxdıqda  (1931-ci  il)  M.  B.  Məmmədzadə  də  Varşavaya 
və az sonra Almaniyaya köçməli oldu.   
İkinci  Dünya  müharibəsinin  başlanması  və  Polşanın  Almaniya 
tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M. B. Məmməd-
zadənin  “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklope-
diyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan 
tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir. 
1949-cu ildə M. B. Məmmədzadənin yaxından iştirakı ilə Ankara-
da  “Azərbaycan  Kültür  Dərnəyi”nin  əsası  qoyulmuş,  1951-ci  ildə 
“Azərbaycan tarixində türk Albaniya” adlı əsəri həmin dərnək tərəfin-
dən çap olunmuşdur. O, 1954-cü ildən Münhendəki SSRİ-ni Öyrənmə 
İnstitutu”nda  çalışmış,  burada iki il elmi  şuranın sədri, iki il isə sədr 
müavini vəzifəsini icra etmişdi. M. B. Məmmədzadə 1959-cu il mart 
ayının 8-də İstanbulda vəfat etmişdir. Qəbri Qaracaəhməd məzarlığın-
dadır.  
 
 
ƏHMƏD CƏFƏROĞLU (1899-1975) 
 
hməd  İsmayıl  oğlu  Cəfərzadə  1899-cu  il  aprelin  17-də 
Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncədə, tacir 
ailəsində  anadan  olmuşdur.  Üç  yaşında  ikən    atasını  itirən 
Əhməd  anası  Gövhər  xanımın  və  qohumlarının  himayəsində  böyü-
müşdü.    1905-ci  ildə  ermənilər  Gəncədə  milli  toqquşma  törətdikləri 
zaman Gövhər xanım üç uşağı ilə Səmərqəndə - qohumu Hacı Mirta-
ğının yanına gedir və 1909-cu ilə qədər orada yaşayır. Ailəsi 1910-cu 
ildə Gəncəyə qayıtdıqdan sonra o, təhsilini Gəncə gimnaziyasında da-
vam etdirmiş, 1916-cı ildə gimnaziyanı başa vuraraq Kiyev Ali Tica-
rət İnstitutunun İqtisad fakultəsinə daxil olmuşdu.  
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannamə-
sinin elan edilməsindən sonra Gəncəyə köçən hökuməti qarşılayanlar-
dan  biri  də  gənc  Əhməd  idi.  O,  Nuru  Paşanın  komandanlığı  altında 
Milli  Komitənin  dəvəti  ilə  Azərbaycana  köməyə  gəlmiş  Qafqaz  –  İs-
lam Ordusuna könüllü yazılmışdı. 1918-ci il sentyabrın 15-də Bakının 
daşnak  və  bolşevik  tör-töküntülərindən  azad  edilməsində  Əhməd  də 
iştirak etmişdir. Bakı Dövlət Universitetində isə o, təhsilini davam et-
Ə 


 
Nяsiman Yaqublu 
 
 
194 
dirmişdir.  1920-ci  il  aprelin  27-də  Azərbaycanın  XI  Qızıl  Ordu  tərə-
findən  işğalından  sonra  o,  Azərbaycanı  tərk  etdi.  Ə.  Cəfəroğlu  dil  və 
din  baxımından  azərbaycanlılara  hər  cəhətdən  yaxın  olan  Türkiyəni 
seçdi. Az sonra Kiyevdə və Bakıda  yarımçıq buraxmağa məcbur ol-
duğu  ali  təhsilini  İstanbul  Universitetinin  ədəbiyyat  fakultəsində  da-
vam etdirdi.  
1925-ci  ilin  sonunda  o,  Almaniya  Xarici  İşlər  Nazirliyinin  təqaü-
dünü  qazanaraq  aspirantura  təhsilini  davam  etdirmək  üçün  dünya 
türkologiyasının  mərkəzlərindən  biri  kimi  tanınan  Almaniyaya  yolla-
nır.  Burada  Berlin,  sonra  isə  Breslau  Universitetində  mükəmməl  tür-
koloji təhsil almışdır. Bu universitetdə oxuyarkən o, Avropa və dünya 
miqyasında tanınan şərqşünaslıq-türkoloq professorlarından Von Kop, 
Vasmer, Vasmermann, Gize, Karl Brokkelman, Şader və başqalarının 
tələbəsi olmuşdur. 
1929-cu  ildə  Azərbaycanlı  gənc  Breslau  Universitetində  məşhur 
türkoloq Fəgizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbay-
can  bayatı  türküsü.  Bir  dil  araşdırması  ilə”  adlı  dissertasiya  müdafiə 
etmiş  və  filologiya  doktoru  alimlik  dərəcəsinə  layiq  görülmüşdür. 
Onun bu tədqiqat əsəri 1919-30-cu ildə Berlində “Şərq dilinə dair se-
minarın materialları”nda alman dilində ayrıca kitabça şəklində çapdan 
çıxmışdır.  
1929-cu  ildə  Avropadan  Türkiyəyə  qayıtmış  və  bir  vaxt  tələbəsi 
olduğu türkologiya şöbəsinin türk dili tarixi kursuna dosent təyin edil-
mişdir. 1938-ci ildə professorluq vəzifəsinə yüksəlmişdir. O, Şərq dil-
lərindən başqa rus, alman, fransız və italyan dillərini də bilirdi. O, 30-
cu illərdə 10-dan çox kitab və kitabça yazıb, türk və alman dillərində 
nəşr etdirmişdir. 1932-ci ildən başlayaraq Ə. Cəfəroğlunun redaktorlu-
ğu altında “Azərbaycan yurd bilgisi” dərgisi nəşr olunmağa başladı.  
O, bir sıra milli və millətlərarası cəmiyyətlərin üzvü olub. Türk Di-
li Qurumunun, Polşa Müştərəklər Cəmiyyətinin, Millətlərarası Ümumi 
Dialektoloji  Mərkəzin,  Ural-Altay  cəmiyyətinin  və  Millətlərarası  Də-
niz  Kültürü  İnstitunun  üzvü,  Polşa  Elmlər  Akademiyasının  (1938), 
Ukrayna  Elmlər  Akademiyasının,  Fin-Uqor  Cəmiyyətinin  müxbir 
üzvü seçilmişdir. Bunlardan başqa o, 1944-cü  ildə Millətlərarası Ono-
mastika  Cəmiyyətinin,  1956-cı  ildə  Atlantik-Ağ  dəniz  Linqvistik  Cə-
miyyətinin  Türkiyə  təmsilçisi  olmuşdur.  1953-cü  ildə  Ukrayna  Uni-


 
Bakыnыn Qurtuluшu 
 
 
195 
versitetinin Fəxri doktoru seçilmişdir. 1955-ci ildə İspaniya hökuməti 
Ə.Cəfəroğlunu “De Alfonso XEL Sabio” nişanı ilə təltif etmişdir. 
Əhməd Cəfəroğlu 1975-ci il yanvarın 6-da vəfat etmiş, İstanbulun 
Zincirlik qəbirstanlığında dəfn edilmişdir.  
 
 
 
FEYZİ AKÜZÜM 
(1922-1991) 
 
eyzi Aküzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk 
və  orta  təhsilini  Qarsda  başa  vurduqdan  sonra  An-
kara Universitetinin Ziraət  fakultəsinə daxil olmuş-
dur.  Təhsilini  bitirdikdən  sonra  Türkiyə  Kənd  Tə-
sərrüfatı  Nazirliyində  çalışmışdır.  O,  burada  yüksək  vəzifələrdə  işlə-
mişdir. 
1949-cu  ildən  isə  Azərbaycan  Kültür  Dərnəyinin  işlərində  böyük 
fəallıq  göstərmişdir.  M.  Ə.  Rəsulzadə  ilə  yaxın  təmasda  olmuşdur. 
Sonralar  Azərbaycan  Milli  Mərkəzinin  üzvü  və  Azərbaycan  Kültür 
Dərnəyinin  Başqanı  olan  Feyzi  Aküzüm  “Azərbaycan”  dərgisində 
çoxlu sayda dəyərli yazılar çap etdirmişdir. 
Feyzi Aküzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir.  
 
 
MƏHƏMMƏD KƏNGƏRLİ  
(1914-2006) 
 
zərbaycan  milli  istiqlal  mübarizəsinin  və  mühacirət 
mətbuatının  önəmli  simalarından  biri  olan  Məhəm-
məd  Kəngərli  1914-cü  ildə  yanvarın  10-da  Şuşada 
anadan  olmuşdur.  Orta  təhsilini  başa  vurduqdan  sonra  1933-cü  ildə 
Universitetin  tibb  fakultəsinin  rus  bölməsinə  daxil  olmuş,  daha  sonra 
isə  Leninqrad  Hərbi  Akademiyasına  qəbul  edilmiş  və  1939-cu  ildə 
oranı bitirmişdir. 
O, 1928-ci ildən, 14 yaşından etibarən Müsavat Partiyasının “Gənc 
Azər” Təşkilatının üzvü olmuşdur. 




 
Nяsiman Yaqublu 
 
 
196 
1942-ci ildə İkinci Dünya müharibəsində almanlara əsir düşmüş və 
burada    Azərbaycan  Milli  Mərkəzinin  Başqanı  M.  Ə.  Rəsulzadə  ilə 
yaxından tanış olmuşdur. 
İkinci  Dünya  müharibəsindən  sonra  Almaniyada  çətin  şəraitdə 
yaşayan Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gəlmiş, Ankara-
da  Azərbaycan  Milli  Mərkəzində  və  Azərbaycan  Kültür  Dərnəyində 
çalışmışdır. 
1952-1979-cu illərdə Türkiyənin Sağlıq və Sosial Yardım Bakanlı-
ğının müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Qızılay Baş 
müdir yardımçısı, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələ-
rində çalışmışdır. 
1963-cü ildə Kıprıs  hadisələrində Lefiotəyə getmiş, orada Qızılay 
xəstəxanasını qurmuşdur. Sonradan Türkiyədə Anıtlar Dərnəyi  Genel 
Başqanı olaraq fəaliyyət göstərmişdir. 
Məhəmməd Kəngərli Ankarada nəşr edilən “Azərbaycan” jurnalın-
da Azərbaycanın  müstəqilliyi  mübarizəsi ilə bağlı çoxlu sayda  məqa-
lələrin müəllifidir. 
Məhəmməd  Kəngərli 2006-cı ildə Ankarada vəfat etmişdir.  
 
 
 
ƏHMƏD CAVAD 
 (1892-1937) 
 
zərbaycanın  tanınmış  şairi  Əhməd  Cavad  (Cavad 
Axundzadə)  1892-ci  ilin  may  ayının  5-də  Şəmkir 
rayonunun Seyfəli kəndində anadan olub. İlk təhsi-
lini molla yanında alıb. 1906-1912-ci illərdə Gəncə 
Müsəlman  Ruhani Seminariyasında təhsil alıb. Əhməd Cavad 16  ya-
şından müəllimlik edib. 1918-1920-ci illərdə “Qoşma”, “Dalğa” şerlər 
kitabını çap etdirib. 1920-ci ilin 27 Aprel işğalından sonra  təqib edi-
lib. 1923-cü ildə ilk dəfə həbs olunub. 30-cu illərdə yenidən həbs edi-
lərək həmin ilin oktyabr ayının 13-də güllələnib.  
 



 
Bakыnыn Qurtuluшu 
 
 
197 
 
MƏHƏMMƏD ƏLİ RƏSULOĞLU 
 (1882-1982) 
 
zərbaycan  istiqlalı  uğrunda  böyük  mücadilə 
aparmış  Məhəmməd  Əli  Rəsuloğlu  1882-ci  ildə 
aprel  ayının  7-də  Bakıda  nadan  olub.  Məhəmməd 
Əmin  Rəsuloğlu  görkəmli  dövlət  xadimi  Məhəm-
məd  Əmin  Rəsulzadənin  əmisi  oğludur.  Məhəmməd  Əli  Rəsuloğlu 
Azərbaycanın ilk milli-siyasi partiyası olan Müsavatın üç qurucu rəh-
bərlərindən biridir. Məhəmməd Əli Rəsuloğlunun Azərbaycanda baş-
layan  mücadiləsi  (sonradan  –  mühacirətdə)  Türkiyədə,  İranda,  Alma-
niyada,  Polşada,  Rumıniyada  və  bir  çox  ölkələrdə  davam  etmişdir. 
Məhəmməd Əmin Rəsuloğlu 1982-ci ildə fevral ayının 3-də vəfat et-
miş və İstanbulda dəfn edilmişdir.  
 
 
 
ÇİNGİZ GÖYGÖL 
 
zərbaycan  Mühacirət  Mətbuatının  tanınmış  xadi-
midir. 1955-ci ildən Ankarada nəşr edilən “Müca-
hit” jurnalının Baş redaktoru olub. Yüksək ali təh-
silə  malik  olan  Çingiz  bəyin  əsli  Gəncədəndir. 
Azərbaycan  mühacirət  mətbuatında  Azərbaycanın  müstəqilliyi  və 
azadlığı ilə, mədəniyyət tarixi ilə bağlı çoxlu sayda məqalələr müəlli-
fidir. 
Türkiyənin Ankara şəhərində yaşamış və orada vəfat etmişdir.  
 
 




 
Nяsiman Yaqublu 
 
 
198 
 
 
ÜMMÜGÜLSÜM (1899-1944) 
 
anınmış  şairə  Ümmügülsüm  1899-cu  ildə  Bakının 
Novxanı  kəndində  anadan  olub.  O,  tanınmış  dövlət 
xadimi Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və 
yazıçı  Seyid  Hüseynin  həyat  yoldaşı  olub.  İlk  şerini  1908-ci  ildə  ya-
zıb.  Dövrün  aparıcı  mətbuat  orqanları  olan  “İqbal”da,  “Açıq  söz”də, 
“İstiqlal”da, “Azərbaycan”da, “Dirilik” və “Məktəb”də şerləri çap edi-
lib.  Bolşeviklər  Azərbaycanı  işğal  etdikdən  sonra  30-cu  illərdə  Üm-
mügülsüm  xanım  sürgün  edilir.  Ağır  sürgün  həyatı  yaşayan  Ümmü-
gülsüm xanım 1944-cü ildə vəfat edib.  
 
 
 
ABDULLA ƏFƏNDİZADƏ 
(Əbdü Əfəndizadə) 
(1873-1928) 
 
anınmış  siyasi  xadim  Abdulla  bəy  Əfəndizadə  1873-
cü  ildə  anadan  olub.  1899-cu  ildə  Tiflisdə  Alek-
sandrovski Müəllimlər İnstitutunu bitirib. Şəkidə, son-
radan  isə  Bakıda  pedaqoji  fəaliyyətlə  məşğul  olub. 
1918-ci  ildə  Şəkidən  Azərbaycan  Parlamentinə  deputat  seçilib.  “Əh-
rar”  partiyasının  yaradıcılarındandır.  1918-ci  ildə  Şəkidə  “Mədəniy-
yət” mətbəəsində “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” ki-
tabçası    çap  edilib.  Kitabçada  Birinci  Dünya  müharibəsi,  Türkiyənin 
və İslam dünyasının bu müharibəyə qədərkivə müharibə dövrü du-ru-
munu diqqətlə izləmiş, Azərbaycanın və bütünlüklə Qafqaz türklərinin 
taleyi ilə bağlı problemlərə münasibətini bildirmişdi.  Abdulla  Əfən-
dizadə 1928-ci ildə vəfat edib.  
 
 




 
Bakыnыn Qurtuluшu 
 
 
199 
NAĞI ŞEYXZAMANLI 
 (1883-1967) 
 
anınmış  dövlət  xadimi  olan  Nağı  Şeyxzamanlı 
1883-cü  ildə  Gəncədə  anadan  olub.  “Difai”  və 
“Türk  Ədəmi-Mərkəziyyət”  partiyalarının  fəalla-
rından olub. Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə  Təhlükəsizlik  orqanında  “Əksinqilab  ilə  mübarizə”  təşkilatına 
başçılıq edib. 1920-ci ilin 27 Aprel işğalından sonra Türkiyəyə gedib. 
Türkiyədə o, bir çox maraqlı kitab və məqalələr yazıb və nəşr etdirib. 
Nağı Şeyxzamanlı 1967-ci ildə vəfat edib.  
 
 
HÜSEYN BAYKARA 
 (1904-1984) 
 
anınmış  ziyalı  Hüseyn  Baykara  1904-cü  ildə  Şuşada 
anadan  olub.  Bakı  Dövlət  Universitetində  təhsil  alıb. 
Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizə  aparıb, 
tələbələr qarşısında çıxışlar edib. Təqiblərə məruz qaldığından 1927-ci 
ildə əvvəlcə İrana, oradan da Türkiyəyə gedir. İstanbul Universitetinin 
hüquq  fakultəsində  oxuyur.  İstanbulda  prokuror  vəzifəsində  çalışır. 
Eyni  zamanda  mətbuatda  maraqlı  məqalələrlə  çıxış  edir.  Hüseyn 
Baykara 1984-cü ildə vəfat edib.  
 
 
SALMAN MÜMTAZ  
(1884-1937) 
 
rdoğan Salman Məmmədəmin oğlu – şair, ədəbiyyatşünas, 
mətnşünas. 1884-cü il mayın 20-də Nuxa (indiki Şəki) şə-
hərində anadan olub. Kiçik yaşlarından ailəlikcə Orta Asiyanın Aşqa-
bad şəhərinə köçdüklərindən uşaqlıq dövrü burada keçib. Klassik Şərq 
ədəbiyyatını toplayıb nəşr edir. Klassik Azərbaycan ədəbiyyatının top-
lanıb  nəşr  edilməsi  və  tədqiqində  onun  xidmətləri  təqdirəlayiqdir. 
Azərbaycan  dövri    mətbuatında  satirik  şerləri,  mənzum  felyetonları 
çap edilib. 1937-ci ildə həbs edilərək həbsxanada vəfat edib.  


Ə 


 
Nяsiman Yaqublu 
 
 
200 
 
ABDULLA ŞAİQ  
 (1881-1959) 
 
-ci ildə fevralın 24-də Gürcüstanın Tiflis (Tbilisi) 
şəhərində  anadan  olub.  1889-cu  ildə  altı  sinifli 
məktəbə  daxil  olub.  Sonra  İrana  köçüb.  1900-cü  ildə  yenidən  Tiflisə 
qayıdır.  Sonra  Bakıya  köçüb  buradakı  məktəblərdə  müəllimlik  edir. 
Çoxlu  sayda  dərs  kitablarının,  pyeslərin,  hekayələrin  və  əsərlərin 
müəllifidir. 
1959-cu ildə iyulun 24-də Bakıda vəfat edib.  
 
 
 
 
 
 
1881 


 
Bakыnыn Qurtuluшu 
 
 
201 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Elm və Təhsil» nəşriyyatının  direktoru: 
professor Nadir MƏMMƏDLİ 
 
Kompüter dizayneri: Tural Əhmədov 
Texniki redaktor: Rövşanə Nizamiqızı 
Yığıcı: Nəzakət Muradova 
Korrektor: İradə Quliyeva 
Montajçı: Rasim Hacıyev 
Operator çapçı: Elşad Hacıyev 
 
Yığılmağa verilmiş 25.06.2010. 
Çapa imzalanmış 05.08.2010. 
Şərti çap vərəqi 12,5. Sifariş № 472. 
Kağız formatı 70x100 1/16. Tiraj 3000. 
 
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya 
müəssisəsində səhifələnib çap olunmuşdur. 
E-mail: elm_ve_tehsil@box.az 
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 


 
Nяsiman Yaqublu 
 
 
202 
 

Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə