NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Nяsiman Yaqublu 
 
 
18 
Янвяр Паша 
ral) rütbəsi verildi. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci ilin martın 
25-də  Mosula,  oradan  isə  Gəncəyə  gəlib  Qafqaz  İslam  Ordusunu  ya-
ratmağa başladı. Qeyd edək ki, Nuru Paşa Gəncəyə mayın 25-də gəlib 
çıxmışdı. 
Azərbaycanın görkəmli dövlət xadi-
mi  Məhəmməd  Əmin  Rəsulzadə  Nuru 
Paşanın  Gəncəyə  gəlişini  belə  qeyd 
edirdi:  “Cənubi  Qafqaz  nümayəndələri 
ilə türk nümayəndələri  Batumda müza-
kirələr apararkən Nuru Paşa ilə bərabər 
tabeliyində olan bir çox  zabitlər – İran 
və Qarabağ istiqamətindən Gəncəyə da-
xil oldular. O zaman müdhiş bir anarxi-
yaya  məruz  qalan,  digər  tərəfdən  də 
bolşevik  təcavüzü  ilə  təhdid  olunan 
Gəncə  Nuru  Paşanı  göydən  enmiş  xi-
laskar  bir  mələk  kimi  qəbul  etmişdi. 
Xalqın ona göstərdiyi istiqlal Gəncə ta-
rixində görünməmişdi” (53, s. 39). 
Nuru Paşa Gəncəyə gəldikdən sonra 
burada  və  ətraf  bölgələrdə  olan  müqa-
vimət dəstələrini təşkilatlandırmağa başladı. 
Maraqlıdır  ki,  Nuru  Paşa  Gəncədəki  vəziyyəti  öyrəndikdən  sonra 
Üçüncü ordu komandanlığına çox dəyərli və tarixi əhəmiyyəti olan bir 
məlumat  göndərilmişdi.  Nuru  Paşa  Üçüncü  ordu  komandanı  Vəhib 
Paşaya  yazdığı  məlumatda  bildirirdi: “Gəncədə Milli Kolordu (hərbi 
birlik)  adında  təşəkkül  edən  600  nəfərlik  bir  qüvvət  vardır.  Bakıya 
qarşı da Kürdəmir stansiyasında knyaz Mağalov adında bir gürcü za-
bitinin  komandası  altında  400-ə  qədər  əsgər  vardır.  Bakı  qətliamında 
gürcülərin  müsəlmanlarla  təşrixi-məsai  etmələrinə  bir  əlamət  və  mü-
səlmanlarla bir cəmilə olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin 
300-dən ibarət olan gürcüləri də Tiflisə dönüblər. 
Azərbaycanın milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərli-
yə  layiq  çox  insan  vardır.  Muğan  kimi  bölgələrdə  10 000 000  kiloya 
qədər  də  buğda  və  ərzaq  mövcuddur.  Fəqət  ordu  təşkili  üçün  paltar, 
silah və cəbbəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilmə-
sini  rica  edir  və  əlavə  edir  ki,  əsgərin  təlim  və  tərbiyəsi  üçün  buraya 


 
Bakыnыn Qurtuluшu 
 
 
19 
gələn  əsgər  heyəti  Mosulda  qaldı.  Bir  müddətə  qədər  gəlməyəcəklər. 
Təşəkkül  edəcək  əsgərə  komanda  etmək  üzrə  mümkün  olduğu  qədər 
müəllim-zabit və kiçik zabitin izamım hassaten rica edirəm. Kıtaatı (hər-
bi hissələri) Osmaniyyənin Gəncəyə adəti vürudu muhtemet isə bilxassə 
merkuz heyətə fövqəladə ehtiyacımız olacaq – olur” (60, s. 18). 
Üçüncü ordu komandanı Vəhib Paşa Nuru Paşaya 1918-ci ilin iyu-
nun 2-də yazdığı cavab məktubunda bildirirdi: “Azərbaycan hökuməti 
Müstəqilliyi  İslamiyyəsinin  tələbi  üzərinə,  islamları  bolşevik  təcavü-
zündən  qurtarmaq  üçün  müxtəlif  qüvvətli  bir  güclə  Qazax  üzərindən 
Gəncə istiqamətinə gedəcəyim. Bu  mübrəzənin (batalyonun, taburun) 
süvarisi  Qazax  ilə  Gəncə  arasındakı  istasyonları  mübarizə  edəcəkdir” 
(60, s. 19). 
1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cum-
huriyyəti  arasında  bağlanan  müqavilənin  4-cü  maddələrinə  əsasən 
(məhz həmin bənddə Azərbaycanın Türkiyədən hərbi yardım istəməyi 
nəzərdə  tutulurdu)  Azərbaycan  dövlətinin  rəsmi  müraciətinə  uyğun 
olaraq  Vəhib  Paşa  1918-ci  ilin  iyunun  7-də  bu  əmri  verdi:  “Beşinci 
Qafqaz Firqəsinin heyətinin Qazax üzərindən Gəncəyə göndərilməsini 
rica  edirəm.  Firqənin  Ağstafa  stansiyasından  Gəncəyə  qədər  qatarla 
nəqliyyatı üçün indidən hazırlıq buyururuq və bunun üçün serizn icab 
edənləri  (lazım  olan  hər  şeyi)  Qazaxa  göndərin.  Müsəlman  zabit-
lərindən  Gəncəli  İbrahimzadə  Nazim  Əfəndi  Ağstafa  stansiyası  ilə 
Gəncə arasındakı nəqliyyatı tənzim üçün  əvvəlcə Batumdan Gəncəyə 
göndərilmişdi. Məmurlarımız Nazim əfəndi ilə təmas etsinlər, firqənin 
nəzdində  ikinci  Qafqaz  Kolordusu  telsiz  stansiyanın  verilməsini  rica 
edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaqdır, əfəndim” (60, 
s. 32; 48, s. 24). 
Batumda  imzalanmış  müqavilə  əsasında  5-ci  Qafqaz  diviziyası 
Gümrü  və  Qazax  istiqamətində  iki  qrup  halında  Qazaxa  gəldi:  “1-ci 
qrup – diviziya qərargahı; Onuncu Qafqaz alayı, Doqquzuncu Qafqaz 
alayına  mənsub  26-cı  tabur;  dağ  topçu  taburu;  istehkam  bölüyü; 
teleqraf  bölüyü;  orkestr  bölüyü;  cəmi  –  147  zabit;  2812  əsgər;  698 
heyvan. İkinci qrup – 13-cü Qafqaz alayı, güclü dağ topçu taburu; Sə-
hiyyə bölüyü; 24-cü səyyar xəstəxana; səyyar mətbəx bölüyü: cəmi – 
110 zabit, 2763 əsgər, 668 heyvan (60, s. 34). 
Qeyd  edək  ki,  Beşinci  Qafqaz  Diviziyasının  başında  Mürsəl  bəy 
(Mürsəl Paşa Baku), Baş Qərargahı rəyasətində isə Rüşdü bəy dururdu. 


 
Nяsiman Yaqublu 
 
 
20 
Нуру Паша 
Nuru  Paşa  ordu  hissələrini  qüvvətləndirmək  üçün  Gəncədə  hərbi 
məktəb və qısa müddətli hərbi kurslar da təşkil etdi. Eyni zamanda ya-
ranmış Azərbaycan korpusuna bir neçə Azəri türklərindən ibarət niza-
mi  alay,  Dağıstan  süvari  alayı  və  bunlardan  başqa  Azərbaycanın  hər 
tərəfindən gələn arası kəsilməyən könüllülər də daxil olurdu. H. Bay-
kara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında yazırdı: “Hərbi 
təlim-tərbiyənin  vaxtı  az  olduğu  üçün  vuruşma  zamanı  çoxlu  tələfat 
olurdu. Buna baxmayaraq döyüş meydanından əsla geri çəkilməyərək 
“Biz buraya ölməyə gəldik, dönməyə yox” – deyərək vuruşur və get-
dikcə  döyüş  havasına  alışırdılar.  Azərbaycan  korpusunun  təşkilatı  ta-
mamlandıqdan  sonra  ona  podpolkovnik  Həbib  bəy  Səlimov  koman-
danlıq edirdi “ (19, s. 237). 
Rüşdü  bəy  isə  “Bakı  yollarında”  əsə-
rində  Qafqaz  İslam  Ordusu  tərkibindəki 
qüvvələr  haqqında  da  maraqlı  məlumat-
lar verir: “İlk yaradılışında cənub qrupunun 
qüvvələri  belə  idi:  4-cü  piyada  alayı  (azəri 
alayı);  1-ci  və  2-ci  tabur,  iki  süvari  bölüyü, 
azəri  süvarilərindən  ibarət  daha  bir  bölük, 
iki qrup dağ və rus səhra topundan ibarət ol-
muşdur. Bundan başqa ordu alaylarına veri-
lən  Azərbaycan  səhra  topçu  bölüyü  öküzlə 
daşındığı  üçün  şosse  yolundan  kənara  çıxa 
bilmirdi.  Ancaq  bu  heyvanlar  düşmənin  zi-
rehli  avtomobillərini,  zirehli  qatarlarını  qa-
çırmaqda  və  toplarını  susdurmaqda  çox  ya-
rarlı  olurdu.  Əsasən  toplar,  Türkiyə  cəbhə-
sini tərk edərək Rusiyaya dönən əsgərlərdən 
Azərbaycan partizanları tərəfindən zorla alınmışdı. Bu topların mərmi-
ləri rus alaylarından qənimət olaraq ələ keçirilmiş və olduqca çox idi. 
Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal olunmuşdu. Bu-
na görə də mərmi sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda 
istifadə  olunan  silahlar  üçün  mərmi  çatışmırdı.  Döyüş  zamanı  Osmanlı 
ordusunu, Azərbaycan korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla 
təmin edirdi” (60, s. 92). 
Müəllif xatirələrində daha bir maraqlı məlumatı da açıqlayır: “İs-
lam  Ordusu  komandanlığından  5-ci  Qafqaz  diviziyası  komandanlığı-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə