NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
21 
na,  Bakıya  hücum  zamanı  verilən  bir  əmrdə  aşağıdakı  qeydlər  çox 
əhəmiyyətlidir: “Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yar-
dımı ilə bərabər, sizə ət, çörək və digər ərzaqla yardım edəcəkləri də şüb-
həsizdir.  Baxmayaraq  ki,  indiki  vaxtda  Siz  həmin  kəndlərdən  70  km 
aralıdasınız” (60, s. 113). 
Bakının  düşmən  qüvvələrdən  azad  edilməsi  üçün  Qafqaz  İslam 
Ordusu ciddi hazırlıq işləri aparmışdı. Ordu müəyyən hazırlığını başa 
çatdırdıqdan  sonra  Bakıya  doğru  hərəkət  etmək  qərarına  gəldi.  İyun 
ayının  1920-də  Gəncədən  Göyçaya  gələn  5-ci  Qafqaz  diviziyası 
komandanı  buradakı  vəziyyəti  gördükdən  sonra  aşağıdakı  məlumatı 
hazırlamışdı:  “1,  Bakı,  Dərbənd  və  qarşımızdakı  düşmən  qüvvətinin 
7 000  sayda  olduğu;  2.  Düşmənin  qəti  bir  zərbə  altında  əzilməsi  və 
Bakıya  sıxışdırılması  üçün;  a)  Geridə  qalmış  qüvvələrin  diviziyaya 
birləşdirilməsi;  b)  Qazaxdakı  800  milis  atlısının  toplaşaraq  cəbhəyə 
cəlb  edilməsi;  c)  keçmiş  Qazax  kaymakamı  (qəza  rəisi)  Məhəmməd 
bəylə Daşsalahlı və hazırda Gəncədə olan Əli Nağı bəyin toplaya bilə-
cəyi  4500  atlının  cəbhəyə  cəlb  edilməsi;  ç)  Göyçay,  Ağdaş,  Bərdə 
atlılarının  və  Gəncədə  toplanacaq  atlı  və  piyadaların  vacib  cinahlara 
cəlbi;  3.  Kürdəmir-Qaraməryəm  xəttindəki  zərbəni  qəti  endirdikdən 
sonra  qüvvələri  Şəki  üzərindən  Qubaya  və  ya  Şuşaya  göndərmək;      
4. Yuxarıda sadalananların icrası üçün əmr hazırlamalı” (60, s. 56-57). 
Bu hazırlıqlar başa çatdıqdan sonra Qafqaz İslam Ordusu qüvvələ-
ri  iyun  ayının  28-də  düşmənə  ilk  zərbəni  endirmiş,  Qaraməryəmi, 
Göyçayı almış və sonra Ağsunu, Kürdəmiri azad etmişdir. 
İyul  ayının  ortalarında  isə  xilaskar  ordu  iki  istiqamətdən  hücuma 
keçmişdi: birincisi – Ağsudan Şamaxıya, digəri də dəmiryol boyu ilə 
Hacıqabula  –  Bakıya  doğru  irəliləməkdə  idi.  İyulun  3-də  isə  artıq 
xilaskar türk və azərbaycanlı qüvvələr Bakıya xeyli yaxınlaşmışdılar. 
İyulun  31-də  isə  ordu  hissələri  Nəvahiyə,  axşamüstü  isə  “Qurd 
Qapıları”na  (Volçi-Vorotaya)  gəlib  çatdılar.  Bakıya  hücumu  ye-
kunlaşdırmaq  üçün  yenidən  qüvvələr  toplanılır  və  milis  gücləri  cəlb 
edilirdi. 
Həmin hadisələrdə iştirak etmiş tanınmış mühacir Məhəmməd 
Əli  Rəsuloğlu  öz  xatirələrində  yazırdı:  “Türk  ordusu  qərargahına 
xəritə, plan yetişdirmək üçün Müsavat partiyası bütün qüvvəsilə çalı-
şırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bu-
lunan dostumuz  Abbas  bəy vasitəsilə şəhərdəki  əsgərlərin hərəkəti  haq-


 
Nяsiman Yaqublu 
 
 
22 
Мцрсял Паша 
qında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu 
məlumatın sürətlə öyrənilməsinə heyrət edirdilər”... (58, s. 10-11). 
Bakıya  qəti  hücum  protokolu  hazırlanırdı.  Bununla  əlaqədar  Qafqaz 
İslam Ordusunun komandiri Nuru Paşanın 9-10 sentyabrda verdiyi əmrdə 
bildirilirdi: “1. Bakıya qəti hücum üçün hazırlıq aparılacaq və bu hazırlıq 
haqqında 11.09.1918-ci ildə, axşam saat 21-ə qədər mənə bildirəcəkdir. 2. 
İndiyə qədər Şərq cəbhəsi komandanlığı əmrində olan 5-ci və 15-ci divizi-
yalarla cənub qrupu halında mənə tabe olacaqdır...” (60, s. 112). 
Həmin əmrdə digər qüvvələrin fəaliyyət istiqamətləri ilə yanaşı be-
lə göstəriş də vardı: “Beşinci diviziyanın Hacı Həsən-Ermənikənd isti-
qamətində,  15-ci  diviziyanın  böyük  bir  hissəsi  ilə  Biləcəri-Erməni-
kənd istiqamətində, digər süvari və milislər Balaxanı-Sabunçu cəbhə-
sində  Hövsandan  Əhmədli  və  Keşlə  üzərinə  hücum  edəcəklər.  Azər-
baycan qüvvələrinə aid zirehli qatar isə Heybət stansiyası yaxınlığında 
Volçi-Vorotadakı düşməni məşğul edəcək” (60, s. 194-198). 
Sentyabrın  13-də  axşam  Qafqaz  İs-
lam Ordusu komandirinin “Sarıxaçlı kil-
sə  istiqamətində  irəli”  –  deyə  orduya 
müraciət  əmri  verildi.  Bu  əmr  Bakıya 
qəti  hücumun  sentyabrın  14-də  başlaya-
cağını  bildirirdi.  14  sentyabr  səhər  tez-
dən,  hələ  günəş  çıxmamış  xilaskar  ordu 
Şubanı  dağlarından  enərək  Yasamal  ya-
maclarına  çıxmış  və  əl  bombaları  ilə 
düşməni  məhv  edərək  şəhərin  girişində 
dayandı. Otuz altı saatlıq qanlı vuruşdan 
sonra  bəyaz  bayraqlı  avtomobildə  İran 
konsulu  ilə  bərabər  döyüş  yerinə  gələn 
düşmənin  qərb  cəbhəsi  üzrə  erməni  ko-
mandiri  şəhəri  təslim  etməyə  hazır 
olduqlarını bildirdilər. 
Bakının azad edilməsində 17 erməni, 
9  rus  və  10  gürcü  zabiti  ilə  1.151  er-
məni, 383 rus, 4 ingilis və müxtəlif millətlərdən 113 əsgər əsir alındı. 
Eyni zamanda düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi.  
Bakı uğrunda döyüşlərdə 15-ci diviziyanın və 5-ci Qafqaz divizi-
yasının  800-1000-ə  qədər  itkisi  olmuşdu.  Döyüşlərdə  şəhid  olanların 


 
Bakыnыn Qurtuluшu 
 
 
23 
Рцшдц бяй 
sayı isə 1100-1200 olaraq göstərilir. Rüşdü bəy öz xatirələrində yazır-
dı:  “Beşinci  Qafqaz  Firqəsinin  dörd  ay  yarımdan  bəri  Azərbaycanın 
istiqlalı  uğrunda  çarpışaraq  verdiyi  şəhid  və  mərhumların  qanları  ilə 
sulanan  bu  qardaş  məmləkət  torpaqları  üzərində,  Gəncədə,  Göyçay, 
Ağsu-Şamaxı-Bakı şossesi yolu kənarında, Müsüslü-Kürdəmir-Kərar-
Hacıqabul-Bakı  dəmir  yolu  boyunda,  Qarabağda  və  Kür  çayı  sahillə-
rində,  xalqın  ziyarətgahına  çevrilən  bir  çox  məzarlara  təsadüf  olunur 
ki,  iştə  bunlar  millətinin  köməyinə  gəlmiş  Anadolu  Məhmətciyinin 
mübarək  məzarlarıdır.  Əksər  yerlərdə  Məhmətciklə  bərabər  yatan 
Azəri Türkləri vardır” (60, s. 202). 
Rüşdü bəyin xatirələrində çox təsirli məqamlar vardır: “Eyni irqə 
mənsub bu iki millət arasında əlaqə və münasibət, axıdılan qanlarla bir qat 
daha  yaxınlıq  peyda  etmişdir.  Anadolu  türklərinin,  Azərbaycanın  istiqlalı 
uğrunda  yapdıqları  çətin  və  qanlı  müharibələr  əminəm  ki,  nəsildən-nəslə 
nəql ediləcək unudulmaz birgə dastan halında qalacaqdır” (60, s. 203). 
Bakının  azad  edilməsi  Azərbaycan 
xalqında  böyük  ruh  yüksəkliyi  yaratdı. 
Azərbaycanın  görkəmli  dövlət  xadimi 
Məhəmməd  Əmin  Rəsulzadə  yazırdı:  “O 
zaman  biz  İstanbulda  idik.  Şərqi  Avropa 
dövlətlərinin  iştirakı  ilə  toplanacaq 
konfransda  iştirak  üçün  digər  Qafqaziyə 
Cumhuriyyətləri  ilə  bərabər  Azərbaycan 
Cumhuriyyətini təmsil edən rəyasət heyə-
tinin  tərkibində  idik.  O  dövrün  Hərbiyyə 
naziri və Baş Komandan vəkili olan Ənvər 
Paşa həzrətləri telefon etdi: - Əmin bəy, Bakı 
alındı! – Bu qısa xəbərin məndə tövlid etdiyi 
təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri 
hələ unuda bilmirəm”...(53, s. 42). 
Türklərin Bakıya hücumu Azərbaycanın tanınmış ziyalılarında bö-
yük  ruh  yüksəkliyi  yaratmışdı.  Tanınmış  şair  Əhməd  Cavad  1918-ci 
ilin  iyulunda  yazdığı  “Bismillah!”  şerində  xoş  və  səmimi  hisslərini  
belə açıqlayırdı: 
 
Atıldı dağlardan zəfər topları, 
Yürüdü irəli əsgər, Bismillah! 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə