NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
Nяsiman Yaqublu 
 
 
24 
O Xan sarayında çiçəkli bir qız, 
Bəkliyor bizləri zəfər, Bismillah! 
 
Ey Bakı, sən qorxma, gəldin, gələli, 
Səninçin atıldıq daim irəli! 
Sağ qalanlar annələrə təsəlli
Şəhidlərin ruhu gülər, Bismillah! (25, s. 147-148) 
 
Xilaskar Türk əsgərlərinin Bakıya gəlişi hamını sevindirirdi. Türk-
lərin gəlişinə şerlər yazılır, mahnılar qoşulurdu. Tanınmış şair Abdulla 
Şaiqin  yazdığı  intizar  və  məhəbbət  dolu  misralar  türklərin  gəlişini 
gözləyən minlərlə azərbaycanlının ürəyindən idi: 
 
“Neçin böylə gecikdin! 
Sənsiz qəlbim qırıq, sönük, 
Çeynənmiş, xırdalanmış. 
Ömür şüşəm daşa dəymiş
Həyatım parçalanmış... 
...Başqasını istəməm də, ey türk, 
Tez gəl, sən gəl, sən!” (20, s. 551-552) 
 
Bakının  azad  edilməsi  münasibəti  ilə  Noyabr  ayının  10-da  Yay 
klubunun zalında Nuru Paşanın şərəfinə böyük bir ziyafət verildi. Ta-
nınmış bəstəkar və jurnalist Üzeyir Hacıbəyli bu münasibətlə yazırdı: 
“Nuru Paşa həzrətlərinin salona  vürudu əsnasında  musiqi orkestri tə-
rənnümə başlayaraq, məclis əhli ehtiramla Paşa həzrətlərini səmimiy-
yətlə salamladılar, hər kəs badə əlində miz başında özünəməxsus olan 
yerini  tutub  ziyafət  başlandı.  Yemək  əsnasında  Baş  nazirimiz  Fətəli 
Xan  Xoyski  həzrətləri  birinci  olaraq  bəlağətli  bir  nitq  söyləyərək, 
Azərbaycan  türklərinin  əsarət  bəndindən  xilası  səadətinə  nail  olması 
yolunda tökülən Osmanlı Türk qanına işarə ilə “Bu qan və bu qan tö-
külən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirdən çıxmaz” bu-
yurdu. Azərbaycan türklərinin təşəkkürlərini Paşa həzrətlərinə bildirib 
qədəh qaldırdı. O halda bütün həzərat ayağa duraraq  müzəffər və şan-
lı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbətnuş olub sürətli al-
qışlarla izhari məsərrət və şadyanalıq etdilər...” (30). 


 
Bakыnыn Qurtuluшu 
 
 
25 
Ü. Hacıbəyli ziyafət  məclisində  Azərbaycan  Milli Şurasının  sədri 
Məhəmməd  Əmin  Rəsulzadənin  də  çıxışının  alqışlarla  qarşılandığını 
qeyd  edirdi:  “Rəsulzadə  nitqinə  davam  edərək,  -  siyasi  üfüqdə  qara 
buludlar görünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın 
zülmətqovan nuru vardır, - dedikdə bütün məclis əhli ayağa qalxıb Pa-
şa həzrətlərini xüsusi bir təzimlə alqışlamağa başladılar” (30). 
Məclisdə  çıxış  edən  Ə.  Ağaoğlu  isə  bu  sözləri  söyləmişdi:  “Mən 
Bakını İstanbulda və İstanbulu Bakıda görüb özümü o qədər bəxtiyar 
görürəm ki, daha ölsəm o qədər də qəmim yoxdur, dünyadan kam al-
mış kimiyəm” (30). 
Ü. Hacıbəyli yazırdı: “Bu qədər nitq və alqışlara cavab olaraq Nu-
ru  Paşa  həzrətləri  gözəl  İstanbul  şivəsi  ilə  ruhumuza  ləzzət  verən  və 
məzmunca  qəlbimizi  bir  çox  əndişələrdən  təmiz  etməklə  bəlağətli  və 
səlis nitqi ilə məclis əhlini şərəfyab və minnətdar etdi” (30). 
Ziyafət  məclisində  tanınmış  tədqiqatçı  Salman  Mümtaz  Nuru  Pa-
şaya ithaf etdiyi “Öyün, millət” şerini oxudu: 
 
Ziyasız, rus zülmündən o yüksək 
Ruhun ölmüşdü, 
Tökürdü şişəyə hərdəm, şərabi-nab 
Tək qanın. 
Qızıl gül tək açıl, gül, 
Gör ki, türkün şanlı ordusu, 
Rövnəq ərşə nəsib etmiş 
Böyük Osmanlı ünvanını (20, s. 548). 
 
Tanınmış aktyor Abbas Mirzə Şərifzadə  isə Osmanlı generalları-
na məxsus geyimdə zala daxil olub, Ənvər Paşanın qiyafəsində mono-
loq söylədi: “Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övlad-
ları olduğunuzu Bakının qurtuluşuna varmaqla sübut etdiniz...” (59). 
Ziyafətdə Baş Nazir Fətəli Xan Xoyski “Ədirnənin fəthi” əsəri-
nin müəllifi, gənc dramaturq Cəfər Cabbarlını Nuru Paşaya təq-
dim etmişdi. 
Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlı 1919-cu ildə Bakı-
nın  Qurtuluşunun  bir  illik  yubileyi  münasibəti  ilə  “Bakı  müharibəsi” 
pyesini  yazmış  və  bu  əsər  həmin  ilin  sentyabrın  16-da  Abbas  Mirzə 
Şərifzadənin rəhbərliyi və iştirakı ilə tamaşaya qoyulmuşdu. 


 
Nяsiman Yaqublu 
 
 
26 
1919-cu ildə Bakının Qurtuluşu münasibəti ilə tanınmış müsavatçı 
və  jurnalist  Mirzə  Bala  Məmmədzadə  də  “Bakı  uğrunda  müharibə” 
pyesini yazıb nümayiş etdirmişdi. 
1919-cu ildə isə Bakıda “Çəmbərəkənd” qəbirstanlığında Türk şə-
hidlərinə  abidə  qoyulması  ilə  bağlı  təməl  daşının  atılması  mərasimi 
keçirilmiş və abidənin maketi də hazırlanmışdı (71a). 
1920-ci ilin 27 Aprelində Azərbaycanın bolşeviklər tərəfindən sü-
qutundan sonra həmin abidənin də qoyulması mümkün olmadı.  
Təəssüflər ki, 1918-ci ilin noyabrın 17-də Müttəfiq Dövlətlər Birli-
yinin hərbi hissələrinin Bakıya daxil olması ilə əlaqədar Qafqaz İslam 
Ordusu Azərbaycandan geri çağırıldı.  
 
 
 
 
 
 
 
 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
27 
 
 
 
 
 
II FƏSİL 
 
AZƏRBAYCAN XALQ 
CÜMHURİYYƏTİ DÖVRÜNDƏ   
BAKININ QURTULUŞUNUN 
DƏYƏRLƏNDİRİLMƏSİ 
 
olşeviklərlə  azərbaycanlılar  arasında  axıdılan  qan 
yalnız  Azərbaycan  məqsədinin  hüsulunu  təmin 
etmək  şərti  ilə  dayandırıla  bilər.  Bunu  biz  səmimi 
qəlb ilə arzu edirik. Çünki, məqsədimiz qan axıtmaq 
deyil.  Bakıya  malik  olmaqdır.  Çünki,  əfəndim,  Bakı  Azərbaycanın, 
Azərbaycan  da  Bakınındır.  Bakını  Azərbaycandan  ayırmaq  istəyən 
kim  olursa,  Azərbaycanın  həyatına  qəsd  etmişdir.  Bakısız 
Azərbaycan  təsəvvür  oluna  bilməz.  Bakı  tarixən  də,  indi  də  bir  türk 
şəhəri və müsəlman bölgəsidir. İstiqbalən də elə olaraq Azərbaycanın 
paytaxtını təşkil edəcəkdir”. 
 
 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə