NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
Nяsiman Yaqublu 
 
 
28 
 
 
AZƏRBAYCAN XALQ   
CÜMHURİYYƏTİ 
QURUCULARI BAKININ  
 QURTULUŞU HAQQINDA 
 
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ: 
(Azərbaycan Milli Şurasının sədri) 
 
Təbrik teleqramı 
 
akının  süqutu  (azad 
edilməsi) münasibəti-
lə  Azərbaycan  höku-
məti  –  rəisi  Fətəli 
Xan  cənabları  naminə  İstanbuldan 
teleqram gəlmişdir: 
 “Paytaxtımızın 
istirdadından 
(geri    alınmasından)  dolayı  təhdi-
idareyi alilərində bulunan hökuməti-
mizi  səmimi  təbrik  ilə  Bakının  yeni 
türk  ellərini  istixlas  üçün  sarsılmaz 
bir qəleyi-mətin olması ümidi ilə bü-
tün arkadaşlarımla öpüşürsünüz. 
 
 
 
“Azərbaycan” qəzeti, pəncşənbə 
 26 zilhiccə 5 oktyabr sənə 1336 (1918), №5. 
 
 
 
 
 



 
Bakыnыn Qurtuluшu 
 
 
29 
 
BAKI MƏSƏLƏSİNƏ DAİR MÜZAKİRƏ 
 
Bakı  alınmamşdan  əvvəl  bizim  bədxahlarımız  tərəfindən  Bakını 
Azərbaycandan  ayırmaq  üçün  cürbəcür  vəsilələr,  dürlü-dürlü  hiylələr 
axtarılırdı. 
Bu  xüsusda  Tiflis  “məhafili”  ən  ciddi  iqdamatda  bulunurdu.  Hə-
min  “məhaildən”  Bakı  Azərbaycanın  olmayıb,  “sərbəst”  şəhər  (volnı 
qorod) olsun”  şüarı da  çıxmışdı. Həmin şüar Tiflis saxta  sosialist və-
rəqələri  və  erməni  qəzetləri  rövnəq  verib,  Avropa  siyasi  məhafilinin 
diqqətlərini Bakı məsələsinə cəlb etmək iddiasında idilər. 
Həmin  məsələ  xüsusunda  İstanbulda  nəşr  edilən  “Tərcümani-hə-
qiqət”  qəzeti  mühərrirlərindən  birinin  İstanbulda  Azərbaycan  heyəti 
mürəxəssəsi rəisi  Məhəmməd Əmin Rəsulzadə əfəndilərinin nəzdinə 
göndərib bəyanat istəmişdir. 
Bakı  alınmış  isə  də  Məhəmməd  Əmin  cənablarının  bəyanatının 
əhəmiyyəti itməmiş. Buna görə onun bəyanatını burada dərc edirik. 
Məhəmməd Əmin bəy demişdir: 
“Bolşeviklərlə  azərbaycanlılar  arasında  axıdılan  qan  yalnız  Azər-
baycan  məqsədinin  hüsulunu  təmin  etmək  şərtilə  dayandırıla  bilər. 
Bunu biz səmimi qəlb ilə arzu edirik. Çünki, məqsədimiz qan axıtmaq 
deyil,  Bakıya  malik    olmaqdır.  Çünki,  əfəndim,  Bakı  Azərbaycanın, 
Azərbaycan  da  Bakınındır.  Bakını  Azərbaycandan  ayırmaq  istəyən  
kim  olursa,  Azərbaycanın  həyatına  qəsd  etmişdir.  Bakısız  Azərbay-
can təsəvvür oluna bilməz. Bakı tarixən də, indi də bir türk şəhəri və 
müsəlman bölgəsidir. İstiqbalən də elə olaraq Azərbaycanın paytax-
tını  təşkil  edəcəkdir.  Azərbaycan  adı  belə  ehtimal  ki,  Bakının  neft 
ocaqlarından  o  dünyanın  uzaq  guşələrindən  özünə  zairlər  cəlb  edən 
daim  yanar  təbii  atəşlərindən  alınmışdır.  Azərbaycan  bu  günkü  milli 
və mənəvi işığını da Bakıdan alır. Bura Qafqaz islamlarının mərkəzi-
ürfanıdır. Azərbaycan qabiliyyəti – həyatiyyəsini təmin edən vardati-
mühəmmə buradan hasil olur. Bura məmləkətimizin yeganə limanıdır. 
Bakı – Azərbaycanın qapısıdır. Bütün aləmin iştəhasını cəlb edən nef-
ti olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan ötrü əhəmiyyəti 
– ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi də o əhəmiy-
yəti haizdir. Bunların hamısına bərabər Bakı, əksəriyyət nüfuz etibarı 


 
Nяsiman Yaqublu 
 
 
30 
ilə müsəlmandır. Bakıda mövcud olan ərazinin, əmlakın əfar və müs-
təqfatın qismi-küllisi müsəlmanlardır. 
Ətrafında olan kəndlər tamamilə müsəlman kəndləridir, azəri türk-
ləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya 
üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, 
odur.  Bu  o  qədər  aydın  bir  məsələdir  ki,  bunu  məsələ  olaraq  ortaya 
qoymaq  həqiqətən  də  mövcubi-heyrətdir.  Bakı  bolşeviklərinin  rus 
imperialistlərinin  Qafqazdakı  yaradıcılarının  bu  fikirdə  olduqlarını, 
azərbaycanlıların inkar üçün bu şəkli iltizam etdiklərini bilirdik. Əksə-
riyyəti gənclərdən ibarət olduğu məlum olan Bakı bolşeviklərinin ingi-
lislər tərəfindən də  müzahirat görərək bu  yolda təhrikatda olduqlarını 
duymuşduq.  Fəqət  Almaniya  dövləti  –  fəximəsinin  bu  fikrə  zəhir  və 
məhmi  olacağını  qətiyyən  kəsdirməzdik.  Tiflis  qəzetindən  nəql  etmiş 
olduğunuz  xəbərdə  mütləq  bir  yanlışlıq  olacaq.  Şübhəsiz  ki,  Bakı 
neftinin aləmşümul bir əhəmiyyəti vardır. Əlbəttə ki, bu neft məsələsi 
rusları  da,  Qafqazdakı  məktəbləri  də,  Türkiyə  ilə  müttəfiqləri  də 
əlaqədar edir. 
Madam ki, Bakı ilə əlaqə neftlə bağlı bir əlaqədir, demək ki, iqtisa-
di  və  ticari  məsələ  qarşısında  oluruq.  Bəhri-Xəzər  kənarında  olan 
Azərbaycan nefti su yerində işlədəcək de-yildir. Neft Azərbaycanın ən 
böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərma-
yəsindən istifadə edəcək və bu sərmayənin Bakı ərazisində tətbiqini də 
hər cür vasitələrlə təhsil və təminata çalışacaqdır. Neftin əhəmiyyəti – 
beynəlmiləliyyəsindən  istifadə  üçün  Azərbaycan  hökuməti  ilə  anlaş-
maq  və  bağlaşmaq  mümkün  ikən  başı  bədəndən  ayıracaq  qədər  qanlı 
tədabirə əcəba nədən ehtiyac görülsün? Əslində bunun üçün bu etiqad-
dayam  ki,  Tiflis  qəzetləri  ilə  nəşr  olunan  şaiyə  qərini-həqiqət  olmasa 
gərək. Çünki düşünürəm: sərbəst bir şəhər elan etməklə təmini təsəv-
vür  olunan  fəvaidi-müştərək  Azərbaycan  hakimiyyəti  təxtində  də  tə-
min edildikdən sonra Almaniya diplomatiyası əcəba nə üçün Azərbay-
can həyati-milliyyə və mənafeyi-həyatlarına səbəbsiz bir surətdə qəsd 
etsin?!” (3). 
 
“Tərcümani-həqiqət” qəzeti, İstanbu, avqust 1918-ci il, 
“Azərbaycan” qəzeti, Gəncə, türkcə, N1. 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə