NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   2   3   4   5   6   7   8   9   ...   65

 
 
“tütün”, “ulaşmaq”, “uçmağ”, “bandırmağ”, “bən”, “yarın”, “yavuz”, “yelək”, 
“tamu”, “qənçəri”, “yegrək” və s. kimi sözlərin mənalarının lüğətdə öz əksini tapması 
faydalıdır. 
Mənasının açılması vacib olan söz və ifadələr ya lüğətdə, ya da şərhlərdə 
verilmişdir. 
Güman edirik ki, Nəsiminin  İraq Divan nüsxəsi tədqiqatçıların diqqətini cəlb 
etməyə layiq qiymətli abidə kimi, böyük şairimizin  ədəbi-bədii irsinin hərtərəfli 
öyrənilməsinə kömək edəcəkdir.     
 
 
 
 
 
 
 
 
Qəzənfər Paşayev 
 
 
 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör  
Yürəgim pas oldu ğəmdən, gəl içim yar, iştə gör! 
 
Yaxdı, yandırdı məni, yarın fərağı, neyləyim,  
Taqətim, səbrim tükəndi, yanıram zar, iştə gör! 
 
Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim,  
Çarəsi səndədir anın, çarü naçar, iştə gör! 
 
Doğradı ğəmdən fəraqin bağrımı, şol yarədən,  
Yürəgim qanı gözümdən axar, ey yar, iştə gör! 
 
Ey güli-xəndanım, axır pərdədən çıx, qönçə tək,  
Kim, məni şövqündə məcruh eylədi xar, iştə gör! 
 
Aşiqin imanı yüzündür, saçın həblülmətin,  
Mən yüzünü tutmuşam, belimdə zünnar, iştə gör! 
 
Gər “ənəlhəq” söyləməkdən darə asılsam nə qəm,  
Necə Mənsurun asılmış başı bərdar, iştə gör! 
 
Canımı, “anəstunar”ın şövqinə yandırma kim,  
Olmuşam Musa kimi muştaqi-didar, iştə gör! 
 
Arizin vərdi cinandır, bülbülün ruhil-qüdüs,  
Ey bu dərdin aşiqi, açıldı gülzar, iştə gör! 
 
Ta səni təqdiri-yəzdan eylədi məndən cüda,  
Yandırır şövqün məni, ey yüzü gülnar, iştə gör! 
 


 
 
Çün Nəsiminin vücudin nurinə yandırdı yar,  
Narə düşmüşdür həsəddən bunca əğyar, iştə gör!  (səh. 11) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yarımın yüzündə gizli kədri-əsrar, iştə gör! 
Nur ol nuri-ilahi, görməz əğyar, iştə gör! 
 
Çərx hilalü bədrinə könlüm diləməz kim, baxa,  
Qılmısan hərgiz gümanın etmə inkar, iştə gör! 
 
On səkiz min aləmin həqdir vücudi, bigüman,  
Münkir ani çün görəmməz, etmə iqrar, iştə gör! 
 
Biz ki, vəhdət aləmindən çünki döndük kəsrəyə,  
Qafil olma gördügün ol oddur əbsar, iştə gör! 
 
Cənnətü hurü qüsurun şimdi keçdik, bigüman,  
Kəndi lütfindən bizə göstərdi didar, iştə gör! 
 
Gər “Ənəlhəq” dedi Mənsur, qıldı dəva, ey həkim,  
Neçələr yalan dedilər, oldu bərdar, iştə gör! 
 
Qismət etdi çün Nəsimi bir neçə mə’na ilə,  
Ol səbəbdən hasil oldu nuri-ənvar, iştə gör!   (səh. 12) 
 
*** 
 
(müstəf’’ilün müstəf’ilün müstəf’’ilün müstəf’’ilün) 
 
Dildarə müştaq oldu can, anın camalın arzular,  
Mehraba meyl qılmaz könül, yarın vüsalın arzular. 
 
Yaxmaq gərəksən yaş ilə hər dəm gözüm misbahini.  
Gər gözlərim gerçəkliyin anın xəyalın arzular. 
 
Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müştaqə kim,  
Şol ruhi-qüdsün məntiqi şirin məqalın arzular. 
 
Aşiqlərin bazarına gör kim necə bel bağlamış,  
Ol bivəfa aşiqlərin neyçün vəbalın arzular. 
 
Yarəb, nə huri-çöhrədir, şol mahi-taban yüzlü kim,  


 
 
Gördükcə anın yüzüni, günəş zəvalın arzular. 
 
Çərxin hilalü bədrinə könlüm diləməz kim baxa,  
Neyçün ki, yüzün bədrivü qaşın hilalın arzular. 
 
Çin nafəsindən ayırdı, ənbərdən usandı könül,  
Hər biri əvvəl dilbərin zülfiylə xalın arzular. 
 
Eşqində qurban olduğun istər Nəsimi, sor nədən, 
Şol mə’nidəndir, dünyada hər şey kəmalın arzular.   (səh. 13) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Bir dəxi görmək camalın, könlüm, ey can, arzular,  
Xəsteyi-dərdi-fərağın dərdə dərman, arzular. 
 
Gər səni arzularam, ey canu çananım, nola,  
Təşneyi-vəslin, nigara, abi-heyvan arzular. 
 
Ey yüzi cənnət, boyu tuba, ləbi abi-həyat,  
Qulluq etmək qapına huriylə qılman arzular. 
 
Ta gülüstani-İrəm rüxsarını gördü gözüm,  
Bülbüli-şeyda kimi aşiq gülüstan arzular. 
 
Gördü tuba qəddüvi, çövkani-zülfün çalmağa,  
Könlümüz şimdi yenə ol topü çövkan arzular. 
 
Könlümüz arizu eylər vəsl, canan görməyə  
Kim, yəqindur arzusi, dərvişi-sultan arzular. 
 
Gör bu gün xəstə Nəsiminin xəyali kim, necə,  
Xatiridür bəndi-zindan, şəhdi-şadan arzular. (səh. 14) 
 
*** 
 
(məf’ulü məfA’İlü məfA’İlü fə’Ulün) 
 
Könlümdə mənim eşqi-cəmalın əzəlidir,  
Hər nəsnə kim, oldu əzəli, ləmyəzəlidir. 
 
Nəfsini biləndir ki, yəqin rəbbini bildi,  
Həqdən bu məqamata irən bil ki, vəlidir. 


 
 
 
Hər kimsə ki, nəfsin tanıdı, rəbbini bildi,  
İnkarına bel bağlama kim, qövli-Əlidir. 
 
Ey yüzi turuş, xəll kimi zahid, meyə sun kim, 
Saqi ləbinin dadlu şərabi, əsəlidir. 
 
İdrak edəməz surətini görməyən ə’ma, 
Şol mə’nidə kim hüsni-cəmalində cəlidir. 
 
Endirmədi baş “əhsəni-təqvim”ə əzazil,  
Ani buraxan lə’nətə, anın cədəlidir. 
 
Saf olmayan altun kimi mehrinlə cahanda,  
Şol yüzi qara qəlb imiş adı dəğəlidir. 
 
Ey eşqə fəda eyləmiyən canını aşiq,  
Mə’şuqdən uy vermə ki, eşqin əməlidir. 
 
Aşiqlərinin qaninə bandırmış əlin dost,  
Şol qanə kim, daim anın simin əlidir. 
 
Çün buldu Nəsimi, əbədi ömrü saçından,  
Şol dirliyi neylər ki, zamani-əcəlidir. (səh. 15) 
 
*** 
 
(məf’ulü fA’ilAtün məf’’ulü fA’ilAtün) 
 
Ey “əlləzi-yüvəsvis”, taətlərin həbadır,  
Əkri yolun zəlalət, çürük sözün xətadır. 
 
Zənnü güman içində qalmışsan, ey yəqinsiz,  
Məşkuk ilən kim, aydır qılmaq əməl rəvadır? 
 
Cümə namazı niçün şərt oldu Misrü came 
Şərtin bil əvvəl andan məşrutin et səladır. 
 
Ey bilməyən bu Misri itirmə cüm’əyi kim,  
Cüm’ə bu Misr içində məqbuli-kibriyadır. 
 
Yusif kimi əzizəm Misrin içində daim.  
Həqqi bilən həmişə aləmdə müqtədadır. 
 
Adinə surətindən endi Rəsulə cüm’ə, 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə