NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   2   3   4   5   6   7   8   9   ...   65

 
 
Tanıq bu həq hədisə uş qövli-Mustafadır. 
 
Adinə neçin oldu adinənin adın bil, 
Bu sirri ol bilir kim, həq ilə aşinadır. 
 
Adinədir qiyamət, ol gündədir nədamət,  
Ol gündə həşr olisər, ol gündə macəradır. 
 
Ol gündədir hesabın, həm rahətü əzabın,  
Ol gündə həq qatında icmai-ənbiyadır. 
 
Adinəyi bilənlər məğfurü nacidirlər,  
Məğfur olan cahanda hadiyü pişvadır. 
 
Ey cüm’ədən xəbərsiz, cümə gününü bil, kim  
Ol gündə və’deyi-həq uçmaq ilə liqadır. 
 
Cümə günün sifati şərhi bəyanə sığmaz,  
Mənidə cümə gərçi cami-cahannümadır. 
 
Çün cümə yovmi-dindir ərzü səmadə həqdən,  
Dinin itirmiş ol ki, adinədən cüdadır. 
 
Ol müşrikü nəcisdir çüm’əyi qılmayan kim, 
Qövlivü fe’li anın təqlid ilən riyadır. 
 
Çün höccətül-məsakin cümə günüdür, ey can.  
Miskinə sor ki, miskin ayinəsi səfadır. 
 
Came’də cüm’əyi uş hər gün qılan mənəm, bil, 
Quran imamım oldu, daim yönüm həqadır. 
 
Adinə həcci-əkbər hüccacə həqdən endi,  
Ol bibəsər nə bilsin bu sirri kim, ə’madır. 
 
Peyğəmbərin sözüdür, həm tanrının kəlamı,  
Şol Əhdü şol əmamət gör kim, nə iddiadır. 
 
İmanı yoxdur anın kim, oldu biəmanət,  
Dinin itirmiş ol kim, əhdində bivəfadır. 
 
Şol əhdü şol əmanət gər səndə varsa xoşdur,  
Yoxsa, yalan imansız, həm dinsiz ol dəğadır. 
 
Ey küfrü şirk içində sanan özünü mö’min,  


 
 
İslamü şərü iman məxsusi-övliyadır. 
 
Dəccal tə’nəsindən xovf eyləməz Nəsimi
Neyçün ki, ruh-qüdsə ovnü müin xüdadır.  
(səh. 16-17) 
 
*** 
 
(Məf’Ulü FA’ilatün məf’Ulü FA’ilatün məf’Ulü FA’ilatün məf’Uli FA’ilatün) 
 
Mai-təhuri bil kim, həqdən bu gün nidadır,  
Yovmül-məzidi gör kim, məscidi-pürsəfadır. 
 
Həqdən həqi gəl istə, həq ilə vasil ol kim,  
Həq və’də verdi çün kim, cümə günü liqadır. 
 
Əvvəl bu nəfsini bil, ardınca rəbbini bil,  
Kim, kəndi gəldi həqdən, mənbərdə Mustafadır. 
 
Sultani-arifinin qövlüdürür inan kim, 
Hər kim bu qövlü bilməz, ol cüm’ədən cidadır. 
 
İstəyən abi-heyvan zülmata qərq olur kim,  
Yarın ləbindən içmək la-ibtida bəqadır... 
 
Həqül-yə’qini gördüm, vüslətə vasil oldum,  
Cümlə murada irdim, gör kim nə xoş ətadır. 
 
Zərqü riyası çoxdur sufi sözünə uyma,  
Neyçün ki, daim işi təzvir ilə riyadır. 
 
Misri Nəsimi buldu Qur’an imami oldu,  
Cam’edə cüm’ə qıldı, məqbuli-kibriyadır.  
(səh. 18) 
 
*** 
(məFA’İlün məFA’İlün fə’Ulün) 
 
Könül vermə cəhanə, bivəfadır,  
Könül vermək ona eyni xətadır. 
 
Buna canu dil ilə, rəng ilə baq,  
Fənadır bu cəhan, sanma bəqadır. 
 
Bunun şəkkərləri ağudan acı,  
Bunun gülməkləri cümlə bukadır. 
 


 
 
Bunun zövqü səfası həm küdurət,  
Bunun rahətləri cümlə bəladır. 
 
Qamu sərmayəsin verdi ziyinə,  
Bu dünya ilə hər kim aşinadır. 
 
Cahanın çün bəqası yox, Nəsimi,  
Anı qoyub həqə dönmək rəvadır. (səh. 19) 
 
*** 
 
(məfA’ilün məfA’ilün məfA’ilün fə’Ulün) 
 
Cəmalın pərtövi-nuri-xudadır,  
Yolunda aşiqin canı fədadır. 
 
Ləbi-lə’lin müsəəffa şərbətindən,  
Bu məcruh könlümə, eyni şəfadır. 
 
Yaxıldım eşqinə manəndi-Məcnun, 
Xəyalin eynimə Leylinümadır. 
 
Necə Fərhad kimi könlüm alıbsan,  
Ki, Şirin tək cəmalın dilrübadır. 
 
Nəsimi tərki-can qıldı yolunda,  
Dəmadəm eşq ilə işi səfadır. (səh. 20) 
 
*** 
 
(MəFA’İlün məFA’İlün məFA’İlün məFA’İlün) 
 
Təalallah, nə zibasan, sifatin zati-yektadır,  
Qamu əşya sifatindən sənin ismin müsəmmadır. 
 
Könülə ayü əncümdən cəmalın nuri yekrəngdir
Qamusundan müqəddəmdir, qamusundan müəlladır. 
 
Əzəldən məst olub gəldi cahanə, can ilə tən çün,  
Kimi heyran layəqlü kimi sərməst şeydadır. 
 
Camalın nuri, ey dilbər, nə məzhərdir ki, aləmdə,  
Ki, sənsən Musiyi-Imran, vücudin Turi-Sinadır. 
 
Dü əqlü elmü helmü xu Məhəmməd şəninə gəldi,  


 
 
Pəs “Amənna”vü “Səddəq”nə anın alinə övladır. 
 
Təcəlla nurini, şəha, yüzündə çün əyan gördüm,  
Cəmi əşyada ol nuri təcəllası hüveydadır. 
 
Boyun sidrədir, ey tuba, mən anı müntəha gördüm,  
Ənasir nurə qərq olmuş, bu nə qəddü, nə baladır. 
 
Saçın zülmati içində dəhanın abi-heyvandır,  
Ki, Xızr İlyasilə İsa ləbin abində əhyadır. 
 
Nəsimi, nəfsini tanı, sən andan sözünü söylə,  
Eşidən söylüyən, görən, görünən səndə peydadır. (səh. 21) 
 
*** 
 
(məFa’İlün məFa’İlün məFA’İlün məFA’İlün) 
 
Əya’şahi-səidəxtər, yüzün ərşi-müəlladır,  
Dodağın çeşmeyi-heyvan, ləbin cami-müsəffadır. 
 
Cəmalın surəti-rəhman, vüsalın rövzeyi-rizvan,  
Kəmalın gənci-bipayan, vücudun cani-əşyadır. 
 
Boyun tubadır, ey huri, yüzündür aləmin nuri,  
Cəmalında əyan gördü, anın ki, eyni binadır. 
 
Qəmər dövründə, ey fitnə, son oldun xublara xatəm
Sənin xalın xəyalından cahan pürşurü qovğadır. 
 
Qiyamət qopdu hüsnündən məgər yovmül-hesab oldu  
Bəlalərdən irağ olsun bu nə qəddü nə bəladır?! 
 
Bu dünyanın zəru gənci görünməz, eyninə billah,  
İki aləmdə məqsudim, kamalü hüsni-zibadır. 
 
Şəha, lütfi-kərəm eylə, Nəsimi xaki-payındır,  
Qəribü aşiqü şeyda, əsirü zarü tənhadır. (səh. 22) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Neylərəm mən bunda ad var, çünki dildar andadır,  
Sanma kim, anda dedigim sərvi-salar andadır. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə