NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   2   3   4   5   6   7   8   9   ...   65

 
 
 
Firqətin dərdi məni torpaq edərsə, ey səba  
Yarı qıl torpağım, ilət anda kim, yap andadır. 
 
Can yanağın çöhrəsindən bir nəfəs olmaz cüda,  
Qanda görsə bir güli-tər bülbüli-zar andadır. 
 
Şol moğilçin gözlərinlə könlümü yəğmalədin,  
Çün bilirsən ki, nə dürlü gizli əsrar andadır. 
 
Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim,  
Çün məni sayrü qılan şol çeşmi-bimar andadır. 
 
Dişlərin əksi Nəsiminin gözünə düşəli,  
Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır. (səh. 23) 
 
*** 
 
(FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Gövhəri-dəryayi-hikmət cavidani səndədir, 
Nöqteyi-mülki nübuvvətsən, bəyani səndədir. 
 
Sureyi-tahavü yasin tək libasin qıl qəbul,  
Kim, əyan ola sənə, nuri-əyani səndədir. 
 
Kuhi-Tur oldu vücudin rəqqi mənşurilə uş,  
Eylə bil həqqi ki, şimdi “lən tərani” səndədir. 
 
Və’deyi-didari-Musa mim içində gör ki, mim,  
Kövkəbi-çeşmi-cəmal oldu, cəhani səndədir. 
 
Çün təcəlli eylədi mövlayi-darül-mülki cim,  
Gəfi-Musa parə oldu, tərcümani səndədir.  
 
Vəsləti-nuri-təcəlli çünki açdı bigüman,  
Məst oldu cani Musa, uş o ani səndədir. 
 
Ayəti-təbbət əlilə nə dəvi eylədin, 
Uş hənuz oldu, “ənəlhəq”dasitani səndədir. 
 
Ta Nəsimi aləmin şəmsilə oldu aşina,  
Ayru olmaz ol günəş, çün cavidani səndədir. (səh. 24) 
 
*** 


 
 
 
(FA’ilAtün FA’ilAtün FA’ilAtün Fa’ilün) 
 
Lə’li-nabın çeşməsində abi-heyvan gizlidir,  
Dürci-yaqutunda, ey can, dürrü mərcan gizlidir. 
 
Ləblərin şirin, dəhanından əgərçi rəmz ilə,  
Açar əsrarı, vəleykən sirri-pünhan gizlidir. 
 
Canımın canı ğəmindir, bu səbəbdən, ey nigar,  
Şad olur könlüm də daim dərdi-canan gizlidir. 
 
Şol xədəngi ğəmzəni kim, canıma urdu gözün,  
Qan gedər yürəkdən amma zəxmi-peykan gizlidir. 
 
Ənbərin saçın yüzünü gizləsə olmaz əcəb,  
Şəb niqabında həmişə mahi-taban gizlidir. 
 
Ey təbibi-ami, əl çək çarə qılmaqdan mənə,  
Aşiqin canında daim dərdi-dövran gizlidir
 
Qane oldu dərdilə səndən Nəsimi, ey nigar, 
Şol səbəbdən kim, sənin dərdinə dərman gizlidir.  (səh. 25) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Türreyi-ənbərfəşan ömrün şəbi-yeldasıdır,  
Həlqimizdə həlq tək şol zülmətin sövdasıdır. 
 
Lə’lü yaqutu anın quti-rəvanımdır mənim,  
Zikrü fikrim, şol həbibin lə’li ruhəfzasıdır. 
 
Qoy məni qurban olum şol çeşmi-kafirkişə kim,  
Mən təki hər guşədə min aşiqi şeydasıdır. 
 
Duşda gördüm, sərvi qədd, dedim behəddi müntaha, 
Bilməzəm ömrümmüdür, ya qamətin balasıdır? 
 
Çeşmi-məstin, zülfü xalın fitnə saldı aləmə,  
Ol gözəllər şahının ba hər tərəf qovğasıdır. 
 
Ey Nəsimi, səcdə qıl, şol hüsnü bihəmtayə kim,  
Aləmin çeşmü çırağı, surəti-zibasıdır.  
(səh. 26) 


 
 
 
*** 
(FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Yarəb, ağzın nə səbəbdən qönçeyi-xəndanmıdır?  
Ya Süleyman xatəmi, ya haqqeyi-mərcanmıdır? 
 
Nöqteyi-mövhumdur, ya gövhəri-fərd ol ağız,  
Mənbəi-ma’i-müin, ya çeşmeyi-heyvanmıdır? 
 
Baği-nəsrindir cəmalın, ya çəmən, ya busitan,  
Ya Gülüstani-İrəm, ya rövzeyi-rizvanmıdır? 
 
Nərgisi-cadumudur, ya fitneyi-eyni-bəla.  
Ya hərami məst, ya qarətgəri-imanmıdır? 
 
Arizindir yasəmən, ya lalə, ya bərgi-səmən,  
Dəftəri-övraqi-gül, ya səfheyi-reyhanmıdır? 
 
Ya mələksima bəşərdir, ya nigari-mahvəş,  
Löbəti-cin, ya pəri, ya gövhəri-insanmıdır? 
 
Sözmüdür nəzmi-hüseyni, ya məgər sehri-həlal. 
Ya füsun, ya şe’rdir, ya Hikməti-Yunanmıdır? (səh. 27) 
 
*** 
 
(məfA’İlün məfA’ilün məfA’İlün məfA’ilün) 
 
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,  
Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır. 
 
Üzün “inna fətəhna”dır, təbarək şə’ninə münzəl,  
Bu vəhci əhsəni-surət bilənlər əhli-ürfandır. 
 
Xətin ümmül kitabidir bəyani-əhli-tövhidin,  
Hürufi lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır. 
 
Rüxün gülzarına qarşı qızardı məğribin rəngi,  
Tilaya məşriqin rəngi Nəsimi-ənbərəfşandır. 
 
Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz,  
Üquli-əhli-ürfanın onun hərfində heyrandır. 
 
Nəsimi çün səni buldu, münəzzəh oldu aləmdən, 


 
 
Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.  
(səh. 28) 
 
*** 
 
(məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün
 
Müənbər sünbülün, şaha, güli-sirabə pürçindir,  
Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir. 
 
Xətadır Çinə həml etmək müənbər zülfünü, billah.  
Ki, hər bir qılı saçının xəracı Çinü Maçindir. 
 
Dəhanindən xəbər verdi rəvan yürür sözün amma,  
Bilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir. 
 
Sən ol sultani-xubansan bu gün aləmdə, ey dilbər,  
Ki, qul tək cümlə sultanlar sənə şahinü laçindir. 
 
Müdəvvər nöqteyi-xalin gözümdən bir nəfəs getməz,  
Məgər kim, şol qara bənlər gözümdə nəqşi-pürçindir. 
 
Rüxün üzrə bənin şahanə hindudir, əcəb, yarəb,  
Yalançı oğrumu, yaxud yüzün bağında gülçindir. 
 
Gögərçin tək şikar etdi, məni, şol nərgisi-fəttan,  
Yavuz gözdən irağ olsun ki, xoş türkanə laçindir. 
 
Məhi-tabanə, ya mehrə səni bənzətmərəm, neyçün  
Ki, hüsnün xirmənində Ay ilə Gün sünbüləçindir. 
 
Gözümdə gərçi dilkeşdir, saçının işvəsi amma,  
Nəsimiyi bu sövdayə buraxan şol moğolçindir.   (səh. 29) 
 
*** 
 
(məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün
 
Cəmalın, ya rəb, ey dilbər, nə taban mahi-ənvərdir  
Kim, anın aftabından iki aləm münəvvərdir! 
 
Yüzün hərfində, ey müshəf, bəyani-“küntü kənz” olmuş,  
Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir? 
 
Rüxün xəttilə xalindən çəri çəkmişdir, ey dilbər,  
Zəhi şahzadeyi-əzəm ki, xoş uğurlu ləşkərdir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə