NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Sərab  (f)  - bulaq, çeşmə və çayın başlanğıcı, sakit və aydın havada çöldə uzaqda su 
kimi görünən və işığın in'ikasından törəyən optik hadisə, ilğım; məc. xəyal puç 
ümid. 
Sərv (f) - cənubda bitən həmişəyaşıl ağac; sərvi-xuraman - nazlı-nazlı gəzən. 
Sərvər  (f) - başçı, rəis; məc. ucaboylu, nazlı gözəl. 
Sərdəftər  (f) - giriş, müqəddimə.  
Sərəfraz (f) - başqalarından seçilən, başı uca.  
Sərgəştə (ə) - heyran, çaşmış, başını itirmiş.  
Sərməst  (f) - sərxoş, kefli. 
Sərtapa (f) - başdan-ayağa kimi, tamamilə; başdan-başa. 
Sərtasər (sərtəsər, sərasər) (f) - başdan-başa, bütünlüklə, tamamilə. 
Səfdər (ə) - cəsur, qəhrəman, qorxmaz. 
Səham (“səhm”in cəmi) (ə) - ox. 
Səfhə (ə) - üz, bir şeyin düz üzü, bir cismin görünən xarici tərəflərindən hər biri, 
səhifə, incə taxta, lövhə; məc. dövr. 
Səhba (ə) - qızıl, şərab, badə, məc. xurmayı saçlı (adam). 
Səhi (f) - qədd-qamətli, düz. 
Səhl (ə) - asan, yüngül. 
Səhm (ə) - qorxu. 
Səhi (ə) - həyət, orta, aralıq, meydan, böyük kasa, səhnə. 
Siyam (ə) - oruc, oruc tutma, orucluq; mahi-siyam - orucluq ayı. 
Sim (f) - gümüş, gümüş pul, tar və s. bu kimi çalğı alətlərinin teli. 
Simbər (simtən) (f) - bədəni gümüş kimi ağ, ağbədənli, gözəl. 
Simin  (f) - gümüşdən qayrılmış, gümüş kimi ağ və saf. 
Sümizər  (f) - qızıl-gümüş. 
Sipər (f) - qalxan, daldalanacaq, sığnaq, günəş və yağışdan qorunmaq üçün pərdə və 
s. müharibədə oxdan, güllədən qorunmaq üçün sədd. 
Sipəh (sipah) (f) - qoşun, ordu. 
Sirat (ə) - yol, dini əfsanəyə görə, cəhənnəm üzərində qurulmuş qıl körpü. 
Sovgənd (f) - and, and içmə.  
Sonmaq (sunmaq) (Az. arx) - içmək. 
Soud (ə) - (“sə'd”in cəmi) xoşbəxtlik, uğur, ulduzların uğurlu tə'siri, ulduzların 
uğurlu düzülüşü (astroloqların əqidəsinə görə) səadət ulduzu. 
Suz (f) - alışma, yanma, göynəmə, acıma, acınma; məc. kədər, qüssə; suzi-dərd - 
dərd yanğısı. 
Suzan (f) - yandıran, yaxan, göynəyən, acışan, məc. kədərli, qəmli. 
Sur (ə) - böyük buynuzdan qayrılmış boru, şeypur; suri-İsrafil - dini e'tiqada görə, 
qiyamət günündə İsrafil adlı mələyin çalaçağı şeypur, İsrafilin şeypuru. 
Süvar (səvar) (f) - at və s.-yə minmiş, minici, atlı. 
Süvər (“surət”in cəmi) (ə) - surətlər. 
Sürahi (ə) - uzunboğazlı su və ya şərab şüşəsi. 
Süxən  (f) - söz, nitq. 
Süha (ə) - göyün şimal tərəfində görünən kiçik bir ulduz. 
Sünud (ə) - namaz və ya ibadət zamanı üzü yerə sürtmə, səcdə etmə. 
 


 
 
Ş 
Şabaş (f) - afərin! Əhsən!; Toylarda oynayanlara, çalğıçılara, verilən pul. 
Şadan (f) - sevincək, məmnun. 
Şayəd (f) - ola bilər ki, bəlkə, ehtimal ki.  
Şakir (ə) - şükr edən, təşəkkür edən.  
Şanə (f) - daraq, çiyin. 
Şafi (ə) - şəfa verən, yaxşılaşdıran, qənaətləndirici.  
Şahvar (şəhvar) (f) - hökmdara layiq, şaha münasib.  
Şeyda  (f) - dəlicəsinə vurğun.  
Şeş (f) - altı. 
Şəb (ə) - gecə. 
Şə'ban (f) - ərəb təqvimində səkkizinci ayın adı. 
Şəbistan (f) - yataq otağı; şahların hərəmxanası; dərvişlərin ibadətlə məşğul 
olduqları və yatdıqları yer, hücrə.  
Şəbi-hicr (ə-f) - ayrılıq gecəsi. 
Şəbrəng (f) - gecə rəngində olan, qara; İran əsatirində Səyavuşun atının adı, odda 
yanan neft qoxulu qara bir daş.  
Şəbxun (f) - gecə basqını.  
Şəqaiq (ə) - laləgülü, xoruzgülü. 
Şəqq (ə) - yarma, çatlama, yırtma, parçalama, qırma, sındırma, yarıq, çatlaq. 
Şəqqülqəmər (ə) - ayın parçalanması (islam əsatirinə görə, guya Məhəmməd 
peyğəmbərin mö'cüzəsi olaraq ayın iki parçaya bölunüb yerə enməsi); mö'cüzə, 
xariqə. 
Şəddad (ə) - əsatirə görə, Yəmən ölkəsində (Ərəbistanda) yaşamış çox zalım bir 
hökmdar; məc. zalım, sərt, qaba. 
Şəkərdəhan (f) - şirindil, şəkərağızlı. 
Şəkəristan (f) - şəkər qamışı tarlası. 
Şəkərxa (f) - şəkər çiçəyi; məc. gözəl danışan. 
Şəm' (ə) - bal, mum, şam. 
Şəmail
 
(ə) - təbiətlər, xasiyyətlər, şəkil, əks, surət.  
Şəms (ə) - günəş, gün. 
Şəng (f) - gözəl, ədalı gözəl, göyçək; oğru, quldur, mubaliğə etmə. 
Şərif (ə) - şərəfli, mübarək, müqəddəs, nəcib, əsil. 
Şəhd (ə) - şan balı. 
Şəhnə (ə) - keçmişdə şəhərin inzibati işlərinə baxan və xüsusilə gecə zamanı nizam-
intizamı qoruyan mə'mur, darğa.  
Şəhriyar  (f)  - hökmdar, padşah.  
Şə'bəə (ə) - parlaqlıq, parıldama, dəbdəbə, təmtəraq. 
Şivə (f) - tərz, üslub, naz, işvə, əda, ləhcə, tələffüz.  
Şikar (f) - ovlama, ov, ovlanan heyvan, qənimət.  
Şikən (f) - qıran, sındıran; qıvrım, qırış, bürüşük 
Şimdi (Az.) - indi. 
Şirk (ə) - şərik olma, əlbir olma, bütpərəstlik, çoxallahlılıq. 
Şuridə (f) - qarışıq, dağınıq; aşiq, vurğun. 
Şurü şər (fuə) - hay-küy, qışqır-bağır, gurultu-partıltı. 


 
 
Şum (ə) - uğursuz, bədşüküm. 
Şümar (f) - say, hesab; yara. 
Şühud (ə) - gözlə görmə, müşahidə, hazır olma, mövcud olma; şahidlər. 
 

Tab (f) - qüvvət, güc, taqət, zəhmət, əziyyət, dözmə; işıq, ziya, yanma, işıq saçma; 
buruq, qıvrım, eşmə, eşilmə (sap, ip, saç və s.). 
Taban (f) - parlaq, parıldayan, işıqlı.  
Təbəndə  (f)  - parlayan, işıq verən, işıq saçan.  
Tabiş (f) - parlama, parlayış. 
Təq (ə) - yarımdairə şəklində qapı, pəncərə və sairənin üstü, qübbə, günbəz, əzilmiş, 
bükülmüş mə'nasında da işlənir.  
Tamat (ə) - çərə-pərən sözlər, cəfəngiyat.  
Tamu (t) - cəhənnəm.  
Taif (ə) - dönən, dolanan, dövrə vuran. 
Tapu (t) - xidmət, qulluq, səcdə (allah qarşısında), sədaqətlə qulluq etmək, hörmət 
etmək. 
Tahir (ə) - təmiz, pak. 
Təalallah (ə) - allah yüksəkdir; məc. nə gözəl! Nə yaxşı!  
Təbarək, (ə) - mübarək olsun! Mübarəkdir!  
Təbarəkəllah (ə) - Nə gözəl! Nə yaxşı! Nə əcəb! 
Təvəlla (ə) - ianə edilmiş əmlak üzərində nəzarət, bir adamın dostluğunu qazanmaq 
üçün təşəbbüs. 
Təqvim (ə) - kalendar, cədvəl.  
Təqsim (ə) - bölmə, hissələrə ayırma.  
Təyyib (ə) - yaxşı, xoş. 
Təl'ət (ə) - üz, sifət, sima, görkəm, zahiri görünüş, tülu etmə, çıxma (günəş). 
Tənab (ə) - ip, örkən. 
Tənbur (f-ə) - saza oxşar üç simli dartımlı musiqi aləti. 
Tənzil (ə) - endirmə, aşağı salma (ərəblərdə bu söz qur'ana aid edilir), güzəşt, 
əksiltmə. 
Tərəb (ə) - sevinc, şənlik, şadlıq, fərəh. 
Təriq (ə) - yol, məslək, vasitə, səbəb, tərz, üslub. 
Tərar (ə) - cibkəsən, oğru, doladırıcı 
Tərsa (f) - xristian, xaçpərəst. 
Tərəhhüm (ə) - rəhm etmə, yazığı gəlmə, acıma. 
Tərcüman (ə) - tərcüməçi, dilmanc. 
Təsbeh (ə) - təsbeh, dua. 
Təsəlsül (ə) - zəncirləmə, zəncir kimi bir-birina bitişib uzanma, əlaqə, rabitə, 
arasıkəsilmədən, nəsildən-nəsilə keçib davam etmə. 
Tətəbbö' (ə) - ətraflı öyrənmə, tədqiq etmə, araşdırma, mütaliə, ardınca getmə, 
izləmə 
Təfərrüc (ə) - qəm-qüssəni dağıtmamaq, ürəyi açılmaq üçün gəzməyə, seyrə çıxma, 
gəzmə, gəzinti, seyr. 
Təfriqə (ə) - fikir ayrılığı, ikitirəlik, ayrılma, dağınıqlıq, pərakəndəlik, pərişanlıq. 


 
 
Təfsir (ə) - mə'nasını izah etmə, şərh etmə. 
Təhəyyür (ə) - heyran olma, heyrətə düşmə, mat-məəttəl qalma. 
Təhəmmül (ə) - qatlaşma, səbr etmə, dözmə. 
Təhiyyə (ə) - salam, salam vermə, xeyir-dua vermə. 
Təhsin (ə) - bəyənmə, bəyənib əhsən demə, alqışlama, afərin. 
Təşəbbüh (təşəbböh) (ə) - bənzətmə, oxşatma, tay olma. 
Təşnə
 
(f) - susamış, susuz; məc. çox həvəskar, arzukeş. 
Tiq (f) - qılınc, xəncər, ülgüc. 
Timar (f) - baxma, qulluq etmə, qayğısına qalma. 
Tinət (ə) - maya, əsil, zat, təbiət, xasiyyət. 
Tüng (f) - sürahi, qrafin. 
Tir (f) - yaydan atılan ox, dirək; Merkuri planeti, göy üzündə bəzən axan kimi 
grünən od parçası, iti, sur'ətlə gedən; məc. igid, zirək.  
Tirkeş (f) - oxqabı, oxdan. 
Tovhid (tövhid) (ə) - bir neçə şeyi birləşdirmə, allahın birliyinə inanma (dini). 
Türab (ə) - torpaq, toz; məc. qəbir, məzar. 
Tüsmək (tütər) (Az.) - od tutub yanmaq, tüstülənmək. 
Tütün (Az. arx.) - tüstü. 
Tüccar (ə) - tacirlər. 
 

Ud (ə) - Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağacın adı; simli şərq 
musiqi aləti. 
Ulaşmaq (Az.) - yetişmək, çatmaq. 
Ur (ə) - puç, batil, eyib, ar, lüt, çılpaq. 
Uçmağ (Az.) - cənnət, behişt. 
 
Ü 
Üqba (ə) - axirət, o biri dünya. 
Üqd (üqdə) (ə) - düyün; məc. həlli çətin olan iş, müşkül məsələ, insanın son dərəcə 
arzu edib, nail ola bilmədiyi və qəlbində nisgil və düyün kimi qalan şey. 
Üqud (“iqd”in cəmi) (ə) - boyunbağılar. 
Üqul (“əql”in cəmi) - ağıllar, ağıl, idrak. 
Üzar(ə) - yanaq, üz. 
Üluləbsar (ə) - bəsirət, sahibləri, uzaqgörənlər (bax bəsirət). 
Ümman (ə) - böyük dəniz, okean. 
Ümmət (ə) - xalq, millət, icma, bir peyğəmbərin dininə mənsub olan adamlardan 
ibarət icma. 
Üşşaq (ə) - aşiqlər, muğamatda, şö'bə. 
 

Vala (f) - uca, yüksək, ali.  
Vali (ə) - vilayətin bütün işlərini dolandıran hökumət mə'muru.  
Varid (ə) - yetişən, gələn.  
Varmaq (Az.) – getmək, çatmaq, yetişmək.  


 
 
Vasil (ə) - çatan, yetişən, qovuşan.  
Vahib (ə) - bağışlayan, hədiyyə verən.  
Vahid (ə) - tək, bir, yalnız.  
Vahidiyyət (ə) - təklik, vahidlik, birlik. 
Vey  (f)  - o (şəxs əvəzliyi); görə, dəfə; “və ey”in qısaldılmış forması. 
Vəbal (ə) - günah, təqsir, xəta, yaramaz hərəkət, cavabdehlik; ağırlıq, əzab. 
Vəli (ə) - lakin, amma. 
Vəli (ə) - hami, himayəçi; yaxın dost; qəyyum; ağa. 
Vərd (ə) - qızılgül. Vərdi-həmra qırmızı qızılgül. 
Vərtə (ə) - uçurum, su burulğanı; qorxunc yer, təhlükəli yer. 
Vəsm (ə) - damğa, dağ; pişan, əlamət; heyvanı dağlama. 
Vəh (f) - bəh! bəh-bəh! əcəb! pah! 
Vəhdət (ə) - birlik, allahın birliyinə inanma; yalqızlıq, təklik, vahidlik. 
Vəhid (ə) - yalnız, tək; misilsiz. 
Vəhy (ə) - bir fikir və hökmün allah tərəfindən peyğəmbərə xəbər verilməsi (dini). 
Vəhm (ə) - əsassız və əsli olmayan fikir, xəyal; şübhə; yersiz qorxu. 
Vəch (d) - üz, sima, surət; üst, səth; ön, alın; üsul, tərz; səbəb, vasitə; pul, vəsait; 
yol, vasitə; ad, şöhrət; imtiyaz, üstünlük; qiymət, dəyər. 
Vəchüllah (ə) - allahın siması, təzahürü.  
Vürüd (ə) - gəlmə, yetişmə, çatma.  
Vüslət (ə) - aşiqin sevgilisinə qovuşması, vüsalı. 
 

Yavuz (Az.) - çox gözəl, ə'la, lap yaxşı, şiddətli, çox sərt və tünd, yaman 
Yarğu (Az.) - hökm vermək, davanı kəsmək, mübahisəli bir məsələni həll etmək; 
bədnəzər, yaman göz. 
Yarın (t) - sabah, gələcək. 
Yasin (ə) - qur'anda bir surənin adı. 
Yezdan (f) - qədim zərdüştilərin e'tiqadınca xeyir allahı.  
Yekdanə (f) - tayı olmayan, misilsiz, çox az, nadir. 
Yekrəng (f) - bir rəngli, bir qayda üzrə olan; məc. razı.  
Yeksən (f) - başdan-başa, bütün tamamilə, birdən, bir dəfədə. 
Yekta (f) - tək, yalnız, nadir, tayı və bərabəri olmayan, misilsiz. 
Yekcəhət (f) - birtərəfli, birüzlü, ardıcıl, əlbir.  
Yegrək (t) - daha yaxşı, başqasından daha yaxşı bəyənilən. 
Yelək (Az.) - donun baş tərəfinin enli hissəsi, qolsuz, gödək paltar. 
Yəğma (f) - çalıb-çapma, qarət etmək, birinin malını zorla   əlindən almaq. 
Yələk (t) - Quş qanadının böyük tükü, bir növ qolsuz önü açıq qədim paltar növü. 
Yüküş (öküş) (Az.) - çox. 
 

Zağ (f) - qarğa. 
Zail (ə) - daimi olmayan, müvəqqəti, fani, keçib gedən, keçici, batan (ay və günəş 
haqqında). 
Zar (f) - ağlayan, nalan, inləyən, dərmansız, çarəsiz, çıxılmayan vəziyyət. 


 
 
Zat (ə) -sahib, yiyə. 
Zat (ə) - mahiyyət, əsl cövhər, şəxs. Zati-kibriya - allah adlarından biri. 
Zahid (ə) - ibadətlə məşğul olan, pəhrizkar, asket, həyat, varlıq, yaşayış. 
Zey - həyat, varlıq, yaşayış.  
Zəbər  (f)  - üst, üstdə, üstdə. 
Zəval (ə) - tələf olma, məhv olma, key cisimlərinim batması.  
Zəlal (ə) - doğru yoldan azma, yolu itirmə, azma.  
Zəmir (ə)  - iç, hər şeyin iç üzü, batin, ürək, bir şeyin daxili.  
Zəngi (f) - qara adam, zənci, zənci dili. 
Zəmin (d) - zaman; yer, parçanın (qumaşın yerliyi), anlayış, məfhum.  
Zinhar (f) - ay aman, saqın, ehtiyatlı ol! Aman, pənah, təhlükəsizlik, himayə. 
Zir (f) - alt, altda, alta, ziri-dəst - əlaltı. 
Zill (ə) - kölgə, himayəçi, hami; Zilli hümay - dövlət quşunun kölgəsi, uğurluluq, 
xoşbəxtlik, səadət mə'nasında.  
Zövrəq (ə) - qayıq. 
Ziba (f) - bəzəkli, zinətli, yaraşıqlı, gözəl. 
Zində (f) - diri, yaşayan, ruhlu, canlı, diribaş, sağlam. 
Zindədil (f) - dindar, mö'min, zahid, gümrah. 
Zöhid (ə) - pəhrizkarlıq, dinin qadağan etdiyi şeylərdən çəkinmə, saqınma, vaxtını 
ibadətə sərf etmə, tərki-dünyalıq. 
Zübdə (ə) - ən bəyənilmiş, seçilmiş hissə. 
Zülal (ə) - sərin, duru və şirin su, yumurtağı maddəsi. 
Zülmat (ə) - zülmətlər, qaranlıqlar, əfsanəvi dirilik suyunun olduğu qaranlıq dünya. 
Züm (ür)rüd (ə) - yaşıl rəngli, qiymətli daş (zəlalət). 
Zülfüqar (ə) - ikiağızlı qılınc, şiələrin birinci imamı Əlinin ləqəbi. 
Zünun (ə) - zənnlər, düşüncələr, fikirlər. 
Zünnar (ə) - xristanların riyazət əlaməti olmaq üzrə altdan bədənlərinə sarıdıqları 
sərt qurşaq. 
 
 
Turkiston Kutubxonasi 
Turkistan Library 
Туркестанская Библиотека 
 
www.turklib.ru 
www.turklib.uz 
www.turklib.com 
 
 


 
 
 
 
 
 
 
 
 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə