NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   2   3   4   5   6   7   8   9   10   ...   65

 
 
 
Nə rəna sidrədir, yarəb, boyun aləmdə, ey can kim,  
Kim anın qəddü balası yedi iqlimə sərvərdir. 
 
Yedi xəttin kitabından səkiz cənnət əyan oldı,  
Bu vəch ilə yəqindir ki, həm ol zati-mütəhhərdir. 
 
Xəyalımdan degil xali xəyalin xeyli bir saət,  
həmişə surətin nəqşi bərabərdir, müsəvvərdir. 
 
Ləbin camindən ol canım, Xızır tək irdi məqsudə,  
Çıxa gəldi bu zülmətdən, bu gün adı Sgəndərdir. 
 
Bəbək tək saqlaram, daim gözümdə xali-hinduvi,  
Bəbək şeylə əziz olmaz kim, ol xali-müdəvvərdir. 
 
Nəsimi fəzli-allahı yüzün nürində gördü çün,  
Təvafi-Kəbə xətm oldu, səfavü həcci-əkbərdir. (səh. 30) 
 
*** 
 
(məf’Ulü fa’ilAtün məf’Ulü fa’İlAtün) 
 
Məndən yüzün yaşırma kim, səcdəgahim oldur,  
Seyr edərəm bu çərxi, xurşidü mahim oldur. 
 
Hüsnün çırağı, ey can, yanə pərvanə keçdim,  
Narın içində rövşən göründü, ahim oldur. 
 
Pəhriz edərmi aşiq, ey eşqə münkir olan,  
Dersən ki, tərkini qıl, ol mənim şahim oldur. 
 
Kirpiklərinlə qaşun olmuşdur ismi-ə’zəm,  
Divdən dəxi nə qorxu, çün kim, pənahim oldur. 
 
Həq də’vidən şəhadət istərlər isə məndən
Mən anı bulmuşam kim, mənim güvahim oldur. 
 
Ey dünyanın rəisi, mənə həqir baqma, 
Mən necə müflis olum, çün izzü cahim oldur. 
 
Nəsimiyəm ki, düşdüm yüzün gülündən ayru, 
Bülbül kimi çəməndə fəryadü ahim oldur.   
(səh. 31) 
 
*** 


 
 
 
(müft’əilün məfA’ilün müft’əilün məfA’ilün) 
 
Bəhri-fənadə fani ol, gör nə xoş həyat olur,  
Abi-həyat imiş fəna, gərçi adı məmat olur. 
 
Kə’beyi eşqim yüzünü doğru tutub piyadə var,  
Təşneyi-eşqə eşq odu zəmzəmeyi-həyat olur. 
 
Canü cahanü dinü dil olmayanın bu ərsədə,  
Şah ola gərçi aləmə rövzeyi-şahi mat olur. 
 
Çıxdı tənürdən tufan, qərq edisər cahanı gəl,  
Gir gəmiyə ki, canına ol səbəbi-nəcat olur. 
 
Qeyrə müqəyyid olma kim, hər nə ki qeyridir anın,  
Gər həmə kün-fəkan isə, arifi zatəlat olur. 
 
Əqlilə namü nəngini var, oda salü yax anı,  
Arifi-zat olan qaçan mültəfiti-sifat olur. 
 
Qıldı fəna vücudimi, eşq güm eylədi məni,  
Bəllisiz oldu hər kim, ol qərqeyi-bəhri-zat olur. 
 
Şol günəşin şüainə, zərrəcə kim ki, buldu yol,  
Hər günü eyd gecəsi qədri-şəbi-bərat olur. 
 
Fikr edərəm ki, yazayım zərrəcə eşq sirrini  
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur. 
 
Eşqə fənayi-mütləq ol, keç bu rəvaqi-taqidən,  
Gövhəri-laməkan necə bəsteyi-şeş cəhat olur. 
 
Hər həsənat kim, səni doğru ilətmədi həqə,  
Qoyma anın adın Həsən gər həmə səyyiat olur. 
 
Məscidü xanəgahə sən sufi tək olma qürrə kim,  
Aşiqə cümlə yerü gög məbədi sovməat olur. 
 
Zövq iləvü hüzur ilə eşqə pərəstiş eylə kim,  
Qəlbi hüzursuz olanın taəti lasəlat olur. 
 
Canü cəhanə ur qəfa aşiq isən gər, ey könül,  
Aşiqə fərzü müstəcab tərki-təəllüqat olur. 
 


 
 
Dövlətinə bu dünyanın olma müqəyyəd, ey məlik,  
Anın üçün ki, dünyanın dövləti bisəbat olur. 
 
Vəhdət içində ta əbəd oldu Nəsimi bəllisiz,  
Kim ki, bu rəsmə məhv olar, zübdeyi-kainat olur.  (səh. 32-33)
 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilAtün) 
 
Ey nəsimi-sübhdəm, billah ki, yarım xoşmudur?  
Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur? 
 
Şol mütərra zülfi-mişkindən, səba, vergil xəbər,  
Şol yüzi gül, qaməti sərvü çinarım xoşmudur? 
 
Şol ləbi-ləlü gözü ahuyü şəhla dilfirib,  
Şol saçı zülmət bəni müşki-tatarım xoşmudur? 
 
Yel əlimdə, su gözümdə, od içimdə xak olur,  
Daim onda həşr olucaq səbzəzarım xoşmudur? 
 
Çün Nəsimi saldı özün eşqinə pərvanə tək,  
Ey yüzü gülşən, sənə bu ahü zarım xoşmudur?   (səh. 34) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Canımın, cana vüsalın can içində canıdır, 
Canə canü, canə canü can həm canandır. 
 
Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşən kim, o gül, 
Bülbüli-rühül-əminin bağü həm bostanıdır. 
 
Qamətin, yarəb, nə Tubadır, nə cənnətdir yüzün, 
Kim bu gün əhli-behiştin rövzeyi-rizvanıdır. 
 
Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəhal, 
Kim dodağın səlsəbili çeşmeyi-heyvanıdır. 
 
Gözlərin dövründə düşdü qülqülə, aləmdə çox, 
Sürsün ol dövranı kim, dövran anın dövranıdır. 
 
Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır, 


 
 
Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır. (səh. 35) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Ta kim, ol məhbubi-dilin lə’li cami-badədir,  
Rəhni-meyxanə həzaran xirqəvü səccadədir. 
 
Əzmi-bustan eylədi, şol qaməti-şümşad şad,  
Sərvi-azadeyi gör kim, qayğudan azadədir. 
 
Adını gör kim, nə yazmış, şol təhəyyürnamədə,  
Didə heyran, şol cəmalı, xəttü hüsni-adədir. 
 
Kim ola xürşidi-taban dəviyi hüsn eyləyə,  
Zərrədən kəmtər yolunda sübhü şam üftadədir. 
 
Hər zaman bağlar xəyalın sibi qəbqəb nəqşini,  
Xətti-nəqşi-hüsni-dilbər, lövhi-xatir sadədir. 
 
İstərəm lə’li-ləbindən şərbəti mən xəstədil,  
Dadımı hər kim, eşitsə deyə kim, dildadədir. 
 
Vəslini qıldı Nəsimi arzu bu əqlilə,  
Sən gədayi-binəvasan, ol şəhü şahzadədir. (səh. 36) 
 
*** 
 
(məfA’ilün məfA’ilün fə’Ulün) 
 
Zəhi dövlət ki, məhbubim pəridir,  
Qamu zibalərin zibatəridir. 
 
Dişi incu, gözü ahu, özü şux,  
Yüzü bir dəstə gül bərgi-təridir. 
 
Nəzərbaz olduğum indi həqiqət,  
Ki, mənzurim, nigarın mənzəridir. 
 
Cəmalın görəli mən ol pərinin,  
Könül məcmui-aləmdən biridir. 
 
Uş ol məhbub ilə həmdəm olan gün, 
Əcəb qirani-mahü müştəridir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə