NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

 
 
Firqət içində yürəgim gör ki, nə parə-parədir,  
Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir. 
 
Qəmdə yanan bu aşiqə lutfi-inayət eyləgil,  
Ey büt, əgərçi yürəgin mərmərü səngi-xarədir. 
 
Yarəlü eylədi məni cür’əsi ağulu ğəmin,  
Yaralu qoyma yarını, dərdinə gör nə çarədir. 
 
Mən nə təriqü vəch ilən cövrü cəfadən usanım,  
Çünki həmişə yarımın cövrü cəfası yarədir. 
 
Hüsnünə aşiq eylədi canımı narə yandırır, 
Gör ki, nə fitnələr qılur, ol ki, bu hüsni-yarədir. 
 
Nazü itabü işvəsi, yaxdı məni cəfa ilə,  
Daim onunla aşiqin işi bu rəsmü karədir. 
 
Zövrəqimi məhəbbətin bəhrinə çün buraxmışam,  
Gəl çək anı kənarə kim, meyli anın kənarədir. 
 
Ayü günü nə vəch ilə yüzünə nisbət eyləyim,  
Hüsni-rüxün qatında çün Ay ilə Gün sitarədir. 
 
Eşqi-rüxün nə nar imiş kim, görə anı, ey sənəm,  
Səcdə qılır mələk kimi, səcdəsi qüdsi narədir. 
 
Zərqü riyavü sufilik zərrəcə asi eyləməz,  
Şol kişiyə ki rəğbəti ol meyi-bixümarədir. 
 
Zülfü tozundan oldı çün canü təni Nəsiminin,  
Əslinə qovuşur yenə ric’əti şol qubarədir.  
(səh. 45) 
 
*** 
 
 (fA’ilatün məfA’ülün fə’ilün) 
 
Arifi-laməkan otuz ikidir,  
Sahibi-cismü can otuz ikidir. 
 
Aç könül, gözünüvü güzgüyə bax,  
Ki, yəqin, bigüman otuz ikidir. 
 
Çün üzündür kitab ayatı, 
İstiva ilə san otuz ikidir. 


 
 
 
Endi İsa, gətirdi şəkki xilaf,  
Uştə sahibzəman otuz ikidir. 
 
“Sidrətül-müntəha”nın əqsamı,  
Sayır isən, həman otuz ikidir. 
 
Sənsən ümmülkitabın əsrarı,  
Bil ki, “səb’ülməsan” otuz ikidir. 
 
Vəyhü ilhamü ya nəbivü vəli,  
Verən, alan, əyan otuz ikidir. 
 
Gör Nəsimi ki, surəti mə’ni,  
Aşikarü nihan otuz ikidir. 
(səh. 46) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Dilbəra, hüsnün xəti qur’an degildir, bəs nədir? 
Surətin vəşşəmsi-rəhman degildir, bəs nədir? 
 
Ta kamanın bədri ay gördüvü düşdü dər zəval,  
Zərrə tək düzəndə sərgərdan degildir, bəs nədir? 
 
Gər fəqih münkirdir adəm vəchinə qılmaz sücud, 
Həqdən ikrah eyləyən şeytan degildir, bəs nədir? 
 
Sirri tövhidin rümuzin bilməyən bil kim, yəqin,  
Əhli dil qatında ol heyvan degildir, bəs nədir? 
 
Ol müvəhhid kim, həqi üzündə gördü bigüman,  
Əbcədin hərfi ana bürhan degildir, bəs nədir? 
 
Ey Nəsimi, keç xamudan qıl təmənna vəslini, 
Kim ki, gördü vəsl olan sultan degildir, bəs nədir?  
(səh. 47) 
 
*** 
 
(müstəf ‘ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Uymaz fərağından gözüm, yaşın tökür, qan axıdar,  
Lə’lin qəmindən dəmbədəm yaqutü mərcan axıdar. 
 


 
 
Yandırdı şövqün canımı, dəldi fəraqın bağrımı,  
Eşqin bəlası canıma gör kim, nə tüfan axıdar. 
 
Gəlgil unutma yarini, halın sor anın, gör anın,  
Şövqündən ey dürdanə, gör, gözündən ümman axıdar. 
 
Nuhun gəmisin istə kim, yaxlaşdı tufan olmağa  
Seylabi-şövqi şeylə kim, bu çeşmi-giryan axıdar. 
 
Düründən ey hürüliqa, müştaqa sui safi-şəfa, 
Kim, şərbətindən hər nəfəs min dərdə dərman axıdar. 
 
Ta incu surətlu dişin, gəlmiş xəyali-eynimə,  
Ağzından əsdafı anın, lö’lüi-ğəltan axıdar. 
 
Müşkin saçın çovkanına çün başımı top etmişəm,  
Zülfün bəlasından yenə ol topu çovkan axıdar. 
 
Lə’li-ləbin təfsirini söylər Nəsimi canlara.  
Şol rəsm ilən kim, sanasan Xızr abi-heyvan axıdar. (səh. 48) 
 
*** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Fatihə, ümmülkitabın göstər ayası nədir?  
Bistü həştü sivü du hərfin xulasası nədir? 
 
Doqquz ata, yeddi ana, dörd dayədən ver xəbər,  
Du çəharü pəncü şeşin saqi binası nədir? 
 
Üç yüz altmış altı mənzil, qırx səkkiz yerdə qur’an  
Ey ki, yetmiş yeddi hərfin on iki xası nədir? 
 
Çöhrənin şövqü nədən, məhəbbətin qüllabı nə?  
Aşiqü mə’şuq nə demək, eşqin əsası nədir? 
 
Sidrəvü kövsər nədəndir, həm neh fələkin gərdişi?  
On iki bürcün kəvakib cayı, mə’vası nədir? 
 
Yeddi yer gög, yeddi dərya, yeddi ayət, yeddi xət,  
Yeddi müshəf, Musaya, çün yedi bəyzası nədir? 
 
Küllü mən əleyhafa etdi sənə rəbbin yəqin,  
Ey Nəsimi, mö’münün qəlbində cirası nədir?   (səh. 49) 


 
 
 
*** 
 
 
(müstəf’ilün fə’Ulün müstəf’ilün fə’Ulün) 
 
Eyşü tərəb yari-gülüzar ilə xoşdur,  
Canü cəhan elə bil ki, yar ilə xoşdur. 
 
Qanıma, bandır əlin, ey nigar, gör  
Kim, necə simin əlin nigar ilə xoşdur. 
 
Darə çıx, ey aşiq, anda söylə ənəlhəq,  
Aşiq olan kişinin başı dar ilə xoşdur. 
 
Aşiqə ol fəxr yetər ki, olmadı sufi,  
Dövlət anın kim, bu iftixar ilə xoşdur. 
 
Gərçi süzülmüş xümari-gözləri anın,  
Qəmzeyi-məstanəsi xümmar ilə xoşdur. 
 
Ta ki, gülünün vəslinə irişməyə bülbül,  
Çöhrəsi anın həmişə xar ilə xoşdur. 
 
Mövsümi güldür ki, bu gün, gəl bəri, sun cam, 
Şərabi-gülfamə fəsli-bahar ilə xoşdur. 
 
Yüzini yaşurma gəl, sən əhli-nəzərdən,  
Gül gəlicək əndəlibi-zar ilə xoşdur. 
 
Aləmi-tövhidə çün irişdi kim Nəsimi,  
Nur ilə nar olduvü nur nar ilə xoşdur.  
(səh. 50) 
 
*** 
 
(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Vəslinə kim ki, irmədi, dərdü əzab içindədir,  
Ləlini kim ki, sormadı, təşnə sərab içindədir. 
 
Konlüm içində surətin can kimi qılmışam yerin,  
Gövhəri “küntü kənzi” gör kim, nə xərab içindədir. 
 
Şəmi-rüxün hərarəti cuşə gətirdi qanımı, 
Gör ki, necə od imiş kim, bu kəbab içindədir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə