NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   92   93   94   95   96   97   98   99   100

sonralar Bakı Dövlət Universitetində tarix müəllimi olmuşdur. Müharibə illərində 
cəza batalyonuna göndərilmiş, almanlara əsir düşmüşdür. Almaniyanın “Vüstrou” 
qəsəbəsində  təbliğatçı  agentlər  hazırlayan  məktəbi  fərqlənmə  diplomu  ilə 
bitirmişdir.  Əsir  düşərgələrində  Sovet  İttifaqı  əleyhinə  ciddi  təbliğat  işləri 
aparmışdır.  Müharibədən  sonra  bir  müddət  Almaniyada  yaşamış,  sonradan 
Türkiyəyə  getmişdir.  İstanbulda  “Millət”  kitabxanasında  işləmiş,  “Azərbaycan 
Mədəniyyəti  Cəmiyyəti”ni  yaratmışdır.  1956-cı  ilə  qədər  Türkiyədə  yaşadıqdan 
sonra “Azadlıq” radiosunda işə düzəlmiş və Almaniyaya köçmüşdür. 
 
FƏRMAN MƏMMƏDOV 
 
“Azadiıq”  Radiosunun  uzun  müdət  əməkdaşı  işləmiş  F.  Məmmədov 
Cəbrayıl  rayonunun  Mərcanlı  kəndindəndir.  Sovet  Ordusu  sıralarına  çağırılarkən 
bir  müddət  Astraxanda  hərbi  məktəbdə  oxumuşdur.  Orduya  çağırılmış,  Kiyev 
şəhəri ətrafındakı döyüşlərdə  almanlara əsir düşmüşdür. 1942-ci ilin sentyabrında 
Gestaponun  nəzdindəki  məşhur  “Teppelin”  kəşfıyyat  mərkəzinə  göndərilmişdir. 
Oranı  bitirdikdən  sonra  “Autvits”dəki  kəşfıyyat  məktəbində  oxumuşdur.  Həmin 
məktəbdə  ratsiya  ilə  işləməyi,  şifrləri  açmağı  və  s.  öyrənmişdir.  Sonradan 
komandanlıq onu Berdyansk şəhərindəki əsir  düşərgəsinə  əsirlər arasında  təbliğat 
aparmaq  üçün  göndərmişlər.  1943-cü  ildə  Berlində  “Azərbaycan  Milli 
Qurultayı”nda  iştirak  etmişdir.  Oberşturmbanfürer  rütbəsi  alan  F.  Məmmədov 
1943-cü ildə azərbaycanlılardan ibarət hərbi hissələrin birinə alay komandiri təyin 
edilmişdir. Müharibədən sonra bir müddət İranda olmuş, sonra Türkiyəyə getmiş, 
sonradan  isə  “Azadlıq”  Radiosunun  “Gürcü”  redaksiyasında  çalışmışdır.  Bir 
müddətdən sonra isə “Azərbaycan” redaksiyasında fəaliyyət göstərmişdir. 
 
ƏLĠ ARANLI 
 
Əli Həsən oğlu Həsənov (təxəllüsü Əli Aranlıdır) Neftçala rayonunun Aşağı 
Qaramanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra keçmiş Xıllı 
rayonunda  çıxan  “Kommunizm  yolu”  qəzetində  ədəbi  işçi,  sonralar  məsul  katib 
işləmişdir.  Müharibə  illərində  almanlara  əsir  düşür.  Bir  müddət  Sovet  Ordusuna 
qarşı  Ukraynada,  Belorusiyada  vuruşur.  İkinci  Dünya  müharibəsindən  sonra 
“Azadlıq” radiosunda adi işçi, sonradan isə Baş redaktor vəzifəsində çalışmışdır. 
 
MƏCĠD MUSAZADƏ 
 
Məcid Musayev - Musazadə (Təxəllüsü Məcid Qarsalanidir) əslən İsmayıllı 
rayonunun  Qərsələ  kəndindəndir.  O,  1914-cü  ildə  oktyabr  ayının  10-da  Bakıda 
dünyaya  göz  açmış,  burada  orta  məktəbi  bitirdikdən  sonra  Azərbaycan  Dövlət 
Universitetinin  ədəbiyyat  və  tarix  fakültəsinə  daxil  olmuşdur.  Universiteti  uğurla 


başa vuran gənc Məcid Musazadə Bakıdakı dövlət kitabxanalarında, sonradan isə 
Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutunda  elmi  əməkdaş  olaraq  çalışmışdır. 
Lakin Böyük Vətən müharibəsi onu sevdiyi işindən birdəfəlik ayrı salmışdır. 
1941-ci  ildə  müharibənin  od-alovu  içərisinə  göndərilən  Məcid  Musazadə 
1942-ci  ilin  qızğın  döyüşlərinin  birində  almanlara  əsir  düşdü.  Burada  yaxşı 
adamlarla rastlaşdı, Berlinə göndərildi. Əvvəlcə Berlindəki “İrtibat qərargahı”nda, 
sonra  isə  nəşrə  başlayan  “Azərbaycan”  qəzetində  mühərrir  və  Baş  redaktor 
vəzifələrində  1945-ci  ilə  qədər  çalışmışdır.  Müharibədən  sonra  o,  Münhen 
şəhərində  yaşamış,  “Azadlıq”  Radiosunun  Azərbaycan  şöbəsində  fasiləsiz  26  il 
işləmiş,  müxtəlif  illərdə  şöbənin  baş  redaktoru  olmuşdur.  Peşə  imkanlarından 
istifadə edərək həmişə xalqımızın ədəbiyyatını, tarixini, adət-ənənələrini fəal təbliğ 
etmişdir. 1990-cı ildə mayın 28-də “Türk Dünyasının Araşdırma Vəqfi”nin Kayseri 
şəhərində təşkil etdiyi Birinci Azərbaycan Millətlərarası Konqresində iştirak edən 
Məcid Musazadə 1990-cı ilin iyulun 17-də 76 yaşında vəfat etmişdir. İyulun 20-də 
vətəndən çox-çox uzaqlarda Münhendə Nordfriedhofda torpağa tapşırılmışdır. 
 
MURAD MURADLI 
 
Murad  Muradlı  (şəkili)  “Azadlıq”  Radiosunda  çalışmışdır.  Əslən  Zaqatala 
rayonundandır.  Müharibə  illərində  almanlara  əsir  düşmüşdür.  Sonradan 
“Azərbaycan” qəzeti redaksiyasında işləmişdir. 
 
TUQAY MƏMMƏD 
 
Tuqay  Məmməd  -  əsli  Şamaxı  rayonundandır.  Azərbaycan  bolşeviklər 
tərəfindən işğal edildikdən sonra Türkiyəyə mühacirət etmişdir. 1926-cı ildə Qərbi 
Avropada  olmuşdur.  Müharibə  illərində  “Vineşa”  təbliğat  şöbəsi  tərəfindən 
yayınlanan Radioverilişin “Azərbaycan” redaksiyasına başçılıq etmişdir. 
 
ƏNVƏR QAZIYEV 
 
Ənvər  Qazıyev  -  Əsli  Şəki  rayonundandır.  Müharibəyə  qədər  “Bakinski 
Raboçi” qəzetində jurnalist işləmişdir. “Hücum” qəzetinin də bir müddət redaktoru 
olmuşdur. 
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ 
 
Azərbaycan  Milli  Qurtuluş  Hərəkatının  böyük  ideoloqu  olan  M.  Ə. 
Rəsulzadə  1884-cü  ilin  yanvar  ayının  31-də  Bakının  Novxanı  kəndində  anadan 
olmuşdur.  İlk  təhsilini  Bakı  Texniki  məktəbində  almışdır.  M.  Ə.  Rəsulzadə  o 
dövrün  aparıcı  qəzet  və  jurnallarından  olan  “Şərqi  Rus”,  “İrşad”,  “Tərəqqi”, 
“Dirilik”  və  “Açıq  söz”də  çoxlu  sayda  yazılarla  çıxış  etmişdir.  Gənc  yaşlarından 


siyasi həyata atılan M. Ə. Rəsulzadə sonradan İranda, Türkiyədə yaşamış, müxtəlif 
mətbuat orqanlarında dəyərli yazılar çap etdirmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  olan  M.  Ə.  Rəsulzadə 
Azərbaycan Milli Şurasının sədri vəzifəsində çalışır, demokratik dövlət quruculuğu 
prosesində yaxından iştirak edirdi. 
1920-ci  ilin  aprel  işğalından  sonra  mühacirətdə  yaşayan  M.  Ə.  Rəsulzadə 
Azərbaycan  milli  istiqlal  mübarizəsini  bir  an  da  olsun  dayandırmamışdır. 
Avropanın  ayrı-ayrı  ölkələrində  jurnallar,  qəzetlər,  kitablar  çap  etdirmiş, 
Azərbaycan problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. 
İkinci  Dünya  müharibəsi  illərində  M.  Ə.  Rəsulzadə  minlərlə  azərbaycanlı 
əsiri  xilas  etdi.  Lakin  Azərbaycanın  müstəqilliyinin  Almaniya  tərəfindən  qəbul 
edilmədiyini  gördükdə,  Rumıniyaya  keçib  orda  fəaliyyət  göstərdi.  Müharibənin 
sonunda isə legionerlərin xilası ilə bağlı “Azərbaycan Demokrat Birliyi” təşkilatını 
yaratdı. 
Sonradan  Türkiyədə  yaşayan  M.  Ə.  Rəsulzadə  Azərbaycanın  tarixi, 
mədəniyyəti,  ədəbiyyatı  və  siyasi  həyatı  ilə  bağlı  əllinci  illərdə  çoxlu  sayda 
məqalələr,  əsərlər  yazmış,  nəşr  etdirmişdir.  M.  Ə.  Rəsulzadə  1955-ci  ilin  mart 
ayının 6-da vəfat etmiş, Ankaranın Əsri məzarıstanlığında dəfn edilmişdir. 
 
CEYHUN HACIBƏYLĠ 
 
Azərbaycanın  görkəmli  mətbuat  xadimlərindən  olan  Ceyhun  Hacıbəyli 
1891-ci ildə Şuşada anadan olmuşdur. Şuşada və Bakıda təhsil aldıqdan sonra bir 
müddət  Sankt-Peterburq  Universitetində  oxumuşdur.  Sonradan  o,  Fransanın 
məşhur  Sorbon  Universitetində  təhsil  almışdır.  Ceyhun  bəy  “Kaspi”,  “İrşad”, 
“Tərəqqi”  qəzetlərində  əməkdaşlıq  etmişdir.  1918-ci  ildə  nəşrə  başlayan 
“Azərbaycan” qəzetinə qardaşı Ü. Hacıbəyli ilə birgə redaktorluq etmişdir. 1918-ci 
ildə o, Ə. Topçubaşov və digər Azərbaycan nümayəndə heyəti ilə birgə Versal sülh 
konfransında  iştirak  etmək  üçün  Parisə  getmiş  və  orada  da  qalıb  yaşamışdır. 
Fransada  yaşadığı  illərdə  o,  Azərbaycanın  tarixi,  mətbuatı,  mədəniyyəti,  siyasi 
vəziyyəti  ilə  bağlı  çoxlu  sayda  elmi  əsərlərini  və  məqalələrini  mətbuatda  dərc 
etdirmişdir. 
Bundan  əlavə,  C.  Hacıbəyli  Azərbaycan  legionerləri  ilə  də  sıx  əlaqədə 
olmuş, onlara yaxından kömək göstərmişdir. 
C. Hacıbəyli 1962-ci ildə, oktyabr ayının 2-də Parisdə vəfat etmiş və Sen-
Klu məzarlığında dəfn edilmişdir. 
 
MƏZAHĠR DAġQIN (BORSUNLU) 
 
Legioner  şair  Məzahir  Daşqın  (Borsunlu)  1909-cu  ildə  Tərtər  rayonunun 
Borsunlu  kəndində  anadan  olmuşdur.  Bakıda  Fəhlə  fakultəsində  təhsil  almışdır. 


1926-cı  ildən  ilk  şerləri  çap  olunmağa  başlamışdır.  Eyni  zamanda  o,  gözəl  saz 
çalmağı  bacarmışdır.  1941-ci  ilin  ilk  günlərindən  müharibəyə  gedir.  1942-ci  ilin 
avqust  ayında  almanlara  əsir  düşür.  Tezliklə  o,  Azərbaycan  legionunun  sevimli 
şairinə  çevrilir.  Azərbaycan  legionerlərinin  nəşr  etdiyi  “Azərbaycan”,  “Hücum” 
qəzetlərində çoxlu sayda şerlərlə çıxış edir. 
İkinci Dünya müharibəsi qurtardıqdan sonra M. Daşqın vətəni Azərbaycana 
qayıdır. Burada qaldıqdan bir neçə gün sonra onu “Vətən xaini” adı ilə həbs edib, 
əvvəlcə  Mingəçevirdə,  Bakıda  saxlayır,  sonra  isə  Sibirə  göndərirlər.  Sonra  isə 
Qorki vilayəti həbsxanalarında o, 10 ilə yaxın - 1956-cı il iyulun 23-nə qədər yatır. 
1956-cı  ildə  həbsdən  azad  edilib  vətəni  Azərbaycana  qayıdır.  Bakıda  o,  müxtəlif 
illərdə xalq yaradıcılığı, folklor sahəsində çalışmışdır. 
Olduqca  ağır  və  çətin  həyat  yaşamış  Məzahir  Daşqın  (Borsunlu)  1979-cu 
ilin oktyabrın 31-də vəfat etmiş və doğma kəndi Borsunluda dəfn edilmişdir. 
 
 
ƏBDÜRRƏHMAN FƏTƏLĠBƏYLĠ-DÜDƏNGĠNSKĠ 
 
Ə.  Fətəlibəyli-Düdənginski  1908-ci  ildə  Naxçıvanın  Şərur  rayonunun 
Düdəngə kəndində anadan olub. Atası Əli bəy çar Rusiyası ordusunda zabit olub. 
Atasını orduda xidmətdə olarkən 1910-cu ildə zəhərləyib öldürürlər. 
Ə.  Fətəlibəyli  Düdənginski  gənc  yaşlarından  əsgər  getmiş,  Azərbaycan 
diviziyasında  xidmət  etmişdir.  30-cu  illərdə  o,  Moskvada  Hərbi  Akademiyada 
təhsil  almışdır.  Leninqradda  (indiki  Sankt-Peterburq)  hərbi  xidmətdə  olmuşdur. 
1937-ci  ildə  Bakıda  məzuniyyətdə  olarkən  Leyla  xanım  Qazıyeva  ilə  ailə  həyatı 
qurmuş  və  oğlu  Əli  dünyaya  gəlmişdir.  1939-cu  ildə  Ə.  Fətəlibəyli-Düdənginski 
Finlandiya  müharibəsində  iştirak  etmiş  və  “Qırmızı  Ulduz”  ordeni  ilə  təltif 
edilmişdir.  1940-cı  ildə  sovet  qoşunları  Pribaltikanı  işğal  edərkən,  onu 
Leninqraddan  Riqada  yerləşən  hərbi  ştaba  göndərirlər.  Burada  isə  o,  döyüşlərin 
birində əsir düşərək almanlar tərəfə keçir. Aimaniyada həbs düşərgəsində olarkən 
Azərbaycan  legionunun  təşkilində  və  Milli  Azərbaycan  Qurultayının 
keçirilməsində fəallıq göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya 
müharibəsindən sonra İtaliyada, Misirdə olur (onun burada olarkən Fələstin azadlıq 
ordusu sıralarına qoşulması haqqında məlumatlar vardır), Türkiyəyə gedir, nəhayət 
Almaniyada  “Azadlıq”  radiosunun  Azərbaycan  redaksiyasına  başçılıq  edir, 
Münhendə Azərbaycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr edir. 1954-cü 
ilin  noyabr  ayında  Ə.  F.  Düdənginskini  Sovet  İttıfaqından  göndərilən  bir  casus 
qətlə  yetirir.  Ə.  Fətəlibəyli-Düdənginskini  Münhen  yaxınlığındakı  Noy-Ulm 
şəhərində dəfn edirlər. 
Həyat  yoldaşı Leyla xanım və oğlu Əli onun ölümündən sonra Amerikada 
yaşamağa gedirlər və bu günə qədər onlardan heç bir məlumat yoxdur. 


İkinci  Dünya  müharibəsindən  sonra  1949-cu  ilin  iyunun  13-də  Ə. 
Fətəlibəyli-Düdənginskinin yaxın qohumlarını - bacısını və ailəsini, dayısı Nəsrulla 
xanın  həyat  yoldaşı  Zina  xanımı,  oğlanları  Səfiyev  Bəhlulu,  Beytulla  və  Rəşidi 
ailələri ilə birgə Sibirə sürgün edirlər. Ə. Fətəlibəyli-Düdənginskinin ailəsi 1955-ci 
ildə verilən ümumi bağışlamadan sonra vətənə qayıda bilmişdir. 
 
PROFESSOR QERHARD FON MENDE 
 
Azərbaycan  legionerləri  ilə  yaxın  münasibətdə  olan,  Hitler  Almaniyasında 
Şərq  Nazirliyinin  Qafqaz  bölməsinə  başçılıq  edən  professor  Qerhard  fon  Mende 
əslən  Baltik  almanlarındandır.  Riqa  şəhərində  doğulmuş,  Birinci  Dünya 
müharibəsindən sonra ailəsi ilə birgə Almaniyaya köçmüşdür. İlk və orta təhsilini 
aldıqdan sonra o, ali təhsilini ictimai məsələlərə həsr etmişdir. İlk araşdırmaları da 
Rusiyadakı türklərin milli mücadilələrini ələ alması olmuşdur. Digər tərəfdən fon 
Mende Şimal Türklərinin məşhur ailələrindən birinin qızı olan doktor Sofya Sırtlan 
ilə  evlənmiş  və  bu  baxımdan  onun  türklərə  bağlılığı  olmuşdur.  Professor  fon 
Mendenin  Azərbaycanm  görkəmli  dövlət  xadimi  M.  Ə.  Rəsulzadə  ilə  də  yaxın 
münasibətləri olmuşdur. 
O,  bir  müddət  Berlin  Universitetində  Xarici  Məmləkətlər  fakultəsində 
Rusiya  bölməsi  üzrə  ordinaryus  professor  olaraq  təyin  edilmişdir.  İkinci  Dünya 
müharibəsindən  sonra  Qərbi  Almaniyada  yaradılan  Şərqi  Avropanı  Araşdırma 
İnstitutunun müdiri olmuşdur. 
Professorun  başlıca  dəyərli  əsərlərindən  bir  neçəsinin  adını  veririk:  1) 
Rusiyadakı  türklərin  milli  mücadiləsi.  2)  Sovetlər  Birliyində  yaşayan  xalqlar.  3) 
Sovetlər Birliyi hakimiyyəti altındakı xalqlar. 4) Milliyyət və ideoloji və s. 
Professor  fon  Mende  İkinci  Dünya  müharibəsindən  sonra  türkəsilli 
legionerlərə,  eləcə  də  mühacirlərə  yaxından  maddi  və  mənəvi  dəstək  vermiş, 
onların bir sıra məktəb və universitetlərdə təhsilinə imkanlar yaratmışdır. 
Bütün türklərin yaxın dostu və xeyirxahı olan professor fon Mende 1963-cü 
ilin dekabr ayının 12-də vəfat etmişdir. 
 
AVTORXANOV ƏBDÜRRƏHMAN 
 
Milliyyətcə  çeçendir.  Qafqaz  legionerlərindəndir.  Ə.  F.  Düdənginskinin 
yaxın  dostu  olub.  Məşhur  sovetoloq  olan  Ə.  Avtorxanov  “Hakimiyyətin 
texnologiyası”,  “Partokratiya”  kitablarının  müəllifıdir.  1937-ci  ildə  Moskvada 
Qırmızı  Professorlar  İnstitutunu  bitirdikdən  sonra  “xalq  düşməni”  adı  ilə  həbs 
edilib,  1942-ci  ildə  həbsdən  buraxılıb.  1943-cü  ildən  Sovetlər  Birliyinə  qarşı 
mübarizəsini  davam  etdirib.  Eyni  zamanda  o,  doktorluq  elmi  dərəcəsinə  layiq 
görülüb. Azərbaycanlı mühacir və legionerlərlə yaxından münasibətdə olub. 
 


ĠZAHLAR 
 
Legion - latın mənşədi sözdür. Hərbi birliklər, könüllü birliklər mənasındadır. Hələ 
qədim  Romada  4,5-7  min  nəfərdən  ibarət  belə  birliklər  mövcud  idi.  16-19-cu 
əsrlərdə  isə  Fransada,  Böyük  Britaniyada,  Almaniya  və  Rusiyada  belə  hərbi 
birliklər  mövcud idi.  Belə  birliklər adətən başqa  ölkələrin  vətəndaşlarından təşkil 
olunurdu.  Məsələn,  1797-1808-ci  illərdə  Fransada  mövcud  olan  Polşa  legionları 
Polşanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. 
Legioner - könüllü, könüllü döyüşçü mənasındadır. 
Faşizm  -  italyan  mənşəli  sözdür,  birlik,  birləşmə  mənasındadır.  Siyasi  cərəyan 
olaraq  kapitalizmin  ümumi  böhranı  prosesində  yaranmışdır  və  daha  aqressiv 
qüvvələrin marağını ifadə etmişdir. 
Neofaşizm  -  faşist  təşkilatlarında  müasir  sağ  qüvvələrin  birliyi  olaraq  ortaya 
çıxmışdır. 
Gestapo - Hitler Almaniyasında gizli polis təşkilatıdır. Sayı 40 min olmuşdur. 
SS  -  Almaniya  Silahlı Qüvvələrində  “Mühafızə  Dəstələri”. 1925-ci ildə  yaradılıb. 
Sayı 50 min olmuşdur. 
SD - Almaniyada “Təhlükəsizlik Xidməti” təşkilatı. Sayı 70 min olmuşdur. 
SA  - Almaniyada “Hücum Dəstələri” təşkilatı. 1921-ci ildə yaradılıb. sayı 1,2-1,7 
milyon olmuşdur. 
OKV - Almaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı. 
Qruppenfürer SS - SS-də rütbə, Vermaxtda general-leytenanta uyğun. 
Ştandartenfürer SS - SS-də albaya uyğun olan rütbə. 
Şturmbanfürer SS - SS-də mayora uyğun olan rütbə. 
Şturmfürer SS - SS-də leytenanta uyğun rütbə. 
Qauleyter - Nasist təşkilatında vilayət rəhbəri. 
Eynzatsqruppa  -  SS,  SD  və  polisdə,  işğal  edilmiş  ərazilərdə  kütləvi  ölümləri 
törədən xüsusi çevik hərbi hissələr. 
Fürer - rəhbər, lider. 
Oberqruppenfürer - SS-də rütbə, Vermaxtda piyada qoşunlarında generala uyğun. 
Oberşturmbannfürer - SS-də rütbə, Vermaxtda podpolkovnikə uyğun. 
Oberşturmfürer - SS-də rütbə, Vermaxtda leytenanta uyğun. 
Reyxsfürer - SS rəhbəri: bu vəzifəni Himmler tuturdu. 
Reyxstaq - Almaniya Parlamenti. 
Reyxskomissar - işğal edilmiş torpaqlarda nasist administrasiyasının rəhbəri. 
NSDAP  -  Milli  Sosialist  Almaniya  Fəhlə  Partiyası.  1919-cu  ildə  əsası  qoyulub. 
1921-ci ildən partiyaya Hitler rəhbərlik edib. 
Vermaxt  -  Versal  Sülh  Müqaviləsinə  zidd  olaraq  yaradılan  Hitler  Almaniyasının 
Silahlı Qüvvələri. 
Veymar  Respublikası  -   1919-1933-cü  ildə  mövcud  olan Almaniya. 


Versal  Sülh  Müqaviləsi  -  Birinci  Dünya  müharibəsini  yekunlaşdıran  dövlətlərin 
müqaviləsi.  Müqavilə  1919-cu  ilin  iyun  ayının  28-də  Fransanın  Versal  şəhərində 
imzalanmışdır. 
 
 


 


 
 







 
 
 


  


 
 
 
 
 
 
 
 
 
 




Nəsiman Yaqublu 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠ 
 
(monoqrafiya) 
 
 
 
 
Kompüter tərtibatçısı: İsmayıl Əyyubov 
Kompüter dizayneri: İmran Ağayev, Məcid Qocayev 
Kompüter yığıcısı: Nəzakət Muradova 
Korrektoru: İradə Quliyeva 
 
 
 
 
Yığılmağa verilmişdir: 12.09.2004 
Çapa imzalanmışdır: 18.11.2004 
Kağız formatı: 60×84 1/16 
Nəşr çap vərəqi: 21,0 
Tiraj: 300 
 
 
 
 
 
NəĢriyyat direktoru: t.e.n. Ə.Cəfərov 
 
 
 
 
 
“Çıraq” nəşriyyatının mətbəəsində hazır plyonkadan çap olunmuşdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə