NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

Bəzi  Qərb  tədqiqatçıları  haqlı  olaraq  yazırlar  ki,  Hitleri  Stalin  yaratdı. 
Stalinlə ciddi mübarizə aparan L. Trotski 1936-cı ildə yazırdı ki, Stalinsiz Hitler də 
olmazdı, Gestapo da olmazdı. 
Hitlerin 
hakimiyyətə 
gəlməsi 
ərəfəsində 
stalinçilər-kommunistlər 
fikirləşirdilər ki,  əgər Hitler hakimiyyəti ələ  keçirərsə, onda  fəhlələr onu süpürüb 
atacaqlar. Aparıcı kommunistlərdən olan Remmel Rexstaqda deyirdi: “Qoy Hitler 
hakimiyyətə  gəlsin,  o,  tezliklə  bankrot  olacaq  və  bizim  dövrümüz  başlayacaq”. 
(207, s. 202) 
Stalinçi-kommunistlər  Hitlerin  hakimiyyətə  gəlməsinə,  əslində,  şərait 
yaradırdılar.  Məgər  Hitlerin  hakimiyyətə  gəlməsinə  razı  olan  fəhlə  sinfi  onu  qısa 
zamanda devirə bilərdimi? Bu, mümkün deyildi. Buna oxşar vəziyyət İtaliyada da 
baş verdi. Mussolini də İtaliyada hakimiyyətə gəldi və faşizm rejimi uzunmüddətli 
qalmaqda  davam  etdi.  Kommunist  Remmel  isə  Rexstaqdakı  çıxışında  bu  fikirləri 
əsaslandırırdı:  “Biz  sabahkı  günün  qalibləriyik.  Biz  Hitlerin  hakimiyyəti  ələ 
keçirməsindən narahat deyilik”. (207, s.203) 
Maraqlı idi ki, Stalin Hitlerə ciddi rəqib kimi də baxmırdı. Bu dövrdə Hitler 
açıq  şəkildə  bildirirdi  ki,  o,  bolşevizmi  məhv  edib  Şərqi  ələ  keçirmək  
niyyətindədir. Stalin onun sözlərini üsyançı bir şəxsin fikirləri olaraq qəbul edirdi. 
Bu  dövrdə  Stalin  səhv  edərək,  başlıca  qərb  rəqibi  rolunda  Fransanı  görürdü. 
Mancuriyanı yenicə işğal etmiş Yaponiyadan isə ehtiyatlanırdı. (207, s.217) Stalin 
düşünürdü  ki,  Almaniyanı  yenidən  silahlandırmaq  cəhdində  olan  Hitler  tezliklə 
Fransa  ilə  ziddiyyət  aparacaq  və  bununla  Fransa  SSRİ-yə  qarşı  düşmən 
münasibətindən  uzaqlaşacaq.  Təsadüfi  deyildi  ki,  Stalinin  əlində  silah  olan 
Komintern  ikimənalı  şəkildə  alman  kommunistlərini  Hitlerin  Versal  əleyhinə 
mübarizəsini dəstəkləməyə həvəsləndirirdi. (207, s.217) 
Stalin  fikirləşirdi  ki,  bu  kampaniya  Hitleri  Qərbin  bolşeviklərə  qarşı 
apardığı  səlib  yürüşünə  başçılıq  etməsindən  çəkindirəcək.  Əslində,  nə  Fransa,  nə 
də  Yaponiya  tərəfindən    SSRİ-yə  qarşı  müharibə  təhlükəsi  reallaşa  bilməzdi. 
Bununla  bağlı  L.Trotski  yazırdı:  “Heç  bir  normal  burjua  parlament  höküməti 
hazırkı şəraitdə Sovet İttifaqına qarşı müharibəyə cəhd göstərməz. Belə cəhd ölkə 
daxilində saysız problemlər ortaya çıxarır”. (207, s.217) 
Beləliklə, Stalin Hitlerin Almaniyada hakimiyyəti ələ keçirməsində maraqlı 
idi və o, bununla SSRİ-ni müharibə təhlükəsindən yayındırmaq istəyirdi. Halbuki, 
bu illərdə Sovet İttifaqı dünyanın ən güclü hərbi dayağı olaraq qalırdı. 
Stalinin Avropada müharibə təhlükəsi yaratmağına onun bir zaman silahdaşı 
olmuş L. Trotski tez-tez toxunurdu. Fransa təslim edilərkən, demək olar ki, bütün 
Avropa Hitlerin hərbi maşınının ağırlığı altında qalarkən L. Trotski yazırdı: “II və 
III internasionallar... aldatdılar və fəhlə sinfini ruhdan saldılar. Beşillik demokratik 
dövlətlərin  və  kollektiv  təhlükəsizlioyin  xeyrinə  olan  təbliğatdan  və  Stalinin 
qəflətən Hitler düşərgəinə keçməsindən sonra fransız fəhlə sinfi çaş-baş qaldı. İndi 
SSRİ  uçurum  qarşısındadır.  Şərqi  Avropada  Stalinin  əldə  etdiyi  ərazi  üstünlüyü 


Hitlerin  əldə  etdiyi  güc  və  ehtiyatla  müqayisədə  azdır  və  o,  bundan  Sovet 
hökümətinin əleyhinə istifadə edir”. (207, s.488) 
Stalin  Hitleri  müdafiə  edirdi.  Almaniya  Kommunist  Partiyasının  qadağan 
edilməsinə  baxmayaraq,  Stalin  buna  heç  reaksiyada  vermədi.  O,  nəinki  etirazını 
bildirmədi,  əksinə,  SSRİ-nin  səlahiyyətli  nümayəndələrinin  (Litvinov,  Krestinski, 
Molotov) vasitəsi ilə nasist rejiminin ilk aylarından Sovet siyasətinin  Almaniyaya 
münasibətinin  dəyişməyəcəyini  bildirirdi.  Bundan  əlavə,  Almaniya  höküməti  
məqamlarına  Sovet  dövlətinin  Almaniya  dövləti  ilə  1926-cı  ildə  bağladığı  
neytrallıq müqaviləsinin vaxtını uzatmaq fikrində olduğunu çatdırırdı. 
1934-cü  ilin  yanvarında  Ümumrusoya  Kommunist  (b)  Partiyasının  16-cı 
Qurultayında çıxış edən Stalin deyirdi: “Əlbəttə, biz Almaniyada faşizm rejiminin 
mövcudluğundan  vəcdə  gəlməkdən  uzağıq.  Lakin,  iş  burda  faşixmdə  deyildir, 
çünki,  məsələn,  İtaliyada  faşizm  bu  ölkə  ilə  münasibətləri  yaxşılaşdırmağa  mane 
olmadı”. (207, s. 562) 
Bir müddətdən sonra Sovet dövləti artıq Almaniyanın 1938-ci ilin martında 
Avstriyanı  zəbt  etdiyini  görüb  kollektiv  tədbirlərdə  iştiraka  hazırlığı  haqqında 
bəyanat  verdi.  Lakin,  Qərb  dövlətləri  Sovet  dövlətinin  bu  bəyanatını  ciddi  qəbul 
etmədilər. Burada müxtəlif səbəblər olsa da, bir səbəb də Sovet dövlətinin sürətlə 
silahlanma siyasəti ilə verilən bəyanatın məzmun uyğunsuzluğu idi. 
Çünki, Stalin Rusiya ilə Almaniya arasında uzunmüddətli hərbi əməkdaşlıq 
edib gücünü artırırdı. Məsələn, 1934-cü ildə ordudakı əsgərlərin sayı 562 mindən 
940 minə qaldırıldığı halda, 1935-ci ildə bu rəqəm 1 milyon 300 minə çatdı. Quru 
qoşunlarının  və  Hərbi  Dəniz  Qüvvələrinin  büdcəsi  1933-cü  ildə  1  milyard  420 
milyon  rubl  olduğu  halda,  1938-ci  ildəb  u  rəqəm  23  milyard  200  milyon  rubla 
qədər artırıldı. 1940-cı ildə isə hərbi məsrəflərə ayrılan vəsait ikiqat olaraq çoxaldı. 
Müdafiə  sənayesinin  xammalla  özünütəmini  artırıldı:  Uralda  yeni  hərbi  zavodlar 
tikildi.  Hərbçilərin  maaşının  artırılması,  müxtəlif  güzəştlərin  ayrılması  çoxlarının 
hərbi tədris müəssisələrinə marağını artırdı. (207, s. 568) İkinci Dünya müharibəsi 
təhlükəısini  yaratmaqda  günahkar  sayılan  Stalinin  və  Hitlerin  istər  xarakter 
baxımından,  istərsə  diktatorluq  xüsusiyyətləri  ölçüsündən  oxşar  cəhətləri  çox  idi. 
Məsələn,  1934-cü  ildə  hər  iki  diktator  millətin  birliyinə  nail  olunması  haqqında 
müraciətlə çıxış etdilər. Çünki, hər iki cəmiyyətdə müxalifət, demək olar ki, məhv 
edilmişdi və yox idi. Hər iki rejim baş verən istənilən hadisəyə şübhə ilə yanaşırdı. 
İstər Sovet İttifaqında, istərsə də Almaniyada təhlükəsizlik xidmətinin güclü 
aparatı  fəaliyyət  göstərirdi.  Stalin  daha  çox  terrora,  Hitler  isə  təbliğata  üstünlük 
verirdi. Hər iki ölkədə dövlətin sükanı arxasında partiya əsas güc olaraq dayanırdı. 
Eyni  zamanda,  hər  iki  ölkədə  partiya  həmkarları,  gənclər  təşkilatını  (Komsomol, 
“Hitler Yuqend”) birləşdirirdi. (207, s. 574) 
Almaniyada  “Hitler  Yuqend”  (Hitler  Gənclər  İttifaqı)  nasist  partiyası 
tərəfindən 1926-cı ildə Baldur fon Şirakın rəhbərliyi ilə yaradıldı. 1936-cı ildə 10 
yaşından 18 yaşına  qədər olan bütün gənclər (qızlar və  oğlanlar)  məcburi şəkildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə