NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   2   3   4   5   6   7   8   9   10   ...   100

sərbəst  buraxırıq!  Biz  burjua  hakimləri  kimi  qanunun  mahiyyətinə  yox,  inqilabçı 
vicdanımıza və duyğumuza görə hökm veririk”. (201, s.9) 
Bu  faktlar  bir  daha  təsdiqləyir  ki,  Azərbaycanda  bolşevik  rejiminə  qarşı 
şərəfli və ağır istiqlal mübarizəsi aparılırdı. 
Digər  tərəfdən,  xalqın  etiraz  müqaviməti  artır,  Azərbaycanın  bütün 
bölgələrini silahlı üsyanlar bürüyürdü.  Azərbaycanda  Sovet hökümətinə  qarşı baş 
verən ən güclü silahlı üsyan 1920-ci ilin mayında Gəncədə oldu. (92) Gəncə üsyanı 
zamanı  XI  Qızıl  Ordudan  8500,  Milli  Ordumuzdan  və  mülki  əhalidən  isə  8000-
13000-ə  qədər  adam  həlak  oldu.  M.Ə.  Rəsulzadə  bu  üsyanla  bağlı  belə  yazırdı: 
“Bu  üsyan  ibtida  Gəncədə  başladı.  Çarizmin  qəddar  generalı,  knyaz  Sisyanovla 
parça-parça  doğranıncaya  qədər  müqavimət  göstərən  Cavad  xanın  şəhəri  bu  dəfə 
də özünü göstərdi”. (183, s.70) 
Sovet  hökümətinin  xalq  üsyanlarına  və  müqavimət  hərəkatına  qarşı 
göstərdiyi cinayəti tanınmış yazıçı Y.V. Çəmənzəminli belə ifadə edirdi: “Yaxmaq, 
yıxmaq və öldürmək!” – şüarı hər yerdə hökmfərmandır”. (102, s.42) 
Eyni  zamanda,  hərbi  hissələrdə  də  ciddi  təbliğat  işləri  aparılır,  əsgərlərin, 
zabitlərin mövcud rejimdən narazılığı gücləndirilirdi. 1927-ci ildə “Gizli Müsavat” 
təşkilatı  Sovet  Ordusundakı  Azərbaycan  əsgərlərinə  müraciətlə  onları  Qızıl 
Ordunun  və  bu  ordunun  başçıları  olan  bolşeviklərin  istismarçı  məqsədi  ilə  tanış 
edirdi.  (89)  Bolşeviklər  gəncləri  kommunist  ruhunda  tərbiyə  etmək,  millət,  din 
əleyhinə  mübarizədə  yetişdirmək  üçün  məqsədyönlü  “Allahsızlar  cəmiyyəti” 
yaradıb, mətbu orqan nəşr etsələr də, xalqın müqavimətini dayandıra bilmədilər. 
1929-cu  ilin  sonlarından  Azərbaycanda  kütləvi  kəndli  üsyanları  alovlandı. 
Sovet  hökümətini  ciddi  sarsıdan  bu  üsyanlar  haqqında  Almaniyanın,  Fransanın, 
İsveçrənin,  İngiltərənin  mətbuatında  da  yazılar  çap  olundu.  Üsyan  Azərbaycanın 
bütün  vilayətlərini  bürüdü.  Zaqatala,  Şəki,  Qazax,  Gəncə,  Naxçıvan,  Qarabağ, 
Muğan,  Salyan,  Lənkəran,  Göyçay,  Ağdaş,  Şirvan,  Quba  vilayətlərində  üsyanın 
dalğası  daha  güclü  idi.  Bu  üsyanları  yatırmaq  məqsədi  ilə  Moskva  Azərbaycana 
yeni  rus  əsgərləri,  2000-dən  çox  “çekist”  göndərdi.  (170)  Bir  çox  mahallarda 
kəndlilər  Moskvadan  göndərilən  nümayəndələri  ya  döyür,  ya  da  öldürürdülər. 
Salyanda  aparılan səyyar  məhkəmədə  aydınlaşmışdı ki,  Moskvanın  Azərbaycanın 
Muğan və Mil bölmələrində apardığı ruslaşdırma siyasətinə qarşı bir qiyam olmuş, 
kəndlilər  Kür  bəndlərini  açaraq  bütün  əkinləri,  rus  mühacir  kəndlərini  məhv 
etmişdilər. (88) 
Azərbaycanda  mövcud  qaydalardan  narazılıq  artırdı.  Tez-tez  baş  verən 
kəndli  qiyamları,  partizan  hərəkatı  davam  edirdi.  Gəncəbasarda,  Cəbrayılda, 
Ağdamda,  Şəkidə,  Qazaxda,  Naxçıvanda,  Qubada  böyük  partizan  dəstələri 
mübarizə  aparırdı.  Partizanlara  ərzaq  və  geyimlə  yardım  etdiklərinə  görə  200 
azərbaycanlı  qadın  həbs  edilib  Rusiyaya  göndərildi.  Onların  arasında  qoca  və 
hamilə qadınlar, 16-17 yaşlı qızlar da vardı. (90) 


Sovet  höküməti  Azərbaycanı  ruslaşdırır,  milli  kadrları  mühüm  vəzifələrə 
yaxın  buraxmırdı.  Aşağıdakı  cədvəl  Sovet  hökümətinin  “ruslaşdırma”  siyasətinə 
əyani bir sübutdur. 
Türklərin (azərbaycanlıların) ümumilikdə nisbəti: 
1.
 
Azərbaycan Baş İqtisad Şurasında – 1928-ci ildə türklər yüzdə 31, 1931-
ci ildə isə yüzdə 22 olmuşdur. 
2.
 
Sığorta  idarəsində  -  1928-ci  ildə  türklər  yüzdə  12,  1929-cu  ildə  yüzdə 
16, 1931-ci ildə yüzdə 14. 
3.
 
Azərbaycan Petrol Komitəsində - 1928-ci ildə türklər yüzdə 67, 1931-ci 
ildə isə yüzdə 39-a enmişdir. 
Qeyd  edək  ki,  Azərbaycandan  on  minlərlə  insanə  həbs  edib  “ölüm 
düşərgəsi”  adlanan  Solovkiyə  göndərir,  orada  ağır  işlərdə  məcburən  çalışdırır, 
məhv edirdilər. (15, 16, 17, 235) 
Qeyd olunmalıdır ki, bu illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər 
də  olduqca  mürəkkəb  idi.  Sovet  dövlətinin  yeritdiyi  siyasət  (xüsusən 
kollektivləşmə  siyasəti)  insanlarda  ciddi  narazılıq  doğurur,  əhalinin  hökümət 
dairələrinə  qəzəbini  artırırdı.  Uğursuz  “NEP”-dən  sonra  dolanışığı  daha  da 
pisləşmiş əhali kollektivləşməni qəbul etmək istəmirdi.  Sovet  höküməti isə  bütün 
imkanlarından  istifadə  edib  kənddəki  sosial-siyasi  prosesləri  nəzarətində 
saxlamağa  çalışırdı.  Bu  məqsədlə  də  yeni  hakimiyyət  kəndliləri  sosializm 
quruluşuna  cəlb  etmək  üçün  kooperativləşmə,  kredit  verilməsi,  vahid  kənd 
təsərrüfat  vergisi,  yer  quruluşunda  güzəştlər,  yoxsul  fondunun  yaradılması  və  s. 
tədbirlərdən istifadə edirdi. (134, s. 126) 
Digər  tərəfdən  Sovet  hökümətinin  kəndin  varlı  təbəqələrinə  qarşı  1930-cu 
ilin yanvarın 5-də qəbul etdiyi ölüm hökmü haqqındakı qərar da vəziyyəti daha da 
gərginləşdirmişdi. Məhz bu səbəblərdən kəndli öz əmlakını, mənliyini və ən əsası 
varlığını qoruyub saxlamaq üçün müqavimət göstərməli idi. (134, s. 134) 
Kollektivləşmə  siyasətinin  törətdiyi  acı  nəticələri  müxtəlif  rəqəmlərlə 
göstərmək  mümkündür.  Bu  siyasətin  nəticəsində  Azərbaycanda  yüzlərlə  adam 
öldürüldü,  minlərlə  insan  uzaq  yerlərə  sürgünə  göndərildi.  Xarici  ədəbiyyatlarda 
göstərilən  rəqəmlərə  diqqət  edək:  elliklə  kollektivləşmə  zamanı  13  milyon  adam 
məhv olmuşdur ki, bundan 7 milyonu acından ölmüşdür. Digər məlumatlara görə 
isə acından ölənlərin sayı 3-4 milyon olmuşdur. (134, s. 152) 
Sovet dövlətinin apardığı kollektivləşmə siyasətinin ağır nəticələri haqqında 
V. Surorovun və Robert Konkvestin kitablarında isə daha çox rəqəmlər göstərilir. 
Bildirilir ki, kollektivləşmə nəticəsində Sovet İttifaqında 10-16 milyon insan həlak 
olmuşdur.  (334,  s.  40).  Qeyd  edək  ki,  Stalin  həmin  dövrdə  Sovet  hökümətinin 
xaricə 5 milyon taxıl satdığını bildirirdi. 
Bundan  əlavə,  Sovet  hökümətinin  mənəvi-əxlaqi,  xüsusən  dini  sahədə 
apardığı  siyasət  insanların  ciddi  narazılığına  səbəb  olurdu.  Əsrlər  boyu  İslam 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə