NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

dininə  sitayiş  etmiş,  məscidə  Allah  evi  kimi  baxmış,  “Allahu-Əkbər”  sədası  ilə 
yaşamış əhali “dinsiz” bolşevikləri qəbul etmirdilər. 
Azərbaycan  İnqilab  Komitəsi  1920-ci  ilin  mayın  5-də  verdiyi  “Torpaq 
haqqında  dekret”i  ilə  bəy,  xan,  məscid  və  kilsə  torpaqlarının  milliləşdirilməsini 
elan etdi. (134, s.110) Bu, əslində İslam qaydalarına zidd bir hərəkət idi. 
1924-cü  ildə  Bakıda  dinə  qarşı  mübarizəni  gücləndirmək  məqsədi  ilə 
“Allahsızlar  cəmiyyəti”  yaradıldı.  Cəmiyyətin  qarşısında  duran  başlıca  vəzifə  isə 
bundan ibarət idi: bütün şüurlu fəhlə və kəndliləri mübariz ateizm bayrağı altında 
birləşdirmək,  zəhmətkeşləri  dini  xurafatdan  uzaqlaşdırmaq  və  onlarda  materialist 
dünyagörüşü formalaşdırmaq. 
1926-cı  ildə  “Allahsızlar  cəmiyyəti”nin  Bakı  Bürosu  yanında  Azərbaycan 
dilində dinə qarşı üç aylıq axşam kursları açıldı və həmin ilin martında “Allahsızlar 
cəmiyyəti”nin birinci Ümumbakı konfransı çağırıldı. (134, s. 112) 
Beləliklə,  20-30-cu  illərdə  din  xadimləri  nəinki  mətbuatda  təhqir  olunur, 
eyni zamanda amansız təqiblərə məruz qalırdılar. “Kommunist” qəzetində isə belə 
başlıqlarla  yazılar  çap  edilirdi:  “Molla  gəmirir,  heyvan  tükünü  tökür”,  “Onların 
saqqalını dartıb çıxarın” və s. (134, s. 115) 
Aparılan  siyasət  nəticəsində  din  xadimlərinin  əksəriyyəti  öldürüldü, 
qalanlarından bir qismi peşəsini dəyişdi, bir qismi isə xarici ölkələrə qaçdı. 
Bu  illərdə  Azərbaycanda  çoxlu  sayda  məscidlər  dağıdıldı,  bəzilərini  isə 
kluba,  kitabxanaya,  mədəniyyət  evlərinə  çevirdilər.  1929-cu  ilin  aprelin  9-da 
Azərbaycan  K(b)P  və  Bakı  Komitəsinin  birgə  Plunumunda  bildirilirdi  ki, 
respublikada  400-ə  qədər  məscidin  bağlanması  əhali  tərəfindən  narazılıqla 
qarşılanıb. (78, v.89) 
Bolşeviklər İslamın mühüm şərtlərindən olan Orucluğa, Ramazana qarşı da 
çıxır, mətbuatda, qəzetlərdə bununla bağlı felyetonlar, hekayələr, müxtəlif formalı 
yazılar çap etdirirdilər. 
Beləliklə, 20-30-cu illərdə iqtisadiyyatda, sənayedə, təhsildə, mədəniyyətdə 
“inqilab”  edən  Sovet  höküməti  dinə,  milli  adət-ənənələrə  qarşı  da  barışmaz 
mübarizə aparırdı. 
Azərbaycanın  güclə  ruslaşdırılması,  tarixi  mədəniyyətinin,  adət  və 
ənənələrinin  boğulub  məhv  edilməsini  Azərbaycan  Milli  Qurtuluş  hərəkatının 
ideoloqu  M.Ə.  Rəsulzadə  belə  ifadə  edirdi:  “Sovetlərdə  indi  müdhiş  bir  rus-
bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul 
etməyənlər, buna  müqabil  millətlərarası  mədəniyyət  dəyərlərini qiymətləndirənlər 
kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”. (182, s.129) 
Qeyd  edək  ki,  Azərbaycanı  işğal  yolu  ilə  tabeçiliyinə  keçirmiş  Sovet 
höküməti  qatı  şəkildə  ruspərəst  və  ermənipərəst  siyasət  yeridirdi  Bu  siyasətin  ən 
qorxulusu  və  təhlükəlisi  Azərbaycan  torpaqlarının  alınıb  hissə-hissə  Ermənistana 
verilməsi  idi.  1923-cü  ildə  Azərbaycan  ərazisində  qondarma  Dağlıq  Qarabağ 
Muxtar  Vilayəti  yaradıldıqdan  sonra  digər  ərazilərimiz  də  ermənilərə  verilməyə 


başladı.  Belə  ki,  Zaqafqaziya  MİK  Rəyasət  Heyətinin  1927-ci  il  1  yanvar  tarixli 
iclasında (2 saylı protokol, bənd 5) Mehri-Cəbrayıl qəzasından 24 kəndin, 1927-ci 
ildə  20  iyun  tarixli  iclasında  (18  saylı  protokol,  bənd  1)  isə  Zəngəzur-Kürdüstan 
qəzasının  1.065  kv  m  ərazisinin  bu  və  ya  digər  qəzalara  aid  edilməsi  məsələləri 
müzakirə edildi. Yenə də qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-
də M. Slayakanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D. Bünyadzadə, M. 
Bağırov və Ş. Yaqubovun iştirakı ilə keçirilən iclasında (3 saylı protokol) Mehridə 
erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun 3 kəndi – Nüvədi, Ernəzur 
və Tuğut Ermənistana verildi. (167, s. 334-335) 
Sovet  hökümətinin  Azərbaycanda  yeritdiyi  bu  siyasət  əhalini  narazı  salır, 
qəzəbləndirirdi. 
Qeyd  edək  ki,  Sovet  hakimiyyətinin  mövcudluğunu  əslində  bu  təşkilatlar 
təmin edirdi: ÇK, QPU, OQPU, NKVD, KQB. Bolşeviklər bu təşkilatların vasitəsi 
ilə  özlərinin  az  qala  nəzəriyyədə  əsaslandıracaqları  “kütləvi  terror”u  tətbiq 
edirdilər.  İstər  Lenin,  istərsə  də  Stalin  “kütləvi  terror”un  zəruriliyini  dəfələrlə 
vurğulamışlar.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Lenin  “individual  (fərdi)  terror”un 
fəhlə  hərəkatına  zərər  verəcəyini  bildirərək  “kollektiv  terror”  sisteminin  tətbiqini 
vurğulayırdı.  Bolşeviklərin  yolu həqiqətən  yalanlarla, cinayətlərlə  və  demaqogiya 
ilə müşahidə edilirdi. (319) 
Qeyd edək ki, hələ 1917-ci ilin 7 (20) dekabrında V. İ. Lenin dzerjinskiyə 
məktub  yazaraq  əksinqilabçılarla  ciddi  mübarizə  ölçülərinin  vacibliyini 
vurğulamışdı.  Həmin  günü  Xalq  Komissarlar  Soveti  Ümumrusiya  Fövqəladə 
Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. (282, s.4) Komissiyanın ilk 
sədri  F.  E.  Dzerjinski  oldu.  “Daxili  düşmən”  axtarmağa  (283,  s.  104)  daha  çox 
meylli  olan  bu  təşkilat  sonrakı  illərdə  QPU  (Qosudarstvennoe  Politiçeskoe 
Upravlenie) – Dövlət Siyasi İdarəsi; OQPU (Osoboe Qosudarstvennoe Politiçeskoe 
Upravlenie)  –  Xüsusi  Dövlət  Siyasi  İdarəsi:  KQB  (Komitet  Qosudarstvennoe 
Bezopasnisti)  –  Dövlət  Təhlükəsizlik  Komitəsi  adlanmışdır.  Təşkilatın  adı 
ruscadan  qısaldılaraq  (Vserossieskao  Çrezvıçaenao  Komissio)  “Çeka”  şəklində 
adlanırdı. Bu idarədə çalışanlara isə “çekist” deyirdilər. Təşkilatın adının bir neçə 
dəfə dəyişilməsinə baxmayaraq mahiyyəti olduğu kimi qalırdı. 
Bu  təşkilatlar  Azərbaycanda  fövqəladə  səlahiyyət  sahibi  olduğundan 
istənilən cəzanı tətbiq edə bilirdilər. 
1920-1930-cu  illərdə  Azərbaycanda  çoxlu  sayda  gizli  təşkilatlar,  qurumlar 
fəaliyyət  göstərir,  Sovet  rejiminə  qarşı  müqavimət  göstərirdilər.  “Gizli  Müsavat” 
təşkilatından başqa  “Gənc  Azər”  (əsas  məramı  –  Azərbaycanın qəzalarında  təhsil 
alan  gənclər  arasında  fəal  millətçilik  təşviqatını  aparırdı)  (123,  s.  21-22)  Bundan 
əalvə,  “Gənc  Azər”  təşkilatında  gənc  kadrlar  –  müsavatçılar  hazırlamaq, 
Azərbaycanda  Sovet  hakimiyyətini  devirmək,  Azərbaycanın  Rusiyadan  ayrılması 
istiqamətində fəaliyyət göstərirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə