NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

Bu illərdə Azərbaycanda “Gənc Türkçülər Birliyi”, “Müstəqil Azərbaycan” 
təşkilatı, “Azərbaycanı öyrənən cəmiyyət” ciddi fəaliyyət göstərirdi. Qeyd edək ki, 
bu  qurumların  əksəriyyəti  müsavatçılar  tərəfindən  yaradılırdı.  “Azərbaycanı 
öyrənən  cəmiyyət”  o  dövrdə  yeni  əlifba  ilə  nəşrə  mane  olmaq  üçün  ciddi  iş 
aparırdı. (203, s. 61) 
Mühacirətdə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar müxtəlif 
vasitələrlə Azərbaycandakı hadisələrə təsir göstərirdilər. M. Ə. Rəsulzadənin 1923-
cü  ildən  Türkiyədə  nəşr  etdiyi  jurnallar  (“Yeni  Qafqaziya”,  “Azəri  Türk”,  “Odlu 
Yurd” və b.) İrandan Masallıya, oradan isə Bakıya gətirilir, əhali arasında yayılırdı. 
Beləliklə, İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycan əhalisinin böyük 
əksəriyyəti  mövcud  rejimdən  narazı  qalaraq,  Sovet  hökümətini  qəlbən 
dəstəkləmirdilər. 
 
II. SOVET ĠTTĠFAQININ BÜTÜN BÖLGƏLƏRĠNDƏ 
NARAZILIQLAR, QIRĞINLAR,  
HƏBSLƏR 
 
Sovet dövlətinin yeritdiyi siyasət yalnız Azərbaycanda deyil, ölkənin bütün 
yerlərində  xalq  kütlələrinin  ciddi  narazılıqları  ilə  qarşılanırdı.  Rusiyada, 
Ukraynada,  Gürcüstanda  və  başqa  bölgələrdə  tez-tez  hökümət  əleyhinə  çıxışlar, 
üsyanlar olurdu. Sovet hökümətinin bu üsyanları və narazılıqları amansız üsullarla 
boğmasına baxmayaraq, kütlənin etiraz partlayışı hər an gözlənilirdi. 
“Arqumentı i faktı” qəzetinin 1989-cu ildə çap edilən saylarında stalinizmin 
ümumi  qurbanlarının  sayı  40  milyona  qədər  göstərilirdi.  (220)  1939-cu  ilin 
yanvarın  1-dən  “QULAQ”dakı  1.317195  dustağın  830.491-i  rus,  181.9050i 
ukraynalı,  44.785-i  belorus,  24.894-ü  tatar,  24.499-u  özbək,  19.758-i  yəhudi, 
18.572-i  alman,  17.123-ü  qazax,  16.860-ı  polyak,  11.723-ü  gürcü,  11.064-ü 
erməni, 9352-i türkmən, 4874- ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox 
millətin nümayəndələri idi. (221) 
Həbs  edilənlərin  yaş  həddi  belə  idi  (1940-cı  il  martın  1-i):  18  yaşdan  az 
olanlar – 1,2%; 18-dən 21 yaşa qədər olanlar – 9,3%, 22-dən 40 yaşa qədər olanlar 
– 63,6%; 41-dən 50 yaşa qədər olanlar – 16,2%; 50 yaşdan yuxarı olanların sayı – 
9,7%. Böyük Vətən müharibəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə 
qadınlar  təşkil  etdiyi  halda,  1944-cü  ilin  iyulunda  74  faizi  kişilər,  26  faizi  isə 
qadınlar təşkil edirdi. (221) 
Yalnız  1927-ci  ildən  1929-cu  ilə  qədər  Sovet  İttifaqının  həbsxanalarında, 
siyasi təcridxanalarında və sürgündə bir milyona qədər insan vardı. BU insanların 
çoxu müxalifətdə dayanan partiya üzvləri, sovet müəssisələrində vicdanla çalışmış 
“burjua” mütəxəssisləri idi. Bütün respublikalardakı həbsləri, adətən “millətçilər”, 
“NEP-əleyhdarları”  adı  altında  aparırdılar.  Kənd  yerlərində  isə  veteranları, 
aprotexnikləri, kooperatorları həbsə alırdılar. 


1930-1932-ci illərdə bütün varlı kəndlilərə sarsıdıcı zərbələr vuruldu. Evlər 
və  əmlaklar  yeni  yaradılan  kolxozlara  verildi.  Onların  (yəni  “ortabab”  və 
“mülkədar”ın)  ailələri  isə  məcburi  olaraq  Sibirə,  Urala,  şimala  –  Arxangelsk 
vilayətinə, Kol yarımadasına, Komi Muxtar Respublikasına göndərildi. Şahidlərin 
ifadəsinə görə, varlı kəndlilərin yalnız az hissəsi əvvəlcədən əmlakını satıb şəhərə 
qaça bilmişdi. Qalanlarını isə köçürmüşdülər. Bunun nəticəsində yalnız bu dövrdə 
6-7 milyon insan stalinizmin qurbanına çevrildi. 
1933-cü  ildə  bir  milyondan  çox  kəndli  başqa  yerlərə  sürgün  edildi. 
Çoxlarının  düşündüyünün  əksinə  olaraq  məcburi  yaradılmış  kolxozlar  tez  bir 
zamanda  ölkəyə  lazım  olan  çörəyi  və  ərzağı  verə  bilmədi.  Taxıl  və  heyvandarlıq 
məhsulları  istehsalı  kəskin  olaraq  azaldı.  1932-ci  ilin  payızından  bütün  taxıl 
rayonlarında aclıq başlandı. Müxtəlif müəlliflər bu illərdə acından ölənlərin sayını 
3 milyondan 10  milyona  qədər göstərirlər. Ümumilikdə  isə, 1932-1933-cü illərdə 
acından  ölənlərin  sayını  6-7  milyon  olaraq  qəbul  etmək  mümkündür.  Daha  1,5-2 
milyon yoxsul kəndlinin kolxoz-kooperativ mülkiyyətə zidd mövqeyinə görə həbs 
olunduğu təsdiqlənməkdədir. 
1935-ci  ildə  yeni  kütləvi  qırğın  kampaniyası  başlandı  –  Moskvadan  və 
Leninqraddan  “başqa,  yad  sinfi”  elementlər  köçürüldü.  Keçmiş  zadəgan,  tacir, 
kapitalist  və  məmur  ailələri  ayrı-ayrı  əyalət  şəhərlərinə  köçürüldülər.  Belə 
köçürülmüşlərin sayı 1milyon miqdarında idi. 
1937-1938-ci illərdə “yejovçuluq və böyük terror” dövründə kütləvi qırğına 
–  5-7  milyon  insan  məruz  qaldı.  Qırğına  məruz  qalanların  bir  milyona  qədəri 
partiya  üzvləri  idi.  Belə  şəraitdə  həbs  edilən  partiya  üzvlərinin  80  faizi  inqilaba 
qədər  təşkilata  üzv  olanlar  idi  və  çoxu  həm  də  partiya,  dövlət  və  təsərrüfat  fəalı, 
hərbi rəis və ziyalı kimi Sovet hökümətinə xidmət etmişdilər. 
1937-1938-ci  illərdə  həbs  edilənlərin,  demək  olar  ki,  1  milyonu 
güllələnməyə  məhkum  edildi,  qalanları  isə  düşərgələrə  göndərildi.  Həbs 
düşərgələrinə göndərilənlərin çox az hissəsi reabilitasiya dövrünə kimi sağ qaldı. 
1939-cu  ildə  Qərbi  Ukraynada  və  Qərbi  Belorusiyada  kütləvi  qırğınlar 
keçirildi. 1940-1941-ci ildə Pribaltikada, Bessarabiya və Şimali Bukovində kütləvi 
qırğınlar  keçirildi  və  yalnız  onların  böyük  bir  hissəsi  respublika  hakimiyyəti 
orqanlarının  qərarı  ilə  1987-1988-ci  illərdə  bəraət  aldılar.  Bəraət  alanların  sayı  1 
milyona yaxın idi. (220) Bu dövrdə 2 milyondan çox sovet almanı köçürülmüşdü 
ki, onlardan 500 mini Povoljya almanlarının muxtar respublikasına aid idi. 
Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1943-1944-cü illərdə Şimali Qafqaz 
və  Krım  xalqlarından  –  kalmıklar,  çeçenlər,  inquşlar  (318),  qaraçay  və  krım 
tatarları  zorla  şərqə  köçürüldülər.  (234,  266)  Doğma  yurdlarından  köçürülən 
müsəlmanların  ümumi  sayı  3  milyon  idi.  Belə  “cəzaya”  məruz  qalmış 
köçürülənlərin  1  milyona  qədəri  şəraitsizliyə  dözə  bilməyib  dünyasını  dəyişdi. 
Ölənlərin çoxu uşaqlar, qadınlar, qocalar və xəstələr idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə