deyiniz ki, azəri türkləriyiz, içimizdə əsl türk qanı axır. Bu qan heç bir irqin
qanından aşağı deyildir. Vətənimizin hər qarış torpağı, əcdadımızın, uğrunda
axıtdıqları bu mübarək qanla yoğrulmuşdur. Tariximiz başdan-başa şərəf və
qəhrəmanlıq səhifələri ilə doludur. Bu gün dünyanın başına bəla kəsilən rus
ayısına, Moskov mujikinə dövlət qurmağı bizim dədələrimiz öyrətmədilərmi?
Dünyanı titrədən Topal Teymurlarla Yavuzların, qəhrəmanlığın timsalları olan
Cavad xanlarla Şeyx Şamillərin damarlarında bizim irqimizin qanı axmırdımı? Və
nəhayət, Avropa dərin bir cəhalət və təəssüb içində üzürkən, bizim babalarımız
mədəniyyətin ən parlaq nümayəndələrindən biri olan Şirvanşahlar dövrünü
yaratmadılarmı? Bu parlaq keçmiş, bu tarix boyunca axıdılan qan və sönməyən bu
azadlıq kənar, təsirsiz qala bilərmi? Bu hərbin nəticəsində ümumi düşmənin məhv
olacağından heç bir an şübhə etmirik və bu inamladır ki, düşmənin məhv
edilməsində bizə yardım göstərən bu dost məmləkət paytaxtından bütün dünyaya
elan edirik ki, biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs
məfkurədən vaz keçirəcək heç bir bəşəri qüvvət yoxdur. Ya bu istiqlalı yenidən
alacaq və ya atalarımızın cızdıqları yolda şərəflə öləcəyik. Bu mübarizəmizdə bizə
yardım göstərən hər kəs dostumuz, istiqlalımıza mane olmaq istəyən hər kəs
düşmənimizdir. Biz qul olaraq yaşamadıq və yaşamayacağız.
Möhtərəm vətəndaşlar! Ağır güniər yaşayırıq. Vətəndən uzaq düşməyimiz
vəziyyətimizi daha da ağırlaşdırır. Cəbhədə millətimizə xas qəhrəmanlıqlar
göstərdikdən sonra, bir müddətdən bəri aramızda olan mayor Fətəlibəyli yorucu iş
və günün nəhayətində içini çəkərək: “ah, - dedi, - əgər vətənin kiçik bir dayağı
üzərində olsa idik, işimiz nə qədər asan olardı. O zaman qəhrəman legionerlərimlə
istiqlalın nə cür alındığını mən göstərərdim”. Vətənsevər mayorun hisslərini yaxşı
anlayaraq və hamımız da bunu hiss edirik və yenə hamımız zənə qədər şübhə
etmirik ki, heç də uzaq olmayan bir gündə vətənin mübarək torpaqlarına ayaq
basacağız. O gün üçün hazır olmalıyıq. Əgər oraya bir ruh, bir inam, bir məfkurə
ilə getməsək, yeni bir 27 aprel faciəsinin səbəbkarı oluruq və tarix bizi heç bir
zaman əfv etməz. Bunun üçündür ki, milli ideya ətrafında sağlam və qüvvətli bir
birlik təmin etmək bizim üçün ən böyük bir vəzifə olmalıdır. Azadlıq və
istiqlalımızın ən böyük zamini ancaq bu birlik ola bilər.
Bu gün vətən xaricində qalmış olan, böyüyündən kiçiyinə qədər hər bir
azərbaycanlı milli mənfəətləri hər şeyin üstündə tutmalı və bu birliyi
qüvvətləndirməyə çalışmalıdır. Ancaq o zaman bu qan və od yurdundan azad və
müstəqil bir Azərbaycan doğacaq. Fəqət biz tariximizi dolduran şanlı dastanlardan
və 28 Mayı hazırlayan və yaradan böyük vətənpərvərlərin ruhlarından ilham alaraq
sönməyən bir idealla hədəfimizə doğru qoşacağız. O zaman böyük şairin dediyi
kimi:
Doğacaqdır sənə vəd etdiyi günlər, haqqın,
Kim bilir bəlkə yarın, bəlkə yarından da yaxın. (122)
Albay İsrafilbəyli isə çıxışında bildirdi:
“Əziz qardaşlar! Öz xalqının vətən azadlığı uğrundakı mübarizə tarixini
bilməyənlər, ata-anasını tanımayan cocuqlara bənzərlər.
Vətənin xilası yolunda xalqımızın mübarizələri haqqında mən bir neçə söz
demək istərdim, lakin, mayor Fətəlibəyli öz məruzəsində bunu o qədər geniş təsvir
etdi ki, ona hər hansı bir söz əlavə etməyi artıq sayıram.
Mənim əzizlərim! Bununla belə siyasi konyuktura və şərq cəbhəsindəki
hərbi vəziyyətdən bir az danışmağı hər halda lazım bilirəm. Avropa qüvvələrilə
bolşevik tiran qüvvətləri arasında gedən böyük mübarizə həlledici mərhələyə
girmişdir.
Şərq cəbhəsinin, Aralıq dənizinin, Atlantik və Sakit Okeanın geniş
sahillərində milyonlarla insan qan və həyatını qalibiyyət üçün qurban verir. Bir
dəqiqə belə olsun sakitləşmir. Öz vətənimizin azadlıq və şərəfini hər şeydən uca
tutmuş və tutacaq olan biz azərbaycanlılar da bu mübarizədə iştirak edirik.
Xalqımızda bolşeviklərə qarşı nifrət və barışmamazlıq hisslərı o qədər böyük
olmuşdur ki, bunun nəticəsində 20 il içərisində - yəni 1920-1940-ci illər arasında
40-dan artıq qanlı üsyanlar baş vermişdir.
Bolşeviklərin ölkəmizi şərəfsizləndirdiklərinə, ailələrimizi dağıtdıqlarına,
səfərbərliyə alaraq Almaniyaya qarşı etdiklərinə və Azərbaycanın ən yaxşı
oğullarını güllələtdiklərinə bizim xalq soyuqqanlılıqla baxa bilməz.
Budur, 1941-ci il gəldi; bolşeviklər xalqımızın təkcə silah daşımağa qadir
olan erkəklərini deyil, həm də qadınlarını səfərbərliyə alaraq Almaniyaya qarşı
vuruşlara göndərdilər. Vətənin ən şüurlu övladları tərəfindən təşviq edilmiş
azərbaycanlılar alman xalqı və əsgərləri ilə polad əlaqədə çiyin-çiyinə əzablar
çəkmiş vətəni bolşeviklərdən azad etmək və ona yeni gün qazandırmaq üçün ilk
fürsətdən istifadə edərək, Almaniya tərəfinə keçdilər. Bizə yaxşıca məlumdur ki,
qadınlarımız, qocalar və uşaqlar dözülməz əzab və aclıqdan qırılıblar. Xalqımızın
gələcəyi legionerlərimizin mübarizəsindən asılıdır. Xalqımızın çiçəkləri olan
gənclərimiz Almaniya tərəfində olduğundan vətənimizin taleyi də bizdən asılıdır.
Ona görədir ki, başçısı mayor Fətəlibəyli oian fəallarımızın təşəbbüsü ilə xaricdə
yaşayan bütün azərbaycanlıları birləşdirmək məqsədilə bu qurultay çağırılmışdır.
Hal-hazırda həm bütün fıziki, həm də mənəvi qüvvələrimizi birləşdirmək gərəkdir.
Biz legionerlər-azərbaycanlılar öz böyük müttəfiqimizi inandırmalıyıq ki, heç bir
məhrumiyyət və çətinlik bizim qəti qələbəyə olan iradə və inamımızı sarsıda
bilməz. Qələbə, dolayısı ilə istiqlal ibadətlə, xahişlə, qələmlə əldə edilmir; o, ancaq
silahla, qan axıtmaqla qazanılır. Şərq cəbhəsində strateji geri çəkilmə
manevrlərimiz qələbəyə olan inamımızı sarsıda bilməz. Çünki, bu aşağıdakılar bizə
yaxşı məlumdur: bolşeviklərin hazırlıq və məqsədlərindən vaxtında xəbərdar olan
Alman Baş Komandanlığı düşmənin bu təzyiqlərini xeyli qabaqlara çıxmış xətlərdə
qarşılamamağı, cəbhə xəttini qısaltmaqla vaxtı mütləq çatacaq olan gələcək əks-
hücumlar üçün çoxlu diviziyalara qənaət etməkdən ötrü ona yumşaq müqavimət
göstərməyi qət etmişdir. Biz azərbaycanlılar, bütün qüvvələrimizi bir yerə
Dostları ilə paylaş: |