NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   92   93   94   95   96   97   98   99   100

399.
 
OUICK. Munchen, 1954, N50. 
400.
 
Rasim  Eksi.  Erol  Cihangir.  Dr.  Baymiza  Nayit  Armagai.  Istanbul,  Turan 
Kultur Vakfı. Noca Ahmed Üesvi Vakfı. 1999 s.278. 
401.
 
Ronco  M.  Di  1  occurarione  cosacco-caucasta  della  Carina  (1944-1945):  ne 
Aguilsa. (B. d. L.), 225 r. 
402.
 
The Naqorni Karabach. Ankara. 1988, с 14. 
403.
 
"Türk Yolu", jurnal, İstanbul, 1955, N7. 
404.
 
Təkinər S. Ə. Fətəlibəylinin xatirəsine həsr olunmuş çıxışı. R. Abutalıbovun 
şəxsi arxivindən. Surəti müəllifdədir. 
405.
 
Təkinər S. Sovet Azərbaycanında tənqidlərə hədə folan bəzi şeirlər üzərində 
araşdırmalar. Dərgi, jurnal, münhen, 1959, № 17, s. 12-14. 
 
 
ADLAR GÖSTƏRĠCĠSĠ: 
 
FUAD ƏMĠRCAN (DƏRYAL) 
 
Fuad  Əbdüləli  oğlu  Əmircan  1911-ci  ildə  Bakıda  anadan  olmuşdur.  Atası 
əslən şəkilidir, xan nəslindəndir. 
Əbdüləli  bəy  Əmircanov  isə  1918-1920-ci  illərdə  Azərbaycan  Xalq 
Cümhuriyyəti  dövründə  Azərbaycanın  Maliyyə  Naziri  işləmişdir.  1923-cü  ildə  F. 
Əmircan ailəsi ilə birlikdə (atası 1920-ci ildə Türkiyəyə getmişdi) Türkiyəyə gedir. 
İstanbulda Qalatasaray məktəbində ilk təhsilini alır. 1932-ci ildə o, Fransada Siyasi 
Elmlər  İnstitutunda,  sonradan  isə  Almaniyada  hüquqi  təhsil  alır.  Təhsilini  başa 
vurduqdan  sonra  “Zaman”,  “Son  poçta”,  “Xəbər”,  “Cümhuriyyət”  qəzetlərində 
çalışır,  1939-cu  ildən  isə  “Təsviri-Əfkar”  qəzetində  müxtəlif  yazılarla  çıxış  edir. 
Bu qəzetlərdə o, Səlim Sabit təxəllüsü ilə yazılar çap etdirir. 
F.  Əmircan  1941-ci  ildən  “Təsviri-Əfkar”  qəzetinin  hərbi  müxbiri  olaraq 
Almaniyaya  gedir  və  burada  Azərbaycan  legionerlərinin  problemləri  ilə 
maraqlanır,  legion  həyatında  fəallıq  göstərir.  Əmisi  oğlu  Məhəmməd  Əmircanla 
birlikdə  azərbaycanlı  əsirlərlə  yaxından  təmas  qurur,  onları  legionlara  cəlb  edir. 
Burada o, M. Ə. Rəsulzadə ilə yaxından tanış olur və müxtəlif legion qəzetlərinin 
(“Azərbaycan”,  “Hücum”),  eyni  zamanda  “Milli  Birlik”  jurnalının  nəşrində 
yaxından  iştirak  edir.  1943-cü  ildə  Berlində  keçirilən  Milli  Azərbaycan 
Qurultayının  iştirakçısı  olur,  Azərbaycan  Milli  Birlik  Məclisi  sədrinin  müavini 
seçilir. 
İkinci  Dünya  müharibəsindən  sonra  Türkiyənin  Avropa  Şurasının 
Parlamentində  təmsilçisi  olur,  1955-1961-ci  illərdə  isə  Almaniyanın  Bonn 
şəhərində Türkiyə səfirliyinin mətbuat attaşesi vəzifəsində çalışır. 
1961-ci  ildə  Türkiyəyə  qayıdan  F.  Əmircan  Türkiyə  Mətbuat  İşləri 
Komitəsində  direktor  müavini  işləyir.  70-ci  illərdə  isə  o,  “Amerikanın  səsi” 


Radiosunun Türkiyə  şöbəsinin direktoru olur. 1993-cü ildə F.  Əmircan 82 il ayrı 
düşdüyü  vətəni  Azərbaycana  gəlir.  F.  Əmircan  1995-ci  ilin  mayın  8-də 
Almaniyanın Bonn şəhərində vəfat edir. 
F.  Əmircan  Türkiyənin  İstanbul  şəhərində,  Ailə  qəbirstanlığında, 
doğmalarının yanında dəfn edilmişdir. 
 
XASMƏMMƏDOV XƏLĠL 
 
Müsavat  Partiyasının  görkəmli  xadimi,  Zaqafqaziya  Seyminin  üzvü, 
Azərbaycan Parlamentinin üzvü, görkəmli dövlət xadimi olmuşdur. 1919-cu ildən 
1920-ci  ilin  aprel  işğalına  qədər  Müsavat  hökumətində  müxtəlif  vəzifələr 
tutmuşdur. 1918-ci il mayın 28-dən iyunun 16-dək Ədliyyə Naziri, iyunun 19-dan 
dekabrın 7-dək portfelsiz nazir, 1918-ci  il dekabrın 26-dan 1919-cu il  martın 14-
dək  Daxili  İşlər  Naziri,  dekabrın  24-dən  1920-ci  il  aprelin  1-dək  Ədliyyə  Naziri 
vəzifələrində  çalışmışdır.  İşğaldan  sonra  Türkiyəyə  mühacirət  etmişdir. 
Azərbaycanın dövlət müstəqilliyi uğrunda  fəal mübarizə aparmışdır. 1924-cü ildə 
İstanbulda M. Ə. Rəsulzadənin başçılığı ilə yaradılan Azərbaycan Milli Mərkəzinin 
üç rəhbərindən biri idi. 
 
ƏZĠZ ALPAUT 
 
Əziz  Alpaut  gənc  yaşlarından  milli  mübarizəyə  qoşulub.  1917-1918-ci 
illərdəki  hadisələrdə  yaxından  iştirak  edib.  Türk-Müsəlman  Tələbələri  İttifaqının 
sədri olub. Könüllü olaraq milli dəstələrin tərkibində Lənkəranda, Bakıda (1918-ci 
ilin mart hadisələrində) vuruşub. Sovet hökuməti tərəfindən həbs edilib və Bakıda, 
Rostovda, Sibirdə həbsxanalarda yatıb. Azərbaycan Milli Birliyinin rəhbərlərindən 
biri və “Millət” Partiyasının sədri olub. 
 
ALBAY ĠSRAFĠL BƏY ĠSRAFĠLOĞLU 
 
Milli  Azərbaycan  Ordusunun  tanınmış  zabitlərindən  olan  albay  İsrafil 
İsrafiloğlu  İkinci  Dünya  müharibəsinin  sonunda  İngilis-Amerikanlar  tərəfindən 
Sovetlərə  təslim  edilmişdir.  İsrafil  bəy  Azərbaycan  ruslar  tərəfindən  istila 
edildikdən  sonra  Türkiyəyə  sığınmış,  buradan  Polşa  ordusuna  və  Hərb 
Akademiyasına gedərək məzun olmuş, sonra orada vəzifə almışdır. 
Sovetlərə  təslim  edildikdən  sonra  İsrafil  bəy  “vətən  xaini”  adı  ilə  qətlə 
yetirilmişdir.  İsrafil  bəyin  digər  bir  qardaşı  isə  Amerikaya  getmiş,  Nyu-York 
yaxınlığındakı Nevada şəhərində yaşamışdır. 
 
 
 


 
ALBAY CAHANGĠR BƏY KAZIMOĞLU 
 
Azərbaycanın  tanınmış  hərbçisi  Cahangir  bəy  Kazımoğlu  Gəncədə 
doğulmuşdur.  İlk  təhsilini  burada  aldıqdan  sonra  o,  1918-1920-ci  illərdə  Milli 
Azərbaycan  Ordusu  3-cü  Gəncə  alayının  komandiri  olmuşdur.  Azərbaycan  Xalq 
Cümhuriyyətı  Ordusunun  qurulmasında,  möhkəmlənməsində  yaxından  iştirak 
etmişdir.  1920-ci  ildə  Azərbaycan  bolşeviklər  tərəfindən  işğal  edildikdən  sonra 
mayın  25-dən  iyunun  4-dək  Gəncə  üsyanına  başçılıq  etmiş,  Gəncədə  Sovet 
hökumətini devirmişdir. 
Gəncə üsyanı yatırldıqdan sonra o, Türkiyəyə getmiş, hərbi sahədə çalışmış, 
sonradan  isə  Marşal  Pilsudskinin  dəvəti  üzrə  Polşaya  getmiş,  Polşa  ordusunda 
albay rütbəsində çalışmışdır. İkinci Dünya müharibəsində Azərbaycan legionunun 
təşkilatçılarından olmuş, tabur komandiri kimi döyüşlərdə iştirak etmişdir. Uğurlu 
döyüş  əməliyyatlarına  görə  o,  Azərbaycan  legionunun  ordeni  ilə  də  təltif 
edilmişdir.  İkinci  Dünya  müharibəsindən  sonra  əvvəlcə  İtaliyada,  sonradan  isə 
Türkiyədə  yaşamışdır. 1955-ci il yanvarın 17-də  Almaniyaya bir qadın tərəfindən 
bileti  alınmaqla  təyyarə  ilə  dəvət  edilmiş  və  elə  həmin  görüşdə  o,  müəmmalı 
şəkildə  vəfat  etmişdir.  Onun  ölümünün  də  Sovet  hökumətinin  sifarişi  olduğu 
göstərilməkdədir. 
ĠSMAYIL ƏKBƏR 
 
İsmayıl  Abbasqulu  oğlu  Əkbərov.  İndiki  Cəlilabad  rayonundandır. 
Uzunmüddət “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasına başçılıq etmişdir. 
Lənkəranda Pedaqoji Texnikumu və Tbilisidə Maliyyə-kredit kursunu bitirmişdir. 
Bir  müddət  Cəlilabadda,  Xaçmazda  və  Bakıdakı  maliyyə  şöbələrində  işləmişdir. 
1942-ci  ildə  almanlara  əsir  düşmüşdür.  Həmin  ili  Autvitsdəki  (Osvensim) 
təxribatçılıq 
məktəbini 
bitirmişdir. 
Təhsilini 
başa 
vurduqdan 
sonra 
unterşturmbanfürer  rütbəsini  almışdır.  Sovet  partizan  hərəkatına  qarşı  fəallığına 
görə  Reyxin  orden  və  medallarına  layiq  görülmüşdür.  Şimali  Qafqazda, 
Berdyanskda  və  Odessada  Alman  komandanlığının  xüsusi  tapşırıqlarını  yerinə 
yetirmişdir. 1944-cü ildə “Azərbaycan Milli Birlik Məclisi”nin orqanı olan “Yeni 
hücum” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Qəzet Sovet İttifaqı və Sovet 
Azərbaycanı  əleyhinə  təbliğata  üstünlük  verirdi.  İstanbulda  böyük  mülkü, 
Münhendə  ticarət  mağazası,  Amerika  və  İsveçdə  çoxlu  sərmayəsi  vardı. 
Vəsiyyətinə görə Türkiyədə Türkiyədə dəfh edilib. 
 
SÜLEYMAN TƏKĠNƏR 
 
Süleyman  Məmməd  oğlu  Məmmədov  (təxəllüsü  Süleyman  Təkinərdir). 
Mərdəkanda  anadan  olub.  Müharibədən  əvvəl  Gəncədə  ali  pedaqoji  təhsil  almış, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə