Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   62


 
 
 


Bolşakov A.Q., Nesmelova M.Y. 
Təşkilatların konfliktologiyası. Dərs vəsaiti. - M.: MZ Press, 2001. - 182 s. ISBN 
5-94073-003-5 
Elmi  iş  «Təşkilatların  konfliktologiyası»  kursunun  öyrənilməsi  üçün  zəruri 
olan nəzəri, metodik və praktik materiallardan ibarətdir. 
Vəsait təşkilatlarda müasir menecmenti öyrənən tələbə, aspirant və müəllimlər 
üçün  nəzərdə  tutulmuşdur.  Ondan  iqtisadiyyat,  menecment,  sosiologiya,  dövlət  və 
bələdiyyə  idarəetməsi,  mədəniyyətşünaslıq  kimi  ixtisasların  öyrənilməsi  zamanı 
istifadə etmək məsləhət görülür. 
RESENZENTLƏR: 
Menecment  kafedrasının  müdiri,  iqtisad  elmləri  doktoru,  professor  M.R. 
Saflullin (Kazan maliyyə-iqtisad universiteti); 
Sosiologiya  bölməsinin  aparıcı  elmi  əməkdaşı,  sosiologiya  elmləri  doktoru 
Y.R. Xayrullina (Tatarıstan Respublikası Elmlər Akademiyasının sosial-iqtisadi və 
hüquq elmləri İnstitutu) 
ISBN 5-94073-003-5 
Bolşakov A.Q., Nesmelova M.Y. 
© M3 Press, 2001 


GİRİŞ 
Diqqətinizə  çatdırılan  dərs  vəsaiti  müəlliflərin  Kazan  şəhərinin  müxtəlif  ali 
məktəblərində  həyata  keçirdiyi  müəllimlik  fəaliyyətinin  nəticəsidir.  «Təşkilatların 
konnfliktologiyası» tədris kursu «Menecment», «İqtisadiyyat», «Dövlət və bələdiyyə 
idarəetməsi», «Sosial fəaliyyət» ixtisasları üzrə təhsil alan tələbələrə keçilmişdir. 
Dərs vəsaiti 3 hissə və 7 fəsildən ibarətdir. Birinci hissənin «Konfliktologiya 
nəzəriyyəsi»  adlanan  birinci  fəslinə  «Təşkilatların  konfliktologiyası»  kursunun  8 
mövzudan  ibarət  müəllif  proqramı  daxil  edilmişdir.  İkinci  fəsil  müəlliflərin  həmin 
kurs  çərçivəsində  oxuduqları  yeddi  mühazirəyə  həsr  edilmişdir.  Bu  fəsillərdə 
münaqişə  nəzəriyyəsinin  əsas  müddəaları  cəmlənmiş,  təşkilati  münaqişələrin 
səbəbləri, funksiyaları və tipologiyaları göstərilmiş, münaqişələrin inkişaf mərhələləri 
və şəraiti, təşkilatlardakı münaqişələrin qarşısının alınması və idarə edilməsi və həll 
edilməsi  imkanları  təsvir  edilmişdir.  Kursun  səkkizinci  fəsli  «təşkilatlarda 
fərdlərarası,  şəxsi  və  digər  münaqişələrin  həllinin  diaqnostikası  və  vasitələri»  - 
konfliktologiyanm tətbiqi aspektlərinə həsr edilmiş və bu səbəbdən də mühazirələrin 
nəzəri kursuna daxil edilməmişdir. 
Dərs  vəsaitinin  ikinci  hissəsi  «Konfliktoloji  praktikum»  özündə  mühazirə 
kursu sxemlərinə, kursun səkkiz mövzusuna aid testlərə, «Konfliktologiya» kursunda 
sosial avtobioqrafiya metodikasına həsr edilmiş üç fəsli ehtiva edir. 
Üçüncü  hissə  «Münaqişə  müntəxəbatı»  iki  fəsildən  ibarətdir.  Birincisinə 
müxtəlif  təşkilatlarda  (şəhərlərdə,  sosial  hərəkatlarda,  korporasiya  və  şirkətlərdə) 
münaqişə  və  münaqişələr  nəzəriyyəsi  üzrə  xarici  müəlliflərin  klassik  əsərlərindən 
hissələr daxil edilmişdir. R. Darendorfun (Dahrendorf R. Toward a Theory of Social 
Conflict // The Journal of Conflict Resolution.-xi (1958). - №2), A. Turenin (Touraine 
A. Return of the Actor. Social Theory in 


Postindustrial  Society.  -  Minneapolis,  1988),  S.P.  Xantinqtonun  (Hungtington  S.P. 
The  glash  of  Civilization?  //  Foreign  Affairs.  -  1993  (Summer).  -  p.  29-31) 
mətnlərindən  hissələrin  ingilis  dilindən  tərcüməsini  A.Q.  Bolşakov,  R.  Kollinzin 
(Collins R. Conflict theory: toward an explanatory science. - New York: Academic 
Press,  1975)  mətnlərinin  tərcüməsini  isə  V.A.  Epşteyn  həyata  keçirmişdir.  S.P. 
Lipsetin, M.Deyç və S. Şikmanm, S.Barrakatm mətnləri aşağıdakı nəşrlərdən daxil 
edilmişdir: Novoye vremya. - 1991. - № 21; Sosial konflikt. - M.: İNİON AN SSSR , 
1991; Urban Age («Şəhərlər dövrü»). - 
1998.
 
5-ci buraxılış, №4 (Yaz). «Partisipator menecment konsepsiyası» mətnindən 
hissələr isə Amerika ədəbiyyatında partisipator menecment konsepsiyasından daxil 
edilmişdir  (xülasə)  //  Müəssisədə  sosial  münaqişə  problemləri.  -  M.:  İNİON  AN 
SSSR, 1980. 
Vəsaitin  sonuncu  hissəsinin  ikinci  fəsli  Rusiya  Federasiyası  və  onun 
subyektlərində  sosial  əməkdaşlıq  haqqında  hüquqi  akt  və  materiallardan  ibarətdir. 
«Sosial  əməkdaşlığın  qanunvericilik  bazası»,  «Regional  sosial  əməkdaşlıq 
təcrübəsi»,  «Moskva  şəhərində  sosial  əməkdaşlıq  sistemi»,  «Tatarıstan 
Respublikasında  sosial  əməkdaşlıq  sistemi»  materialları  götürülmüşdür:  Sosial 
əməkdaşlıq: lüğət-kitabça.  Müəllif  kol.  rəh.  V.N.  Kiselyov,  V.Q.  Smolkov;  AT  və 
SO- M.: «İqtisadiyyat» Nəşriyyatı» ASC, 
1999.
 
- s. 64-65, 128, 181-182, 183-184. 
Dərs  vəsaiti  özündə  mühüm  konfliktoloji  termindərin  lüğətini,  ədəbiyyat 
siyahısını ehtiva edir. 


HISSƏ 
L
 
KONFLIKTOLOGIYA
 
NƏZƏRİYYƏSİ 
FƏSİL L «TƏŞKİLATLARIN KONFLİKTOLOGİYASI» 
TƏDRİS KURSUNUN PROQRAMI 
Fənnin tədrisi-tematik plan 
№ 
Mövzular 
Mühazirə  Seminar 
 
 
(saat) 
(saat) 
1  Konfliktologiya elmi və tədrisi fənn kimi 


2  Təşkilati münaqişələr 


3  T əşkilatlarda münaqişələrin qarşısının 


 
alınması 
 
 
4  Təşkilat sistemində münaqişələrin idarə 


 
edilməsi metodları 
 
 
5  Münaqişələrin həll edilməsində vasitəçilik 


6  Münaqişələrin  həll  edilməsi  yolunda  danışıqlar 
prosesi 


7  İstehsalat münaqişələri və sosial əməkdaşlıq 


8  Təşkilatlarda  fərdlərarası,  şəxsi  və  digər 
münaqişələrin həllinin diaqnostikası və vasitələri 
 
14 
 
Cəmi 72 saat 
36 
36 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə