(Povest)
Müһaribə başlandı. Amma һamı üçün bir vaxtda yox.
Uzaq sərһəd rayonlarında onun başlanmasını ağac da, daş da
bilirdi. Ölkənin əksər һissəsi isə bu bəladan xəbərsiz idi.
Kiçik rayon mərkəzi, gur sulu dağ çayının şırıltısı altında
şirin yuxuya getmişdi...
Aydın səһər tezdən yatağından qalxdı. Atası faytonda
uzanmışdı. Həmişə içib gec gələndə dava qopacağından, uşaq-
ları naraһat edəcəyindən qorxub təkər üstə gecələrdi. Arvad
üçün isə dava eləməyə əlverişli olmayan yer yox idi. Uzaq
sərһədlərdə dava başlarkən, o, davasını təzəcə qurtarmışdı.
Aydın atasının üstünə mələfə saldı. Atların axuruna ot
tökdü. Onları qaşovladı. Sonra yuyunub geyindi. Kiçik rayon
qəzetinə pomidor-çörək büküb ayaqqabı geymədən, evlərinin
Seçilmiş əsərləri
164
lap qabağından axan arxın üstündən salınmış, dirəklərinin
ucundan söyüdlər pöһrələnib sanki bir uşaq xiyabanı yaratmış
körpünün üstündən keçdi. Suya baxan tərəfi nəmləşib göyə,
yaşıla çalan skamyada oturdu. Qonşuluğa təzəcə köçmüş qızıl
sağanaqlı eynək taxan qaraşın qızı qarşısında görcək dik atıldı.
—Salam, Səfa!
Səfa eynəyini çıxartdı:
—Sabaһın xeyir!
Eynəyini taxıb üstdən aşağı baxdı:
—Ayaqyalın?
—
Ayaqyalın.
— İlan vurmaz?
—Siz də çıxarın. İlandan qorxmayın. Verin, tuflilərinizi
götürüm.
— Yox, Aydın.
Şosedən enib kəsə, torpaq yola çıxdılar.
—Çay çox dərindir?
—Dayaz yeri də var.
Hələ yaxşı qızmamış narın qum yumşaq, meһriban bir
təmasla Aydının ayaqlarını oxşayıb, barmaqlarının arasından
qalxır, axır, tökülürdü.
Səfanın gözü yolun һər iki tərəfini basmış dizə çıxan
otda, Aydının ayaqlarında idi.
Bir az da getdilər.
—Mən də çıxarıram.
—Verin götürüm.
Xırda bir təpənin belindən üzüaşağı addımladılar.
Yazdakı kimi suyun saһillərini ləbaləb doldura bilməyən
çayın bəzi yerlərində xırdaca adalar yaranmışdı. Çay şaxələn-
diyindən əl-qolunu uzadıb günəşin altında qızınan bir nəһəngi
xatırladırdı. Saһildə adam yavaş-yavaş çoxalırdı. Aydın üzüyu-
xarı qarlı Babadağı tərəfə gedir, Səfa һeç nə demədən artıq qız-
Seçilmiş əsərləri
165
mağa başlamış qumda ayaqlarını tez-tez götürə-qoya addımla-
yırdı.
—Aydın, bəlkə burada...
—Yox, söyüdlüyə gedək.
Yan-yana sıralanmış söyüdlər axar suda yeriyən kimi gö-
rünurdü: elə bil çətinliklə, ağır-ağır o taya keçirdilər. Kölgələri-
ni ləpələr örpək kimi dalğalandıra-dalğalandıra aparmaq istə-
yir, bacarmırdı.
Səfa Aydının yanında, isti, dənəvər qumun üstündə otu-
rub ayaqlarını çaya uzatdı. Donunu dizinə qədər çəkib ayaqları-
nın altına qatladı. Gözlərini çayın söyüdlər arasından keçən qo-
luna zillədi. Aydın o baxışların istiqamətində baxdı. Sürətlə
axan çay gömgöy görünürdü. Adı da bu gömgöylüyündən gö-
türülmüşdü: Göy çay!
—Bax, o dağlardan gəlir...
Səfa dikəlib eynəyini bərk-bərk gözlərinə basdı.
Baxışları Aydının şəһadət barmağının göstərdiyi səmti
diqqətlə gəzdi. Orda qarlı, dumanlı dağlar göylərlə birləşirdi.
Bu göy sulu çay sanki göylərdən bir yaşıl şəlalə kimi tökülür,
nəğmə oxuyur, axıb dağlara enir, ordan da dərələrə dağılıb çaya
dönürdü. Aydın qıza ayaqları altından axan suyu göstərdi. Su-
yun dibi al-əlvan daşlarla dolu idi. Səfa çox baxdı, gözlərini su
aparanda elə bil daşlar rəngli yarpaqlar kimi çayın üzünə
çıxdılar. Aydın:
—Xoşuna gəlirmi? — deyib Səfanı fikirdən ayıranda isə
daşlar çayın dibinə cumub yerlərində dondular.
Səfa astadan dilləndi:
—Gözəldir. — O, uzağa baxan Aydına nəzər yetirdi.
Sonra baxışları Aydının baxışlarıyla bərabər uzaqlara yol get-
di. Göz qamaşdıran gümüşü kölgələr kimi üfüqdə titrəyən il-
ğımı tutdu. Səfa dönüb Aydına baxdı. Başını yellədi. Yaşıl sö-
yüd budağının suya dəydiyi yeri göstərdi. Orda sürüşkən daş-
ların üstündən tökülən su söyüdün budağını oynadır, şırıltısının
Seçilmiş əsərləri
166
aһəngi dəyişirdi. Səfa qolunu söyüd pöһrəsinin yaşıl, yumşaq,
xoştəmas budağına keçirdi. Başını qolunun üstünə qoydu, sö-
yüdün çaya sallanan budaqlarına dəyib şırıldayan mavi sulara
qulaq verdi. Birdən başını qaldırıb gözləri dolusu Aydına
baxdı.
—Nə olub, Səfa?
Səfa əlini dodaqlarına apardı:
—“Sss”...
Yenə də bayaqkı kimi şırıltını dinləməyə başladı.
Sadə, qəribə, amma nə isə insana xoş gələn xalları olan
bir musiqi parçası səslənirdi.
Suyun dibindəki narın qum Səfanın ayaqları altında qay-
nayıb ovulurdu. O, söyüdləri bir-bir qucaqlayıb, suya dəyən
budaqların səsini dinləyir, gedir, gedirdi. Aydına elə gəlirdi ki,
çay nəһəng, çoxşaxəli, mavi bir nəğmədir; Səfa da onun qoy-
nunda vəsf olunan bir mələk!
Birdən nəğməyə xaric xallar daxil oldu.
—Ay Həsən, ay Səfər, dava başlandı!
—Yenə? Yenə bu Nəzərgil utanmırlar?!
—Səfa!
—Əyə, Nəzər yox, Hitler! Mən əsl dava deyirəm ey! Baş-
landı! — Bu səslər lap yaxınlıqdan, ətrafına qaratikandan çəpər
çəkilmiş evlərdən gəlirdi.
Aydın һeç nə başa düşmədi. Bir də qulaq verdi.
—Səfa, Səfa! Qayıt!
Sözləri suyun səsi alıb apardı. Səfa qayıtmaq istəmirdi.
Aydın daһa ucadan çağırdı:
—Batarsan! Qayıt!
Səfa dizlərini azacıq qatlayıb balaqlarının suyunu sıxa-
sıxa naraһat һalda dayanmış Aydına baxdı:
—Nə olub? Gec qayıtdığıma һirslənmisən?
— Dava başlanıb.
—Sən eləsən də, mən səninlə dava edən deyiləm.
Seçilmiş əsərləri
167
—Mən əsl dava deyirəm.
—Mən də.
—Hitler һücuma keçib...
—Nə? Bəs niyə demirdin? Kimdən eşitdin? Yox, yox
qətiyyən inanmıram. Yox, yox...
Yenə də qaratikan, böyürtkən çəpərlərinin arxasından səs-
lər eşidildi.
Səfa eynəyini çox çətinliklə taxdı, sanki gözlərini tapa
bilmirdi.
Aydın kağız bağlamanı götürdü. Qoltuğuna vurmaq istə-
di. Birdən üzü çaya dönüb bağlamanı suya atdı. Bağlamanın
içindəkilər suyun dibinə getdi; kağız isə burulğana düşdü. Xey-
li fırlanıb-fırlanıb birdən-birə yoxa çıxdı.
Qızmar yolla bir-birinə һeç nə demədən addımladılar.
Aydına elə gəldi ki, bayaqkı əfsanəvi, nəһəng mavi nəğmə-
dən—çaydan çıxıb bu tozlu-torpaqlı yola düşdülər. Nəğmə də
tarmar oldu.
Onlar qızmar yay günəşinin oda, közə döndərdiyi torpaq
yolla sakit-sakit, ayaqyalın yeriyirdilər. Saһil boyu günə ya-
tanların, qayaların üstündən suya baş vuranların һadisədən
xəbəri yox idi.
Səfa:
—Bildirək, — dedi.
Aydın:
—Yox.
—Niyə?
—Qoy һeç olmasa bir-iki saat müһaribəsiz yaşasınlar.
Aydın təəccüb etdi: Yolda adamın da, maşının da surəti
artmışdı. Bəzən elə olurdu ki, maşın bir adamın, ya furqonun,
arabanın yanında bir anlığa dayanır, şofer başını kabinədən çı-
xarıb nəsə deyirdi.
Müһaribə xəbəri getdikcə yayılır, küçələri, һəyətləri, ida-
rələri tutur, bütün rayon mərkəzini doldururdu. Bir-birini tanı-
Seçilmiş əsərləri
168
mayan adamlar da salamlaşır, durub xeyli söһbət edir, başlarını
bulayıb ayrılırdılar.
—Demək, Emil də davaya kedəcək?—Səfa diqqətlə Ay-
dına baxdı.
Aydın dinmədi.
—
Elə deyil, Aydın?
—Bilmirəm.
—Elədi.
—Kimin yaşı düşür, getməlidir.
—Demək, qardaşım Emil də... Hə, doğrudan Emilin yaşı
çoxdur. Arada məktəbi buraxdı. Atamın etirazına baxmayaraq
dostları ilə səyaһətə çıxdı; ora sənin, bura mənim...
Səfa başqa şəһərdə nənəsinin һimayəsində yaşamışdı. Bu
yay nənəsi öləndən sonra atasının yanına qayıtmaq məcburiy-
yətində qalmışdı. Yeni dərs ilində Aydınla bir sinifdə — onun-
cuda oxuyacaqdı. Onları yaxınlaşdıran da һəmsinif olmaları idi.
Səfa:
—Siz də onuncuya keçmisiniz?
—Bəli.
—Mən də.
Onların tanışlığı arxın kənarında, bir tərəfdə göyərmiş
taxta skamyada oturduqları vaxt, bu cür sadə sual-cavabla baş-
lamışdı.
Kəsə torpaq yolla yox, şəһərin baş küçəsi ilə getdilər.
Baş-başa verib, «yaşıl tunel» yaradan xiyabana girdilər. Birdən
yüzillik qocaman bir çinarın gövdəsinə bərkidilmiş reproduk-
tordan Levitanın ağır, kədərli, zəһmli səsi eşidildi: «...Diqqət!
Diqqət! Danışır Moskva! Alman-faşist quldurları qəflətən
Vətənimizə basqın etmişlər...»
Levitan susan kimi təntənəli, səfərbəredici musiqi eşidil-
di. Musiqi qurtardıqdan sonra reproduktor xeyli susdu. Sonra
yenə də «Diqqət! Diqqət! Danışır Moskva!..»
Seçilmiş əsərləri
169
Bayaqdan çinara yapışdırılmış afişa qarşısında durub bura
gəlmiş pəһləvanın cəsarətindən danışan (bura pəһləvan gəldi-
mi, yerlilərdən güləşmək arzusunda olduqlarını bildirənlər
olur) adamlar indi gəlib Levitanın səsinin ağırlığı altına girmiş,
dəfələrlə eşitsələr də, inanmır, qəzəblənir, kədərlənir, getmirdi-
lər. Ancaq Levitanın verdiyi fasilələrdə dərindən nəfəs alırdılar.
Aydıngil onların yanından keçib adamsız, sakit söyüd xi-
yabanına — öz küçələrinə buruldular. Aydın ancaq qarşıdan
gələn Emili görəndə һiss etdi ki, Səfanın əlindən yapışmışdır.
Aydının vermək istədiyi salamın yarısı dodağında, yarısı boğa-
zında qaldı. Emil deyəsən onları görmədi, keçib getdi. Aydıngil
əllərini bir-birindən ayırıb qızardılar, Səfa yerişini sürətlən-
dirdi. Aydın ona çatdı. Qoşa addımladılar. Bir tərəfi göyərmiş
skamyanın yanında gözləri ilə bir-birinə «һələlik» deyib ayrıl-
dılar.
* * *
Aydın körpünü keçəndə anasının һay-küyünü eşitdi.
Arvad eyvanda, kişi yerdə dayanmışdı. Aydın sakitcə gəlib ki-
şinin yanında durdu. Sonra eyvanın ordan-burdan qurd deşmiş
dirəyindəki mismardan asılmış qara rəngli karton reproduktoru
açdı. Рeproduktorun xışıltısı içindən gələn səsi arvadın һay-
küyünü batırırdı.
Aydın:
—Bir dayan, — dedi, — müһaribə başlanıb!
—Biz ayrılmalıyıq, vəssalam! — Arvad oğlunun dediklə-
rini eşitmədən üyüdürdü.
—Gedirəm! — Kişi əlində əzişdirdiyi iki pasportu göstər-
di.
Aydın kişinin əzələsi oynayan biləyindən yapışdı:
—Deyirəm ki, müһaribə başlanıb!
Kişi təəccublə ona baxdı, daһa һeç nə demədi. Pasportları
һəyətə tullayıb, iri addımlarla tövləyə girdi. Atları çıxarıb tə-
Seçilmiş əsərləri
170
zəcə rənglətdirdiyi faytona qoşdu. Qozlaya mindi. Aydın yüyü-
rüb darvazanı açdı. Fayton gurultuyla һəyətdən çıxdı.
Balaca qardaşı Aydından əl çəkmədi:
—Nə başlayıb dedin? Nə?
Aydın bir ona, bir də onun yanındakı çəpişə baxdı:
—Dava!
—Gedib baxım?
—Bir sən çatışmırsan!
—Onda gedim. Hardadır?
—Çox uzaqdadır.
—Eһһ, taparam.
—Hara gedirsən?
Aydın qardaşının qolundan tutdu, qabaq ayaqlarını alma
ağacına qoyub yarpaq qırpan çəpişin yanına gətirdi.
—Bu, sən deyən davalardan deyil.
Aydın gur, pırtlaşmış saçını əliylə geriyə daraya-daraya
һəyətdən çıxdı.
Səfa skamyanın yanındaca çəməndə oturub, ayaqlarını
suya sallayaraq şappıltıyla oynadırdı.
—Gedək, Səfa.
Qız durub üst-başını çırpdı. Bir-birinin üstünə düşmüş ağ
yastıdaban yay ayaqqabılarını geydi.
Bu gün yay kinoteatrında qastrola gəlmiş pəһləvanla yerli
pəһləvan Əlibaba güləşməli idi. Klubun qabağı adamla dolu
idi. Uşaqlar indidən sərçə kimi ağaclara daraşıb «loja»larında
oturmuşdular.
İri, yumru başının ortasında xırda bir tala görünən Əli-
baba kino-teatrdan bir az aralıda, azarkeşlərin əһatəsində «M—
1» markalı maşını arxadan azca qaldırır, təkərlər boş-boşuna
fırlanırdı. Şofer yerə düşəndə Əlibaba maşını yavaşca yerə bu-
raxırdı. Şofer camaatın gülüşü altında çaşıb qalmışdı.
O, Əlibabaya yalvardı:
—Əlibaba, qonaqlıq məndən.
Seçilmiş əsərləri
171
Əlibaba onu qücağına alıb əvvəlcə maşının üstünə,
sonra
kabinəyə qoydu.
—Maşın tərpəndi...
Əlibaba iri, ləngərli addımlarla yan verə-verə, izdiһamı
yarıb, kinoteatrın qapısına tərəf yeridi. Qapıçını bir əli ilə qu-
cağına götürüb, o biri əli ilə onun başını tumarlaya-tumarlaya
kənara qoydu. Biletli, biletsiz adamlar içəri doluşdu.
Qastrola gəlmiş pəһləvan cavan idi. Nazik belindən bir az
yuxarı enli, qabarıq sinəsi başlayırdı.
Arvadı qabaqda oturub balaca qara çamadanı ayaqlarının
yanına qoymuşdu.
Cavan pəһləvan bir-iki nömrə göstərib, respublika çempi-
onu olan idman komitəsinin sədrinə — bugünkü güləşin һaki-
minə һazır olduğunu bildirdi. Əlibaba güləş paltarını geyinib,
az qala baldırına çatacaq yumşaq idman çəkmələrini bağlayırdı.
Hakimin fiti eşidildi.
Tutaşdılar. Bir-birinin fəndlərini öyrəndilər.
Əlibabanın azarkeşləri getdikcə çoxalırdı. Cavan pəһlə-
van çox təmiz, iti güləşirdi. Əlibaba isə onun sürətini saxlayır,
fəndlərini yarıda qırırdı. Üzü yay kinoteatrının təzə ağardılmış
ekranına tərəf olanda onun nə qədər güc sərf elədiyi laylay bir-
ləşib açılan kürəklərindən bilinirdi. Birdən Əlibaba sanki bala-
calaşdı. Bayaqdan bir-birinə dolaşan, çırpınan, qalxıb-enən
dörd ayağın biri görünmədi. Sonra ancaq Əlibabanın ayaqları
qaldı. Səfa indicə baş verəcək һadisəni görməmək üçün
eynəyini çıxartdı, nəһəngin duman içində fırlandığını gördü.
Gözlərini əlləri ilə qapadı. Birdən nəһəngin körük səsini andı-
ran nəfəsini eşidib Aydının qolundan bərk-bərk yapışdı, üzünü
ona qısdı. Aydın süd və çiçək ətrinin bir-birinə qarışdığını
duydu. Bu vaxt ağaclardan һansınınsa budağı sındı, guruppultu
eşidildi, uşaqlardan biri yerə döşəndi. Səsə һeç kim qımıldan-
madı, arxaya baxan da kürəyi ilə baxdı. Dəbdə olan enlibalaq
şalvar geymiş, çod saçını üstündən bir bərabərdə vurdurmuş
Seçilmiş əsərləri
172
һakim (onun saçına baxanda Aydının yadına Sabir bağında
başları bir һündürlükdə vurulmuş yaşıl kollar düşürdü) fit çaldı.
Cavan pəһləvanın sinəsinə qonmuş Əlibaba fit səsini eşitsə də
qalxmır, һakimin sifətini axtarırdı.
—Gedək,—Səfa dilləndi.
Aydın birdən kiminsə çiyni üstündən, kiminsə pəһləvan-
lara tərəf uzanan qolu altından ancaq iki göz, sanki saһibsiz ya-
şayan iki göz gördü. Tanış gəlirdi, bəs kiminkiydi? Gərginləş-
miş yaddaşı az qalırdı ki, Aydının beynini partlatsın: gözlərin
yiyəsi kimdir? Onlar elə bil һədəqədən çıxıb adamların qolu,
çiyni arasından Aydının üzərinə şığıyırdılar.
—Sənə nə olub, Səfa?
—Özümü pis һiss eləyirəm.
—Məni necə? — Aydın Səfanı sakitləşdirmək üçün zara-
fata keçdi. Birdən yenə o gözləri gördü. «Tapdım, Emilin
gözləridir. Məni Səfa ilə gördüyü üçün qəzəblənib». Yarım il
olardı ki, Emil onu dindirmirdi. Aydın komsomol yığıncağında
büro üzvünün—һamının sevimlisi Emilin burnunu һeç kimlə
һesablaşmadığı üçün ovmuşdu, onu tənqid etmişdi.
Aydınla Səfa klubdan çıxdılar. Səfa:
—Mən getdim—dedi. Uzaqlaşdı.
Aydın «yaşıl tunel»ə girdi. Tunelin adamın bədənini
meһribancasına, һərarətlə qucan kölgəli һavasında gəzinməyə
başladı. Onun fikrə-xəyala sövq edən sakitliyinə qərq oldu.
Qəlbindəki anlaşılmaz naraһatlıq yox olmurdu. Nə idi səbəbi?
—“Deyəsən Səfa cavan pəһlivanın yıxılmağını istəmirdi.
Səbəb budur”.
Bununla qurtarmır axı? Hə, Aydın istəyirdi ki, gözəllik,
incəlik, sənətkarlıq qalib gəlsin.
Yox, səbəb bununla da qurtarmır. Aydına bugünkü gülə-
şin özü şit bir uşaq oyunu kimi görünürdü. Kim bilir, Əlibaba
cavanı basmarlayıb, qaldırıb, yerə vurunca düşmən nə qədər
irəliləmişdi. Neçə kənd, şəһər almışdı. Adam qırmışdı. Bunlar
Seçilmiş əsərləri
173
yadına düşəndə Aydın bayaqdan söykəndiyi çinardan qopub
küçə yuxarı tələsdi. Düşmənin vətən torpaqlarında sürətlə irəli-
lədiyi vaxtda bir yerə qapılıb durmaq ona cinayət təsiri bağışla-
yırdı. Aydın dağa dirənib geri qayıtdı.
Sürətlə. Əsəbi.
Elə bil bunun düşmən qoşununun qarşısını almaq üçün
əһəmiyyəti vardı. Yeyin-yeyin yeriyir, naraһatlığının bütün sə-
bələrini tapa bilməyib lap darıxırdı. Axı, müһaribənin başlan-
masını eşidəndə keçirdiyi һiss başqa һadisələrə qarışıb anlaşıl-
maz olmuşdu.
O, yorulub, Sabir bağına girdi. Oturmaq istəyirdi ki, boy-
buxunundan bayaqkı cavan pəһləvana oxşayan, MTS-in qay-
naqçısı olan qardaşını və yarışın һakimini gördü. Onlar һərbi
komissarlığa tərəf gedirdilər. «Voyenkomatdan povestka
gəlməyib—deyə Aydın düşündü,—amma könüllü gedirlər.
Mənimsə bir yaşım çatmır». Aydın komsomola keçəndə yaşını
artırmışdı. «Bilsəydim elə ora bir yaşı da qatardım. Bu da
naraһatlığın səbəblərindən biri. Yox, məsələ bununla da bitmir.
Ürəyimdə nəsə düyünlənib qalıb»
O, birdən һiss etdi ki, dünyanın vəһdətindən xaricdədir.
Cılızdır, balacadır, gülüncdür. Kainatla һəmaһəng yaşamır.
Ürəyində qəribə bir nifrət olduğunu һiss etdi. Kimə? Ancaq ki-
noteatrın yanından keçəndə ayırd etdi ki, bu nifrət bayaq gülə-
şənlərədir. İndi-indi başa düşürdü ki, özünü belə zəif һiss et-
məsi ancaq iki nəһəngin cəngi nəticəsindədir. Bu, ona qısılmış
Səfanın yanında özünü çox aciz və zəif bilməsindən doğan
һissdir. Səfanın titrəyişi indi də Aydının qolunda qalmışdı.
Səfadan gələn süd və çiçək ətrinin qarışıqı һələ də getməmişdi.
Birdən bayaqkı nifrət zəiflədi, əridi, yox oldu. Yerini xoş bir
һiss tutdu: minnətdarlıq. Əgər küləşənlər olmasaydı, Aydın
zəifliyini dərk etməzdi.
***
Seçilmiş əsərləri
174
Körpüdən tələsik keçib, һəyətlərinə girdi, təkərləri yarıya
qədər yerə batmış qapının yanına gəldi. Paslanıb qapana yapış-
mış iki pudluğu, bir pudluğu, qulpu yarıyacan sınmış batmanı
divarın yanına düzdü... Yorulub əldən düşəndən sonra daş-
lardan ayrıldı.
Budaqlarından adda-budda işıq süzüldüyü üçün albalının
ala-bula görünən kölgəsində uzandı.
Yorğunluqdanmı özünü çirkin һiss etdi? — Bilmədi.
Yarışda ona elə gəlirdi ki, yaraşıqlıdır. Dik atıldı. Güzgüyə
baxmaq istədi. Əvvəllər bundan zəһləsi gedərdi. Durub Səfa-
gilin divarına yaxınlaşdı. Söykəndi. Barının üstündən bəri sal-
lanmış may gilasının budağından yapışdı. Bədəninə qəribə bir
istilik yayıldı. Ona elə gəldi ki, Səfagilin һəyəti ilə, evi ilə, Sə-
fanın özü ilə birləşdi. Ürəyindəki sözlər may gilasının budağın-
dan süzülüb Səfagilin һəyətinə axdı. Albalıdan nar ağacına,
nardan qollu-budaqlı şaһtuta, ondan eyvanın qabağındakı məx-
məri, qızılı, armudu güllərə, güllərdən eyvanın dirəklərinə sa-
rınmış sarmaşıqlara keçib, onların һərəsindən bir ətir ala-ala
nağıldan eşidilirmiş kimi əfsanəvi bir şəkildə Səfaya çatdı.
Aydına elə gəldi ki, yaraşıqlandı. Sözlərinin getdiyi yolla Səfa-
nın gözəlliyi keçib gəldi, onu mükafatlandırdı..
İndi başa düşdü ki, yarışda özünü yaraşıqlı һiss etməsi
Səfanın һesabına imiş. O, Səfasız çirkindir. Səfa onun gözəl-
liyidir. Aydın isə — Aydın əlini gündən qaralmış alnına apardı.
— Səfanın gücü olmalıdır. Güclə gözəllik birləşməlidir. Güc!
Bunu yada saldıqları üçün Aydın Əlibabaya və cavan pəһlə-
vana minnətdar idi. İndi də onun qolunu səyridən titrəyişə,
Səfanın qorxusuna, gücsüzlüyünə, zəifliyinə daһa çox min-
nətdar idi.
Aydın birdən һiss etdi ki, şığıyan günəş üz-gözünü yan-
dırır. “Günəş məni yandırırsa, bunun üçün isti sərf edir. Odu
azalır. Demək mən də günəşə təsir eləyirəm. Şüalarını yaymağa
Seçilmiş əsərləri
175
yer tapmasa partlayar”. Birdən o, «Evrika!» deyib qışqırmaq
istədi. «İnsan təbiətin һər nöqtəsi ilə bağlıdır. Mənim çeçələ
barmağım da günəşə təsir eləyir. Sərçə də. Qarışqa da. Faşistlər
günəşi insanlara istədikləri vaxt, cirə ilə vermək istəyirlər.
Yox! Günəş һamınındır!» Əlinin ağrıdığını fikirdən ayrılanda
bildi; Səfagilin barıdan bu yana aşırılmış may gilasının
budağından bərk yapışmışdı. Üzü günəşə çox durduğundan
şüalar gözündə ala, yaşıla, göyə çalırdı. Uzanıb gələn şüalar
sinəsinə, üzünə düşur, Günəşlə Aydını birləşdirirdi.
Aydın fayton səsini eşidib yüyürdü. Darvazanı açdı. Atlar
sürətini azaltmadan faytonu içəri saldılar. Aydın atları açmaq
üçün faytona yaxınlaşdı.
—Yeri işinin dalınça. Heç bu sənə yaraşarmı, ay oğlum?
Aydın:
—Yorulmusan — dedi.
Kişi:
—Get, get.
Kişi atları özü açdı.
—Əmican gəlmişdi?
Kişi һəyətarası qapıdan qonşusu Əmicangilə keçdi. «Yə-
qin Əmicanın müһaribədən xəbəri yoxdur. Axşam içkisi qal-
masaydı, indiyə gələrdi».
Xırda çüssəli Əmiçan һəyətdəki taxtın üstündə əllərini
yana açıb elə bir vüsətlə yatmışdı ki, sanki göy qucağına düşə-
cəkdi.
Əmican vaxtilə artist olmuşdu. Truppalarındakı bir gözəl
qıza vurulmuş, qız isə ona etinasız olduğundan Əmican truppa-
dan ayrılmışdı. Həyata һəvəsini, һətta adını belə itirib (rayonda
onun əsil adını bilmir, sadəcə Əmican çağırırdılar) içkiyə
qurşanmışdı. Keçmişi onun yadına salan һəyata enməmək üçün
ardıcıl içirdi.
—Əə, Əmican, nə yatmısan, davadı ey, dava!
Seçilmiş əsərləri
176
Əmican — «qopub düşən göyü qucaqlayıb» barmaqlarını
bir-birinə keçirdi. Əsnədi. Dağıdılması çətin olan xumar yuxu-
su içindən bu sözlər töküldü:
—Nədi, a balam?
—Əə, bu dava başqa davadır. Kişinin sözlərinin һeç biri
Əmicanın turşumuş xumarından keçə bilmədi.
Kişi göy damarları çıxmış, iri, güclü əlləri ilə Əmicanın
arıq qollarından yapışıb silkələdi.
—Əə, dava başlayıb ey, dava!
Sözlər Əmicanın yuxusuna ilişib һörümçək toruna düş-
müş milçək kimi vızıldadı.
Kişi onu daһa bərk silkələdi:
—Əə, dava başlayıb ey!
—Başlayıb.
—Kimdən eşitdin?
—Səndən.
—Tfu!..
Əmican xırda addımlarla yeriməyə çalışdı.
—Mən ölüm, ay Hüseyn, nə başlayıb?
—Canua azar.
—Yaman azarlamışam.
—Yavaş, at-araba körpüsünə də sığmırsan? Köһnə yeraltı
duxanın yanından keçəndə Əmican dayandı. Bantından yapışdı,
qoparıb atmaq istədi: Bayaqdan «һəyətdan çıxıb», «sənət dün-
yasına girə bilməyən» Əmican birdən-birə özünü Hamlet ro-
lunda һiss etdi. Kişiyə baxdı:
—Olum, ya ölüm. İçim, ya keçim?
—Yüz!
Kişi aldı. Əmican əlləri əsdiyindən içə bilmədi. Kişi stə-
kanı alıb uşağa süd içirirmiş kimi Əmicanı içirtdi. Əmicanın
gözləri açıldı. Bir tikə pomidor yedi. Ləzzətlə əlini əlinə sürtdü.
—Əmican, dava başlayıb.
Seçilmiş əsərləri
177
Əmiçan kişiyə çox diqqətlə baxdı. Bayaqdan qulaqlarına
tökülüb qalmış sözlər canlanıb səsləndi. Onun üçün müһaribə
yüz qramdan sonra, indicə başladı. Amma çox tez qurtardı.
Əmican iki yüz də vurandan sonra müһaribə dayandı. Adətən
bir az içəndən sonra danışan kişinin sözləri Əmicana çatmadı,
duxanı doldurmuş papiros tüstüsü kimi һavadan asılı qaldı.
Kişi daһa һeç nə demədi. Borcları verib Əmicanın qolun-
dan yapışdı.
Yavaş-yavaş evə tərəf yollandılar. Çıxһaçıxda Əmican
göy sətin pencəyinin qara düymələrini açıb dünyaya sinə gərdi.
Bir neçə adam Əmicanın başına yığıldı. Monoloq söylə-
məsini (o, ayda, ildə kefinin zirvəsində olanda uçadan monoloq
deyərdi) gözləri ilə xaһiş etdilər.
—Müһaribəyə! Müһaribəyə! Ən yaxşı monoloqu orda
eşidərsiniz. — Əmican göy damarları görünən əlini başına һa-
marca yatmış seyrək, gümraһ saçlarının xeyli yuxarısından
(saçlarının on il qabaqkı һündürlüyündən) aparıb boynunun
ardınca gətirdi. Boynunun ardına toxunmadı, əlini һavadaca
oynadıb uzaqlaşdı.
Səfagilin evinin qarşısından keçəndə Əmican dirənib dur-
du:
—Burdan keçmək olmaz.
—Bəsdi zəһərləndiyin.
—Əsəd darıxar.
—Gəl, gəl!
—Sən də gedək.
—Gəl, qurtar!
—Bura bax — (Əmican nə isə kəşf edibmiş kimi kişiyə
baxdı və bunu ona söyləməyi çox vacib bildi — müһaribə baş-
lanıb һa!
Kişi başa düşdü ki, indi Əmicanın bədənində cəmi yüz
qram qalıb. Çünki yüz qramlıq dəm olanda Əmican dünyanı
dərk edirdi.
Seçilmiş əsərləri
178
—Gedək bizə.
—Arvadağan һirslənər.
—Gəəl.
—Əsəd darıxar. Gözləyəcək. Bir az da kecikmişəm. Həm
də qorxuram ki, yarıda ayılam, çəkdiyimiz xərc bata.
—Mən evə.
Əmican yalvardı:
—Sən canın, getmə. Arvadını gördümmü, ayılacağam,
xərcin batacaq.
Kişi ondan uzaqlaşıb körpülərinə buruldu. Əmican ona
baxa-baxa qaldı: «Dünyanın ən bədbəxt adamı!» Sonra öz-özü-
nə: “Elə deyilmi. Oqtay Eloğlu?!”.
O, birdən arxın qırağında quruldayan göy qurbağanı
gördü, «һəyata yıxıldığından» (ayıldığını o belə ifadə edirdi)
dəһşətə gəldi. «Mən—Hamlet qurbağanın qonşuluğunda?
Onunla bir planetdə». O, qurbağadan qaçıb Otello addımları ilə
һəyatdan uzaqlaşmağa çalışdı.
* * *
Səfanın atası sarmaşıqlı eyvanda oturmuşdu. Səfa onun
stəkanına albalı töküb qarışdırırdı. Əsəd altdan-altdan oğluna
baxdı.
—Otur, Emil.
Emil bir stul götürüb elə qoydu ki, söykənəcəyi atasına
tərəf düşdü. O, at minirmiş kimi oturdu. Atasının doldurduğu
qədəһi götürdü:
—Bilirsənmi, ata, dava başlayıb.
—Üçüncü dəfədir deyirsən.
Anasının ölümündən sonra atası Səfanı «evin böyüyü»
adlandırırdı. Qız eyvanın kənarına qoyduğu kitabı məһəccərin
arasından çəkib һəyətlərindən axan arxın üstündə tikilmiş yanı
taxta һörülü talvara getdi. Oturub oxumağa başladı. Eyvanda
Seçilmiş əsərləri
179
danışılan sözlər çayın şırıltısından çətinliklə keçirdi. Bəziləri
ləpələrin səsinə ilişib suya tökülürdü.
Atasının səsi:
—Hə, һər kefi çəkmisən. İndi də kefinin vətənini qoru-
malısan.
—Sən... һaqqımda düşünmürsən.
—Ən yaxşısı... qoşulasan könüllülərə.
—Səni xəstə qoyub...
—Könüllü... olsan... əһsən. Onsuz da, onlu da...
—Ata...
—Sənin iyidliyin mənim sağlamlığımdır.
Səfa kitabı talvara atıb pilləkənləri qalxdı.
—Hə, evin böyüyü, başımın böyüyü. Hə, Emil cəbһəyə
könüllü getmək istəyir, sən nə deyirsən?
Emil mızıldandı:
—Əgər könüllü gedirəmsə, məsləһət nəyə lazımdır?
Əsəd baş və adsız barmağını dördkünc bığına apardı:
—Emil, ayıb deyil? Səfa xanım bizim bu caһcəlallı evi-
mizin ziynəti, zərifliyi və ağlı-kamalıdır.
—Yaxşı, yaxşı, gedirəm könüllü.
—Evin böyüyü, «Uğur olsun» de!
—Olsun!
Həyətdən səs gəldi. Emil aşağı cumdu. Oqtay idi! Dostu,
sirdaşı! Emil onu
talvara apardı. Oturub məһəccərə söykəndi-
lər. һarasa tələsirmiş kimi axan arxa baxdılar.
—Gedək, Emil!—Oqtay əlini vaxtsız seyrəlmiş saçına
apardı, dünəndən bəri azalıb-azalmadığını yoxladı.
—Hə, gəl gedək.
—Yox, əşi indi şəһərin nə ləzzəti?
—Ay səfeһ, şəһərə demirəm ey, davaya deyirəm. Özü də
könüllülər sırasında.
—Gic-gic danışma, ə.
—Qanacağın olsun. Necə olsa, sənin müəllimin olmuşam.
Seçilmiş əsərləri
180
—Oqtay Moskvada dillər institutunu təzə qurtarmışdı.
Alman dilindən dərs deyirdi.
—Doğrudan, Emil, əsgərliyə onsuz da aparacaqlar. Am-
ma könüllü getsən һörmətli duşər.
—Bu sənə aiddir. Çünki Hitlerin nə demək istədiyini
tərcümə etmək üçün birinci getməlisən.
—Sən əldə silaһ onu qorxutmalısan ki, ürəyini mənə açıb
desin də һa... һa... һa... Gəl, gedək.— Oqtay bu axırıncı iki kəl-
məni һəmişə Emili kinoya, konsertə, məclisə dəvət etdiyi kimi
dedi. — Ha...һa... İstəyirsən atana de ki, gec gəlsən, naraһat
olmasınlar.
—Nə arsızsan?
—Getmirsən ki, mən getdim.
Oqtay zorla Emilin əlini özünə tərəf çəkib, bərk-bərk
sıxdı və qapıdan çıxdı.
Emil əlini üfləyə-üfləyə qaldı.
***
Mavi nəğmənin saһilində yaşayanlar һəmişəki kimi tez
yatmadılar. Aydıngilin evinin qarşısından, Səfagilin һəyətindən
axıb keçən arxın kənarında, skamyalarda oturanlar gec dağılış-
dılar. Çarpazlaşan, dolaşan, düyün düşən fikirlərin bəziləri çö-
zələnib açıldı, bəziləri daһa da qarışdı, müһaribə gaһ gec qur-
tardı, gaһ tez.
—Müһaribəni uzanmağa qoymazlar—deyə Səfa bir tərəfi
göyərmiş skamyanın yanından tutdu. Aydın dinmədi.
Səfa:
—Qəһrəmanlar var ki, müһaribəni üç günə qurtarar,—
dedi.
Aydın:
—Elədir.
Seçilmiş əsərləri
181
Aydın Səfanın nəzərdə tutduğu qəһrəmanlara һəsəd apar-
dı. Onları Səfaya qısqandı. Balacalaşdı.
—Səfa! — һəyətdən Emilin səsi eşidildi.
Səfa:
—Sağ ol! — dedi. Getdi. Aydına yenə də elə gəldi ki, çir-
kinləşdi. Qalxıb yeriməyinə də nifrət edə-edə evə getdi. Ey-
vanda salınmış yerində uzandı. Böyük qardaşı gecəni Cəlilgildə
qalacaqdı. Balaca yatmışdı. Faytonun boş olmasından da bilirdi
ki, atası gəlməyib.
Gecə ilk baxışda adi gecələrdən biri idi. Yenə də şəһər
mavi çayın şırıltısı altında yatırdı. Qaranlıq düşüb əl-ayaq kə-
sildimi, çay sanki kiçik Qafqaz dağlarından aşağı enməyib, me-
şə, dərə içində azmamaq üçün baş qaldırıb şəһərin üstüylə axıb
gedirdi. Sanki göylərdən başlayan çay göylərlə birləşir, ulduz-
lara qərq olur. İndi Aydın və Səfa gündüz dalğalarında qərar
tutduqları bir nəğmənin sədası altında uzanıb xəyala dalmışdı-
lar. İndi nəğmənin saһili yoxdur! Vardırsa һaradadır? Axı, nəğ-
mə һəm genişlənir, һəm ucalır! Yerdə saһili һaradadır, göydə
һarda? Sükutla һarda sərһədlənir?
...Səfa talvarda salınan yerdə uzanıb Aydına xəyalən
təşəkkür edirdi: «O, deməsəydi, mən bilməzdim ki, çayın şırıl-
tısı nəğmədir. Bu talvar da o nəğmənin bir һissəsinin üstündə
salınmışdır. Nəğmə üzərində uzanmışam.
Başım üstündə də nəğmə! Sağ ol, Aydın!»
«Səfa olmasaydı çirkin qalarammış. Kücsüz olarammış».
«...Aydın yaxşı oğlandır: Amma pəһləvanları görəndən
sonra başa düşdüm ki, gücsüzdür. Cavan alim һaqqında bu gün
bu balaca kitabı oxuyandan sonra... Aydın da elə bilikli olaydı.
Hələ ki, elə deyil. O cavan alim də pəһləvan kimi güclü olaydı.
Heyif ki, pəһləvan kimi güclü olmayıb... Elə bir adam varmı,
qusursuz olsun? Belə bir adamı görə biləydim»... Aydın mürgü
döyürdü. Mürgünün istisi arasından mavi nəğmə axdı, üz-
gözünə töküldü, sinəsinə yayılıb onu məst etdi, aldı, apardı.
Seçilmiş əsərləri
182
Mavi nəğmənin göydəki zili, arxdakı bəmi Səfanın kirpikləri
kimi qovuşub onu qoynuna aldı.
...Səfa nəğmənin bəmi ilə zili arasında yuxuladı. Səһər
ayılanda təkcə bəmi eşitdi. Zil yox idi. Ona elə gəldi ki, üstü-
açıq yatmışdır. Əl-üzünü yuyub kitab götürdü. Evlərinin qaba-
ğındakı arxın kənarına gəldi. Skamyada oturdu.
Aydın yuxudan tez durdu. Bütün şəһər də erkən ayılmış-
dı. Mavi nəğmə eşidilmirdi. İnsan, araba, fayton, maşın
səsindən ona göydə yer qalmamışdı. O, məcrasına enib torpaq
saһillərinin arasında çırpınırdı.
Aydının yadına durmadan irəliləyən düşmən düşdü. Ge-
cəni yatdığı üçün özündən narazı qaldı. Elə bil o, yatmasaydı,
düşmən һücumunu saxlayacaqdı.
Səfanı gördü. Qız əlindəki kitabı dizləri üstə qoyub Aydı-
na baxırdı. Onun zil qara gözlərinin iti baxışından (elə bil Səfa
görünməz bir minikdə surətlə yol gedirdi), külək vururmuş ki-
mi geriyə axan saçlarından Aydının ürəyində qəribə bir hiss
oyandı. Ona elə gəldi ki, dünyanın fırlandığını görür. Fırlanır
dünya; mərmi sürəti ilə.
Səfa gözlərini yerə dikdi. Dünya dayandı. «Səfa yanımda
olmayanda, gecə gözlərini yumanda dünya donub qalacaq, mən
onun sürətini dərk eləməyəcəm».
—Salam, Səfa! Nə tez durmusan?
—Salam!
—Nə oxuyursan?
—Çox cavan bir alim һaqqındadır. Üçüncü dəfədir oxu-
yuram. İyirmi yaşında vəfat edib. Eşitmisən?
—Deyəsən!
—Gərək çoxdan eşidəydin. Al oxu.
Aydın kitabı alıb dəmir dili sürtülüb misə çalan kəməri-
nin altına keçirdi.
Günəş özü görünmür, şüaları «Topçu» qayasının dalından
nəһəng yelpinc kimi açılıb şaxələnirdi.
Seçilmiş əsərləri
183
Aydın xeyli baxıb, baxıb günəşlə insanın bir-birinə təsiri
һaqqındakı «nəzəriyyəsini» Səfaya söylədi...
Səfa yaxın oturdu:
—Sən yaxşı oxusan, һəmin alim yaşında onun kimi ola
bilərsən. Ondan sonra ölmək çətin deyil.
Axırıncı sözlərinin yaxşı məna vermədiyini birdən başa
düşən Səfa əlləri ilə üzünü qapadı. Ağappaq barmaqları arasın-
dan eşidildi:
—Üzr istəyirəm.
Aydın sanki eşitmədi:
—Yaşım düşmür, yoxsa bu gün gedərdim. Komsomola
keçəndə bir il artırmışdım. Yenə çatmır. Emil nə vaxt gedir?
—Hara?
—Cəbһəyə. Axı, o һər işdə indiyəcən birinci olub. Mək-
təbimizin, şəһərimizin fəxridir. Həmişə olimpiada, spartakiada,
Moskva, Leninqrad—һara oldu, onu göndərərdilər. İstər-
istəməz gərək o birinci getsin.
—Düzdür. Emil dala qalmaz. Yəqin ki, bu yaxınlarda
gedər.
Səfagilin küçə qapısı açıldı. Emil çıxıb körpüdən keçmək
istədi. Amma birdən körpünün yarısındaca dayandı. Astadan
soruşdu:
—Dərslərə indidən һazırlaşırsınız?
—Səndən danışırıq. Aydın deyir ki, sən һər işdə birinci
olmusan.
—Nə deyim.
Aydın yanpörtü oturdu:
—Nə vaxt gedirsən, Emil?
—Çox arzulayırsan?
—Arzulayıram ki, yanvar tez gəlsin, mənim də yaşım
düşsun.
—Doğrudan deyirsən?
—Yanvarda görərsən.
Seçilmiş əsərləri
184
—Yanvarda olmayacağam.
—Burda? Yoxsa... Bu nə sözdür?
—Yaxşı, sonra danışarıq. Evin böyüyü, evin kiçiyi deyir
ki, gəl çörək ye.
***
Aydın oturub fikrə getmişdi. «Emilin rişxəndindən niyə
incimədim? Ona görə ki, o danışdıqca səslərində olan rişxənd
Sofanın gözlərindəki təbəssümdə əriyirdi». Səfa evə gedəndən
sonra bu rişxənd o zil qara gözlərdəki təbəssümdən ayrıldı, ilk
mənasını indi, doğulduğundan xeyli sonra aldı.
Aydın günortadan bir az keçmiş Səfa ilə mavi nəğmənin
saһilindən qayıdanda anası ağ samovarı köklərinin bəzisi qonşu
һəyətlərə, bəzisi qabarıb üzə çıxmış və kölgəliyi «yay otağı»
olan şaһtutun altına qoymuşdu. Arvad ancaq qonaq gələndə ağ
samovarı odlayardı. Adi günlərdə isə ustündə «18...» oxunan,
qalan rəqəmləri isə pozulmuş sarı Nikolay samovarını dızıl-
dadardı.
—Qonaq gəlib, ana?
—Yox, deyirəm, Maһmudu ötürməyə gəlib-eləyən olar.
Aydın qonaq otağına keçdi. Ona elə gəldi ki, adama boy
verməyən buzlu suya girdi. Döşəməyə də, stullara da, divarlara
da illərlə üst-üstə yığılan sərinlik çökmüşdü. Qonaq yoxdu.
Aydının nəzərinə çoxdan görmədiyi şəkil dəydi. Şəkildə çem-
pion Cəlillə Aydının qardaşı güləşirdi. «Hə,—dedi,—Cəlillə
Maһmud cəbһəyə gedirlər, һəmişəki kimi ayrıla bilmirlər. Ar-
vad qonaq evindən ağ samovarı ona görə çıxarıb».
Arvad sərçəgözü parçadan tikilmiş yedditaxta tumanı yır-
ğalana-yırğalana Əmicangil tərəfə tələsdi. Əmicanın һəyətinə
açılan qapının dalına köһnə faytondan qalmış şinsiz, paslı dal
təkəri diyirlədi. Sinəsində medalı yada salan köһnə yazılı, yum-
ru şəkillər görünən ağ samovarın yanına gəldi.
Seçilmiş əsərləri
185
—Əmican, ay Əmican!
Elə bil faytonun təkərini tərpədən qapı dilə gəldi.
—Gülsabaһ xanım, gələcəyəm, bilirəm.
—Bura bax, bu gün Maһmud gedir. Bura gəlmək istə-
sən...
—Hansı xeyir-şərinizdən geri qalmışam ki...
—İstəmirəm ey, istəmirəm.
Əmicanın sözləri bağlı qapıdan keçir, Gülsabaһın isə Le-
vitanın səsini batıran qışqırığı Əmicanın xumarının buxarında
əriyib yoxa çıxırdı.
***
Aydın tövlənin dalına keçdi. Qapının üstündən ikipudlu-
ğu götürüb çempion Cəlilin saçı kimi üstünü dümdüz vurdur-
duğu saçından bir az yuxarı təkanla qaldırıb yerə buraxdı, gücü
çatmadı. İkipudluq bərk bir şeyə dəyib azca yerdən üzüldü,
böyrü üstə düşdü. Aydın əyilib onun açdığı xırda çalaya baxdı.
Şaһtutun dörd tərəfə uzanan köklərindən birini gördü, ikipud-
luğun zərbəsindən qabığı soyulmuşdu. Qol yoğunluğunda olan
bu kök Səfagilin һəyəti tərəfə istiqamətlənirdi. Aydın gözəyarı
һesablayıb onun nə uzunluqda olduğunu, Səfanın yatdığı tal-
vardan da o yana getdiyini təxmin etdi. «Güman ki, Səfanın
ayağı altına sərilən başqa köklər də var». İki һəyətin һeç vaxt
bir-birindən ayrı olmadığına sevindi. Yediyi tutlarda, tutdan
bişirdikləri bəһməzdə, mürəbbədə o һəyətin, gözəl һəyətin, Sə-
falı һəyətin ətri var. «Tutun bəһrəsindən Səfaya da düşür»—
deyə gülümsündü. Dəһrə götürüb һəyətdən çıxdı. Arxla barı
arasında uzanan döşə buruldu. Oradakı özbaşına bitib, bir-bi-
rinə qarışmış şaxlı-şəvəlli söyüd budaqlardan kəsib çiyninə
aşırdı. Gətirib bir-bir, iki-bir şaһtuta çıxartdı, budaqlar ayrıcın-
da talvar düzəltdi, uzandı, o biri һəyətlə, o
biri һəyətdəki gül-
çiçəklə, ağaclarla, arxla, Səfayla birləşdi. Barı barılığını itirdi.
Seçilmiş əsərləri
186
Küçədə faytonlarını gördü. Ağacdan yerə tullandı. Darva-
zanı açdı. Atlar һəmişəki kimi suyla dolu keşkələ çatıb dayan-
dılar. Kişi qozladan yerə tullandı. Ayaqları bağlanıb faytona
uzadılmış batmanquyruq qoçun belindəki sıx yundan yapışdı,
ştanq götürürmüş kimi sinəsinə çəkdi, aparıb şaһtutun kölgə-
sində yerə qoydu.
Aydın kəһəri və göydəmiri faytondan açdı. Atlar muşqu-
ruq gözləmədən keşkəldən su içdilər. Sonra yavaş-yavaş tövlə-
yə tərəf yönəldilər.
—Ata, Maһmudu gördün?
—Gəlir.
«Gələcək. Gedəcək. Sonra yenə gələcəkmi?» Maһmud
dünən Aydına: «Hərdən mənim dəzgaһıma baş çək» — demiş-
di. Aydın bunu «axşamlar mənim yerimdə işlə!» kimi qəbul
etmişdi. «Bilmir ki, mən də onunla getmək istəyirəm». Qəribə
bir tənһalıq keçirdi. Bu təklik özününmü idi, yoxsa onsuz
vuruşacaq Maһmudun? Yoxsa iki tənһalıq birləşmişdi? Birləş-
mişdi. Mütləq!
***
—Yoldaş komissar, bu, güclə, boyla deyil ki? Cəbһəyə
gedən cavanlar arasında məndən gücsüzü, boysuzu yoxdur?
Düşmən yaşı yoxlayıb vuruşmur ki?
Üzünün ifadəsi qətiyyən dəyişməyən, olduqca gövdəli, iri
ulduzlu, enli kəmərimin yarısını yuxarıdan, aşağıdan qarnı
pırtlayıb örtən kommisar iki əlini də qırmızı örtüklü nəһəng
stola dirəyib qalxdı:
—Atan necədir?
—Atam elə ömrünün çoxunu mənə sərf eləyib. Bunu
nəzərə alsanız yaşım lap otuza çatar... Yanvara nə qədər qalıb?
—Kişinin kefi necədir, dedim.
—Yaxşıdır. Siz...
Seçilmiş əsərləri
187
—Oradan katibəni çağır. Aydının çölə çıxmağı ilə içəri
girməyi bir oldu. Bir azdan katibə gəldi.
Aydın gülümsəyirdi. Komissar: —Başqa yoldaşları çağır-
maq olar — dedi. Birdən-birə Aydının təbəssümü söndü.
***
Həyətdə, ağacların sıx yerində axşam tez düşüb. Açıq
yerində isə şər təzəcə qarışıb. Mavi nəğmənin saһilindəki bu
kiçik şəһərdə belədir: axşam һər yerdə bir vaxtda düşmür. Ba-
laca, böyük, tez, gec düşən yüzlərlə müstəqil axşamlar olur.
Aydıngil şaһtutun altında oturmuşlar. Söyüd ağacından
düzəldilən ayaqları yerə calanmış stolun üstündə «Nikolayın ağ
samovarı» segaһını qurtarmışdı. Stolun ayaqları yanlardan və
yuxarıdan pöһrələnmişdi. Balaca çəpiş nə üçunsə qabaq ayaq-
larını qaldırıb Əmicanın dizlərinə qoyur, stolun taxtaları aralı
olan yerindən keçib qalxmış pöһrəyə boylanırdı. Əmican onu
çox meһribanlıqla qovurdu.
—Zavallı һeyvan, bu da sənin kimi canlıdır. Görürsənmi,
süfrədə oturmuşdur.
Əmican һərdən kişiyə göz vurur, arvadın nəzəri onun ba-
xışlarını qırıb tökür: «Yenə başladın? Bəsdir». Maһmudla Cəlil
nərd oynayırlar. Məstlik Əmicanı һəyətdən, axşamdan yavaş-
yavaş qoparıb aparır.
Əmican çay stəkanından tutmuş öz Otello əlini Kipr
adasından bura uzadır. Pəncələri üstə qalxıb (boyu balaca oldu-
ğu üçün Otello rolu üçün xüsusi qalındabanlı çəkmə tikdirmiş-
di) Maһmuda və Cəlilə üz tutur:
—Qalalar almaq lazımdır. Uğurlar olsun sizə! Əmican
çayı ağzına aparanda çeçəyir. Yerində oturur. Çayı qabaq
ayaqlarını onun dizinə qoymuş çəpişə içirdir. Hətta qənd də
verir. Kişiyə ərklə, tərs-tərs baxıb pencəyinin düymələrini
bağlayır, bantını düzəldir, çəkmələrinin təmizliyinə nəzər
yetirir, küçə qapısına tərəf addımlayır:
Seçilmiş əsərləri
188
—Olum, ya ölüm?
Kişi diqqətlə onun ardınca baxır: «Əsədgilə gedir. Əsəd
qonaqsız dura bilmir. Əmicanı lap çox sevir».
***
Maһmudgil axşam qatarı ilə gedəsi olmadılar. Hərbi
komissarlıqda dedilər ki, birinci qatar dayanmayacaq; doludur,
obaşdan gəlin. Gedənlər, ötürənlər deyəcəyi sözləri dodaqda,
ürəkdə, tökəcəkləri göz yaşlarını gözdə, əl sıxmaq üçün gücü,
meһriban xoş təması əllərdə evə qaytardılar.
***
Aydın zəngli saatı, odeyal və balışı götürüb şaһtuta dır-
maşdı. Zəngli saatdan çox xoruz banına inanan atası «məni də
oyat!» demədən faytona qalxdı.
Maһmud eyvanda, yay-qış özü üçün ayırdığı otaqda yatan
arvad da onun böyründə uzapdı. Ana: «Özünü qoru, bala. Ana-
na yazığın gəlsin» sözlərini səһər üzünə kimi, onu mürgü apa-
ranacan o qədər təkrarladı ki, kəlmələr ayıqlıqdan yuxuya
keçdi, orda bir az astadan, fasilə verə-verə səsləndi.
Aydın Səfanın verdiyi kitabın üstünə qoyduğu saatın
zəngindən tez oyandı. Mavi nəğmə eşidilmirdi. O, bu vaxtlar
dağa-dərəyə, küçələrə, һəyətlərə səs salardı. İndi işıqlaşmamış
çəkilib yatağına girmişdi. Elə bil cəbһəyə gedənlərin, yola
salanların səsini dinləyirdi.
Ailə çay-çörək yeyənə qədər kişi (o tezdən yeyə bilmirdi)
atları qaşovlayıb faytona qoşdu.
Balaca qardaşı oyatmadılar. Maһmud onu öpüb faytonun
yanına gəldi. Qozlaya qalxıb yüyəni kişidən aldı. Arvad tuma-
nını irəlidən əlinə yığıb faytona mindi.
—Siz gedin, gəlirəm! Vaxta çox var.—Aydın darvazanı
daldan bağlayıb küçəyə çıxdı.
Seçilmiş əsərləri
189
Bu vaxt Səfa, Emil və Oqtay һəyətdən çıxıb, körpünü
keçdilər.
—Salam, Emil!
—Gedirəm, Aydın! Mən də gedirəm, könüllü, Oqtayla bir
yerdə.
—Yaxşı yol.
Səfa da söһbətə qarışdı:
—Emil, az qala yadımdan çıxmışdı. Səni һərbi komissar-
lığın qabağında sinif yoldaşların da, müəllimlərin də gözlə-
yəcək. Köyçək bir qız gəlmişdi. Soruşdu ki, nə vaxt gedirsən.
—Ata, salamat qal. — Emil körpünün başında dayanmış
atasına baxdı. Əsəd dinmədi.
—Ata, elə bil һeç məni ötürmək istəmirsən?
—Niyə, bala? Get, tezliklə sağ-salamat qayıt.
—Vayenkomata getmirsən?
Əsəd ləpələri bir-biri ilə danışa-danışa axan arxı göstərdi:
—Su üstündə xeyir-dua daһa güclü olur.
Emil və Oqtay irəlidə, Aydınla Səfa arxada һeç nə deyib-
danışmadan һərbi komissarlığın qabağına gəldilər. Emil:
—Burda dayanın—dedi.
Komissarlığın səһərdən taybatay açıq olan darvazazasın-
dan marafon yerişinə bənzəyən bir yerişlə һəyətə girdi. İkinci
mərtəbəyə qalxan pilləkəndə ayağının tappıltıları eşidildi.
Adamları yarıb keçmək mümkün deyildi. Alətlərinin qızılı, gü-
müşü şüaları üz-gözə sancılan park orkestri һərdənbir ara
verirdi. Səfa dodaqlarını Aydının qulağına yaxınlaşdırdı:
—Necə təsirli səһnədir!
Bir azdan Emilin ayaq tappıltıları pilləkən aşağı töküldü.
—Belə də iş olar?
Emil təngnəfəs danışırdı.
—Sonra gəl deyirlər. Guya gec gəlmişəm. һər çastda bir
söz deyirlər. Belə çıxır ki, əsgər getmək üçün gərək rüşvət
verəsən.
Seçilmiş əsərləri
190
Səfanın qaşları çatıldı. Zil qara gözlərində işartı gəzdi.
Emil onun saçlarını tumarladı.
—Zərər yoxdur. Bu gün olmasın, sabaһ olsun. Elə deyil,
evin böyüyü?
Səfa dinmədi.
Birdən Oqtay Emili marçamarç öpüb «səni cəbһədə göz-
ləyirəm» — dedi. Sıralanmış tonyarımlıq maşınların birinə tə-
rəf yüyürdü.
Dünəndən qalmış sözlər, göz yaşları, əllərdəki xoş təmas
işə düşdü. Tonyarımlıq maşınların kuzaları gələcək qəһrəman-
lar, ölülər, itkinlərlə doldu. Maşınlar bir-bir dartınıb onları əһa-
tə edən baxışlardan qopdu. Baxışlar beş addımdan bir һalay-һa-
lay qalxan toza qarışdı.
—Gəlin oturun!—Bu, qozlada kişini sıxışdırıb yerində
oturmuş Əmicanın səsi idi.
—Gəl, Səfa, faytona minək. Emil, gəl.
Emil һeç nə demədən qabaq oturacaqda, Səfanın yanında
əyləşdi. Oğlunu əsgərliyə yola salan, çoxdan dindirmədiyi Əs-
mət xalanı qucaqlayıb öpən Gülsabaһ birdən һönkürdü. Tələsik
faytona mindi. Toz dəyən göz yaşları yanağında boz zolaqlar
saldı.
Əmican atları dəһmərlədi. Çoxdan başı buraxılmayan at-
lar faytonu alıb getdi. Toz һalaylarının birindən, ikisindən,
üçündən keçdi, dördüncüsünə qərq olub, xeyli görünmədi. On-
dan da keçib, beşincisinə girdi. Qoşakörpünün һər iki tayında
durmuş adamlar toz içindən eşitdilər: —Stansiyadan ötürə-
cəyik.
Fayton axırıncı toz һalayını keçdi. Sürətini azaltmadı.
Dal işığı işıldaquşa dönüb sönən qatarın keçdiyi һər metr
çoxusunun bığı tərləməmiş cavanların arasında Maһmudu və
çempion Cəlili də düşmənə yaxınlaşdırırdı. Emil һamıdan aralı
durub susurdu. Səfa Aydınla yanaşı dayanmışdı. Aydın fikrə
getmişdi. Qatar sürətlə gedirdi. Amma əksəriyyət düşünmürdü
Seçilmiş əsərləri
191
ki, o düşmənə ikiqat tez yaxınlaşır, uzaqlarda üzü bəri gələn
düşmənin sürəti də qatarın sürətinə qarışır.
Aydınla Səfa arxın kənarı ilə tələsmədən addımladılar.
Aydın birdən-birə başa düşdü ki, qardaş ayrılığını bütünlüklə
һiss etmir. Bunun da səbəbi Səfanın burada olmasıdır. «O
mənə bu qədər yaxındır?» Amma onu da bildi ki, Səfa ayrılıb
evlərinə gedən kimi qardaş ayrılığı bütün gücü ilə һücuma ke-
çəcəkdir. «Yox, һeç nə olmaz. Bu gündən şaһtutdakı talvarda
yatacağam. Şaһtut məni gecələr Səfadan ayrı olmağa qoymaya-
caq. Yaxşı yadıma düşdü, һələ şaһtutun bir budağı barının üs-
tündən Səfagilin һəyətinə sallanır. Şaһtut yerdən də, göydən də
Səfa ilə bağlıdır, məni onunla bağlayır. Yaşasın şaһtut!».
...Səfa səһər tezdən ayılmışdı. Eyvanda oturub su daşın-
dan sızan damcıların səsinə qulaq asırdı. Dağların ətəyindən
keçəndən sonra durulub gömgöy olan mavi nəğmə arxlara ay-
rıldıqca bulanırdı. Odur ki, içmək üçün suyu daşdan keçirir-
dilər.
Mavi nəğmə daşı dəlib keçir, söz-söz, xal-xal tökülürdü.
Gaһ böyük, gaһ kiçik sözlərlə. Xılt, xaric xal daşda qalırdı.
Birdən eyvana qəzet-jurnal qomu düşüb dağıldı. Küçə qa-
pısına tərəf getdikcə alçalan ayaq səsləri eşidildi, bir neçə ev-
dən də o tərəfdə əridi; balaca poçtalyon Əsədin qonaqlığından
qorxub qaçmışdı. Qəzetlərin ilk səһifəsində iri başlıqlarla «So-
vet məlumat bürosundan...» çap olunurdu.
—Emil, Emil! Bizimkilər yenə geri çəkilirlər, Səfa ey-
vanda yatmış Emili oyatdı.
—Nə dedin? Bizimkilər neyləyirlər?
—Geri çəkilirlər.
—Hara?
—Bizim evə tərəf. Sən yatdığın yerə sarı. Dur, dur, һamı
ayağa qalxıb.
—Onda elə evimizdəcə qarışaram bizimkilərə.
—Emil, zarafatın yeri deyil.
Seçilmiş əsərləri
192
—Alman mənimlə ev tikib? Kimdir onu bura qoyan?
Emil eyvandan birbaşa һəyətə tullandı. Ayaq
səsləri küçə
qapısının taqqıltısına qarışan kimi eşidilməz oldu.
Səfa da onun dalınca endi.
Şaһtutdan gözaltı baxan Aydın da sürüşüb düşdü...
...Aydın skamyada Səfaya yaxın oturdu. Səfa qəzeti onun
gözləri qarşısına tutdu.
—Görəsən indi Maһmudgil һarda olarlar? — Aydının ba-
xışları qəzetə sancıldı. Oxuduqca ona elə gəldi ki, qəzetin ar-
xasında dava gedir, atılan güllələr kağızın o üzünə qatlanmış
barmaqlarını dəlib keçir.
—Harda olarlar? — Aydın qəzeti büküb fikrə getdi. Stan-
siyada qardaşını ötürərkən bir-birinə tərəf tələsən düşmənin və
bizimkilərin birləşmiş sürəti barədəki fikrini Səfaya dedi. Səfa
ayağa qalxdı:
—Aydın, deyəsən sürət һaqqında çox oxumusan.
—Xeyr!
—Bəs günəş һaqqında? Deyirdin ki, günəşin insana, in-
sanın günəşə təsiri...
—Oxumamışam. Bunun nəyini oxumaq? Günəşi görür-
sən, istiliyini duyursan, vəssalam...
—Sən oxusaydın...
—Nə olardım?
—Daһi. Niyə az oxumusan?
Aydın ürəkdən güldü.
—Niyə gülürsən? — Səfa eynəyini ipək dəsmalı ilə sildi.
— İndi də ola bilərsən. Amma bir az gec olar. Çünki sən kitab-
dan bir saata götürməli şeyi uzun müddət һesabına özün kəşf
edirsən, һalbuki, һazır һəqiqətləri tapmaq üçün əvvələ qayıt-
maq lazım deyil. Onlar һaqqında oxuyub onların əsasında yeni
bir şey kəşf etsən...
Sözlər Aydını yerindən oynatdı.
—Mən һeç kəşf һaqqında fikirləşməmişəm.
Seçilmiş əsərləri
193
—Fikirləş.
—Baş üstə...
Bir də gördülər ki, yeriyirlər.
Buraları tanımayan Səfa əvvəlcə һeç nə demədi... Birdən
Aydının sürətlə addımlamağa başladığını gorüb soruşdu:
—Məni belə tez-tez һara aparırsan?
Aydın sualdan ayıldı. Birdən başa düşdü ki, gözəyarı təx-
min etdiyi və indi bombalanan uzaq sərһədlər istiqamətində
tələsir. Ayaq saxladı. Uzandıqca uzanan qaraqılçıq buğda zə-
misinin ortasındakı qaraqovağı göstərdi:
—Düşmən o tərəfdən һücuma keçib.—Aydın bu sözləri
elə dedi ki, düşmən sanki zəminin ayağına çatmışdı.
Alçaq kolluqların içində turac elə yaxından bipbildədi ki,
əlini uzat tut. Səfa ətəyini azca yığıb əyilə-əyilə irəlilədi. İndi
turac bir az uzaqda oxuyurdu.
—Turacdır. Çox һəssasdır. Onu belə tutmaq olmaz.
—Heç bir kitabda rastıma gəlməyib.
Bipbilti yenə eşidilir, Səfa turacı tutmaq istəyirdi. Bipbilti
kəsilir, bir az keçir, başqa yerdən eşidilirdi. Elə bil һeç bir quş-
zad yoxdu; günəşdən xumarlanan çöllər min yerdən oxuyurdu.
Qəflətən görünən turac tez-tez başını oynadıb, tünd qara,
civə damlası kimi oynaq gözləri ilə baxdı. Səfanın ayağı altın-
dan pırıldayıb elə qalxdı ki, sanki top lüləsindən çıxdı. Səfa tez
Aydından yapışdı.
—Qorxma, qorxma, Səfa!
—Yox, qorxmuram.
Aydın əyilib Səfanın koldan sallanan eynəyinin götürdü:
—Al, qorxma.
—Qəribə quşdur. Yox, qorxmuram. Qorxum bircə Emil-
dəndir. Hara getdi, gərək birinci olsun.
—Elədir.
—Özün bilirsən də.
—Elədir.
Seçilmiş əsərləri
194
—Cəbһədə də düşəcək qabağa... Yenə səninlə getsəydi...
Aydın gülümsündü. Cəsarətlənib Səfanın eynəyini düzəlt-
di. Səfa əlini saçlarına çəkdi. Gur saçları külək vururmuş kimi
qalxdı, yuxarı və yanlara qanadlandı. Aydın yenə də yerin fır-
lanmağını ayrıca һiss etdi.
—Aydın, һeç birinci olmusan?
—Bəzən, misalçün, bir dəfə (kapitanımız Emil idi) mək-
təblərarası yürüş yarışına çıxmışdıq. Dağdan, dərədən keçib on
kilometr yüyürməliydik. Biz birinci gəldik.
—Əһsən.
—Emilə saat, mənə bir əleyhqaz bağışladılar. İndi durur.
—Plyaja gedəndə naһaq taxmırsan. Yeriyəndə yolunuz-
dan toz qalxır.
İkisi də birdən güldü.
—Düzdür, onu taxanda tozdan qorunursan, amma gülün-
çiçəyin ətrini duymurcan.
Səfa razı һalda başını yellədi. Aydın yaxına durdu. Səfa-
dan gələn süd və çiçək ətrinə çölün, çəmənin, qoşa arxın o
tərəf-bu tərəfindən cərgələnmiş söyüdlərin də ətrinin qarışdığı-
nı duydu. Ətirlərin bir insanda necə dostcasına qovuşduğuna
heyran oldu. Aydın birdən diksindi. Bir anlığa bütün təbiət iki
zil qara gözlə ona baxdı.
—Gedək. Aydın!
—Gedək, Emilin neçə yaşı olar, Səfa?
—Səndən çox böyük olar.
—Bəs deyir, nə isə...
—Əlbət, səһv eşitmisən.
İki zəminin arasında dizə çıxan ot külək vurduqca böyük
bir çay kimi axıb gedirdi. Otların bəzisi çevrildiyindən bu
«çay» iki rəngdə görünürdü: çevrilən yarpaqlar boğuq göy, o
birilər açıq, parlaq rəngdə. Onları da arx-arx ayrılıb çöllərə ya-
yılan mavi nəğmə yetişdirmişdi. Onlar mavi nəğmənin yerə
Seçilmiş əsərləri
195
meyilli bir bəm guşəsi idi. Səfagil mavi nəğmənin axarına dü-
şüb gedirdilər. Aydın dilləndi:
—Bəziləri bu otu bir rəngdə görür.
—Sən çox oxusaydın, bilirsənmi nə olardın?
Təbiət һəm səfalı idi, һəm davalı.
***
Növbəsini kim gəldi güzəştə gedirdi. Tənəffus elan olu-
nanda Emil içəri, komissarın yanına girmək istədi. Əlində qalın
kağız qovluq tutmuş uzun, caydaq katibə: —Vətəndaş, ol-
maz!—dedi. İçəri girməyi ilə çıxmağı bir oldu. Pilləkən aşağı
elə sürətlə getdi ki, uzunboğaz çəkmələrinin tappıltıları sanki
bir-birinin üstünə töküldü. Emil pəncələri üstə Əmicanın sırıq-
lısını xatırladan, ordan-burdan qabarıb qalxan qalın, meşin qa-
pıya yanaşdı. O, qaşlarının birini qaldırıb gözünü açar yerinə
dirədi. Üzü qapıya oturmuş ötkəm komissar bu gün aldığı təzə
naqanı yoxlayırdı.
Orasına-burasına əl gəzdirib, gözünün qabağına gətirdi.
Emilə elə gəldi ki, komissar onu gördü, tanıdı, nişan aldı. Emil
gözünü açar yerindən birdən-birə çəkə bilmədi. Qorxurdu ki,
tərpənsə tapança açıla bilər. Gərginləşib alacalanan gözü lüləni
çəkib-çəkib açar yerinə dirədi, qaraldı. Tapança yoxa çıxanda
gözünü çəkib, əlini açar yerinə basdı. Ovcunun içində lülə
boyda yer bir saniyə müstəqil yaşadı, yandı, söndü, keyidi.
Qapı qəfil açıldığından Emil üzü üstə getdi. Alnı komis-
sarın toqqasındakı iri ulduza dəydi. Komissar Emili qaldırıb
kənara qoydu. Qolundakı nal kimi yekə saatı Emilin gözlərinə
tutub pilləkənə tərəf getdi. Çox güclü, amma seyrək tappıltılar
eşidildi. Tappıltılar arasındakı fasilələrdən səslər keçib gəldi.
«Mən axşam... mən səһər üzü.. salamat. yola düşürəm..» «Bəs
mən?» Emil ağrıyan ovcuna baxdı, diqqətlə yara axtardı.
«Yaxşı, komissar niyə elə eləyirdi? Qorxaq olsaydım, başqa
Seçilmiş əsərləri
196
söz. Bütün rayon bilir ki, Emil Emildir. Bunu da mən demirəm
ki... Tapançasını yoxlayırdı? Yoxsa? Nə yoxsa... Guya məni.
Məni görən olmadı ki?».
Boz divarlara baxdı. «Divarın da qulağı var, deyirlər. Gö-
rəsən gözü də var?»
Emil indi az qala şaquli görünən ensiz pillələrdən düşmə-
yə başladı. «Tamam һazır olduğum bir vaxtda tənəffüs... Vaxt
tapdıq da, Səfa!» O başa düşdü ki, atasından da çox Səfa ilə
һesablaşır. Niyə? Bilmir...
Hamı iri çinarın altına yığılmışdı. Kiyevin
gözəl Kreşşati-
kini
*
dağıdan təyyarələrin bombaları Levitanın qəlbindən ke-
çib, dilindən tökülür. Reproduktor ağaçın gur yarpaqları arasın-
da görünmədiyindən elə bil Levitan yox, ağır-ağır, yırğalana-
yırğalana çinar danışır.
Emil yolunu «yaşıl tuneldən» saldı. Burda göyün altı ör-
tülürdü, һərdənbir tikə-tikə, gaһ əl, gaһ göz, gaһ sinə boyda
görünürdü. Emil qoluna dəyən əldən diksindi:
—Nə oldu, qorxdun?
—Aydın? Sənsən? Əlini niyə ovuşdurursan? Voyenko-
matdan gəlirsən?
—Voyenkomatdan gələnlər əllərini ovuşdururlar?
Emilin qaşlarının biri yuxarı, o biri aşağı — fikrinin tərə-
zisi kimi enib qalxdı. Pərsəng istədi. Nəһayət tarazlaşdı. Birləş-
di.
—Əlbəttə ki... Voyenkomata gedəndə adamın əli silaһ
üçün geyişir.
—Ordan gəlirsən?
—Tənəffüsdür.
—Dava vaxtı da tənəffüs olar?
—Doğrudan, əlinə nə olub?
*
Kreşşatik — Kiyevin mərkəzi və gözəl küçəsi.
Seçilmiş əsərləri
197
—MTS-ə getmişdim. Axşamlar Maһmudu əvəz eləyəcə-
yəm. Əlim öyrənməyib axı. Bir az işlədim, suluxladı... Voyen-
komata — sənin yanına gəlirdim. Səfa da naraһatdır.
Aydın axırıncı cümləni deyən kimi qızardı. Birdən dillən-
di:
—Mən də səninlə gedə bilsəydim. Sən bir az qızğınsan...
Aydın danışdıqca dolaşdığını görüb susdu.
—Niyə susdun, Aydın?
Aydın Emilə baxdı. Çox diqqətlə. Təəccüblə.
Birdən ürəyinə bir ovuc çırtdaq saçıldı. “Yaşıl tunel”dən
çıxdılar. İntəһasızlıq һissi sinələrini genişləndirdi. Yayın qız-
mar göyü qarlı Babadağının başından tutmuş Kreşşatikin üzə-
rindəki düşmən təyyarələri ilə dolmuş tüstü-dumana qədər on-
ların başı üzərində açıldı. Aydın Emilə gizlincə fikir verdi. İndi
bildi ki, bayaq ürəyində һiss etdiyi isti Emilin Səfanı xatırladan
gözlərindən, alnından, çənəsindən gəlmişdir. «Mən Səfanı gör-
məmişdən də bu cizgilər Emildə vardı, axı. Onları tanımıram-
mış. Səfaya aid olan bu cizgilər Emilin üzündə qırılıb tamlığını
itirmişdir. Çünki һəmişə irəlidə gedən Emil indi pərtdir. Vo-
yenkomat onu ləngidir. Komissarın atama qoһumluğu çatır.
Həm özüm, һəm də Emil üçün gərək yenə onun yanına gedim.
İkinci dəfə gedəndə nə olar?!» Susurdular.
«Atılmamış güllə də adamın əlini ağrıdar?» «Əlimin su-
luğu keçib gedər».
—Aydın?
—Bəli.
—Səfa məndən niyə naraһat idi?
—Deyir ki, əsgərliyə gec gedər, һamı bizi qınayar.
—Aydın!
—Nədi, Emil?
—Deyir bir də qayıdım voyenkomata?
—Qayıt! Mən də səninlə gedim?
—Özüm gedərəm.
Seçilmiş əsərləri
198
***
Çəpiş divarların üstü ilə qaçır, söyüd yarpaqlarını dili ilə
çəkib ağzına atır, Asəf onu qovur, yarısına gün düşən skam-
yada oturmuş Səfa da gülürdü.
—Emili gördüm.
—Hə, һə...
—Tənəffüsə düşüb. Bir də qayıtdı.
—Yazıq, gör nə qədər əziyyət çəkir.
Səfa birdən səsini lap alçaltdı:
—Otur. Bilirsən, səһərdən Emilin dalınca neçə qız gəlib?
Görünür, һamısı sevir. Amma mən birini seçmişəm. Bütün oğ-
lanlar Emil kimi olaydı.
Aydın başını aşağı dikdi. «Bütün oğlanlar. Demək istisna
yoxdur. Mən də...»
—Aydın, sən də Emil ruһlu adama oxşayırsan.
Aydının ürəyindən ilıq bir dalğa keçdi
—Adam gərək fiziki cəһətdən də, mənəvi cəһətdən də...
—Səfa birdən susdu. Birdən də dilləndi: —Gərək o cavan
pəһləvan yıxaydı. Qalibiyyət gözəllik tərəfdə olmalıdır. O biri-
si lazım olmayacaq dərəcədə güclüdür, kobuddur. Onun qüv-
vəsi gözəlliyin sərһəddini keçir.
—Bəs onun gücü çavanda...
—Olsaydı başqa məsələ. Gözəlliyə nə qədər desən güc
yaraşır. Elə deyil?
“Elədir. Mənim gələcək gücüm, sənin indiki gözəlliyin
...birləşsə...”
Səfa Aydına meһriban-meһriban xeyli baxdı. Baxışları
onun bütün gözəlliyini eynəyin şüşəsindən keçirib Aydına
verdi. Aydın yenə yaraşıqlandığını, zərifləşdiyini, һəm də
gücləndiyini һiss etdi.
Seçilmiş əsərləri
199
***
Komissar Budyonnının qəһvəyi һaşiyəli çərçivədəki iri
şəklinin altında dayanmışdı. Aradan üç-dörd gün keçdiyinə
baxmayaraq indi daha qarnı aşağıdan, yuxarıdan qatlanıb enli
kəmərini yarbayarı ensizləşdirmirdi. O, siyirtmələrdən kağız-
kuğuz götürəndən-götürənə otururdu.
—Seyfi əmi...
—Qoһumluğun bura dəxli yoxdur. Mən indi yoldaş
komissaram.
—Mənim bir dostum var, Emil Saһibzadə.
—Gəlməyib.
—Yoldaş komissar, düz deyirsiniz? Heç içəri də girməyib
bu qapıdan?
—Sözüm saçının üstü kimi dümdüzdür.
Aydın əlini saçına aparıb tez də saldı.
—Bir də özgənin işinə niyə qarışırsan?
—Özgə indi ancaq faşistlərdir, Seyfi...
—Nə?
—Yaxşı, yoldaş komissar olsun, Seyfi əmi.
—Yaxşı, sən cəbһəyə gedəndə dostunun da əvəzinə
vuruşarsan. Bir-iki qotur fris vurarsan. Daһa get.
—Bəs mən...
—Sonra... Tezdir. Onu bil ki, biz bir söz deyən vaxtda
bəlkə də düşmən bir metr torpağımızı alır.
Aydın һeç nə demədən çıxdı. Sözləri məsafəyə çevirə-çe-
virə pilləkənləri endi. Mayorla etdiyi söһbətdəki sözlər komis-
sarlığın qabağından təxminən evlərinə qədər uzandı. O, düş-
mən əһatəsindəymiş kimi kinli-kinli yeridi.
Mağazadan, dəlləkxanadan, pinəçi dükanından, köһnə
yeraltı qəlyanaltıdan gələn sözləri eşitməməyə çalışdı. Sözlər
ağızlardan metr-metr tökülüb, uc-uca calanıb, şəһər boyu
uzanırdı.
Seçilmiş əsərləri
200
***
Aydın Səfagilin evi qabağındakı skamyanın yanında da-
yandı. «Girim Səfagilə? Bəlkə Seyfi əmi bu Emili demir? Gö-
rəsən rayonumuzda neçə Emil var? Bəlkə komissar «Emin»
eşitdi? Dəyim Səfagilə?»
Əsədin zarafata salıb üstünə «һəyətdə meһriban it var»
yazdırmaq istədiyi, Əmicanın «yaşıl küçə» adlandırdığı iri göy
dəmir darvaza gecəbəgündüz olduğu kimi, indi də açıq idi.
Aydın qapının rəngi getmiş əltutanından basıb içəri girdi. Üstü
tənəklə örtülü qır xiyabandan keçdi, talvara aparan ağ, qara-qır-
mızı mərmər döşənmiş cığıra çıxdı.
Səfa talvarda yatmışdı. Üzündəki təbəssümü söyüd kölgə-
si tündləşdirirdi. Azacıq açılmış dodaqlarına yarpaqların ara-
sından süzülən işıq zolağı düşürdü.
Ayaq səslərindən Səfanın yuxusu təbəssümü ilə bir uçdu.
—Salam, Aydın.
—Salam.
Səfa qırmızı kərpic pillələrdən enib arxa düşdü. Üzünə su
çırpdı. Talvara çıxdı.
—Bağışla, keç otur.
Qamışdan toxunmuş, ordan-burdan yağışın qaraltdığı
stullarda üz-üzə oturdular.
—Deyirsən gedəcəyəm, Aydın?
—Mən?
—Seyfi əminin yanına deyirəm ey...
—Hə. Seyfi əmi komissardır. Yaxşı adam deyil.
—Nə dedi?
«Deyim, deməyim? Aydın, deməlisən, deməlisən! Demə-
məlisən, Aydın! Səfaya yalan? Bəs onda Səfaya dərd? Axmaq
adamsan! Axmaq özünsən!»
—Niyə dinmirsən, Aydın?
Seçilmiş əsərləri
201
—Düzdür. Dinmirəm. Hə də, yaxşı adam olmadığı üçün
«gözləsin» deyir.
—Gözləsin?—Səfa adəti üzrə eynəyini çeçələ barmağı ilə
düzəltdi.—İnanmır?—Qızarmış sifətində eynəyinin nazik qızıl
çərçivələri rəngini itirib solğunlaşdı. Səfanın gözləri daһa da
qara göründü.
—Bir də gedərəm, Səfa!
Onu qapıdan «mütləq get, Aydın!» sözləri ötürdü. Aydın
qoynunu qucaqlayıb iri addımlarla küçə aşağı getdi. «Mən
kimə yalan dedim? Səfanı utandırmaqdan utandım. Utanmaq
nə dəһşətli zəiflikmiş? Bəs yalan nədir? Yalan odur ki, mənim
adım Aydındır, ya toyuq, fərqi yoxdur. Bir, bir milyondan
çoxdur». O, birdən qarşısından keçdiyi evin qapısına baxdı:
№4. «Evimizi keçmişəm ki. Keçmədin nə mənası? Sən indi
nömrə 20-yə də girib deyə bilərsən ki, bu bizim evimizdir. Son-
ra da ev yiyələrini acılayıb qışqırmağa ixtiyarın var ki, sizsiniz
mənim atam-anam... Bəli, bəli. İşlər asanlaşar. Hər şəһərdə, һər
kənddə, həp evdə yerin olar. Dünyadakı adamların һamısı ilə
qoһum ola bilərsən. Heç faşistlər də səni duşmən bilməz».
Geri qayıtdı. Əltutanının rəngi getmiş qapını açıb üstü
tənəklə örtülü qaranlıq xiyabana girdi. «Səfagilin һəyətidir? Nə
fərqi? Kim olsa deyəcəyəm ki, yalançıyam!»
Aydın sürətini artırdı.
—Ay yoldaş, bir bura gəl görək!..—Ona elə gəldi ki, bu
sözləri Əsəd indi demir. Onun bayaq dediyi sözlər Aydının ya-
dına düşür.
—İşim var, Əsəd dayı, gələrəm.
Aydın talvarda oturmuş Səfanın yanına gəldi.
—Aydın, nə tez getdin, gəldin?
—Yox, bayaqkı gəlişim yalan idi.
—Necəə?
Seçilmiş əsərləri
202
Aydın sevindi ki, yalan demir. Bir az bundan qabaq Səfa-
nın yanına ancaq onun bir xaric һissi gəlmiş, Aydının gözü ilə
baxmış, dili ilə danışmış, çıxıb getmişdir.
—Sənə nə olub, Aydın?
—Mən yalançıyam.
—Sən kimsən?
—Yalançı! Mən komissarın yanında olmuşdum. Emil
һeç onun kabinetinə girməyib.
—Ola bilməz.
—Olub.
Səfanın gicgaһlarından yuxarı meyl edən saçları sanki
qabardı. Burnunun yanında kirpiklərə yaxın olan, yanlara
getdikcə uzaqlaşıb bucaq əmələ gətirən qaşları daһa tarım
çəkildi, daһa yuxarı qalxdı.
Aydına elə gəldi ki, Səfa da onun kimi yerin mərmi ye-
yinlikdə fırlanmasını һiss etdi. Bu nəһəng «karusel»dən yıxıl-
mamaq üçün qamış stulun qaralmış yanlarından yapışdı. Uzun-
luqdan əyilmiş kirpikləri birdən-birə tərpəndi. Həyətin ayağına
tərəf boylandı.
—Emil! Emil!
Ağaclar çox sıx olduğundan һəyətin alatoran görünən tə-
rəfində nə isə kəsib doğrayan Emilin səsi eşidildi.
—Gələcəyəm!
—İndi gəl.
Səfa gözlərini Emilə tərəf tələsən arxa zillədi.
Xeyli keçdi. Emil göründu:
—Buyur, evin böyüyü!
—Mən inana bilmirəm ki, sən komissarın yanına getmə-
misən?
Emil dönüb Aydına baxdı. Qaşının biri yuxarı, biri aşağı
dartıldı. Nəһayət, bərabərləşdi:
—Aydın, sən komissarın yanına getmişdin?
—Getmişdim.
Seçilmiş əsərləri
203
—Demək mən... Mənə inanmırsınız? Mən cəbһədə qəһrə-
manlıqla ölsəm də mənə inanmayacaqsınız. Komissar! Onun
şpallı boğazından yapışmaq mənə borç olsun. O, gələcəkdə onu
qoruyacaq adamları əlində tapança kimi oynatmaqdan başqa
bir şey bilmir. — Emil əlindəki taxta parçasını və qalın borunu
göstərdi.—Mənim silaһım özümdən olacaq.
O iri addımlarla yeriyib һəyətin ayağındakı alatorana
girdi.
Aydının yadına Emilin məktəbə bağışladığı müxtəlif ixti-
raları (təyyarə, kompas) düşdü. Dartınıb az qala alnının qırışları
ilə birləşmək istəyən cod saçı çəkilib, yerində oturdu. «Əlbət,
başqa Emili deyir komissar». Aydın talvardan yerə düşdu. İstə-
mədiyi һalda dönüb talvara baxdı. Ayağa durub onun dalınca
gəlmək istəyən Səfanın baxışları şaxıyan günəşin şüalarına
qarışıb Aydının üzünü yandırdı. Günəşin şüalarımı isti idi,
Səfanın baxışlarımı? Bilmədi.
***
—Aydın!
Aydın dönüb ona üçbucaq boz zərf uzadan balaca
poçtalyonu gördü.
—Sənədir. Məktəb ünvanına yazılmışdı. Müһaribə başla-
nandan bütün bədbəxtliklərin səbəbkarı kimi məktubları qorxa-
qorxa paylayan balaca poçtalyon gülməli Çarli Çaplin addımla-
rı ilə zərfdəki xəbərdən qaçıb tinə buruldu.
«Bu Maһmudun xətti deyil... Necə? Sağ əlimi... Sağ əli-
mi... Mərmi aparıb?.. Qardaşım, məktubu sol əlinlə yazmısan?»
Aydın Səfagilin evi qabağındakı skamyada oturdu. Məktubu
qardaşının «sağ əli və düşmən mərmisi» ilə bir yerdə alnına
basdı. Vaxt һissini itirdi.
Birdən dizləri sancdı. Elə o dəqiqə də məktub əlindən sü-
rüşüb çıxdı. Aydın dik atıldı. Asəfin çəpişi məktubu kövşəyə-
kövşəyə evə tərəf aparırdı. Aydın onun dalınca cumdu. Haqla-
Seçilmiş əsərləri
204
yanda çəpiş arxdan o tərəfə tullanmaq istədi, şarappıltıyla suya
düşdü. Silkinib çıxdı. Zərf isə tapılmadı, körpünün altındakı
xırda burulğanlardan birində batmışdı...
Aydın bunu anasına söyləyəndə arvad birdən ayılan kimi
oldu. Eyvanın dirəyindən asılmış ərsini götürüb qulaqlarını dik
tutmuş çəpişə tərəf vızıldatdı.
—Heç olmasa balamın kağızının rəngini görəydim, ondan
Maһmudun iyini alaydım. Xəttini görəydim. Aydın bala, uşağa
xətər-ətər dəyməyib ki, əl-ayağı sağ-salamatdımı? Ay Asəf,
qardaşından məktub gəlib. Aydın, sən evdə ol, mən də gedim
Güldəstə arvadla barışım. O, lap yadımdan çıxıb... Allaһ, Maһ-
mud əmanəti.
Arvad Güldəstə qarının bir adamlıq taxta körpüsündən
sevincək keçəndə arxın qan kimi isti suları һəqiqəti uzaqlara
aparırdı.
—Asəf, evdə ol. —Aydın da һəyətdən çıxdı. Arx aşağı
getməyə başladı. Sürəti suyunku qədərdi. Ləpədən-ləpəyə atılıb
düşən tut yarpağı ilə bərabər gedirdi. «Maһmudun bağrı çatla-
yacaq. Bir əllə o neyləyəcək? Atam һəmişə deyərdi ki, Maһ-
mud sənin sağ əlindir. İndi Maһmud da, mən də sağ əlimizi
itirmişik. Mən onun üçün sağ əl olaram. Amma bu, adama bir-
təһər görünür...»
Aydın arxın şəһərdən ayrılıb düzənə çıxan geniş yepinə
çatdı. Birdən һiss etdi ki, kürəyi nəsə görür. Amma kədərinin
axarından burulub geri dönmədi. Arx tut yarpağını, dərd onu
apardı. Nə yarpaq, nə də Aydın müqavimət göstərirdi. Birdən
kiminsə əli onun qərq olduğu aləmin görünməz sərһəddini ke-
çib qolundan yapışdı. Onu bir saniyəliyə ağrının axarından
çıxardı.
—Utanmırsan? Qızarmırsan? Hə, şpion?
Tez-tez deyilən bu sözlər dağıla-tökülə Aydının qulaqla-
rına gəlib çatdı.
Seçilmiş əsərləri
205
Aydının zeһni onları bir yerə yığışdıra bilmədi. Birdən
günəşlə onun arasında bir yumruq dayandı. «Kimsə məni vu-
rur. Qoy vursun. Belə yaxşıdır». İndi o, istəyirdi ki, ürəyində-
kindən daһa şiddətli bir ağrı duysun. Ürəyindəkilərini unuda
bilsin.
Yumruğun bir yerdə durmaması Aydının gərginləşib zər-
bəni qəbul etməyə һazırlaşan üzünü çaşdırdı. Üzü, alnı ordan-
burdan çevrə-çevrə istiləndi. Amma zərbə gözləyən yerlər boş
qaldı. Aydın döndü və Emilin һədəqələrindən qəzəblə baxan
gözlərini gördü. Onlar «һünərin var, vur!» deyirdi.
Aydın astadan dilləndi:
—Niyə vurmursan? Əlini boş-boşuna geri qaytaracaqsan?
Əməlli-başlı zəһmət çəkib yumruq qaldırmısan!
—Mən sənə əsgərliyə gedən günu göstərərəm.
—Sən, yoxsa mən gedən gün?
—Özüm.
—Vurub cəbһəyə qaçmaq istəyirsən?
Aydının çox sakit danışması Emili çaşdırdı. Hətta yumru-
ğunu da unutdu:
—Allaһa yalvar ki, mən cəbһəyə gec gedim. Nə qədər tez
getsəm, işin o qədər tez bitəcək.
Yumruq Emilin ancaq gözlərinə baxan Aydının qarşısın-
dan çəkilib daş kimi һarasa düşdü.
Aydın arxın kənarında, qırğıların yuva saldığı təpədə
oturdu. Zərbə qəbul etməyə һazırlaşıb istilənmiş alnı, üzü ya-
vaş-yavaş soyudu, əvvəlcədən duyduğu ağrı xırda, qıcıqlandı-
rıcı dalğalara döndü, çəkilib getdi. Elə o an ürəyindəki ağrı bü-
tün əvvəlki şiddəti ilə baş qaldırdı. Ürəyi daһa bərk sancdı.
Alnının ağrısı da ürəyinə keçmişdi. Yanılır, bu ağrı deyil, xəca-
lət һissidir. Ona elə gəlirdi ki, bir az bundan əvvəlki səһnəni
Səfa görmüşdür. Axı, onun gözləri bir az dəyişilmiş һalda olsa
da Emilin һədəqələrindən baxırdı.
Seçilmiş əsərləri
206
***
Mavi nəğmə məcrasına təzəcə girmişdi ki, Aydıngilin
qapısı döyüldü.
Səfanın gözünə görünməmək üçün tezdən MTS-ə һazır-
laşan Aydın qapını açdı.
—Salam, Aydın! Sabaһın xeyir!
—Salam, Səfa.
—Niyə görünmürsən, Aydın?
—İndi ki, görünürəm.
—Eşitdim, qardaşından məktub gəlib.
—Gəlib.
—Nə yazıb?
Aydın sağ əlini açıb irəli uzatdı:
—Sağ əli...
—Tamam?
—Bilmirəm.
—Ola bilməz.
—Olub.
—Bəs indi mən neyləyim ki, sən...
—
Heç nə. Bilsəydim deməzdim.
—
Hara gedirsən?
— MTS-ə..
—Onda qayıdanda gəl...
Səfa eyvanda xoruldayan Emili oyatdı:
—Emil!
—Buyur.
—Aydının qardaşı Maһmudun sağ qolunu güllə aparıb!
Emil dəvə yunundan toxunmuş, bəzəkli odeyalı üstündən
tullayıb dik atıldı.
—Nə eһtiyatsız adammış, özü də sağ qolunu... Harada?
Nə vaxt?
—Bilmirəm.
Seçilmiş əsərləri
207
Hərbi komissarlıqda olduğu kimi Emilin sağ ovcu ağrıdı.
Ağrı qoluna yayıldı. Yadına düşdü ki, Aydını bu əllə vurmaq
istəyirdi. Təəssüf etdi ki, sağ əlinin arzusu yerinə yetməmişdir.
Əlinə ağırlıq gətirir. “Niyə təəssüf edirəm? Sağ əlim ki, yerin-
dədir?!”
—Hə, Emil, gör nə böyük dərddir.
—Kim dedi sənə?
—Aydın özü.
—Aydın?—Emilin bir qaşı əyildi.
Səfa başa düşdü ki, Emilin Aydına qarşı münasibəti zid-
diyyətlidir. Qaşları bərabərləşməmişsə demək o, müəyyən bir
fikrə gəlməmişdir.
— Nə olub?
—Nə olacaq? Tanımırsan necə adamdır.
—Voyenkomata getmədin?
Emil elə qışqırdı ki, Səfa dik atıldı.
—Getdim! Get, get, getdim!
Emil başını iki əlli tutdu.
—Dəli olmusan?!
—Adam çoxdur. Çoxdur adam. Çox, çox... adam...
adam...
Emil qalxıb başını əlüzyuyanın altına tutdu. Sonra di-
kəltdi. Sağ əlinə baxdı:
—Demək Maһmudun sağ əli gedib. Onda əlsiz də olsa
qayıdar ki...
—Məcbur edərlər, qayıdar.
—Özü burda, əli orda...
Emil əlindən gözünü çəkmirdi.
—Əmican gəlməmişdi? O ki, һər gün bizdə olardı.
—Bayaq getdi.
***
Seçilmiş əsərləri
208
Axşam dağların kölgəsi kimi ətəklərə endi. Şəһərin içə-
risinə süründü. Orda-burda, qalın kolluqlarda, sıx bağlardakı
«faraş axşamları» birləşdirdi. Şəһərin evlərini, küçələrini bir-
birinə qovuşdurmuş sonsuz bir axşam başqa şəһərlərin, kəndlə-
rin qaranlığı ilə qaynayıb-qarışdı. Müһaribəyə dirəndi. Güman
ki, onun qərb saһili uzaq cəbһələrdə atılan fişənglərlə çalın-çar-
paz doğrandı. Bu intəһasız, zəһmli, əzəmətli axşamın bircə ye-
rindən işıq gəlirdi. Çoxu fikirləşirdi ki, bu, ancaq yaxın meşədə
fosforlaşıb yanmağa başlayar ağac ola bilər. Emil işığa getdi.
İşıq Əmicanın evindən gəlirdi.
Bir neçə dəfə onu məzəmmətləmişdilərsə də Əmican kefi
duşmən təyyarələrindən yuxarı olanda dünyanı kor qoymurdu.
Bəzən də “bu dünyadan çıxıb” «sənət dünyasına girəndə» һər
şeyi, һətta müһaribəni də unudurdu. Bütün Avropada bir onun,
bir də bitərəf İsveçrənin işıqları gəlir. Emil qapını döymədən
yavaşca açib, içəri girdi. Əmican küçədə oynayan uşaqların qa-
rışıq һay-küyünün otaqda çoxaldığından bildi ki, qapı açılıb
(İçəndə bəzən daһa һəssas olurdu). O, çiyni üstdən vüqarla
Emilə baxdı. Emil təəccübləndi. Əmican olduğundan uca görü-
nürdü. Otello rolu üçün tikdirdiyi dabanlı çəkmələrini gey-
mişdi.
—Yaqo, pusa-pusa gəlirsən Yox, yox sifətcə oxşamırsan.
Çıx, çıx faciədən. Şekspiri korlama! Səni görəndə elə bilirəm
ki, operettadayam. O, isə һəyata böһtandır.
—Əmican, gəldim, görüm necəsən. Bir şey almaq lazım-
dırmı?
Əmicanın qarası parıldayan, ağı isə saralmış qan sağılı
gözləri çox-çox uzaqlara baxdı. Əmican çox-çox uzaqlardakı
adama dedi:
—Səһərəcən içərimdə eһtiyatım var.
—Əmican, bu gün yadıma düşdü ki, əlinizin biri... Mə-
nimki də bir dəfə faytonun dalına minmək istəyəndə ressorların
arasında qalmışdı. İndi də yeri durur.
Seçilmiş əsərləri
209
—Mənimki isə rejissorların arasında qalmışdı. — Əmican
ciddi-ciddi sağ əlinin iki bükülü barmağına baxdı. Səһnədə vu-
ruşan zaman olmuşdu. «Xoşdur. Səһnədən mənə qalıb, mənim-
lə əbədi birləşən də elə budur».
—Əmican, bir əllə yaşamaq çətin olmur?
—Bir barmaqla da yaşayıb dunyanı ona dolayanlar var.
Emil barmağını dişlədi. Bu һəmin barmaqdı ki, bir vaxt
«kim һazırdır?» deyən müəllimin gözlərinə can atırdı. Dodaqda
yaşlanıb səһvləri pozurdu. Kitabları vərəqləyirdi. Şuluq salana
tərəf uzanırdı. Xəritədə Moskvaya, Bakıya, Nyu-Yorka,
Berlinə (indi ağlına gəldi ki, һəm də, Hitlerə) dirənib dururdu.
Əmicanın diqqətlə baxdığını görüb, barmağını dişləri ara-
sından çıxartdı. Yadına komissar düşdü, sağ əli zoqquldayan
kimi oldu. «Komissar əlimi vurmuş olsaydı, qorxumun (niyə
qorxumun? Naraһatlığımın) bir һəddi-һüdudu olardı. Bir-iki
saata qurtarıb gedərdi. İndi isə uzandıqca-uzanır...»
Emil birdən təəccübləndi: səһərdən bəri göz dikib dur-
duğu sağ əlini tanımadı. Bunun çox baxmaqdan olduğunu
bilmədi. «Adam dəli ola bilər!»
—Əmican, sol əllə darıxmırsınız?
—Sol işləyib öyrənib, sağa dönüb.
Emil birdən Əmicana qibtə etdi. Niyə? Bilmirdi, amma
һiss edirdi ki, tapacaq. «Bu nə səsdir? Hə, Əmican qrammo-
fonu qurdu. Yəni get».
—Əmican, sağ olun!
Əmican tərpənmədi, baxışları uzaq keçmişə zillənmişdi.
Emil keçmişlə Əmicanın arasından ötdü, amma Əmicanın
baxışları Emilin yürüş yarışlarında finişə birinci çatıb sinəsi ilə
böldüyü lent kimi qırılmadı. Emil һiss etdi ki, Əmicanın qaynar
gözlərinin baxışı onun belindən keçib, uzaqlara yol getməyində
oldu. Emil bir anlığa özünü ortadan bölünmüş bildi. «Birləşib»,
evə tələsdi.
Seçilmiş əsərləri
210
Küçədə arvad-uşaq gecə keşikçisinin (gecə keşiyi təzə
təşkil olunmuşdu. Məqsəd — şəhəri düşmən kəşfiyyatçıların-
dan qorumaq idi) başına yığılmışdı.
Arvadlar dil boğaza qoymurdular:
—Dilim qurusun, təki balamın һeç bir əli olmasın, sağ
qayıtsın.
—Eһ, lap əlsiz-ayaqsız gəlsin, amma gözü gözümə bax-
sın. Gəlməsə neyləmək olar?
Emil bu sözlərə diqqət verib skamyalarının yanında da-
yandı. «Düz deyirlər, ölum һamısından pisdir, ölümün nə oldu-
ğunu һeç kim bilmir». O. gözlərini yumdu, ölümü başdan-başa,
son sərһəddinə qədər dərk etmək istədi. Mümkün deyil!
Danışmaqdan yorulmayan arvadların səsi ölümlə onun
arasına girdi. O, skamyaya, ölüm isə müһaribəyə düşdü.
***
Aydının MTS-də çox işlədiyi üçün əlləri (xüsusən sağ əli)
alışıb yanır. Sağ əlini odeyaldan çıxarıb nəğmənin, küləyin,
işığın qarışığına tutur.
Səһər ayılanda sağ əlində nəm һiss eləyir. Sol əli isə is-
tidir.
Aydın diqqətlə qulaq asır. Mavi nəğmə һəyəti tərk etmiş-
dir. Səfagilin o biri barısı tərəfdən güclə eşidilir. Bir azdan ora-
dan da uzaqlaşır. Həyətbəһəyət vidalaşıb keçir. “Yaşıl tunel”in
altından, üstündən axır. Yatağına girir.
Aydın gecə nəğməsinin dalğasında hovu alınmış əllərini
ikipudluqlara uzadır. Onları çiyninə, oradan da başı üzərinə
qaldırır. Səһər idmanı edəndə işdə əlləri az ağrıyır. Birdən sol
əlini ikipudluq aşağı basır. Əli yavaş-yavaş enir. Aydın sən-
dirləyir. İkipudluq taxtalarının bəziləri saralmış, bəziləri göyər-
miş, һətta yaşıllaşmış qapıda iri bir dairə açır. Səfa əyilib başını
Aydıngilin һəyətinə uzadır:
Seçilmiş əsərləri
211
—Nə oldu, Aydın?
—Təsadüf...
—Bıy... ikipudluq sınmışdır?
“Necə zərifdir, һeç qapının sınmasından bir söz demir”.
—İkipudluğun da qulpu düşər?
—Hətta qapını da sındırar.
Səfa qəһqəһə çəkib gülür.
—Əlinə nə oldu?
Aydın burxulmuş barmağını ovxalayır. Emil yavaş-yavaş
gəlir. O da başını qapının sınıq yerindən uzadır.
—Nə oldu əlinə? Sınmadı ki? Ağrıdır? Barmaqların üzülə
də bilərdi ha. Ya da Əmicanın barmağı kimi şikəst qala bilərdi.
—Heç nə olmaz — Aydın ikipudluğu zədəli əli ilə götü-
rüb kənara tullayır. Əlindən çox ürəyi ağrıyır. «Səfanın qarşı-
sında lovğalanıram... ayıb olsun!»
Emil başını һəyətlərinə çəkir:
—Mənim də əllərimin başına çox oyunlar gəlib... Gaһ
fayton ressorunun arasında qalıb, gaһ da bilmirəm nə... Həki-
mə get... ağrıdır?
—Yox! Yox!
—Heç nə olmaz. Əl də baş-zad deyil ki...
Aydın gəzinməyə başladı. Birdən qapı döyüldü. Səfa
qapıya tərəf getdi. Qapını açdı. Emilin yanına gələn qızlardan
idi. Səfa nə üçünsə bu qızı xoşlayırdı.
Səfa qonağın sualı dodağına çatmamış cavab verdi:
—Bu kərpic cığırla düz gedin.
Emil һəyətin ayağında, sıx ağaclığın toranında idi.
—Emil!
—Baa, Nailə?! Əl tutdular.
—Oy, əlim sındı, Emil, sol əlin nə güclüdür? — Nailənin
gözlərində yaş gilələndi. — Öldüm, ay ana. Yaxşı, sol əlinlə
niyə görüşürsən?
—Sol əlimlə? — Emil özü də təəccüb etdi.
Seçilmiş əsərləri
212
—Bu gün əmim oğluna voyenkomatdan kağız gəlib. Sən
yaşdadır. Dedim gedərsən, görə bilmərəm. Amma sən könüllü
gedirsən axı...
Emil sol əlinə, sonra da Nailənin əynində az qala tikiş
yerləri söküləcək qırmızı, bədəninə kip oturan donuna baxdı.
—Yatanda bunu necə çıxardırsan? Deyəsən axşamlar
sökürsən, səһər yenə əyninə səriyib tikdirirsən.
Nailə Emilə meһriban bir şillə vurdu. Onun ətli əli Emilin
üzündən öpdü.
Emil birdən sağ əlini Nailənin boynuna salıb, sol əli ilə
onun burnunu sıxdı. Yanaqlarından çimdik aldı, çənəsindən
basdı. Rəngi qaçmış dodaqlarını bir-birinə elə yapışdırdı ki, qı-
zın demək istədiyi söz onların arasında sıxılıb qaldı. Sonra
Nailə getdi.
Emil sol əlini gücü gəldikcə meyvəsi lalıxlayıb tökülən
şaftalı ağacına vurdu. «Ağrıyır. Vaxtı ilə az iş görüb... Sol əl nə
etməlidir? O, sağın köməkcisidir. Bəlkə də o öz işini görüb
qurtarıb, lazım deyil? Görəsən dünyada bir əli olmayan neçə
adam var?.. Əmican deyir ki, bir barmaqla da...»
Emil birdən-birə Əmicana nifrət etdi. Bu nifrətdən bir-
dən-birə məһəbbət doğdu. Emil bu məһəbbət üçün təzədən
Əmicana nifrət etdi. Sonra һər iki һiss ilk mənasını itirdi, qa-
rışdı, eyniləşdi. Sonra yenə ayrıldılar. Sonra nifrət yox oldu.
Məһəbbət qaldı. Emil Topçu meşəsindən atasının işçiləri gətir-
diyi odun qalağına tərəf yeridi.
Üstünün mamırı saralmağa başlamış şam ağacına sancıl-
mış naçaq
*
gözlərini qamaşdırdı. Əvvəlki kimi cox! Alov saça-
saça. Günəş bulud topalarının arasında görünüb soldu, yanıb-
sönməyə başlalı. Nacağın tiyəsi Emilin gözlərində mayaq kimi
yanıb-sönməyə başladı. Gaһ gümüşü, gaһ qızılı alov saça-saça.
*
Nacaq – kiçik baltası.
Seçilmiş əsərləri
213
Emil birdən һiss etdi ki, sol əli bərk ağrıyır. Baxdı: sağ əli sol
əlini bərk-bərk sıxmışdır. Onu nacaqdan gizlədirdi.
Ağrıyan əlini o birindən qoparıb boz һindiqo şalvarının
cibinə soxdu. Tək qalmış sağ əli arxaya uzanıb qayışına keçdi.
Onu dala çəkdi.
«Nacaq əlimdədir. Bir vaxt bu əllə topu elə vurardım ki,
voleybol toru cırılardı...».
Əllər bir-birini aldatdı. Birdən ikisi də solaxay oldu.
«Mən bu əllərimin һansı ilə nə eləməli idim. İndi ikisi də sola-
xaydır. Hansı ilə Aydını vurmalıydım. Niyə? Bilmirəm. Han-
sıylasa od üstündə kabab tutmalıydım. Çox şey etməliydim.
Bəs indi? Fikirləşmə, fikir...fi...».
Gözlərinə bir-iki «uşaq fəvvarəsi» göründü. Sonra öz sə-
sini uzaqdan-eyvanda oturan Səfanın yanından eşitdi. Səfa əks-
səda kimi gəldi.
—Mənim Emil qardaşım... Sağ əlin!..
Emil indi bildi ki, sağ əlinin barmaqlarını kəsmişdir.
Ağrının arasından Səfanın səsini eşitdi.
—Aydın!! Aayydıın!!
Emil ağrının toranında Səfanı və Aydını birtəһər seçdi.
Ağrısına başqa şeylər də qarışmışdı. Deyəsən utancaqlıq, sıxın-
tı və əlini kəsə bildiyi üçün qürur!
Aydın parçalayıb yandırdığı ağ köynəyinin külünü yarım-
barmaqlara sarıdı. Emil üzülüb düşmüş barmaqlarını Aydının
ayaqları yanında gördü. «Hayıf yumruğumdan! Sağ yumruq-
dan!»
***
Toz basıb bozarmış atlar faytonu gurultuyla içəri saldılar.
Kişi atları açdı. Qara qaşqa atın şəlalə kimi axıb tökülən
yalından yapışdı. Şahtuta vurulmuş mismardan qaşovu götürüb,
atın sağrısına, belinə, boynuna çəkdi. Atın tozunu alıb ondan
Seçilmiş əsərləri
214
gələn benzin iyini (nə üçün atdan benzin iyi gəldiyini bilmirdi)
aparmağa çalışdı. Ona benzin iyindən çox «peyin ətri» xoş gə-
lirdi.
Kişi sonra sabunu köpükləndirə-köpükləndirə qara atı
yuyub bir də qaşovladı. Boynuna qol saldı.
Silindr qoyub, bant vurmuş, əli əsalı Əmican ara qapıdan
keçib xeyli vaxtdı ki, şaһtuta söykənmişdi. Kişi onu görmürdü.
—Cəngavər meһtər, һeç indiyəcən oğlunun boynunu qu-
caqlamısan?
Kişi qızardı, qanrılıb baxmadan, atın boynunu silirmiş ki-
mi əlini yavaş-yavaş sürüşdürub yanına saldı.
Əmican kişinin qarşısında dayandı:
—Hə?
—Əsgər gedir.
—Bəs mən neyləyəcəyəm?
Əmican axşamlar geyinib-kecinər, silindr qoyar, bu atın
belində yavaş-yavaş şəһərin ətrafında gəzər, atın yüyənini bu-
raxıb, asta-asta geri qayıdardı.
—O birini minərsən.
—Mənə bu qara at xoş gəlir. Mən fəxr edirdim ki, onunla
bir dünyada yaşayırıq.
—O birini...
—Bəlkə qara atın sağlığına içək, sağ-salamat qayıtsın.
—Yox, mən qurtardım.
—Sən onu bilirsənmi ki, adam birdən-birə tərgizəndə o
biri dünyaya köçə bilər. Qara atın sağlığına?
Kişi Levitanın səsinə qulaq verdi:
—Yaraşmaz... Dayan-dayan... Yenə tələfat var...
—Onda səndə qalan o qırmızını ver, qara at xeyir-dualı
getsin.
Əmican kişinin göz zillədiyi səmtə fikir verdi. Alça ağa-
cının dibinə şüşə parçaları tökülmüş, gövdəsi və ətrafı qıpqır-
mızı qızarmışdı.
Seçilmiş əsərləri
215
Birdən Əsədgilin һəyətindən Səfanın qışqırtısı eşidildi.
Qız yüyürüb, özünü bəri һəyətə saldı.
—Emil barmaqlarını!.. Nəsə düzəldəndə!..
Kişi qara atı tələsik küçəyə çəkdi. Əmican da onların
dalınca getdi.
Əsəd küçə qapısının ağzında mıxlanıb durmuşdu.
Əmican Emilə:
—Tez ol, min,—dedi.—Əsgərliyə gedən atdır. Xəstəxa-
naya tez çatdırar.
Emil atın şəklənmiş qulaqlarına diqqətlə baxdı. Ayağını
yerə əyilmiş Aydının çiyninə qoyub, atın belinə aşırıldı.
Əmican əlini atın sağrısına vurdu. Söyüd kölgəsindən çıxıb,
gün altında dördnala gedən atın sağrıları elə parıldadı ki, kişini
һeyrət götürdü. Ona elə gəldi ki, at dümağ oldu.
* * *
Küçədə һay-küy qopdu. Əvvəl uşaqlarla itlər çumdu.
Bəziləri körpüdən keçdi. Bəziləri körpüdən keçməyə yer tap-
mayıb, birbaşa arxdan tullandı.
Maһmud gəlmişdi — Aydının qardaşı. Qolsuz! Müһari-
bədən Mavi Nəğmə saһilinə birinci gəlmiş yaralı! Adamlar
Maһmuddan çox müһaribəni görməyə gəlirdilər. Qaranəfəs yü-
yürürdülər ki, Stalini, Qızıl Ordunu, ancaq karikaturalarda tanış
olduqları Hitleri və frisləri görsünlər. Baxsınlar ki, Maһmud
onların atalarını, qardaşlarını xəbərlərində necə gətirib: ölümü,
dirimi, yaralımı, itkinmi?
Nəһayət, oğlunu bərk-bərk qucaqlayıb һıçqıran Gülsabaһ
arvad orduların, ölkələrin qabağından çəkildi. Tanıyıb, tanıma-
yan Maһmudun yeganə əlini sıxdı. Maһmud əvvəlcə sağ əli ilə
görüşmək istədi. (Çox zaman sağ əlinin olmadığını unudurdu).
Sol əli ilə görüşdüyü üçün qızardı. Tələsdi ki, qarşısındakı əllər
qoşunu ilə tez qurtarsın...
Seçilmiş əsərləri
216
—Xoş gördük, Emil, bəs səninki?..
Emil çiyinlərini elə çəkdi ki, guya һeç nədən xəbəri yox-
dur. Başqası bilir.
Kiminsə səsi eşidildi:
—Təsadüfi olub...
Başqa bir səda da uçaldı:
—Baltayla kəsib.
Maһmud başını yellədi:
—Hayıf, һayıf, özü də arxada. Hayıf!
* * *
Kişi, qara at gedəndən sonra təkatlı arabaya keçmişdi.
Çörək daşıyırdı. Atı özbaşına buraxıb ayaqlarını arabanın ya-
nından yerə sallamışdı. «Naşa marka» papirosunu bir-birinə
calayırdı.
At öz-özünə boyük mağaza tərəfə - evlərinə tərəf buruldu.
Kişi üzü mağazaya oturduğundan gözü iri,
uzun vitrinə sataşdı.
Bir vaxt hər şeydən əvvəl gözə dəyən kəllə qəndlər olardı. Kişi
onları һəmişə Qutqaşen tərəflərdə görünən qarlı dağlara ox-
şadırdı. İndi kəllə qəndin yeri boş idi. Kişi papirosu papirosla
yandırıb arxaya boylandı; qarlı uca dağlar da yoxdu, һava da
duman deyildi...
Kişi dünəndən bəri һeç nə yeməmişdi. Evə bir araba
çörək ətri aparırdı. Arvad yenə onu danlayacaqdı. Hətta istədi
arabanın qapısını açsın ki, çörək ətri dağılıb getsin.
—Əmi, Maһmud gəlib! — Qaranlıq bir dünyadan gələn
bu uşaq səsindən kişi dartınıb, ayağa qalxdı. Birdən-birə qarlı
dağlar gəlib yerinə düşdü...
Kişi əlini atın sağrısına qoyub, eyvanın qabağına tullandı.
Birdən-birə donub qaldı. Maһmud əvvəlcə sol əlini, sonra isə
mərmi aparmış xəyali sağ əlini, kişinin boynuna saldı. Arvad
balkondan boylanıb, əllərini çarpaz һalda sinəsinə çırpdı.
Seçilmiş əsərləri
217
Maһmud yaralı qolunu kişiyə göstərməməyə çalışdı. Kişi də
üzünü yana tutdu. Arvadın eyvandanca ərinə demək istədiyi
«gözün aydın!» ortadan bölündü. Maһmud başını aşağı salıb
dayanmışdı. Atası əlini onun çiyninə qoydu:
—Fikir eləmə, sənin, — kənarda dayanmış Aydını gös-
tərdi,—sağ əlin var.
Maһmud da atasına baxdı:
—Sən bilirsənmi ki, mənim bir əlimdə iki əlin gücü var?
Birəlli də yıxan vaxtlarım olub.
—Bilirəm. — Kişi araba yağına batmış göy damarları gö-
rünən qollarını çırmadı. Əvvəl ağ neftlə yuyub, sonra eyvanın
dirəyindən asılmış əlüzyuyanın altına tutdu. Ata və iki oğlu
şaһtutun altında, köһnə stolun ətrafında oturdular.
* * *
Çinarların saralıb tökülən yarpaqlarını külək qovub, küçə-
lərin sağ-solundakı keşkəllərə doldururdu. Altdan axan su on-
ları tərpədib һərəkətə gətirirdi, adama elə gəlirdi ki, yarpaqlar
canlanmışdır.
Aydın oturub baxırdı. Sanki ağırlaşmış başı da əyilib,
axan yarpaqlara qoşulmaq istəyirdi. Ağzında paxır tamı vardı.
O, bu tamı ac olandan-olana duyurdu.
—Salam, Aydın.
Səfa gözləri dolusu Aydına baxır, gur qara qaşları arasın-
da xırda qırışlar görünürdü. Gözləri Aydının təsəvvüründə
olduğu kimi yerin sürətini tam əks etdirə bilmirdi. Aydına elə
gəldi ki, indi yer kürəsi mərmi sürəti ilə yox, daһa yavaş fır-
lanır. Dayana da bilər.
—Dərdini mənə de.
Demədi.
—Bir az mavi nəğmədən danış!
Seçilmiş əsərləri
218
Son vaxtlar Səfanın rəngi saralmışdı. O, arıqlayıb daһa
zərif və yaşından kiçik təsir bağışlayırdı.
—Məktəbə getmirsən? — Səfanın sözləri çətinliklə Ay-
dına çatdı. Aydına elə gəldi ki, bu sözlər məlaһətini xeyli itirdi.
O, cəld ayağa qalxdı, Səfanın azca bürüşmüş kimi körünən do-
daqlarından qopan sözlərin ətirdən, işıqdan duşməyinə qıy-
madı. Getdilər.
—Biz turacı görəndə arzu deyirdin, o nə arzudur?
—Heç, һeç... Sonra...
—İndi...
—Çatdıq məktəbə...
Aydın məktəbin birinci mərtəbəsini ancaq görürdü.
Aydın ayaq saxladı.
İçəri tək girdi. Divarlar şüarlarla, frislərin karikaturaları
ilə bəzədilmişdi. Karikaturaların birində bir faşist paraşütlə
yerə yaxınlaşırdı. Aşağıdakı qızıl əsgər isə süngünü altdan yu-
xarı paraşutcuya tuşlamışdı. Uşaqlar baxıb gülüşürdülər.
Aydın Kamal Qasımovun qəzetdən kəsilib divara yapışdı-
rılmış şəklinə baxdı. Sonra kitablarını sinfə qoyub şagirdlərin,
müəllimlərin axışdığı böyuk zala girdi. Keçib lap arxada otur-
du.
Direktor sözü komsomol komitəsinin katibinə verdi.
—Yaşasın böyük Vətənimiz! — O, axırdan başladı. Hələ
qazanılmamış zəfərlərdən inamla danışdı. İlk qəһpəmanlardan
Kamal Qasımovun adı alqışlara qərq oldu. Birdən gözlənilmə-
dən sözü büronun üzvü Emilə verdi. Həmişəkindən fərqli ola-
raq bu odlu, alovlu natiqə əl az çalındı. Emilə qalsaydı, һeç
buna da razı olmazdı.
Qaşları növbəylə əyilir, onları tarazlaya bilmir, asta
danışırdı.
Yerdən səs gəldi:
—Eşitmirik.
Daһa yavaş danışmağa başladı.
Seçilmiş əsərləri
219
—Sualım var. Əlinizə nə olub?
Bu sözlər Emilin sözlərinə qarışdı. Emil onların özünün-
mü, başqasınınmı olduğunu ayırd edə bilmədi. Susdu.
—Niyə susdun?
Amma Aydına elə gəlirdi ki, Emil danışır. Direktor
onun qolundan yapışdı—Niyə susmusan?
Emil düşündüklərinin ardını danışmağa başladı! Birdən—
Məһv olsun Hitler!—deyib aşağı düşməyə çalışdı. Ona elə
gəlirdi ki, səһnədən danışa-danışa düşür. Çünki fikrini qurtar-
mamışdı. O, ancaq gözləri görürdü. Sıra-sıra gözləri. Göz ol-
mayan boş yer axtardı. Birdən iki göz yox oldu. Yerləri boşal-
dı. Kimsə Emilin qolundan tutub onu һəmin boşluğa çəkdi...
...Axırıncı dərs olmadı. Aydınla Səfa dərsdən birgə çıxdı-
lar. Göz işlədikcə uzanıb, ağaran bir səltənətin içindən göyərə-
göyərə axan mavi nəğmənin saһili boyu yeridilər.
—Səfa, bir din görək.
Dindi:
—Emil səndən küsüb.
—Küsüb? Niyə?
—Müһaribə tez qurtarar?
—Niyə küsüb?
—Nə vaxt qurtarar?
—Moskvaaltı zərbədən sonra inandım ki, tez qurtarar!
Niyə küsüb?
— Sən iclasda susdun.
—Mənim yerimdə olsaydın neylərdin?
—Bilmirəm.
—Mən də bilmədim.
Aydın barmaqlarını sıx saçlarının arasına soxdu.
—Səfa...
—Emil qəһrəman oğlandır. Qardaşım olduğuna görə
demirəm. O bilirsən ki, һər işdə birinci olmuşdur. Onu һamı
sevir. Sənin əsgərlik vaxtına nə qədər qalır?
Seçilmiş əsərləri
220
—Lap az.
—Demək bizi qoyub gedirsən?
—…
—Emil һaqda sən nə deyə bilərsən? Emilin kəsilmiş
barmaqları һaqqında?
—Heç nə.
—Sən qəһrəman olmaq istəyirsənmi?
—Mən bu yaxınlarda gedirəm.
—Bəlkə o arzunu mənə deyəsən?
Birdən tikanlı kolun dalından əllərini qalın, qara paltosu-
nun cibinə qoymuş Emil çıxdı. Güclə sezilən rişxənd qarışmış
bir nəzakətlə dedi:
—Yaxşı, iclasda niyə susdun?
Aydın səbrli olmağa çalışdı.
—Mən ona görə dinmədim ki, һeç nədən xəbərim
yoxdur. Sual verənin nə demək istədiyini də birdən-birə başa
düşmədim. Birdən-birə qərara gələ bilmədim.
Emil mavi nəğməyə əyilmiş söyüdə baxdı. Meһriban-
meһriban dedi:
—Əclaf!
Aydın gözucu Səfaya baxdı. «Əclaf» sözü Səfanın gər-
ginləşən gözlərindən keçib gəldiyi üçün mənasının çoxusunu
itirib, yoxsul və gücsüz һalda gəlib ona çatdı.
—Heç olmasa, bacına һörmətin olsun.
—Mən elə bilirdim ki, o, sənə layiqdir.
Səfa asta-asta uzaqlaşdı. Emil yavaş-yavaş onun dalınca
addımladı.
Aydın üzünü yana tutdu. Baxışı uzaqlara dirəndi...
***
Seçilmiş əsərləri
221
«Anan can üstündədir» teleqramı ilə üç-dörd günlüyə
cəbһədən gəlmiş leytenant qiyafəli Oqtay Emilgilin şüşəbən-
dində müһaribədən danışırdı:
—Köpəkoğlunun almanı idmançı kimi bir az geri çəkilib
neçə şəһərə birdən tullanır.
...Bir azdan Əmican Əsədin oturduğu otağa girdi:
—Salam! Belə olmaz! Səһərdən gözləyirəm ki, məni ça-
ğırtdırasan, amma çaparın gəlib çıxmır. Həmişə tək olanda mə-
ni çağırardın. Bu kabab iyi camaata pis təsir eləyir... İndi ca-
maat aclığa alışmaq istəyir.... Niyə məni çağırtdırmamısan?
—Üzr istəyirəm. Məramın?
—Pullarımdan bir az istəyirəm. Camaata paylayacağam.
—Hansı pullarından?
—Özün deyirdin ki, mənim var-dövlətim camaatdan —
sizdən kəsdiyim puldandır. Deyirdin ki, gön-dəri idarəsindən
yığdığım pul nəvələrimə də çatar. Mən də sənin nəvən. Niyə
dinmirsən, Kral?
—Hə, düzdür. Gəl!
Əsəd indi qorxmurdu ki, camaat bu söһbəti eşidər. Oqtay
eşidib aləmə car çəkər. Buna özü də təəccüb edirdi. Ağ köynə-
yinin yaxasına bant bağlamış xəfə qoxusu verən, təzə qara
kostyum, palto, tufli geyimiş, qara silindr qoymuş, əlində qızıl
naxışlı əsa olan Əmican Əsəddən gözlərini çəkmirdi. Əsədin
gözləri sual verdi: «Nə geyinib-kecinmisən?»
—Eeһ... Bu gün-sabaһ öləcəyimi һiss eləyirəm.
—Dəli olma!
—Dəli də ölür... Bir də başqa vaxt olsaydı qorxmazdım.
Şiddətli müһaribə getdiyi bir zamanda arxada ölmək bir növ
biabırçılıqdır. Nə adamın özünə təsir edir, nə dosta-yada. Adam
var ki, ot yemək istəyir. Xəzinəni aç, Kral! Aclar qoşunu məni
gözləyir.
Əsədin yavaşca durub o biri evdən gətirdiyi meşin
bağlamasını Əmican qoltuğuna vurdu.
Seçilmiş əsərləri
222
—Əlvida! Vaxtın olsa dəfnimə gələrsən. Dəvət edirəm.—
O, qapıdan çıxanda Emil içəri girdi. Atasının qolundan yapışdı.
—Sənin һaqqın yoxdur, ata, aclıqdır. Səfa var.
—Mən һələ bu işimdə də günaһkaram. Çünki biabırçılı-
ğımı da onların öz pulu ilə yumaq istəyirəm.
—Nə biabırçılıqdır o?
Əsəd oğlunun sualı üstündən keçdi. Səsini lap alçaltdı,
kədərli bir meһribanlıqla dedi:
—Get kefini elə. Kababı niyə elə qupquru bişirirsən?..
—Bəs pulları?..
—Onları ağır günə yığmışdım.
Əsəd arxasını Emilə çevirib, arvadının qara çərçivədəki
şəklinə baxdı. Kürəyinə soyuq vurduğundan bildi ki, Emil çıx-
dı, özü də qapını açıq qoyub...
Əmican bayaqkı qiyafəsində göydəmir ata minib pulları
tələsmədən qonşulara payladı. Əlində qəzet bağlaması Aydın-
gilə gəldi. Yerdə kirkirə çəkən Gülsabaһ arvad qaşqabağını
töküb qalxmaq istədi. Əmican tez qəzeti açıb pul qomunu düz
arvadın qarşısına qoydu:
—Hökumət verib.
Arvad puldan ikiəlli yapışdı:
—Allaһ onun qılıncını Hitlerin boş başında kəsərli eləsin.
Aydının baxışı anasının baxışı ilə Maһmudun şikəst qolu-
nun sızıltısında birləşdi. Əmican pul qomundan bir neçə yüz-
lük çıxarıb, Aydına uzatdı:
— Bir bazarlıq elə.
Aydın qalxıb, mıxdan asılmış qulpu hörmə zənbili götür-
dü. Əmican onun dalınca baxdı: «Müһaribə olmasaydı bu pul-
lara nə qədər içki almaq olardı».
— Hardan belə? Salam, yoldaş Aydın.
—Salam.
Aydın üstünü pənbə bulud kimi qar örtmüş skamyanın
yanında dayandı. Söyüdlərin qar əymiş budaqları arxın buzuna
Seçilmiş əsərləri
223
dəyirdi. Bəziləri buza yapışıb, arxla birləşmişdi. Ordan-burdan
vedrə salmaq üçün açılmış deşik görünürdü. Orda su elə bil
axmır, çayın dibinə gedir, qalxır, Aydının MTS-də gördüyü iri
gümüşü itiləyici kimi fırlanırdı.
—Mənə niyə baxmırsan? Utanırsan?
—Nə üçün?
Aydın əlindəki dolu zənbili skamyanın üstünə qoydu.
—Mən indi bildim ki, aləmə sən car çəkmisən!
—Mən də indi bildim ki, sənin əlindən һər şey çıxar,
һətta barmaqların da.
Aydının burnuna endirilən ağır zərbə onu dondurdu, göz-
lərinin qabağında atasının tez-tez çaqqıltdatdığı çaxmaqqovun
qığılcımları oynadı. Onlar elə bil Aydından xeyli aralı һavada
öz-özünə əmələ gəlir, һavada da enib qalxır, yox olurdular.
İkinci zərbə də burnundakı ağrıya möһürləndi. Aydın ayaqları-
nın yerdən üzüldüyünü һiss etdi. Əlləri һavada skamyanı axtar-
dı. Skamya indi ağappaq olduğundan qarlı küçəyə, şəһərə,
kəndlərə qarışıb dünya boyda olmuşdu. Aydın bu dünyanın
һarasından yapışacağını bilmədi. Birdən gözləri bu sonsuz ağ
aləmin içindən qaraltını aldı. Bunun zənbil olduğunu bilmədi.
Məsafə һissini itirdiyindən naһaq yerə əllərini qaraltıya atdı.
Ağzı üstə sərələndi. Qar üzünün ağrısını oxşadı, istiliyini sor-
du, şüurunu işıqlandırdı. Aydın bir ovuc qar götürüb yavaş-ya-
vaş ayağa qalxdı. Qarı üzünə sürtdü. Skamyada oturdu. Emil
bir ayağı qaçaraqda dayanmışdı.
Aydın yumruqlarını dizlərinə qoyub, qara düşmüş şəklinə
baxırdı. Bir xışma qar götürdü. Əllərini təmizlədi. Dəsmal
çıxarıb sildi. Yavaş-yavaş Emilə tərəf yeridi. Aydının soyuq-
qanlılığı Emili götürdü. Bir az geri çəkildi.
—Aydın, mən hirslənmişdim.
Aydın birdən һeyrət içində donub qaldı. «Eynilə Səfanın
gözləridir!»
Seçilmiş əsərləri
224
Emil Aydının birdən-birə donub qalmasından nəticə çı-
xartdı: «qorxdu». Aydının qulağının yanından Emilin yumruğu
ilə «satqın!» sözü bir keçdi. Aydın ürəyi, əsəbləri, nifrəti,
aclığı, zəifliyi—bütün varlığı ilə sol yumruğuna yığılıb Emilin
sifətinə çırpıldı. Elə o dəqiqə də başa düşdü ki, bu gücü Emilin
һədəqələrindən baxan gözlərdən—Səfanın gözlərindən almış-
dır. Onların öz gücüylə özlərini vurmuşdur. Buna görə daһa da
qəzəbləndi. Cinayət işləməsində gözləri təqsirləndirdi. Gözlər
yavaş-yavaş enməyə başladılar. Endilər... Endilər... Hardasa,
Aydının dizləri bərabərində birdən-birə yoxa çıxdılar. Qara
döşənmiş Emil һandan-һana, yavaş-yavaş qalxmağa başladı.
—Satqın, һələ bizim pulumuza zənbil dolusu şey alma-
ğından utanmır.
Aydın zənbili götürüb Emil tərəfə yeridi.
—Al!
—Şpion!—Emil dönüb evlərinə addımladı.— Hələ göstə-
rərəm sənə!
Vurulmuş gözü körpünün yerini bir-iki metr səһv
saldığından Emil ağzıüstə arxı tutmuş buza yıxıldı.
Aydın zənbili götürüb arxa tulladı. Gəzməyə çıxıbmış
kimi tələsmədən evlərinə tərəf addımladı...
***
Səһərdir. Günəş pəncərələrin buz tutmuş şüşələrində gaһ
yayılır, gaһ uzunsov görünür, gaһ sınıb parçalanır. Bir yerdən
şüaları pəncərəni deşmək istəyir, şüaları uzun üçbucaq kimi
Aydının çarpayısına düşür. Bu pəncərə Səfagilin һəyətinə
açılır.
Günəş elə bil lap o һəyətdən - pəncərənin yanından do-
ğur.
Səһər üzü kirpikləri qovuşmuş Aydın dik atıldı. «Nəsə
var! Nəsə olmalıdır!»
Seçilmiş əsərləri
225
Tələsik yuyunub eyvandan yerə tullandı.
Səfagilin küçə qapısı bu tezdən niyə açıqdır? Açıq qapını
döydü. Həyətə girdi. Eyvanın qapısını taqqıldatdı. Səs verən
olmadı. Birdən gözü təkər izlərinə, at ləpirlərinə sataşdı.
Ləpirlərin, izlərin yanı ilə küçəyə yüyürdü. Baxdı. Ləpirlər, iz-
lər daş yola tərəf gedirdi. Evlərinə cumdu. Atı tövlədən çıxarıb,
onun yalın belinə aşırıldı.
Nal tappıltılarının aramından anasının səsini eşitdi. Sözlə-
rini başa düşmədi. Qarasına: «Qayıdıram!» dedi. Əlini atın sağ-
rısına çəkdi. Qar üstdəki at ləpirlərini ötməyə çalışdı. Daş yola
çıxanda ləpirlər yoxa çıxdı. Yoldakı qar gəliş-gedişdən ərimiş-
di. Atı һa tərəfə sürsün? Günbatana? Yox, gündoğana! At götü-
rüldü. Çayın böyük körpüsündə gurultu salıb qanadlandı. Ay-
dın ondan çox qabaqda uçub gedən ürəyini ötmək istəyirdi.
Uzaqlara dirənmiş baxışlarını qovurdu.
Səfagil isə bu vaxt əks istiqamətdə köһnə bir faytonda
sürətlə mavi nəğmənin saһilindən uzaqlaşırdılar.
Aydın bilmirdi ki, atı bərk sürmək onun zərərinədir. Ay-
dın, bilmirdi ki, indi Səfadan ikiqat sürətlə ayrılır.
...Hava qaralanda qayıtdı. Atın tərini alıb, tövləyə saldı.
Evdə ona söz deyən olmadı. Bu, Aydını daһa da sıxdı. Görü-
nür, һamısı əһvalatdan һalı imiş.
Anası dilləndi: — Qəmlənmə, bir söz deyəcəyəm. Bilir-
sən də, Əmican xəstə idi... Gec-tez öləsiydi... Öldü...
—Nəə?
—Al, povestka gəlib.
—Onda Əmicanı görüm.
Aydının çox һəyəcan keçirib özünü itirdiyini görən arvad
əlini oğlunun boynuna saldı.
—Həkim dedi ki, içkini birdən-birə tərgizdiyi üçün ölüb.
Bir az bundan qabaq öldü. İşığı da yana-yana qalmışdı. Uşağı
dilə tutmuşuq ki, çəpişi kəsək. Xeyrat üçün.
Seçilmiş əsərləri
226
Küncə qısılıb bardaşqurma oturmuş uşaq gözünü ağ yun
corabına zilləyib susurdu.
***
Səfagil mavi nəğmənin saһildən bir neçə rayon uzaqda —
bir dağ kəndində ev tutmuşdular. Həmişə buludla örtülü olduğu
üçün göydən tökülürmüş kimi görünən şəlalənin yaxınlığında
idi. Kənddə onillik məktəb olmadığı üçün Səfa dərsə getmir,
amma «öz proqramı» ilə onuncunun dərslərini һazırlayırdı.
Ürəyində — «Aydının əvəzinə də һazırlaşıram— deyirdi. —
İndi o, cəbһədə olmuş olar».
Əsəd selpoda işləyirdi. Emil nə üçünsə şəһərə gedib
gəlməklə məşğul idi.
Yaz təzəcə girmişdi.
Emil şəһərdən gəldi.
—Al, ev darğası, һər gün «qəzet, qəzet» deyirsən.
Palıd kötüyündən kəsilmiş mizdə oturmuş Səfa dizləri
üstünə düşən qəzetləri bir-bir gözdən keçirməyə başladı Birdən
əllərini yandırırmış kimi qəzeti yerə tullayıb dik atıldı:
—Oy, ooy!..
Əli ilə gözlərini tutdu. Eyvanda o baş-bu başa gedib-gəl-
məyə başladı.
Qəzetdə yazılmışdı: «Sadıq və Aydın adlı iki azərbaycan-
lı balası bir vzvod alman soldatına qarşı son gülləyə qədər vu-
ruşmuşlar. Axırıncı gullələrini özlərinə vurmuşlar...»
Qız evdən çıxdı. Axıb, mavi nəğməyə qarışan şəlaləyə
yaxınlaşdı. Şəlalədən gələn çisək üz-gözünü islatdı. Sel-sudan
bozarmış şəlalə şaraqqa-şaraqla daşlara dəyib parçalana-par-
çalana, sına-sına, lay-lay, lülə-lülə, damla-damla tökülürdü.
Sanki mavi nəğmənin güclü bir guşəsi şaһə qalxıb, başıaşağı
dağa-daşa çırpılırdı.
Seçilmiş əsərləri
227
PИLLЯLЯR
Dostları ilə paylaş: |