Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   2   3   4   5   6   7   8   9   ...   47

 
15
- Əgər bu doğrudan da ciddi söhbətdirsə, onda "gəmi" Buşun təyyarəsidi, Cənnət Amerikadı, 
mərhum arvadım Sərvinazla huriləri isə, şübhəsiz, məndən ayrılmış Qumralımla birlikdə Buşun 
agent stüardessalarıdı. 
 
 
 
Buşunkusan, ya yox?! 
 
 
 
Furak başını buladı. 
 
 
 
- Yox, Bəy, yox. Məni, səni ayrılmağa qoymazlar. Furak kliçka deyil, həqiqi adımdı. İnan, bəy! 
Sahibimizlə kəsdiyim çörəyə and içirəm, açacam sirrimi, hər şeyi biləcəksən. Hələlik həqiqət 
budu ki, həqiqi işıq gəmisinə minəcəksən. "Neopoznannıy letayuşiy obyekt" deyilən şeyi min 
yerə yozurlar. Əslində, planetlərarası gəmidi. Çoxdandı bu, Bəy, lap Ulu Bağ ƏsƏl Mənin - 
"Solomon"un zamanındandı! "Xalça” deyil! "ƏsEvOd -SinƏrAğ" adında işıq gəmisi gözləyir 
səni. Planetə uçacaqsan! "Həft peykər"də İrəm adlanan planetə! "İrəm" deyil dedim. Əslində 
Ağdı planetin adı, yəni işıqdı. AğaƏr də deyərmişlər əvvəllər, indi "Ay" deyirlər, Ağ əvəzinə. 
Bilirsən axı sən bunu. Ölən insanın "Ruh"u - ƏrAğı əvvəlcə oraya gedir. Bilirsən ki, gedib Ağa 
çatana qədər bədən lazım olan elementlərlə dolur "Ruh" - ƏrAğ, insan lap qısa müddətdə 
yenidən yaranır! SafAğ Elminin bu adi həqiqətini bilmirsənmi sən?! Mərhum arvadın Sərvinazı 
görəcəksən, Bəy! 
 
 
 
Bünyad bəy yenə üşürgələndi. Sonra qəzəbdən canı alovlandı. 
 
 
 
- Bəsdi! Bəsdi! Sözünü de! Qurtar! Nə tələb olunur məndən?! 
 
 
 
Furak çox səmimi, köksünü ötürdü. 
 
 
 
- Nahaq inanmırsan, Bəy. Çıx, minək maşına, gedək "Həft peykər"dəki o yas içində olan şəhəri 
də öz gözünlə gör. Sonra "İrəm" planetini də, arvadını da. 
 
 
 
Bünyad bəy tamam bezikib qapıya tərəf baxdı. 
 
 
 
- Çıxırıq?! İndi?! Çıxırıq?! 
 
 


 
16
 
Furak ayağa qalxdı. 
 
 
 
- Çıxırıq və gedirik ora! - dedi. 
 
 
 
Bünyad bəy səfərin məhz Amerikaya səfər olduğuna şübhə etmədən, köksünü ötürüb, qapıya 
yönəldi. Əmma qara pərdədə oynayan diskoteka işıqlarını görüb, istər-istəməz dönüb, 
Qumralının gözəl üzündə oynayan işıqları da görəndə ayaq saxlamaya bilmədi. 
 
 
 
- Əcəb diriltdin məni! Belə səfər vardısa, bəs "eşq dərsi" - zad nədi?!.. Acından ölürəm!. 
 
 
 
Furakın elə bil qocaya yazıbı gəldi. 
 
 
 
- Eşq dərsi davam edir, ey əzabkeş Bəyim. Mən vaxtı ilə sənlə çox loru danışardım, 
Zversovxozun yaxınlağındakı Muğanlı cəmaatı kimi, sadə, loru... İndi tərgitmişəm o danışıq 
tərzini. Gör necə sözlər deyirəm. "Mən, sən Bünyad bəyə həqiqətən Eşq, əxlaq dərsi demək, səni 
yeni-yeni sınaqlara hazırlamaq üçün göndərilmişəm. Hardan? Biləcəksən! İnan mənə! İnan ki, 
cənnətə aparıram səni. Diriləcəksən, ey yazıq "Rus" çekisti, İran siyasisi! 
 
 
 
Bünyad bəy indi çox diqqətlə dinləyirdi. 
 
 
 
- Yaman dəyişmisən, Qumralım - dedi, - Qarayazı meşəsində, Zversovxozda o murdar qunduz 
itlərə yem verə - verə planetin siyasətçilərini barmağına dolayan Bünyad bəyi barmağına 
dolamısan. "Məcazın pozular!", "Mazandarandan qaçmalı olarsan!", "bağından" bir dənə də 
"meyvə" verməmiş Amerikaya aparırsan məni!  
 
 
 
Furak, sakit sərtliklə: 
 
 
 
- Çıxaq! - dedi. 
 
 
 
Mazandaran meşəsinin qaranlığı daha da qatılaşdıran sıxlığında həmin soyuq əl Bünyad bəyin 
başına torba keçirdi, biləyindən yapışıb maşına basdı. 


 
17
 
 
 
Aç, susuz üzgün qoca nə qədər yol getdiyini bilmədi. Elə hala düşdü ki, hətta maşından necə 
düşürüldüyünü də hiss etmədi. 
 
 
 
Hündür gil suvaqlı divarlardan, çaylaq daşı ilə döşəli səkilərdən başqa bir həyat əlaməti olmayan 
darıxdırıcı bir aləmdə, səhərin alatoranında tünd qara geyimli, solğun bənizli, kədərli susqun 
kişilər, qara çadralı, qəmli, susqun qadınlar göründülər. Bir az o yanda bacaları tüstülənən, 
zavoda, fabrikaya oxşar uzun bir binaya doğru tələsirdilər.  
 
 
 
Bu mənzərə Bünyad bəyə tanış idi. Hardan? "İran" olmağına bura, şübhəsiz, "İran" idi. Bəs 
adamlarına sifətləri niyə bu qədər dəyişmişdi! Bom-boz üz! Bom-boz saqqal!.. 
 
 
 
Bünyad bəylə ağ örpəkli Furaka diqqət yetirmədən dərd, ələm içində getdilər. 
 
 
 
Bəylə Furak ikinci küçədə də həmin geyimdə, həmin əhvalda adamlarla rastlaşdılar, üçüncü 
küçədə də. 
 
 
 
Furak hərdən nə isə deyirdi. 
 
 
 
- "Həft peykər"dəki şəhər, bax, buradı.  
 
 
 
Bəy eynilə hücrəsini görəndə olduğu kimi, heyrətdən qurumuşdu. Birdən: 
 
 
 
- Bu ki İsfəhandı, ay qız, - dedi. 
 
 
 
Furak yanğılı idi. 
 
 
 
- Bəli, Bəy. "Həft peykər"dəki o yaslı şəhərdi. Nizaminin təsvirindəki İsfəhanla indikinin fərqi 
nədi, Bəy? Neftdən gəliri var fundamentalist qəddarların, bəzi mərkəzi şəhərlərdə maşın çoxalıb, 
zahiri sivilizasiya var. 


 
18
 
 
 
Öz EvƏrEy qardaşlarına - Türkə münasibət isə əvvəlkindən də pisdi! Qısası, qaragüruh 
hakimiyyətidi! Din hakimiyyəti! İran Vatikanla "Rus", Türkiyəylə ərəblərin arasında strateji baza 
kimi çiçəkləndirir bu qansızları! Mən bilmirəm, sən, dünya görmüş beynəlxalq kəşfiyyatçı necə 
dözürsən bu zülmə! Ayıldacam səni, Bəy!.. 
 
 
 
Bir az da gedib şəhərdən çıxanda gəmini görəcəksən. O gəmidə uzaqbaşı yarım saata İrəmə 
uçmaq olar... Hələ bu bədbəxtlərə bax. Bütün ölkə beləcə yas içindədi. Din hakimyyəti 
anaxronizmdi! Qala bilməz belə! 
 
 
 
Bünyad bəy maraqlanmışdı. 
 
 
 
- Quruluş dəyişəcək? 
 
 
 
Furak qətiyyətlə: 
 
 
 
- Xeyr! - dedi. - Din dəyişmir! Əslinə - SafAğ Elminə qayıtmır! 
 
 
 
Furak: 
 
 
 
- Səbəbini gedib İrəmdə öyrənəcəksən, - dedi. 
 
 
 
Bünyad bəy ayaq saxladı: 
 
 
 
- Yenə çərənləyirsən, Qumral! Yəni mən doğrudan planetə uçmalıyam?! 
 
 
 
Furak ciddi: 
 
 
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə