Nəsr isa Muğanna



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix28.06.2018
ölçüsü0,75 Mb.
#52120
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
30
mən sənə, yəni qəliz danışıb əziyyətə salmaq istəmirəm. Gəl! Yuxarıya buyur, hökmdar! Vaxtilə 
OdSara "KeSar" deyərdilər Yerdə, Qresiyada, daha belə olmayacaq. 
 
 
 
Ay qızlar, çəkin onu bura! 
 
 
 
Sərvinaz biləyindən tutub aparıb Bəyi Türknazın yanında oturtdu. 
 
 
 
Türknaz dedi: 
 
 
 
- Ye, iç. Heç nəyə təəccüblənmə. Heç nəyə! Hurilərimlə birlikdə mən özüm də qulluğundayam. 
İç, əmma çalış sərxoş olma. Qovarıq ha! Heç nəyin həddini bilməyən İran əhli kimi gedib yasa 
batarsan! 
 
 
 
Bünyad bəy acından ölürdü. Susuzluqdan yanırdı. Büllur qaba kuzədən qəribə, qatı, qırmızı çaxır 
töküb başına çəkdi. Gavalıdan birini iki bölüb, iki uduma ötürdü, üstündən siqarını tüstülətdi. 
 
 
 
Türknaz dedi: 
 
 
 
- Mən yenə "hökmdarım" deyirəm, sən heç diqqət yetirmirsən sözümə. Soruşmursan: "Niyə axı 
hökmdar?" Əvvəlcə bunu izah eləyim sənə. Burada - Ağda insan insanın həm hökmdarıdı, həm 
də nökəridi, Bəy. Yerdə isə, Yer təbirilə desək, insan eqoistdi. Sənin çox sevdiyin Rusların çox 
vaxt "bud moyey" deyirlər. "Ya tvoya sluqa" deyirlər də, ona görə belə deyirlər ki, "sluqa"nın 
istədiyini versinlər. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- O Qumral mənə o qədər söz deyib ki, lap özümü itirmişəm. Burda da sən... 
 
 
 
Türknaz dedi: 
 
 
 


 
31
- Qumral deyil onun adı, Bakirədi, Bəy. Bakirə də deyil. Furakdı. Furak da deyil, əsl adı EvƏrEy 
Ağdı. 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
Mən bilirəm SafAğ Elmini. 
 
 
 
Türknaz razılıqla: 
 
 
 
- Bilirsən, - dedi. - Əmma o şərti bilikdi. Sən hələ etnik fərdsən. Hər şeyi guya mənsub olduğun 
etnosa və şəxsən öz eqoistik istəyinə tabe edirsən. Odur ki, SafAğ Elmi haqqında sənin biliyin, 
əlbəttə, yarımçıqdı. Əgər dərsimizi mənimsəsən, qəlbən inanacaqsan ki, nəinki ayrılıq yoxdu. 
"İns"(an) - ÜnƏs - Yaradan Ünəs vahid kökdəndi, tezliklə belə olmalıdı o müharibələr xarabası 
Yerdə. Burda isə hamı, hamı OdƏrdi, yəni Həqiqət İşığı. Oddan - həqiqətdən kənarda Ər-İşıq 
yoxdu, Bəy. Varsa, nisbidi, orda insan özü də nisbi insandı, Şüuru, təfəkkürü, cismi, hissiyyatı - 
hər şeyi nisbidi. Yəni kamil deyil, itirib kamilliyini, heyvanabənzərdi. 
 
 
 
Bünyad bəy Türknaza bir də diqqətlə baxıb, əlindəki gavalını süfrəyə çırpdı. 
 
 
 
- Əclaf qızı ədlaf! Nə vaxt qurtaracaq sənin bu oyunun?! Orda iqamətgahda "Qumral", "Furak", 
burda Türknaz. Nə demək istəyirsən?! Hara gətirmisən məni?! 
 
 
 
Türknaz həlimcə: 
 
 
 
- Aya gətirmişik, - dedi - hirslənmə, Bəy. Sənə dedim "İrəm" - Ərim - işığımdı. "Ay" - Ağdı, 
SafAğdı, tər-təmizdi. Əmma cəhənnəmdi. Yerdə indi iki min üçüncü ildi. Otuz yeddini çıx, 
eləyir altmış üç, üstə gəl əlli. Necə eləyir? Yüz on üç. İndi tap burda o yüz on üç yaşlı Klaranı, 
yəni Yerdəki əlli yaşlı Klaranı! 
 
 
 
Bünyad bəy qızlara baxar-baxmaz, hər budunda azı üç pud ət, hər döşündə azı beş kilo ət olan 
dəhşətli kök, əmma eyni zamanda heyrətli təravətli, yaşılgöz, ağ buxaq Klarasını dərhal tanıdı. 
Və qəribə, gözlənilməz səmimiyyətlə:  
 
 


 
32
 
- Odu, - dedi.  
 
 
 
- Bah! Bah! Lap candan olmusan ki, Klara! Salam! Zdravstvuy, doroqaya! - dedi. 
 
 
 
Qızlar qəh-qəhə çəkdilər. 
 
 
 
Türknaz əlini bəyin əlinin üstünə qoyub: 
 
 
 
- - Şəhvətlənmə! - dedi. - Bayaq təpədə gördüyün yazıq kişi Yerdə sənə kitab oxutdurub. Elm 
verib. Nə deyib? Xatırladıram. Yerdə subasqını törəyib tamam vəhşiləşən vaxtlarında insanın ən 
başlıca məşğuliyyəti sərvət olub, bəy. "Seks" deyirsiniz. İyrənc sözdü. Türkcədən azmış iyrənc 
söz! Gecə - - gündüz seksə bağlanan insanın bədənində bütün hüceyrələr ölür, bəy! Xüsusən 
beyin! Yalnız yemək və yalnız və yalnız seks tələb edir, yəni nə olur: Yəni Ün Əs ölür, "ins" 
qalır, daha doğrusu, təfəkkür ölür, Nitsşenin dediyi fizioloji fərd qalır, Bəy! Bir vaxt gəlir, fərddə 
hətta instinkt də kütləşir. Kalaşnikov avtomatını dirəyirsən sinəsinə, deyirsən vururam. Tamam 
laqeydcə deyir "vur". Niyə? Çünki o fərd daha ölümü də hiss eləmir. Eyni zamanda, özü 
öldürəndə öz qatilliyini də hiss eləmir. Həyatın sonu? Bəli! Yerdə bax indi belə bir vəziyyət 
yaranmaqdadı, bəy. Yeganə ümid dərsədi! Maarifədi! Vay o gündən ki, insana belə halda 
deyirlər: "Daşa döndü"! “Dədə Qorqud”un axırında hamı daşa döndüyü kimi. 
 
 
 
İndi, necə deyərlər, əlif - beyini eşidirsən. Bu vaxtlarda mənim üzümdə kamil cizgilər əmələ 
gəlir. Çünki Üz - məna deməkdi. Dilim nə danışırsa, üzüm də o mənanı ifadə eləyir. Mən 
"Furak" - EvƏrAğ kimi danışdım, indi bax gör EvƏrAğa oxşardımı bu Türknaz? 
 
 
 
Dinimizdə axmaq bir hədis var. İbrahim peyğəmbərə deyirlər: “Oğlun İsmayılı Allaha qurban 
kəs, "sədaqətini göstər". İbrahim oğlunu yıxır üzü qibləyə, bıçağını çıxarır. Bu vaxt göydən səs 
gəlir. “Ey İbrahim! Daş içində qurd saxlamağı bacaran rəbbin məgər görmürmü sənin 
sədaqətini?! Yəni OdƏs itib, "daş" deyilir, GurOd itib, "qurd" deyilir. Əmma ƏLAğımız sən təki 
daş insanın bətnində də elə bir hüceyrə saxlayır, o tək hüceyrədə GurOd qaldığını görür və bütün 
ömrünü qatilliklə keçirmiş beynəlxalq miqyaslı kəşfiyyatçı Bünyad bəyə dərs deməyi də lazım 
bilir. 
 
 
 
Nə dedim indi mən sənə, hökmdarım? 
 
 
 
Dedim "Hökmdar"ım Sar ola bilər, bu şərtlə ki, OdSarı dərk etsin. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə