Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
52
 
 
Alla dedi: 
 
 
 
- Şimalımızı da İrana vermək yolunda hər cəfaya dözən Bünyad bəy, arvadını İmam övladlarının 
pastellərinə vermək cəfasına da dözər. 
 
 
 
Bir az sükut oldu. 
 
 
 
Bünyad bəy: 
 
 
 
- Yox! Yox! - dedi. 
 
 
 
Klara kuzədən çaxır töküb yırğalana-yırğalana yeriyib, büllur qabı qoşa əlində bəyin dodaqlarına 
yaxınlaşdırdı. 
 
 
 
- İç, Bəy! 
 
 
 
Bünyad bəy qabı alıb syfrəyə çırpdı. 
 
 
 
- Zəhər verirsiniz! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Bağımızın1 meyvəsindən ye, Bəy. 
 
 
 
Bünyad bəy birdən bağırmağa başlamışdı. 
 
 
 


 
53
Sərvinaz bir az ara verib, astadan: 
 
 
 
- Allanın öpüşü zəhərli deyildi, - dedi. - Təbillər çalınsın, döyüş davam edir! 
 
 
 
Yavaş-yavaş vaxtı çatır, bilməlisən ki, bütün bu öpüş-filan söhbətləri sənin bətnində ən bəd 
xəstəliyin səbəbini aşkara çıxarmaqdan ötrüdü, Bəy, - dedi. - Əmma biz heç bir işi birbaşa 
görmürük... O qunduzları Qarayazıya kim gətirdi? Sovxozu kim yaratdı? Ruslar! Düzdü. Sən 
sevinirdin o vaxt ki, qunduzların dərilərindən xəlvəti satıb qızıl yığacaqsan, məni al-yaşıla 
bürüyəcəksən. Əmma sonra al-yaşıl ipəyi qunduz qancığa bürüyüb yorğanın altına salırdın. İndi 
səni ilahi zənənlər qucaqlayacaqlar, a bəxtəvər! 
 
 
 
Hurilər qavalları başlarının üzərində döyəclədilər. Bu dəfə Klara öpüb geri atıldı. 
 
 
 
Sərvinaz əllərini ərinin gözlərindən çəkdi.  
 
 
 
- Kim öpdü, hökmdar? 
 
 
 
Bəy bu dəfə heç kəsə baxmadı. 
 
 
 
- Bilmirəm! Bəsdi! 
 
 
 
Sərvinaz sakitcə: 
 
 
 
- Klara öpdü. - dedi. - Əziz aktyor dostun Rahibin sevgilisi Klaranın öpüşü şirindi?! OdÜnüm 
yandırırmı, Bəy?! İrəli bax! Klaranı necə öldürdüyünü görürmü kor gözlərin?! 
 
 
 
Bünyad bəy mızıldanıb: 
 
 
 
- Qurtar bu oyunu! Qurtar! Qurtar! - dedi. 
 


 
54
 
 
Sərvinaz eyni sakitliklə başını buladı: 
 
 
 
- Mümkün deyil, Bəy. Cəhənnəmdə hər günahın min, milyon dəfə fəzada təkrar olunacaq ki
bətnin saflaşsın. 
 
 
 
Bəy qışqırdı: 
 
 
 
- Niyə?! Niyə?! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Cünki sən hələ təzə-təzə yanırsan, Bəy. İnandınmı ki, bura cəhənnəmdi? İnandın? 
 
 
 
Bünyad bəy qışqırtısını zorla boğdu. 
 
 
 
- Yox! 
 
 
 
Sərvinaz güldü: 
 
 
 
- Kəmər yaddan çıxdı. Bu qədər əzab çəkdin. Yenə deyirsən cəhənnəm deyil? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Bəs sən niyə burdasan! Günahsız Sərvi cəhənnəmdə ola bilməz! Başa sal məni görüm bu nə 
oyundu, nə pəstahadı belə? 
 
 
 


 
55
Sərvinaz birdən qəmlənmişdi: 
 
 
 
- Sərvi bədbəxtin də cəhənnəmdədi, ay bədbəxt Bünyad! 
 
 
 
Bünyad bəy dikəlib ona baxdı. 
 
 
 
- Ola bilməz! 
 
 
 
Sərvinazın gözləri dolmuşdu. 
 
 
 
- Mən bədbəxt illər uzunu sən cəlladın yastığına baş qoymuşam. O qancıqları bürüdüyün ipəyin 
arasına bürünmüşəm. Günah deyil bu? On qız doğmuşam sənin it qanından, qohumlarıma 
paylamışam, demişəm mən belə iş sahibiyəm, uşaqlarıma sahib olun. İndidən bilirəm sağ 
qoymuyacaq o məni. Könülsüz kəbindən böyük günah olarmı, Bünyad?! Yerdə hər gecə sən 
məni zorlamısan, mən də özümü zorlamışam.  
 
 
 
Bünyad bəy başını endirib süstləşdi. 
 
 
 
Alla dedi: 
 
 
 
- İndi bildinmi niyə cəhənnəmdəyəm mən?! 
 
 
 
Bünyad bəy ağır-ağır dikəlib, bir-birindən qəmli iri-iri yaşıl gözlərə baxdı. Gözlərin hamısından 
yaş süzülürdü. 
 
 
 
Alla: 
 
 
 
- Mənim bu bir-birindən gözəl bacılarım "Sahib"in gizli iqamətgahında onca il zorlayıblar 
özlərini - dedi. - Bundan böyük günah olarmı, Bünyad?! 
 


 
56
 
 
Bünyad bəyin gözləri qızların üzlərində gəzirdi:  
 
 
 
- Bəs Klara niyə burdadı?! 
 
 
 
Klara gözünün yaşını silmədən: 
 
 
 
- Mənim günahım dünya boydadı, Bəy, - dedi. - Dünya boyda!  
 
 
 
Bünyad bəy inanmaq istəmədi. 
 
 
 
- Ola bilməz! Sənin həyatında, işində - əməlində zərrə qədər də ləkə yoxdu! Bütün 
Azərbaycanda, bəlkə də bütün Yerdə sən yeganə aktrisasan ki, ləkəsizsən. 
 
 
 
Klaranın ağır gözləri qalxıb endi. 
 
 
 
- Dedim günahım dünya boydadı. O qədər böyükdü ki, danışmaqla qurtaran deyil. 
 
 
 
Bünyad bəy soruşmaya bilmədi: 
 
 
 
- Nədi axı?! 
 
 
 
Klara inamla: 
 
 
 
- Sən cəlladın sirlərini heç kəsə açmamışam. Bu bir, - dedi. - Altıncı ildən otuz yeddinci ilə qədər 
vicdanımın səsini boğaraq qatilliyini xəbər verməmişəm. Bu iki. Bundan böyük günah olarmı, 
Bünyad?!  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə