Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   2   3   4   5   6   7   8   9   ...   47

 
10
Yumşalmış torpaq həlim yağış çisəyindən necə bəhrələnərsə, Bünyad bəy də elə bəhrələndi: zərif 
gözəlin şadyanalığından sevinib, qəhqəhə çəkdi. 
 
 
 
- Ümidvaram ki, qaçmaram, Bakirə balam! Razıyam səbr eləməyə. Əmma unutma ki, belə işdə 
qocalar səbirsiz olurlar. İqlimə alışmağım çox çəkəcək? 
 
 
 
Qumral bu suala cavab əvəzində tamam başqa sözlər dedi: 
 
 
 
- Sən məni tanımırsan, bəyim. Bakirə deyiləm mən, Qumral da deyiləm. Nizami Cəncəvinin 
yaratdığı Furak adında hind qızıdı bu danışan. 
 
 
 
Bünyad bəy diksindi. 
 
 
 
Bəy bir qurtum çay içib çeçədi. 
 
 
 
- De görüm bu "Furak" kimə xidmət eləyir? Başqalarına işləyirsənsə, bu hovuzda boğaram səni! 
 
 
 
Furak sakitcə soruşdu ki:  
 
 
 
- Sahibimizin agenti Bəy Buşa xidmət eləyərmi? Daimi nəzarət altında, Buşa xidmət 
mümkünmü? 
 
 
 
Bünyad bəy sözün sonrasını gözlədi. 
 
 
 
Furak dedi: 
 
 
 
- Heydər Əliyevə satılaram? 
 
 
 


 
11
Bünyad bəy, qaş-qabaqlı: 
 
 
 
- Lazım gələndə çox şey olur, - dedi. 
 
 
 
Furak, bir qədər düşüncəli: 
 
 
 
- Bu müharibə, bilirsən, etnik məsələ üstündədir, - dedi. - əgər bütün planet EvƏrEy - "Yevrey", 
ƏrÜz - "Rus" və sair ÖdƏrlərindən ibarətdisə, bu Odər xalqı özünü niyə tanımır, elə döyüşür? 
Dildi səbəb, dindi, ya nədi? 
 
 
 
Bünyad bəy çaşqınlaşdı. 
 
 
 
- Məni deyəsən doğrudan da boş-boşuna göndərməyiblər sənin yanına. 
 
 
 
Furak əlini bəyin əlinin üstünə qoyub sığal çəkdi: 
 
 
 
- Afərin, Bəy. Lap ilk söhbətdən dəyişirsən. Bilirsən ki, mən Xızıda böyümüşəm. Və bilirəm ki, 
"Xız" sözü olmayıb. Babalarımız AğÜz olublar. Bağdayın indiki "Qazax" mahalı içində olan, 
köhnə AğÜz vilayəti hətta Türkiyə ərazisini də əhatə eləyib vaxtı ilə. Düzdü? Sən axı yaxşı 
bilirsən "Midiya" - Bağday tarixini. De görüm bu tarixi bilən AğÜz (xızı) Odərləri ilə "Yevrey" 
Odərləri arasında heç bir fərq olmadığını bilən adam, keçmişdə vətəndən tərik düşüb "Türk" 
adlanan bədbəxtlərimiz keçmişdən niyə ƏrÜz - "Rus"la yola getmir? 
 
 
 
Bünyad bəy nədənsə birdən-birə qəmli görünürdü. 
 
 
 
- "Rus" EvƏrEy Türkün əleyhinə döyüşməz. Türk özü EvƏrEyi tanımır. 
 
 
 
Furak dik qalxdı. 
 
 
 


 
12
- Bəs sən niyə döyüşürsən, ay yaramaz Bəyim?! Sən qəsdən burda - İranda Bağ adı ilə yox, 
"Muğ" adı altında yaşayanlarımızı niyə qırmısan? 
 
 
 
 Bəy qururla: 
 
 
 
- Sovet kəşfiyyatçısıyam mən, kommunistəm. Antitürk tərbiyələnmişəm - dedi - Mən kin 
mücəssəməsiyəm. 
 
 
 
Furak yenə duruxub, adi səslə: 
 
 
 
- Elə isə, özün de görüm, sənin Qumralın ikən dəyişib Furak olan bu qız kimindir? 
 
 
 
Furak sözünü tamamlamaq üçün yenə əlini Bəyin əlinin üstünə sürtdü. 
 
 
 
- Dediyim dərs böyük, əxlaqi siyasi dərsdi, incimə. Nizaminin "Xəmsə”sini oxumusan sən. 
Yadındadımı "həft peykər"də Hind gözəli Furak Bəhrama necə dərs deyir? 
 
 
 
Bünyad bəy düşünmədən: 
 
 
 
- Nağıl danışır, - dedi. - Bir naməlum şəhərdə naməlum bir qəssabın danışdığı nağılı danışır 
Furak. 
 
 
 
Furak qımışdı. 
 
 
 
- Nədi o nağıl? 
 
 
 
Bünyad bəy çox könülsüz hüdülədi: 
 
 
 


 
13
- Padşahla rəiyyətləri yas içindədilər. Səbəbini gizlədirlər. Padşah bir səbətə minir, Simurq 
quşunun caynağında uçur gedir İrəmə, yəni Cənnətə. Türk qızı Türknazla keyf çəkir, qayıdır, 
qara geyinir. Sonra məlum olur ki, ölkənin bütün kişiləri elə uçublar İrəmə, qayıdıb qara 
geyiniblər. Arvadlar ha soruşurlar, padşah kimi, o birilər də heç nə demirlər. 
 
 
 
Budur nağıl. Niyə danışdırdın mənə bu nağılı? Qəsdin nədir?! 
 
 
 
Furak qımışdı. 
 
 
 
- Həft peykər"dən Bəhramı, Furakın nağılını möhkəm saxla yadında, Bəy. Lazım olacaq. Ola 
bilər ki, sən də qara geyinəsən. 
 
 
 
Bünyad bəy haldan hala düşürdü. 
 
 
 
- Sən ki. lap adi bir agent idin, sadə bir zənəndin, necə mürəkkəbləşdin belə birdən-birə, 
Qumral?! Niyə bu qədər gənc qalmısan?! Səbəbi nədi bunun?! Bircə bunu izah elə! 
 
 
 
Furak təmkinlə: 
 
 
 
- Sənə dedim, "Qumral" desən bağımın meyvələri zəhərli olacaq, Bəy, - dedi. - Gənc qalmağımın 
sirrini də dərs qurtarandan sonra biləcəksən. 
 
 
 
Bünyad bəy daha dözmürdü. 
 
 
 
- İçirt zəhərini! Aç sirrini! 
 
 
 
Furak dedi: 
 
 
 
- Sirrim də İrəmdədi1, zəhərim də, İrəmə uçacaqsan, "Səbət"də yox, işıq gəmisində. Nizami 
farsca yazırdı, bilirsən ki, "Səbət" yaza bilməzdi. Onun rəmzini anlatmaq üçün kəlməni türkcəyə 


 
14
- OdƏrcəyə çevirməlisən. Ən məşhur "Səbət" sözü, elə "səbət" mənasında anlaşılır. Burda - 
Azərbaycanda gərək ÖdƏrcəyə çevirəsən: "Səbət" ƏsEvOd (Yaradan evin həqiqəti). Bu dəfəki 
həqiqət adicə İşıq gəmisidir. ƏsEvOd - SimƏrAğ, belədi gəminin adı. 
 
 
 
- Nə?! - Bəyin rəngi dəyişdi - Məəttəl qalmışam, harda, necə belə mürəkkəbləşmisən sən! Dilini 
qanammıram! Heç qanammıram ey, heç! 
 
 
 
Furak dedi: 
 
 
 
- "Adi bir agent, sadə bir zənən" kimi görünüb, lazım gələndə əsl üzünü göstərən adi, sadə 
razvedçikəm, Bünyad bəy! Bu "Xız"ı - AğÜz qızı sənin pişiyini ağaca dırmaşdıracaq bu gün. 
 
 
 
- Unut bu münasibətdə dumanlı razvedçik zarafatlarını! İsti xörək ver bir az! 
 
 
 
Furak duruxub, birdən güldü: 
 
 
 
- İrəmdə mərhum arvadın Sərvinazın məclisində Cənnət təamları yeyəcəksən, "Hökmdar". 
 
 
 
Bünyad bəy heç nə anlamırdı. 
 
 
 
- Qurtar dedim bu zarafatları! Nə Cənnət?! Öldürülməyə gətirilməmişəm mən. Sözünü de! 
Şərtini de! Əmma nəzərə al: Sovetlərdən, Rusdan dönmərəm mən. Antitürk antiyevreyəm! Bəli! 
Yevrey özü də antisemit ola bilər? EyOd OdƏri, Bağ Oğlu Bağı Kesara satan İudayam! "Sarı 
inəyə"1 inanıram. SarUnEy EvƏrimə - Avrama yox! Qızıla inanıram, qızıla. 
 
 
 
- Qəzəblənmə, Bəyim, mən gəmi barədə danışıram, sözün əsl mənasında işıq gəmisinə 
minəcəksən. Simurğ quşunun caynağında yox. ƏsEvOd - SimƏrAğ gəmisində uçacaqsan! 
 
 
 
Bünyad bəy fikrə getdi, ofuldanıb: 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə