Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   39   40   41   42   43   44   45   46   47

 
189
 
 
Bünyad bəy bir daha Bağıyeyən tağına, küllüyə baxdı. 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Nə fikirləşirsən? 
 
 
 
Bəy dedi: 
 
 
 
- İyirmi üçüncü ildə Omar ağa Göy Qılınca getmədi. Malı, qoyunu AğBizənə, qardaşı İsmayıl 
ağanın örüşlərinə göndərdi. Tək-subay malı meşədə saxladı, çünki buğa - yazabuğa çox idi o 
naxırda, AğBizən örüşlərində böyürtü salıb hökumətin diqqətini cəlb edərdi. Bu quyunun 
yanındakı çəpərə evdən başqa QaraSuyun bu sol yanında yeddi çəpərə ev tikildi. Cəmisi dörd 
aydan sonra evlərin hamısını yandırıb indiki Muğanlının yerinə köçdülər. Fikirləşirəm ki, o dörd 
ayda bu quyunun yanına gör nə qədər ocaq qalanıb ki, iyirmi üçüncü ildən bu vaxta qədər belə 
küllük qalıb! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Təhlükə hiss elədin, yenə başladın yalan danışmağa! İyirmi üçüncü ildən indiyə qədər, səksən 
ildə o quyunun qırağında minlərlə ocaq qalanıb. Muğanlının uşaqları Bağıyeyənin üstünə quru 
sirkən yığırlar, sirkənin üstünə çırpı tökürlər, çırpının üstünə palıd kötüyü qaldırırlar. Ocaq bu 
gün günortadan sabah səhərə qədər yanır.Üç-dörd gündən sonra uşaqlar gəlib görürlər Bağıyeyən 
yenə cücərib küllükdə. O lapatka ilə qazıb köklərini çıxarıb atırlar. Bağıyeyən yenə bitir! 
 
 
 
Budu sənin fikirləşdiyin. Sən də özünü ölümsüz sayırsan! 
 
 
 
Düzdü? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 


 
190
- Düzdü. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Kökləri çıxarılıb atılan bitki necə bitir? Nə sirdi bu? 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Bağıyeyən dəniz bitkisidi. Toxumu yeraltı sularla planetin su qatının hər yerinə yayılıb. Harda 
quyu qazılır, o quyunun qırağında hökmən Bağıyeyən bitir. Muğanna nəslinin Ün 
eşidənlərindən, bir də məndən başqa heç kəs bilmir ki, bu dəniz bitkisinin kökləri su qatına qədər 
gedir. 
 
 
 
Səməd köksünü ötürdü. 
 
 
 
- Dərindi kökləriniz, ay "Yevrey"!  
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Okean bitkisidi "Yevrey". Dəniz yox. 
 
 
 
Səməd bozardı. 
 
 
 
- Niyə zəhərlidi?! 
 
 
 
Bünyad bəy dedi: 
 
 
 
- Zəhərlidi ki, heyvanat yeməsin Bağıyeyəni! Muğannalar baxıb fikirləşsinlər, əsəbiləşsinlər. 


 
191
 
 
 
Səməd dedi: 
 
 
 
- İzah eləyə bilərsənmi Rusun OdƏrə kininin kökü hardandı? 
 
 
 
Bəyin dodaqları əsdi: 
 
 
 
- Yenə məlum şeylər danışdırırsan! Həm də qəsdən "kin" deyirsən, əslində "kin" deyil bu sözün 
əsli, Oddu, EvƏrEy OdƏrinin Odu - Həqiqət ayrı, "Yevrey" Odu ayrıdı! Və əsil Od elə 
bizimkidi. 
 
 
 
- Sübut elə! 
 
 
 
- Hm!.. Sənin nəzərində ikrah doğurucu şeylər danışacam indi. Lap açıq danışıram. "Qore ot 
uma"nın müəllifi məşhur Qriboyedov İranda posol olanda deyib ki, orda-İranda atasını, anasını 
tanımayan çoxlu yetim uşaqlar var, gündüzlər oğurluq eləyirlər, gecələr biri-birinin üstünə çıxa-
çıxa səhərə qədər guya pis işlə məşğul olurlar. Əslində bu təbii ehtiyacdı, deyib Qriboyedov 
cənabları. Bu uşaqları yığın aparın Peterburqa, ehtiyaclarını maksimum ödəyin deyib... Bilirsən 
ki, sonralar belə uşaqlar deyiblər: “Mən oldum Peterburqda. Gündüz çılpaqlanıb "Eşşəkbeli" 
oynayırdıq, çıl-çılpaq! Bu işə elə alışdıq ki, hətta gecələr yanımıza göndərilən mollalarımızla da 
"eşşəkbeli" oynayırdıq. Sonra mollalarımız bizə dedilər, meyitxanaya gedəcəyik, ordakı ölü 
"eşşəklərlə" iş görəcəyik. Düz bir il ölüxanaya getdi”.  
 
 
 
Səməd dedi: 
 
 
 
- Ətraflı izah elə! 
 
 
 
Bəy dedi: 
 
 
 
- Nə izah?! Vatikan iki yüz il döyüşdürüb bizlə sizi! "Bibliya" bizə dil verəndən sonra lap 
antaqonist olmuşuq: "Russkoyazıçnıy Yevrey" və "turok” dilimizdə söyüş kimi səslənir. 
 


 
192
 
 
Ölü OdƏrlə dirinin arasında fərq hələ Makedonskinin vaxtında itib. Müqəddəs kitab bizi həm də 
"İsrayıl oğulları" adı altında, sizi "tərik", "Türk" adı altında gizlənən "Muğannalar" kimi 
tanıtdırırdılar. Üstəlik, sizin dildə bizə "kafir" dedirdiblər. İndi biz əminik ki, hər iki dunyada 
kafirə zülm eləmək üçün yaranmışıq! 
 
 
 
Sonra başqa dərs keçdik. Çoxlu araq içib, hamamlarda, divarların tinlərində dayanıb, başlayırdıq 
sizə bıçaq atmağa. Kindimi bu? Xeyr! Biz bəndə "kafir"in və ümumiyyətlə insanın haqqında 
fikrimiz pisdi. Bəla, "Avram"dı, oğullarıdı. Siz, əbləhlər, necə dəyişdirə bilərsiniz əsrlərin 
etiqadını?! 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Rus dillilər hakim mütləqdirlərsə, bəs o hurilər səni niyə bu qədər gülünc şəklə salırlar, a bəy? 
"Hökmdarımız!", "Kəmərimizi aça bilərsən” və sairə. 
 
 
 
Bəy, tərəddüdsüz: 
 
 
 
- Bizim gücümüz kütləvilikdədi! - dedi. Mən tək düşmüşəm sizin əlinizə. Buna görə deyilmi ki, 
hətta Orduqozdu Musa da ələ salır məni?! 
 
 
 
Səməd bir qədər yorğun kimi, yenə də ikrahla: 
 
 
 
- Yaxşı, bəsdi çərənlədik - dedi. - Küllüyün tarixində ən faciəli hadisələrdən biri, Omar ağanın 
sonbeşiyi Mustafanın ölümüdü. Pünhan Muğannamızın atası Mustafa Yerdə qalsaydı, indi 
doxsan üç yaşında olardı. Əmma Pünhan hələ də unuda bilmir onun faciəsini. De görüm 
Mustafanın taleyi haqqında nə bilirsən? Dərsi qurtarıram bununla. 
 
 
 
 - Hə?! İnanım? 
 
 
 
- İnan, bəy! 
 
 


 
193
 
- Yaxşı: Mustafa Qazax seminariyasını qurtarmışdı. İsmayıl ağa AğBizənə çağırdı, başa saldı ki, 
kommunizmin kağız üzərində ədalətli qanunlarına inanmısan sən. Bəyənirəm mən bu inamı. 
Kütləvi məcburi tədrisdən istifadə eləyin, xalqı maarifləndirin. SafAğı yaymağı ancaq aşıqlara 
tapşırmışıq. Siz ədaləti qoruyun. 
 
 
 
Seminariyadan sonra Məmməd ağa onu Qazax mahalının Yenikənd məktəbinə direktor təyin 
etdirdi. Mustafa iki il orda - Yenikənddə dərs dedi. Muğannaları yerləşdirəndən sonra Məmməd 
ağa Muğanlı məktəbinə direktor təyin elətdirdi onu. O, orta savadlı təcrübəsiz cavana qəti 
tapşırıq verilmişdi ki, hər yerdə Muğannaları ətrafına yığsın, xaricdəki Muğannalarla əlaqə 
saxlasın. Mənə isə tapşırılmışdı ki, "Çax-Çux" kliçkalı köhnə yoldaşımla sıx əlaqə saxlayıb, 
Mustafanın "okrujeniye"sindən adamlar "verbovat" eləyib xaricdəki, daxildəki Muğannaların 
siyahısını yenidən tərtib eləyək. Min doqquz yüz ötuz yeddinci ildə həm daxilimizə, həm də 
Cənubi Azərbaycana, Türkiyəyə "karatelniye qruppa"lar göndərək. "Hümmət" partiyasının 
köhnə nərimanovçuları ilə yığıncaqlar keçirək, kolxozları köhnə AğEy icmaları şəklinə saldıraq. 
Salahlıdan çox bacarıqlı maarifçi Əli Əliyev, Qazaxdan öz bacanağı Məcid Nəsibov, 
AğBizəndən Məcid Tağıyev çox ciddi-cəhdlə Muğannalardan ibarət maarifçilər ordusu 
yaradırdılar, Məmməd ağanın, Mahmud Yolçuyevin köməyilə, Muğandan Şamaxıya sürülən 
muğannalardan ali təhsilliləri universitetə, APİ-yə doldururdular. APİ-də Aslanbəylidən 
professor Seyidovun, universitetdə Nabat Alılıdan Məmməd Şıxlınskinin əlilə, Muğannalardan 
ibarət "qazax"lılar deyilən saysız-hesabsız maarifçi yetirirdilər. Moskvadan Mircəfər Bağırova 
gizlin direktiv verilmişdi ki, otuz yeddinci - otuz səkkizinci illərdə bu kütlənin hamısı məhv 
edilməli, ya da "verbovka" yolu ilə zərərsizləşdirilməlidirlər. Omar ağanın qardaşı İsmayıl ağa 
Mustafanı tez-tez AbBizənə çağırıb təhlükə sovuşana qədər gizlədirdi. Omar ağanın 
"İşıqsaçanlar"ından idi, Mustafanı bütün nəsil qoruyurdu. 1941-ci ildə müharibə başlananda bizə 
göstəriş verilmişdi ki, Mustafanın partiyaya keçməsinə imkan verməyək. Əmma Səməd 
Vurğunun qardaşı Mehdixan Vəkilovla KQB-nin Ağstafadakı rəisi Saşa Babayev, yəni bütün 
qohumlar köməkləşib konspirativ üsulla partiyaya keçirdilər onu, tezcə də Dörd yüz on altıncı 
diviziyaya divizon komissarı elətdirdilər. Əlimizdən çıxdı qaçdı o İşıqsacan. 
 
 
 
 
 
 
 
Qırx ikinci ildə Taqanroqda dörd yüz on altıncı diviziya Almanların qabağından qaçdı, tək 
Mustafa ön cəbhədə, öz qohumları ilə qalıb, ən çox sevdiyi xalqın qanını su yerinə axıtdı. 
 
 
 
Səməd dedi: 
 
 
 
- İzah elə görüm, o qatil hərbçi niyə OdAğÜzdədi, ay özünün qatili!  
 
 
 
Bünyad bəy dedi: 


 
194
 
 
 
- Başa düşmürəm! 
 
 
 
Səməd dedi: 
 
 
 
- İsa əfəndi kimi, Mustafa da Ər oğlu Ərdi, kini aşıb-daşan "verbovşik" deyil, ay kin 
mücəssəməsi! Sən əminsən ki, "Yevrey”də EvƏrEy irsi qalmayıb!" Nəinki Ağ planetində, heç bu 
təhrif Yerdə də yerin yoxdu sənin! Çürümüsən! Ölmüsən", ay ölü! 
 
 
 
Bünyad bəy, tutqun: 
 
 
 
- Yenə başa düşmürəm. Həm dərs deyirsən, həm də ölü sayırsan! - dedi. - Həqiqətən ölüyəmsə, 
niyə dərs deyirsən axı bu ölüyə?! De bunu! De! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Əsəbləşmə, bəy. Yenə təkrar edirəm ki, fəlakət tarixini danışıb qurtarandan sonra biləcəksən 
hər şeyi. Yaxşı-yaxşı, de görək Muğanlı küllüyünü kimlər yaradıblar? 
 
 
 
Bünyad bəy "tfu" eləyib dedi: 
 
 
 
- Yüz bir Bağ "Şəhri Yar"dan sürgün olunandan sonra Musa ağanın ocağını Muğanda çobanlar 
qalayırdılar. Musa ağanın quyusunun qırağında. Omarağalı bura köçəndən sonra Nabat Alılının, 
Eminlilərin çobanları qalayırdılar ocağı Omar ağanın ordakı quyusunun qırağında. Burdakını da 
ki, dedik Bağıyeyən Romanovlardan başlamış, Bağıyeyən Bünyad bəyə qədər, nəhəng "Yevrey" 
zənciri yaradıb Muğanlı küllüyünü! Axırıncı öldürülən Mustafadan sonra tarix qurtarıb! Daha nə 
istəyirsən?! 
 
 
 
Qurtardı tarix! İndi nəhayət, bilməliyəm mən, niyə dərs deyirsən bu ölüyə?! 
 
 
 


 
195
Səməd sakitcə: 
 
 
 
- Tək sənə yox, səhərdən bəri mən bütün Bağıyeyənlərə dərs deyirəm, ay bağıyeyən! 
 
 
 
Bir şey qandın?! 
 
 
 
Bəyin gözləri bərəldi: 
 
 
 
- Əcəb abrakadabradı!1 Bu Çinar gölünün qırağında danışılan tarixi sənlə məndən, bir də o 
yanındakı Orduqozsuzdan başqa kim eşidir?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Pünhan Muğanna eşidir. 
 
 
 
Bəy dedi: 
 
 
 
- Bu lap ikiqat abrakadabra oldu. Pünhan Muğanna da bağyeyəndi?! Ona da dərs deyirsən?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Qanmadın, ay müdrik "Yevrey". Mən səni danışdırıram. Sən və mən nə danışırqsa, AdıPünhan 
Muğanna hamısını eşidir və yazır. 
 
 
 
İndi necə, qandın?! 
 
 
 
Bəy dedi: 
 


 
196
 
 
- Muğanna EySardan eşitdiyini yazır. 
 
 
 
Səməd dedi: 
 
 
 
- SimOd - "Səməd" deyil bu danışan, ay bədbəxt, EySardı. 
 
 
 
Bünyad bəy əlini yellədi. 
 
 
 
- İndi deyəcək İblisəm, kinoyam. OdAğÜzdən EySar göstərir! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Tamamilə doğrudu, ay ən müdrik "Yevrey", Səmədlə Musa Muğanna OdAğÜzdədi, ay qeyri-
adi idraksız "Yevrey"! 
 
 
 
ƏsEyƏrlərdə kino fəzada göstərilir. Lap adi kino kadrlarıyıq biz. 
 
 
 
Bünyad bəy qaşlarını çatdı: 
 
 
 
- Demək, real ÜnƏs deyilsən?! 
 
 
 
Səməd dedi: 
 
 
 
- Axırda hər şey aydınlaşacaq, bəy. Mən sənə dedim Pünhan Muğanna eşidir bizim danışığımızın 
hamısını, bax bu saat lap taqətsiz vəziyyətdə, tövşüyə-tövşüyə yazır ki, ƏsƏrini tezliklə bütün 
Yerdə oxusunlar SafAğ Elminin Mücahidləri muğannalar, Bağlar - "Muğ"lar haqqında məlum 
olmayan təfsilatları da bilsinlər. Aydın oldumu bu? 
 


 
197
 
 
Bəy dərindən nəfəs aldı: 
 
 
 
- Bildim. 
 
 
 
Səməd dedi: 
 
 
 
- İndi de görüm, Omar ağanı kim öldürdü? 
 
 
 
Bəy başını buladı: 
 
 
 
- Bilmirəm. Otuz dördüncü ilin yayında, Göy Qılınc yaylağında heç kəs yox idi bizdən - 
"Yevrey"lərdən. Eşitdiyim budu ki, səksən dörd yaşının tamamında da Omar ağa çox gümrah 
imiş. Bir günortaüstü Göy Qılıncın aşırımından qayıdıb, gəlinlərinə deyib: 
 
 
 
- “Muğanlıya, Mustafaya depeş vurdurun. "Böyük dəyədə yerimi salın, mən köçürəm bu gün. 
Aşıq Alını da çağırtdırın, bir az bayatılasın". 
 
 
 
Hamı heyrətlənib ki, "necə yəni köçürəm?", belə sap-sağlam kişiyə birdən-birə nə oldu?! 
 
 
 
Omar ağa cavab verməyib. Qonşuluqda qohum Əli Paşanın toyu imiş. Deyib: "Mən köçəndən 
sonra toy əhlinə heç nə deməyin. Sabah, gəlin gələndən sonra deyərsiniz". 
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Səncə nə olmuşdu? 
 
 
 
Bünyad bəy dedi: 
 


 
198
 
 
- Məncə həmin gün Omar ağaya OdAğÜzdən məlumat verilmişdi ki, tezliklə Muğannaları 
qıracaqlar, Sibirə, Qazaxıstana sürəcəklər. Əlli üçüncü ilin axırında Mustafanı da öldürəcəklər. 
Evdə "Şolloy" çağrılan SafAğ Varisindən - Mustafanın oğlu Pünhan Muğannadan başqa Yer 
üzündə OdAğÜzlə əlaqəsi olan tək-tək "Muğ" - Bağ qalacaq. Onların fəaliyyəti də ta əsrin 
axırına qədər məhdudlaşdırılacaq... Yerdəki belə müsibətlərdən çox sarsılmamaqdan ötrü 
çağırmışdılar Omar ağanı OdAğÜzdən... belə izahat yazmışam mən Moskvaya. Bizdən heç kəs 
əl qaldırmayıb Omar ağaya. OdAğÜzdə özləri istəməyiblər ki, kişinin əlaqələri davam eləsin. 
 
 
 
Səməd dedi: 
 
 
 
- Bəs Mustafanı kim vurdu? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Məndən - "Çax-çux"dan başqa bu tərəflərdə "qızıl İlan" kliçkasında bir kəşfiyyatçımız da vardı. 
Çox dəqiq konspirasiyada saxlanırdı. Tanımırdıq biz onu. Aldığım məlumata görə, Mustafa, 
özündən başqa dörd nəfər işçisi ilə, Ceyrançöl deyilən yerdə kolxozun örüşlərini 
müəyyənləşdirməyə gedirmiş. Muğanlıda kolxoz sədri idi. O vaxt - əlli üçüncü ildə gürcücə 
"Kuxeti" deyilən dəmir yolu stansiyasından bir az aralananda, düzənlikdə "Qızıl İlan" maşının 
qabağına çıxıb, əlini qaldırıb ki, "saxlayın, sözüm var Mustafaya". Mustafa"Villis"dən düşəndə 
"Qızıl İlan" gözlənilmədən tapancanın küpü ilə vurub Mustafanın gicgahını deşib. Sonra 
maşındakılara əmr eləyib ki, maşını döndərin, Mustafanın başını maşının altına soxun. Budu. 
Maşındakı adamları danışdırıblar, hadisəyə "avariya" adı qoyublar. Vəssalam.  
 
 
 
Səməd soruşdu ki: 
 
 
 
- Mustafanın böyük qayğı ilə qoruduğu "Şolloy" nə əcəb sağdı hələ? 
 
 
 
Bəy dedi: 
 
 
 
- Özün bilirsən ki, SafAğ Elmi çox yayılıb indi. Əlli-əlli ikinci illərdə Moskvada təhsil alanda 
Şolloyu institutda qoruyanlar çoxdu. Eşitdiyimə görə, bizimkilər yeddi-səkkiz dəfə Sui-qəsd 
eləyiblər Pünhan Muğannaya, bir şey çıxmayıb. Maqsim Qorki adına institutun rektoru Fateyev 
Pyotr öz maaşına xüsusi adam tutubmuş, avtobuslarda, "elektrçka"larda da, yataqxanada da o 


 
199
adam Şolloyu qoruyurmuş. Burda, Bakıda da Mehdi Hüseyn Həsən adlı bir oçerkisti təyin 
eləyibmiş ki, Solloyu gözdən qoymasın. Saatlıda bir raykom katibi Şolloyu öldürtdürmək üçün 
dəridən çıxıb. Həsən oçerk yazıb, o katibi ifşa eləyib, işdən qovdurub, sonra da başını əkib. 
Altmışıncı illərdə bir neçə əsərinə görə Şolloyu həbs eləyirmişlər. O vaxtkı məşhur tənqidçilər 
Cəfər Cəfərovla Məmməd Arif məqalə yazıblar ki, "İsa Hüseynovun" siyasi mövqeyi 
kommunizm ideyaları mövqelərinin ziddinədir". Elə həmin il Heydər Əliyev Azərbaycan 
Kommunist Partiyasının birinci katibi təyin olunub. İş elə gətirib ki, o vaxtlar Moskvadakı 
EvƏrEylərdən birini buraya - Azərbaycana ikinci katib təyin eləyiblər. O iki nəfər lap belə 
cəngavərcəsinə qoruyublar, Solloyu, tutulmağa qoymayıblar. İndi təzə-təzə açılır ki, Comərd - 
Musa ağa adı ilə tanınan adam - Ulu Bağ ƏsƏlMən özü, OdAğÜzdən SafAğ İşıqla qoruyurmuş. 
İndiki Pünhan Muğanna qorxusuz - hürküsüz yazır bu barədə. "Heydər də əbədiyyətə gedəcək" 
deyir, "Babamız qoruyur" deyir. Belə qorxusuz - hürküsüz olublar indi Muğannalar.  
 
 
 
Musa hardasa yorğun-yorğun saz çalırdı:  
 
 
 
- OdAğÜzün, Kainatın qüdrətini hiss eləyirsənmi? 
 
 
 
Bəy qətiyyətlə: 
 
 
 
- Yox, - dedi. - Kainat Bağları Yerin iradəsinə təzyiq göstərmirlər. Odu ey, su basır Yeri, Bağlar 
müdaxilə eləmirlər. Belə əcəb sarsaqdılar Bağlarınız. Bizə ancaq yumşaq-yumşaq təsir eləyirlər: 
"Müharibəni kəsin! Atom istehsalını dayandırın" - filan. Aç indi görüm həqiqi Səmədsən, ya 
yox? 
 
 
 
Bəy sözünü tamamlaya bilmədi. Səməd, Musa, ocaq, hamısı birdən-birə yoxa çıxdı. Bir az sonra 
uzaqdan, göyün dərinliyindən SimOdun səsi eşidildi: 
 
 
 
- Ətrafına bax. Yol ayrıcındasan, bəy. İlk gəncliyində daxilən iki yol ayrıcında çırpınırdın. Əgər 
Romanovlara təslim olmayıb o ruhani gimnaziyadan qaçsaydın, indi Şimalla birləşmək əzmində 
olan Cənubunuzda uca ruhlu vətəndaşlardan biri olardın, şübhəsiz, bir SafAğ mücahidi kimi, 
əbədi həyat qazanardın... İndiki yol ayrıcının ikisi də səni faniliyə çağırır, biri deyir "get 
Küllüyün quyusunda gizlətdiyin qızıl küpələrini çıxart, o sovxozdan bir kənarda "Vayenni 
qorodok"dakı zemlyankanda bir kənarda həyat qur. Cavan zənən, cavan qulluqçu, plov-çilov və 
sairə. O biri yol deyir: "Taqətin kəsilib, ömrüyün sonudu, get gir o zemlyankaya, Öl orda..!” - səs 
kəsildi.  
 
 
 
Bəy küllüyə doğru baxıb, birdən daha da təqətsizləşdi: ondan - Bəydən kiçik olsa da, bəyin gülə-
gülə "Qoca" kliçkası verib "tapdaqda saxladığı" "Qoca" sağ-səlamət, öz sarı "Mersedes"ində, 


 
200
yanında beş-altı nəfər nəvəsi, uzun ip ucunda bir adamı quyuya sallatdırdı, qızıl küpələrini 
"Mersedes"ə doldurtdurdu, özü "rul"un arxasında oturub, özünün saldırdığı Sudüşən qəsəbəsinə 
gedən torpaq yolda, qalın toz arxasında yox oldu. 
 
 
 
Bünyad bəy ayağa qalxa bilmədi. Dörd əl-ayağı üstündə, iməkləyə-iməkləyə, gözləri qarala-
qarala, hara getdiyini bilmədi. Nəfəsini dərib gözlərini açanda özünü çılpaq çarpayıda gördü. 
Bura "Vayenni qorodok"dakı gizlin yaşayış yeri idi. Ehtiyacı olmadığına görə çoxdan 
gəlməmişdi. Birdən... Sərvi?! Bəli, Sərvi idi. Çarpayının yanında dayanmışdı.  
 
 
 
- Nədən belə heyrət elədin, a kaftar! - dedi. - Sənin "ins" bədənində bir az ÜnƏslik əmələ 
gətirmişik. Odu ki, gəldim ÜnƏs abırında dəfn eləyim səni. - belə deyib, birdən lap İblis kimi 
qəhqəhə çəkdi. 
 
 
 
- Səndən "ins" də olmaz, a bədbəxt! 
 
 
 
Yastı quyruğunu şappa-şap yerə döyən bir qunduzun ardınca qunduzlar içəri doluşdular. 
Çarpayının sağ-solundan bəyin dövrəsinə yığışdılar, dişləri, dırnaqları ilə şalvarı cırıb dağıtdılar, 
kimisi ön, kimisi arxa tərəfdən bəyə sürtüşməyə başladılar. Tappıltı ilə yerə düşənlər dəyirmi, 
yaşarmış gözlərlə sahibə baxa-baxa yuxarı dırmanmağa çalışırdılar. 
 
 
 
Sərvi ikrahla üz döndərib yoxa çıxdı...  
 
 
 
Kim xəbər verdi, necə oldusa, lap çoxdan "verbovat" olunmuş "Muğ"lardan biri özünü yetirib 
itləri o yan-bu yana itələdi, baldırlarından qan süzülən "bəy"i qucağına götürüb, yekəpər, uzun, 
güclü qollarının üstündə eşiyə çıxartdı, özü ilə gətirdiyi palanlı eşşəyin belinə qaldırıb: - Hoş! 
Hoş! - dedi. 
 
 
 
Hara apardı? "Bəy" sağaldımı, öldümü? - Bunu nədənsə mənə demirlər. Bəlkə də haqlıdırlar. O 
çarpayı, qunduzların o vur-hayı, o qan yadıma düşəndə, nədən kədərləndiyimi bilmirəm. Bəzən 
hətta gözlərim yaşla dolur.  
 
 
 
Yalnız bir neçə kəlmə eşidirəm:  
 
 
 
- "Cəhənnəm məkanını tap, ey, "ins" o fantastikasız fantastika sənin özündə deyilmi?!" 


 
201
 
 
 
Mənim yaşla dolan gözlərim sənin taleyinə görə deyilmi?! Sənin o zərif, məlahətli, yüz on üç 
yaşlı sifətin yalnız öldüyün anda dəyişib idbarlaşırsa, biz necə deməyək ki, o, Cəhənnəmi özündə 
olan - çürüməkdə olan sifətdir. Mənim sirr açmağı, qisas almağı tamam mənasız sayan babamdır 
səni tanıyan, o da məlumdur ki, əlimiz çatan yerdə deyil. Övladları, qohum-əqrəbası ətrafında, 
Vətənimiz EyƏrin dərdini çəkə-çəkə, məndən ötrü qəribsəyən əziz babam!.. Bu kitabçanı oxuyan 
Yer övladları, son gününüzü, üzünüzdə son ifadəni təsəvvür edə bilərsinizmi? Dərk edirsinizmi, 
niyə belə olursunuz, ey cəhənnəmi içərilərində olanlar?! 
  
 
  
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=268 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə