Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   2   3   4   5   6   7   8   9   ...   47

 
19
- Bu yasın səbəbini öyrənmək üçün bircə yol var, Bəyim. Elm və eşq yolu. Elm və Eşq yolu isə 
Simurğ quşunun caynağındadı, - dedi. 
 
 
 
Bünyad bəy lap təntiyib başını buladı. 
 
 
 
- Sən məni öldürəcəksən, ay səbr, dözüm mücəssəməsi! Mən it oğlu min doqquz yüz altıncı ildə 
Peterburqdan Bakıya gəldiyim gündən razvedçikəm, məndə bu qədər səbr, dözüm yoxdu! Nə 
möcüzəymişsən!.. Bayaq işıq gəmisi idi, hətta Adı da vardı! İndi Simurğ oldu! Niyə?! Hara 
aparırsan məni? Təyyarəyə?! Simurğun caynağına?! Kimdi "caynaqlı Simurğ?! Buş?! Putin?! 
Mən ki, tabeyəm sənə. De qurtar görüm kimdi təzə sahibin?! 
 
 
 
Furak dayandı. Və birdən: 
 
 
 
- Mən razvedçik deyiləm, Bəy! - dedi. 
 
 
 
- Nə?! - Bynyad bəy hətta titrədi. 
 
 
 
Furak isə, eyni ciddiyyətlə: 
 
 
 
- Bayaq dedim bir alim zənən dərs deyəcək. Yenə deyirəm, mən özüməm alim zənən. Diqqətlə 
dinlə bu zənəni: "Rus"un, derjavanın Kremli siyasi blokadadı. Corc Buş (İkinci) kimi nəhəng 
prezident, gizlin EvƏrEy Putinlə birləşiblər, boğurlar, bəy. Əmma özün hələ də podpolni Sovetə
"Rus"a qulluq eləyirsən! 
 
 
 
Bünyad bəy, xeyli düşüncəli: 
 
 
 
- Bütün dünya Kremli Derjava mərkəzi kimi tanıyır - dedi. - Qorbaçov, Vatikanın himayəsində, 
gizlin hakimiyyətdədir. Belə olmasaydı, Putin onun başını çoxdan yeyərdi. Kremlin EvƏrEy 
ocağı olduğunu, bütün planetdə EvƏrEy Ödərlərini, ƏrÜz OdƏrlərini, AğÜz, ÜzAğ, 
YanÜz\Ağlarını, yəni bütün "Türk" - "Tərik" dünyasını birləşdirmək əzmində olduğunu başqa 
yerdə dilinə gətirsən, səni o dəqiqə aradan götürərlər, ay bədbəxt zənən... Bildim, sən 
Buşunkusan! "İran", "Azərbaycan", "Ərəb" OdƏrlərini birləşdirmək, bütün planeti vahid 
dövlətdə birləşdirmək və bunu maksimum gizli saxlamaq dilindən çıxsa, səni səlamət 
qoyarlarmı?! 


 
20
 
 
 
Furak: 
 
 
 
- Sənə dedim alimdi bu zənən, razvedçik deyil, - dedi. - Simurğ quşu isə əfsanə deyil, həqiqətdi. 
Öz gözünlə görəcəksən indi.  
 
 
 
Bünyad bəy diksindi. 
 
 
 
- İndi?! 
 
 
 
- Bəli! .. İndi!.. Bir sualıma cavab ver, Bəyim. İsfəhanda cəmaatın əhvalını gördün. İnandınmı ki, 
Nizaminin təsvir etdiyi şəhərlə indiki İranın fərqi yoxdu? 
 
 
 
 Bünyad bəy səsini qaldırdı: 
 
 
 
- Simurğ quşundan danışırdın. Siyasətə keçdin. İndi - "İran!" Niyə belə şaltay-baltay vurursan?! 
 
 
 
Furak təmkinli idi. 
 
 
 
- Sualıma cavab ver! 
 
 
 
Bünyad bəy lap qışqırdı: 
 
 
 
- Bəli! Bəli! O "İran"la bugünkü "İran"ın fərqi yalnız zahiri fərqdi! Külli aləmə məlumdu ki, din 
boğur cəmaatı! Nə demək istəyirsən?!  
 
 
 
Furak heyrətli anlaşmazlıqla, birdən gülüb: 
 


 
21
 
 
- Əmma səni gəncləşdirirdim, - dedi. - lap açığı, sərvətin dindəndi. İrəmdə, cənnətdə sübut 
olunacaq bu dediyim. 
 
 
 
- Nə?! Yenə Cənnət deyirsən?! Bu nə cəfəngiyyatdı?! 
 
 
 
Furak qışqırtıya, qəzəbə qəti əhəmiyyət vermirdi. 
 
 
 
- Eşq yolu bu Furak adlı alim kimi, arvadın Sərvinaz kimi üca zənənləri öldürüb aparır cənnətə. 
Sən kimi müdrik insanları isə çox vaxt elə diri-diri aparırlar Cənnətə. Tamam dəyişdirirlər orda 
insanı. Sonra qaytarıb qoyurlar Yerə. Bu dediklərim həm doğrudu, həm də yalan. Bir şey 
anladınmı, bəy? Çətin... Sən səbrli ol. Axırda hər şey aydınlaşacaq, Bəy! 
 
 
 
Bünyad bəy titrəyirdi: 
 
 
 
- Sən məni cana doydurdun, ay zənən! Arvadım Sərvinaz yazığın, bədbəxtin biri idi. Mən kimi 
əclafın da xətrinə dəymirdi. O, deyək ki, doğrudan da cənnətlikdi. Bəs mən kimi qan içində üzən 
casusu, sən kimi üzü üzlər görmüşü niyə aparırlar oraya?! Düzünü de görüm nə məna var bu 
"cənnət" söhbətinin altında?! "Amerikaya gedirik?!". 
 
 
 
Əlimdən xəta çıxar!.. Açıq danış! 
 
 
 
Furak hədəyə etinasız, "hm" elədi. 
 
 
 
- Mən tamamilə açıq-aydın, kələksiz - filansız deyirəm. Yerdə əfsanə sayılan cənnətdə beynini 
dəyişdirəcəklər, alim olacaqsan, Bəyim. Qayıdıb başına gələnləri danışacaqsan. Daha doğrusu, 
başqaları danışdıracaqlar, kitab şəklində çap eləyib yayacaqlar ki, tək sənin bu istəkli "fars"ların 
yox, bütün bəşəriyyət oxusun, görsün alim-kamil insan olmaq, bəd ehtiras xəstəliklərindən can 
qurtarıb rahat yaşamaq üçün neyləmək lazımdır?.. 
 
 
 
EyƏrdə - "Yer"də insan həqiqi sevincdən məhrumdur, Bəy. Mənasız əyləncələrlə, iyrənc seksual 
oyunlarla başını qarışdırır. "Frəng" - EvƏrÜn kimi qədim, mənən varlı ölkə nə hala düşüb indi, 
bilmirsənmi? Qrek - Latınlar Avropaya doluşandan sonra pozğun ordu əxlaqı yayıblar EvƏrBağa 


 
22
- "Avropa"ya. Bir ölkədə ki, kişi kişi ilə evlənir, qadın qadınla evlənir, murdar seksə qapılıb, 
dunya, Kainat haqqında təsəvvürü tamam itiriblər, daha nə qalır orda, Bəy?! Gedək indi, min 
səbətə, Simurğ quşunun pəncəsində uç cənnətə, alim ol, saflaş, qayıt kamil insanın təbiətini anlat 
o mənasızlarına, yasa batsınlar. 
 
 
 
Bünfad bəy yenə təntimişdi. 
 
 
 
- Lap çaşdırdın sən məni, ay AğÜz qızı! Nə möcuzəymişsən sən!  
 
 
 
Furak dedi: 
 
 
 
- Bu möcuzəli AğÜz qızının əsil möcüzələrini cənnətdə görəcəksən, bəy. Buşun "Cənnət 
Amerika"sında yox, sözün əsil mənasında cənnətdə! 
 
 
 
Bünyad bəy ufuldandı: 
 
 
 
- Lap taqətdən saldın məni. 
 
 
 
Furak dedi: 
 
 
 
- Göyün əmri belədi... Yer adamı deyiləm mən, Bəy. Başqa planetdənəm. Qumralın sifətinə 
düşmüşəm. Çalış dərk edə bunu! 
 
 
 
Simurğ quşu, əlbəttə, əfsanədi. "ƏsEvOd-SimƏrAğ", "GurOd", "GurOd SimƏrAğ" və sairə 
adlarda işıq gəmilərindən biri gözləyir bizi. 
 
 
 
Şüurunu alacaqlar indi. Çox asan işdi bu şüuru almaq, şüuru qaytarmaq. Qorxma, Bəy. 
 
 
 
Qocanın əhvali dəyişdi. Başı gicəlləndi. Ürəyi sıxıldı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə