Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
23
 
 
- Tilsimə bax! - deyib huşunu itirdi. Əmma bu, anlaşılmaz şüursuzluq idi, çünki döşəli qaldığı, 
heç nə görmədiyi, heç nə hiss etmədiyi halda, Furakın səsini lap aydın eşidirdi: - Yerdə "Ay" 
dediyimiz Ağ planetindəki "Ay dənizi" planetin dörddə biri həcmindədi, Bəy, dəniz deyil, ordan 
Ayın içərisinə Günəş işığı düşür. Biz "Yer" - EyƏr planetinin eşiyində yaşayırıq, çünki Yerin 
daxili bütün Qalaktikamız üçün lazım olan elementlərlə doludu. Yerin daxili bütövdü. "Ay"ın - 
Ağın Üz qabığı var, daxilində isə yaşayış üçün nə lazımsa, hər şey var. Ağ sakinlərinin safAğ 
havası, safAğ gölləri, çayları, bulaqları var. Günəş Şimaldan doğur, Cənubda batır. Simal və 
Cənub qütblərində dağ silsilələri, qar, buz sahələri var. Bunlar ilk məlumatdı sən üçün, Bəy. İndi 
sənə elə gəlir ki, Ağ planeti elə cənnət deyilən yerdi. Əmma unutma ki, "cənn" və "cəhənn" 
ərəbin ən təhrif sözlərindəndi. Hələlik bu qədər, bəy. Dərsin davamı məkana çatandan sonra 
deyiləcək. 
 
 
 
  
 
 
 
2. YenƏ fantastikasız fantastika 
 
 
 
  
 
 
 
Huşsuzduqda nə qədər qaldığını bilmədi. Tamamilə ağrısız, acısız, əvvəlkindən dəfələrlə gümrah 
bədənlə dikəlib gözlərini açanda ətrafında şeh parıltısı gördü. 
 
 
 
Geniş çəmənlikdə idi. Heyrətli dərəcədə enliyarpaq pöhrəliklər, tünd mavi, dayaz sular 
işıldaşırdı. 
 
 
 
Bünyad bəy göz işlədikcə uzanan, sonu üfüqə qovuşan bu çəmənlikdə könül ovlayan qeyri-adi 
təravət duysa da, tənhalıqdan vahimələnib, ağır-ağır, ehtiyatla ayağa qalxdı və dərhal da çöküb, 
otların arasında gizlənməli oldu: Pöhrəliyin arxasından. axar su vadisindən bir dəstə ağ geyimli 
gözəl çıxmışdı. Hamısının və hər birinin sehrli, cazibəli gözəlliyi lap ilk baxışdanca insanı 
sarsıdan gözəl quzlar! 
 
 
 
Bünyad bəy qara çadra səltənətində yaslı şəhəri xatırladı və dərhal başını silkələyib, bədbəxt 
"Fars"larını unutmağa çalışıb, gözəllərə baxdı. 
 
 
 


 
24
Azad, sərbəst qızlar onun lap böyründən keçib, yüz addımlıqda, otları sığallı, yastı təpə belində 
süfrə saldılar. Rəng-bərəng mütəkkə, döşəkcə, büllur qablar, kuzələr düzdülər. Qızlardan ikisi 
Bünyad bəyin Qarayazı meşəsində, Niyazi sovxozunda, Muğanlı kəndində gördüyü iri çanaxlı 
sazlara oxşayan sazları köynəkdən çıxarıb, bir azacıq dirinq-dirinq kökləyib, sonra biri-birinə 
baxıb, eyni anda eyni zərblə təzənələri simlərə vurub çalmağa başladılar. Qalanları içki 
kuzələrinin dövrələrinə gilas, gilənar, gavalı, alça düzdülər. 
 
 
 
Bəy otluqda sinəsi üstə uzanıb tamaşa edirdi. O iki qabaq-qarşı çalan qızlardan o yanda elə bil 
səmada dayanmış üçüncü bir əli sazlı adam göründü. Yerdə Qarayazı meşəsinin ətəyində və ağ 
daş hasarları ağarışan Muğanlı kəndində Orduqozdu ləqəbi ilə uzun-uzun illər ərzində cəmaatın 
gülüş hədəfi olandan sonra çoxdan ölüb getmiş idbar karlik çoban, bir əlində çaxır şüşəsi, o biri 
əlində şirmayılı saz, - Bunu çalan gəlsin. Bunu çalanı istəyirəm, - deyə-deyə qışqırırdı. Həmin 
kənddə - Muğanlıda hörmətli bir kişi sayılan Ağ Məmmə adı ilə tanınan "şairfason" zərif, ağsifət 
bir ziyalı gəlib sazı Orduqozdudan aldı: 
 
 
 
- Gicliyin tutmasın yenə: - Əvvəl qoy o hurilərə qulaq asaq, sonra çalarıq - dedi. Sonra hər ikisi 
hava - üfüq təsiri bağışlayan hündürlükdən - mavi təpə belindən aşağı enib yox oldu. 
 
 
 
Bünyad bəy əvvəlki təpəyə, qızlara, süfrəyə baxdı. 
 
 
 
Süfrənin başında, təpənin hündür yerində öz zərifliyi ilə qızların hamısından seçilən bir gözəl 
mütəkkənin üstündə oturmuşdu. 
 
 
 
Bəy, günəş, şeh parıltısından qamaşan gözlərini silib bir də baxanda zərif gözəli Qumrala 
oxşadıb ayağa qalxdı, əmma yenə yerə çökməli oldu. Çünki zərif gözəldən qəribə, heyrətli sözlər 
eşitdi: 
 
 
 
- Şəhvət nəzəri duyuram üzümdə, ay qızlar. Yandırır! Yerdən kimi isə gətiriblər yenə. Axtarın! 
 
 
 
Qızlar çəmənə səpələndilər. 
 
 
 
Bünyad bəy donub qaldı. Sonra, başının üstünü kəsdirmiş balacaboy alagöz bir gözəlin diqqətli 
baxışı altında tir-tir əsdi.  
 
 
 


 
25
- Sərvi?! 
 
 
 
Alagöz gülümsündü. 
 
 
 
- Mənəm, cənab Bünyad bəy... Yenə görüşəsi olduq. 
 
 
 
Bəy min doqquz yüz qırx səkkizinci ildə Göyçə mahalının Ağlar kəndində tanış olub, o vaxt o 
ərazidən - "Ermənistan"dan köçürülən əhali arasından seçib, sonralar Muğannaların Türmən 
yatağında "verbovat" elədiyi bu alagöz gözələ-istəkli agentinə və sonrakı arvadına - Sərvinaza 
bir xeyli tamaşa edəndən sonra, titrəyə - titrəyə əlini uzadıb Sərvinazın alnına dağılmış təravətli 
saçlarına toxundu. 
 
 
 
- Bu niyə ağarmayıb?! Biz ayrılanda sənin əlli üç yaşın vardı!.. O əlli üç bu iki min üçüncü il
necə eləyir? Yüz! Yüz yaşın olmalıdı sənin! 
 
 
 
Sərvinatızn boyunun balacalığı onu on beş yaşlı qızcığaza bənzədirdi. Məlahətlə gülüb:  
 
 
 
- Sənin isə yüz on üç yaşın olmalıdı indi, - dedi - Bə sən nə əcəb belə gümrahsan, Bəy. İrəmə 
təzə gəlmisən, əmma elə indidən ağ saçların qaralır, Bünyad. 
 
 
 
Bünyad bəyin canından vic-vicə keçdi. 
 
 
 
- Nə İrəm? Bura İrəmdi?!  
 
 
 
Sərvinaz lap sakitcə: 
 
 
 
- Bəli, Bünyad, bura "İrəm"di ÖdƏrcə Ərimdi, Adı "Ay" deyil. 
 
 
 
Bünyad bəy özündə deyildi: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə