Nəsr isa Muğanna



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix01.12.2017
ölçüsü5,01 Kb.
#13380
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
26
 
 
- Başqa planet?! 
 
 
 
Sərvinazın zənəxdanları çökəldi. 
 
 
 
- Bıy! Hələ təzə başa düşürsən?! 
 
 
 
- Mən necə gəldim, bura?! 
 
 
 
Sərvinaz dedi: 
 
 
 
- Gəmidə gətirblər səni, Bünyad. Qorxma. Yaddaşını verərlər indi. Yerdən çox adamları 
gətirirlər bizim planetə. Dərs keçirlər. Sonra aparıb qoyurlar Yerə, öz evindən kənara. Gedək, 
qızlar səni gözləyirlər. Yerdə "Huri" deyirlər bizə. Əslində "huri" deyilik. EyƏrik. Yəni Uca İşıq 
- öz planetimizin adını daşıyırıq: EyƏr! Sən təzəsən, dilin tutmaz, elə Sərvi de.. Yerdə mənnən 
bədrəftar idin. Göycə, Dərə Ələyəz, Vedi cəmaatının taleyini sənə tapşırmışdılar. Sağa-sola 
dağıdırdın milləti - Muğana, Sibirə, Qazaxıstana!.. Kinli deyilik biz, Bünyad. Ağ planeti SafAğ 
İnsan yetirir burda, qorxma, heç bir pisliyimiz dəymiyəcək. Əksinə...  
 
 
 
Gedək!  
 
 
 
Qızlar süfrənin ətrafında boy-boya verib, iri-iri yam-yaşıl gözlərini geniş açıb, tamaşa edirdilər. 
 
 
 
Təkcə zil qara gözlü zərif gözəl mütəkkənin üstündə əvvəlki kimi rahatca oturub müəmmalı 
gülürdü. 
 
 
 
- Gəl, gəl, Yer oğlu. Nəzərin üzümü yandırdı. Gəl görək özün necə yandırıcaqsan bizi?.. Elə 
baxma. Qumral deyiləm. İnanmırsan?! Yer dilində Türknazdı mənim adım. Nizaminin "Həft-
peykər" dastanının qəhrəmanı Türknaz!.. 
 
 
 
Bünyad bəy tutuldu. 


 
27
 
 
 
- Yenə oyun açma başıma, Allaha and verirəm! Özün gətirmədinmi məni bura?! Doğrudanmı 
Aydı-Ağdı bura?! Allatmamısan ki?! Amerika - zad deyil?! 
 
 
 
Qızlar qəh-qəhə çəkdilər. 
 
 
 
Türknaz isə ciddi idi: 
 
 
 
- Sənə mən hələ Yerdə demişəm ki, biz hər cür sifətə düşə bilərik. Sözümə inan, Bəy! Yoxsa 
ilana dönüb dolanaram boğazına, boğaram!.. Əmma qorxma, ziyankarlıq yaddı bizə. Gəl. Əziz 
qonağımız ol. Könlündən keçirsə, "hökmdar" ol. Könüldən keçənə yasaq yoxdu İrəmdə - Ağda! 
 
 
 
Bünyad bəy tövşüyürdü: 
 
 
 
- Amerikadı bura, ya yox! 
 
 
 
Bu dəfə Türknaz özü də qımışdı.  
 
 
 
- Amerika nədi, a kişi!.. İnan, verbovka-zad olmayacaq. Yerdə dedim axı sənə, dərs alacaqsan, 
Saflaşacaqsan. Belə lazımdı! "Allah" dediyin ƏlAğ EySarımızın buyruğu belədi! 
 
 
 
Bünyad bəy çəmənə, üfüqlərə boylandı. 
 
 
 
- Belə çıxır ki, deyilənlər doğrudu?!   
 
 
 
- Deyilənlər, yəni nə, Bəy? 
 
 
 
Bynyad bəyin gözləri ətrafda idi. 


 
28
 
 
 
- Axirət varmiş!  
 
 
 
Qızlar yenə qəh-qəhə çəkdilər. 
 
 
 
Bünyad bəy nisbətən toxtadı. 
 
 
 
- Belə çıxır ki, məni doğrudan cənnətə gətiriblər?! 
 
 
 
Türknaz:  
 
 
 
- Xeyir, Bəy, - dedi. Cəhənnəmdi bura. Həm "Cənn", həm "Cəhənn".  
 
 
 
Bünyad bəy:  
 
 
 
- Yenə dolaşdım, - dedi. - Nizaminin qəhrəmanı niyə cəhənnəmdə olsun?!  
 
 
 
- Sənin bu pak Sərvin niyə cəhənnəmdə olmalıdı. İndicə dedim axı, "İrəm" - Ərim - "Ay" - Ağdı. 
Eyni zamanda cəhənnəmdi. Bir şey başa düşdün?  
 
 
 
Bəy əlini cibinə atdı. Yoğun, yarısı yanmış siqarı, "zajiqalka"sı cibində idi. Tez çıxarıb tüstülətdi. 
 
 
 
- Siz mənnən belə danışmayın. Mən konkret söhbət adamıyam! İş adamıyam! Buyurun, 
neyləməliyəm?! 
 
 
 
Türknaz ağır - ağır: 
 
 


 
29
 
- İşin dərsdi! Dərs! - dedi. - Dinlə: İrəm cənnət deyil, bəy, Siz Aran deyənlər, "İrəm" deyirsiniz 
Ərimə. Ərim - dedim - işığım deməkdi, Bəy. İşığım Ağdır, "Ay" deyil. Bura, türk dilində desək, 
Ay planetidi. Daha doğrusu, Ay planetinin içərisidi. Yerdə əbləh-əbləh alimlərinizin "lunnoye 
more" dedikləri yerin şimalından günəş doğur, cənubda batır, demişəm, təkrar eləyirəm, Yerin 
səthi çaylar, dağlar, düzlər necədisə, bura - Ağın içi də eləcədi, Bəy. Bax gör necə saf diyardı bu 
Ağ. 
 
 
 
Biz özümüz də tər-təmiz, SafAğ insanlarıq, bəy. 
 
 
 
Bünyad bəy hiss edirdi ki, deyəsən təslim olur. 
 
 
 
- Ay yox, Ağ. Bunu bildim. SafAğ insanlar, bunu çoxdan bilirəm. Bəs bu tərtəmiz insanların bu 
tərtəmiz, Ağ planetinə niyə cəhənnəm deyirsiniz? 
 
 
 
Türknaz eynilə Yerdəki Qumral kimi, sakit təmkinli səslə: 
 
 
 
- Bu Türknaz Bəhram  Gura dərs deyib min beş yüz səksən il bundan əvvəl. Saflaşdırıb, ucaldıb 
o "Bəhram" - BağƏrimi! Həqiqi eşq verib o sərvət düşgününə! Sənə də eşq verəcəm. Gəl əyləş 
yanımda, hökmdarım. 
 
 
 
Bünyad bəy sübhə ilə: 
 
 
 
- Mənə eşq dərsi vəd edənim Qumralım idi. "Bəhramı yadda saxla" deyən Yerdə, sən burda. 
Bircə bunu başa sal görüm, niyə sən də onun sözünü deyirsən? Niyə sən də o sifətdəsən axı?! 
Səsin də eynilə o səsdi axı? Əmma... Türknaz?! 
 
 
 
Türknaz: 
 
 
 
- Qumral deyildi o, sənə eşq dərsi vəd edən. Furakı tanıyırıq biz, - dedi. - Yeri və yerdəkiləri biz 
ovçumuzun içi kimi görürük, hökmdarım. Səni hökmdarlığa qəbul eləyirəmsə, Sar deməliyəm 
sənə, yəni sar - əhatə elə hər şeyi öz hakimiyyətinlə. Əmma Sar olmaq üçün Od Sarı - həqiqət 
Sarı olmalısan, yəni ən qədim Elmimizə vaqif olmalısan. "Fars" təbiri ilə "hökmdar" deyirəm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə