Nəsrəddin Tusi Hamlet İsaxanlı: elm və ədəbiyyatdan yoğrulmuşların ikisi



Yüklə 15,37 Kb.
tarix28.06.2018
ölçüsü15,37 Kb.
#52373
növüYazı

Aydın Xan (Əbilov)

"Nəsrəddin Tusi - Hamlet İsaxanlı: elm və ədəbiyyatdan yoğrulmuşların ikisi..."

Dünən, həm də bu gün axşam - 22-23 may tarixində - Bakıda iki poeziya, sənət bayramı qeyd edildi: Hamlet İsaxanlının 60 yazlıq yubileyi, AR Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə kulturuloji layihəsinin - "Poeziya  günü" adlı toplusunun təqdimat mərasimi, eyni zamanda şeir məclisi keçirildi.

Birinci ədəbi-mədəni hadisə  istedadlı şair, dünyaşöhrətli alim, elm-tədris-təlim cəfakeşi, gözəl insan, ən əsası isə sözün çox mənasında duyğusal intellektual - Hamlet İsaxanlının dünyaya ilk baxıçının 60 illik tarixçəsi münasibətilə düzənlənmişdi: çıxışlar, yubilyarın həyat və yaradıcılığı barədə orijinal həyati filmin nümayişi, təbriklər, ictimai-mədəni elitanın, siyasətçilərin, tanınmış simaların, yazarların, alimlərin, ən əsası isə sıravi oxucuların sevgi dolu alqışları, insanların baxışlarındakı hərarət...

Əsl həqiqətdə Hamlet bəy bütün bunlara layiq olduğunu lap çoxdan isbatlayıb!!!
Nədənsə bu intellektualın elmi-pedoqoji fəaliyyəti ilə bədii yaradıcılığı barədə düşünəndə ilk əvvəl dahi Tusi yadıma düşür.

Müqayisə aparmaq nə qədər qüsurlu sayılsa da, çəkinmədən mülahizə yürütmək istəyirəm: XXI əsrin Tusisidir Hamlet İsaxanlı. Hər iki intellektual milli ziyalı, dünyaşöhrətli alim, Haqqa tapınan şair, elm və təhsil xadimidir. 


Cəmiyyətimiz bu iki çəxsin beynində doğulan modellərdən hələ uzun müddət yararlanacaq. Bu modellər riyaziyyata da aid ola bilər, ədəbiyyata da, elmə də dəxli var, fəlsəfəyə də - ən əsası odur ki, xaosa yox, məhz İlahi harmoniyaya aparan formatlardır onlar...

Təbriz Akademiyası ilə Xəzər Universitəsi arasındakı oxşar və fərqli cəhətlər, təqribən Güney ilə Quzey Azərbaycan arasındakı qədər olar, nə bir az çox, nə də az... Elə Tusi ilə İsaxanlı arasındakı məkan, zaman, dövran, zəmanə arasındakı oxşar və fərqli tərəflər yalnəz ətrafdakıların münasibətindən aslıdır...

Bəzən, yox əksər vaxtlar bizlər bu dünyada yanəməzdn quş kimi ömür ötən yaxşıları görmürük, o dünyanın arxivindən kimlərdənsə büt düzəldirik. Elə Tusinin dövranında da, İsaxanlının yaşadığı günlərdə də durum bir elə də dəyişməyib...

Sona qədər oturmağa səbrim çatmadığım dünənki məclisdə Zəlimxan Yaqub gözünü yumub qəlbini açdı və Hamlet İsaxanlı RUH saydığını dilinə gətirəndə, içimdə bir titrəyiş hiss etdim. Düşündüm, İlahi, heç olmasa, bəzilərimiz ürəyində təpər tapıb Rəbbinkini Rəbbə, Fərdinkini Fərdə verməyin zamanının yetişdiyini anlayır və başqalarının da kor olmuş qəlbinin sevgi gözünü aşmağa can atır...



Canlı RUH: doğrudan da bu anlam elə Hamlet İsaxanlının intellektinə, içinə biçilmiş ifadədir. Ani olaraq Hamlet bəylə iki saat yarımlıq canlı görüşümüzdəki söhbətdən aldığım əqli zövq və hərarətli enerji yadıma düşdü: düzü, Hamlet müəllimin saytındakı materiallarla, müxtəlif kitablarındakı poetik əsərlər və düşüncələriylə, haqqında yazılmış elmi kitablardakı faktlarla tanışlıqdan sonra bu böyük İNSANı içimdə öz ruhuma və intellektimə qarışdırsam da, bəzi etik amillərə görə - mən onun rektor olduğu Xəzər Universitəsində mühazirə oxuyuram - bir yaradıçı intellektual olaraq onun ədəbi-mədəni yaradıcılığı barədə ciddi bir material hazırlamağa hələ də ürək etmirdim.      

Fəqət hər hadisənin öz anı gəlib çatmalıdır...
Yüklə 15,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə