Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
  1   2   3   4   5   6   7   8   9   ...   100


 
1
 
 
 
Nəsrin SÜLEYMANLI 
 
 
 
 
 
 
 
 
 
 
DAĞLIQ QARABAĞ 
MÜNAQĠġƏSĠNĠN 
ĠNFORMASĠYA MODELĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI–2011 
 


 
2
 
 
 
Elmi redaktoru: 
M.SÜLEYMANOV 
tarix elmləri doktoru 
 
 
 
 
 
 
 
 
SÜLEYMANLI Nəsrin 
DAĞLIQ QARABAĞ MÜNAQĠġƏSĠNĠN ĠNFORMASĠYA 
MODELĠ 
– Бакы: Щярби Няшриййат, 2011. – 280 сящ.
 
 
 
SSRİ-nin  dağılması  ərəfəsində  Dağlıq  Qarabağ  münaqişəsinin  açıq 
fazaya çıxarılmasında və sonradan bu münaqişənin mürəkkəbləşməsində
habelə erməni millətçilərinin işğalçı-separatçı siyasətinin pərdələnməsin-
də  informasiyanın  oynadığı  rol  təqdim  olunan  bu  kitabın  əsas  tədqiqat 
obyektidir.  
 
 
 
 
 
Kod 22 
 
 
 
 
 
 
© N.Süleymanlı, 2011 
 


 
3
 
 
 
 
 
Azərbaycanın müstəqil ölkə kimi yaşamasının ilk illərin-
dən,  bəlkə  ondan  da  əvvəl  biz  informasiya  müharibəsi  şə-
raitində  yaşayırdıq.  Ermənistan  və    bəlkə  daha  da  çox  er-
məni  lobbisi  Azərbaycana  qarşı  informasiya  müharibəsini 
1980-ci illərin sonlarından başlamışdır. Müstəqilliyin ilk il-
lərində  biz,  deyə  bilərəm  ki,  bu  mübarizədə  uduzmuşduq. 
Bu,  bəlkə də, təbii idi. Çünki bizim belə xarici resurslarımız 
yox  idi.  Ölkə  daxilində  gedən  xoşagəlməz  proseslər,  haki-
miyyət  uğrunda  mübarizə,  vətəndaş  müharibəsi  və  s.  prob-
lemlər, iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, biz bey-
nəlxalq  aləmdə  istədiyimizə  nail  olaq.  Ancaq  bu  gün  mən 
tam əminliklə deyə bilərəm ki, Ermənistanla və xüsusilə er-
məni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. 
Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik 
hərəkətləri  onu  göstərir  ki,  biz  informasiya  müharibəsində 
böyük uğurlara nail ola bilmişik. 
Əlbəttə ki, mən bu sahədə dövlət siyasəti ilə bərabər, me-
dia  qurumlarının  fəaliyyətini  yüksək  qiymətləndirmək  is-
təyirəm. Biz artıq Azərbaycan haqqında reallıqları dünya ic-
timaiyyətinə  çatdıra  bilirik.  Bizim  artıq  mövcud  olan  mət-
buat resurslarımız... buna imkan verir.  
 
 
 
Ġlham ƏLĠYEV 
Azərbaycan Respublikasının Prezidenti 
29 dekabr 2010-cu il 
 
 
 


 
4
 
 


 
5
 
GĠRĠġ 
 
Sosialist sisteminin dünyada tənəzzülə uğraması özündən sonra bir sı-
ra problemləri miras qoymuşdur. Bu problemlərdən biri də, heç şübhəsiz 
ki, etnik münaqişələrdir. Həmin problemlərə vaxtında və düzgün yanaşıl-
maması, problemin çox həssas olmasının nəzərə alınmaması  çoxsaylı  in-
san  tələfatına  səbəb  olmuşdur.  Bununla  belə,  bu  regional-etnik  münaqi-
şələrin bir çoxu hələ də qalmaqdadır və son illər Qafqazda baş verən ha-
disələr  bir  daha  göstərdi  ki,  həll  olunmamış  etnik-regional  münaqişələr 
dünya üçün ciddi təhlükə mənbəyidir. 
Keçmiş sosialist ölkələri məkanında  mövcud olmuş etnik  münaqişə-
lərin  bir  sıra  xüsusiyyətləri  mövcuddur.  Əvvəla,  bu  münaqişələr  etnik 
münaqişə çərçivəsindən çıxaraq etnik-regional münaqişəyə çevrilmişdir. 
Çünki qloballaşan indiki dünyada hər bir ölkə dünya birliyinin fəal üzvü-
dür və hər bir ölkədə baş verən ciddi hadisə bu və ya digər dərəcədə ətraf 
ölkələrə, bəzən isə hətta ətraf bölgələrə də öz təsirini göstərir. Digər tə-
rəfdən,  etnik  hüquqları  da  əhatə  edən insan  hüququ indi  yalnız  bir  ölkə 
daxilində məhdudlaşıb qala bilməz. Dünya birliyi insan hüquqlarının tə-
min olunmasına çox maraqlıdır. Və nəhayət, müxtəlif ölkələrin etnik mü-
naqişənin  baş  verdiyi  ərazidə  kəsişən  maraqları  bu  münaqişəni  regional 
problemə çevirə bilər. 
Məhz bunların nəticəsidir ki, istər Kosovoda, istərsə də Qafqazda baş 
verən etnik münaqişələr artıq regional-etnik münaqişələrə çevrilmişdir. 
İkincisi,  sosialist  məkanında  baş  verən  etnik-regional  münaqişələr  di-
namikliyi və militarizasiyası ilə seçilir. Bu münaqişələrin hər biri fəal si-
yasi-diplomatik  çəkişmələrlə  bərabər,  həm  də  döyüş  əməliyyatları  ilə 
müşayiət olunmuşdur. Hərbi element bu gün də bu münaqişələrin tərkib 
hissəsidir və həmin hərbi elementin hər zaman yenidən fəallaşması ehti-
malı və qorxusu qalmaqdadır. 
Üçüncüsü,  etnik-regional  münaqişələr  ciddi  şəkildə  beynəlmiləlləş-
mişdir.  Bu  münaqişələrin  həlli  həm  beynəlxalq  birliyin  və  təşkilatların 
ciddi səylərini, həm də beynəlxalq birliyin normalarının tətbiq edilməsini 
tələb  edir.  Ona  görə  etnik  münaqişələrin  yalnız  lokal  maraqlar  çərçivə-
sində həlli çox çətinləşmişdir. 
Dördüncüsü,  etnik  münaqişələrin  yaranmasının,  inkişafının  və  həlli 
yollarının  təqdim  olunmasında,  açıqlanmasında  subyektivlik  son  dərəcə 
çoxdur.  Bunun  nəticəsidir  ki,  tərəflərin  hər  birinin  təqdim  etdiyi  arqu-
mentlərin həqiqətə nə dərəcədə yaxın olduğunu müəyyənləşdirmək çətin  


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə