Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 
30
 
müharibəsinin  subyektləri  informasiya  obyektlərinin  şüuruna  sarsıdıcı 
zərbə endirməklə onun normal döyüşmək qabiliyyətini neytrallaşdırmaq 
və öz təsiri altına almaq istəyirlər. Bu məqsədlə informasiya fəaliyyətinin 
müəyyən  istiqamətləri  xüsusi  hücuma  məruz  qalır  və  düşmən  tərəfinin 
səyləri müəyyən vaxtlar məhz bu istiqamət üzərində cəmləşdirilir. Bu za-
man, adətən, elə istiqamətlər və ya hədəflər seçilir ki, onlar qarşı tərəfin 
düşüncəsində, milli-mənəvi dəyərlərində aparıcı yerlərə malik olur. 
İnformasiya-psixoloji təcavüzkarlıq – qarşı tərəfə, onun fəaliyyətinin 
bəzi sahələrinə konkret və təsirli zərbə vurulmasıdır. İnformasiya-psixo-
loji təcavüzkarlıq aşağıdakı əlamətləri ilə fərqlənir: informasiya qüvvələ-
rinin məhdud və lokal şəkildə tətbiq edilməsi, yetirilmiş ziyanın nəzarət 
çərçivəsində edilməsi, informasiya-psixoloji təsirə məruz qalan informa-
siya hədəflərinin, ictimai qurumların kəmiyyətinin məhdud olması (31). 
Mütəxəssislərin fikrincə, informasiya-psixoloji təcavüzkarlıq, ümumən, 
aşağıdakı subyektlər tərəfindən aparıla bilər: 1) dövlət hakimiyyət orqan-
ları, xarici dövlətlərin, onların müttəfiqlərinin xüsusi idarələri, silahlı qüv-
vələrin bölmələri; 2) transmilli korporasiyalar; 3) terror, millətçi, ekstre-
mist  və  radikal  dini  təşkilatlar;  4)  müstəqilləşməyə  çalışan  və  mərkəzi 
hakimiyyət orqanlarının nəzarəti altından çıxmağa çalışan region elitası; 
5) mütəşəkkil cinayətkarlıq strukturları (32). 
İnformasiya-psixoloji təcavüzkarlığın konkret sahəsi kimi Dağlıq Qa-
rabağ  münaqişəsi  götürülərsə,  onda  qeyd  etmək  olar  ki,  erməni  kilsəsi, 
erməni diasporu, erməni millətçi-siyasi partiyaları da bu fəaliyyət sahəsi-
nin subyektləri kimi özlərini göstərirlər. Nəzərə alınsa ki, Ermənistanda 
və  ermənilik  daxilində  bütün  ictimai  qurumlar  antitürk  ideologiyası  ilə 
zəhərləniblər,  onda  onların  hamılıqla  informasiya-psixoloji  təcavüzün 
subyekti olmasını istisna etmək olmaz. Erməni diasporunun maliyyə dəs-
təyi ilə bir sıra ölkələrdə yerli elitadan formalaşdırılan erməni lobbisi, rəs-
mi və qeyri-rəsmi erməni qurumlarının, erməni diasporunun nəzarəti al-
tında  olan  kütləvi  informasiya  vasitələri  də  Azərbaycan  xalqına  və  bü-
tünlükdə  türkçülüyə  qarşı  informasiya-psixoloji  təcavüzün  subyekti  ola 
bilərlər. 
İnformasiya-psixoloji təcavüzkarlığın yuxarıda sadalanan subyektləri 
öz  fəaliyyətlərini  nizamlamaqla  qarşı  tərəfdə  aşağıdakı  nəticələrin  alın-
masına çalışırlar: 
–  milli  tarixi  şüurun  pozulması,  xalqın  həqiqi  tarixinin  yalançı  mif-
lərlə  əvəzlənməsi,  bütöv  tarixi  prosesin  parçalanması  və  bu  parçaların 
bir-birinə qarşı qoyulması; 


 
31
 
– ətraf aləmi qavramaq bütövlüyünün pozulması, ətraf aləmlə məntiqi 
əlaqələrin  qırılması,  insan  şüurunun  normal  fəaliyyətinin  pozulması  və 
bununla da insan şüurunun manipulyasiya edilməsinə zəmin yaradılması; 
–  dini  dəyərlərin  və  inancların  pozulması,  insanın  inam  hisslərinin 
kütləşdirilməsi; 
– milli-mənəvi dəyərlərə olan münasibətin maddi dəyərlərə meyl et-
məklə əvəzlənməsi; 
–  milli  genefondu  dağıdan,  insanın  fiziki  və  psixoloji  sağlamlığını 
korlayan instinktlərin insanlara aşılanması. Başqa sözlə, qarşı tərəfə ona 
yad olan yaşayış normalarını aşılamaqla onun tənəzzülünə yol açılması (33). 
Bu məqsədlərə nail omaqla qarşı tərəfin milli kimliyinə, onun mənə-
vi-milli  dəyərlərinə,  inanclarına  güclü  təsir  göstərməklə  qarşı  tərəfin 
informasiya məkanını bir-birinə vurmaq mümkündür. 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  erməni  informasiya-psixoloji 
təcavüzkarlığının  təcrübəsi  də  göstərir  ki,  Azərbaycan  xalqının  bir  sıra 
dəyərlərini xüsusi informasiya zərbəsi altına almaqla cəmiyyət daxilində 
anlaşılmazlıq yaradılmasına və xalqın gözdən salınmasına cəhdlər göstə-
rilir.  Xüsusilə,  Azərbaycan  xalqının  tarixi,  mədəniyyəti,  mənəvi-əxlaqi 
keyfiyyətlərini, tarixi və siyasi şəxsiyyətlərini, Azərbaycanın tanınmış ta-
rixçilərinin tarixə sadiqliyini şübhə altına almaq və bununla da Azərbay-
can xalqında öz tarixinə, Azərbaycan dövlətinin siyasətinin doğruluğuna 
şübhə  yaratmaq,  erməni  işğalına  qarşı  milli  müqavimət  gücünü  zəiflət-
mək erməni informasiya-psixoloji təcavüzünün həmişə gündəliyindədir. 
Mütəxəssislər  qeyd  edirlər  ki,  informasiya-psixoloji  təcavüzü  aparan 
subyekt əxlaqi, insani meyarlara riayət etmir və belə bir zamanda infor-
masiya təcavüzünə məruz  qalan obyekt informasiya müharibəsinin sivil 
formaları ilə  kifayətlənməyə  razı  olmamalıdır.  Düşmən  hansı səviyyədə 
mübarizə aparırsa, ona müvafiq cavab verilməsinə meyl edilməlidir. Əgər 
düşmən  yalanları, sabotajı və kompromatı işə salıbsa, onların doğru ol-
madığı ardıcıl olaraq izah edilməli, düşmənin  xisləti və  mahiyyəti  əsas-
landırılmalıdır (34). 
İnformasiya  müharibəsinin  subyekti  öz  niyyətinə  nail  olmaq  üçün 
qarşı tərəfin hədəflərindən birini və ya bir neçəsini əhatəli və geniş miq-
yaslı zərbə altına ala bilər. Yəni müəyyən vaxt çərçivəsində bütün infor-
masiya resursları həmin hədəfin vurulmasına səfərbər oluna bilər. Ermə-
ni informasiya müharibəsi nümunəsində qeyd etmək olar ki, belə hallar-
da, bir qayda olaraq, "ağır toplar" işə salınır və erməni lobbisi kifayət qə-
dər fəallaşdırılır. Erməni informasiya müharibəsinin ağır topları kimi er-


 
32
 
məni kilsəsinin rəhbəri, bir sıra erməni millətçi ədibləri və ictimai-siyasi 
xadimləri çıxış edərək bütün erməniliyi də informasiya təcavüzü ətrafın-
da səfərbər etməyə çalışırlar. 
Müəyyən həssas hədəflər və dəyərlər qarşı tərəfdən gözlənilməz anda 
informasiya  təcavüzünə  məruz  qala  bilər.  Əslində,  informasiya  mühari-
bəsinin  tərəfləri  məqsədə  nail  olmaq  üçün  qarşı  tərəfin  müdafiəsiz 
hədəflərini gözlənilmədən təcavüzə məruz qoymaqla öz niyyətlərinə nail 
olmağa və qarşı tərəfin mənəvi-psixoloji dayanıqlığını sarsıtmağa çalışır-
lar. Belə gözlənilməzlik və qəfil aktivlik bir çox hallarda qarşıya qoyulan 
niyyətə çatmağa imkan verir. Dağlıq Qarabağ münaqişəsi ətrafında cərə-
yan  edən  informasiya  qarşıdurmasının,  xüsusilə,  ilkin  mərhələsində  er-
məni  millətçiliyi  gözlənilməz  informasiya  təcavüzü  üsullarına  əl  atdı. 
Azərbaycan tərəfi belə gözlənilməz informasiya təcavüzünə hazır olma-
dığı üçün informasiya blokadasına məruz qaldı və həmin blokadanın ara-
dan  qaldırılması  və  ermənipərəst  təsəvvürlərin  neytrallaşdırılması  üçün 
xeyli  vaxt  və  məqsədyönlü  fəaliyyət  aparılması  lazım  oldu.  Nəzəri  ba-
xımdan informasiya təcavüzünün neytrallaşdırılması üçün aşağıdakıların 
həyata keçirilməsinə ehtiyac vardır: 1) informasiya-psixoloji təcavüz akt-
larının  qarşısının  alınmasına  hazırlıq;  2)  informasiya-psixoloji  təcavüz 
aktlarının aşkarlanması və 3) informasiya-psixoloji təcavüz aktlarının qarşı-
sının alınması (35). 
Mütəxəssislər  informasiya-psixoloji  təcavüzün  gözlənilməzliyinin  ara-
dan  qaldırılması  və  bununla  da  informasiya  məkanında  təşəbbüsün  düş-
mən  əlinə  düşməsinin  qarşısının  alınması  üçün  xüsusi  orqanın  və  siste-
min yaradılmasını məsləhət görürlər. İnformasiya qarşıdurmasının qlobal-
laşdığı bir zamanda xüsusi orqanların və müvafiq sistemlərin daim işlək 
vəziyyətdə olması hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsi-
nin əsas elementi olaraq aktuallıq kəsb edir. 
 
5. Ġnformasiya əməliyyatı 
 
İnformasiya  qarşıdurması  konsepsiyası  praktiki  şəkildə  informasiya 
əməliyyatlarının keçirilməsi ilə icra olunur. Məsələyə sadə şəkildə yana-
şılarsa,  informasiya  qarşıdurması  zamanı  həyata  keçirilən  informasiya-
təsir yükünə malik işlər, tədbirlər informasiya əməliyyatı adlana bilər. La-
kin həmin işlər və tədbirlər öz geniş miqyası ilə, cəlb olunan qüvvə və və-
saitlərin  genişliyi  ilə  xarakterizə  olunur.  Başqa  sözlə,  informasiya  əmə-
liyyatı qarşı tərəfin informasiyasına və informasiya-idarəetmə sistemləri-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə