Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 
33
 
nə məqsədyönlü şəkildə təsir göstərilməsi və eyni zamanda öz informasi-
yasının  və  informasiya  sistemlərinin  qorunması  üçün  planlaşdırılan  və 
həyata keçirilən kompleks tədbirlərdir (36). 
Başqa müəlliflərin fikrincə isə informasiya əməliyyatları siyasi, hərbi, 
iqtisadi,  diplomatik  və  informasiya-psixoloji  sistemlərdən  ibarətdir.  Bu 
sistemlər konkret ictimai qruplara qarşı həyata keçirilir və məqsəd də hə-
min  qruplara  yad  ideoloji  və  sosial  dəyərlərin  aşılanması,  onlarda  saxta 
stereotiplərin formalaşdırılması, konkret əhali qrupunun əhval-ruhiyyəsi-
nin, hisslərinin və iradəsinin məqsədyönlü şəkildə başqa istiqamətə isti-
qamətləndirilməsidir (37). 
İnformasiya əməliyyatları informasiya-psixoloji müharibənin ayrı-ay-
rı mərhələsi və ya elementləri ola bilər. İnformasiya müharibəsinin təsir-
liliyini  artırmaq  üçün xarakteri,  mövzusu  və  müddəti  ilə  fərqlənən  ayrı-
ayrı  informasiya  əməliyyatları  keçirilə  və  bu  əməliyyatlar  qarşısında 
konkret vəzifələr qoyula bilər. Məsələnin əyani aydınlığı üçün elə Dağlıq 
Qarabağın ətrafında cərəyan edən informasiya müharibəsinin təcrübəsinə 
də müraciət etmək olar. Ümumi informasiya müharibəsində qalib gəlmək 
üçün erməni millətçiləri Dağlıq Qarabağın qədim Ermənistan torpağı ol-
masının  sübutu  ilə  bağlı,  Azərbaycan  xalqının  qəddar  xalq  olması  və 
Azərbaycan xalqı ilə birgəyaşayışın mümkün olmaması, Azərbaycan xal-
qına qarşı törədilən erməni cinayətlərinin pərdələnməsi, dünya miqyasın-
da Azərbaycanın informasiya blokadasına alınması və s. xarakterli infor-
masiya  əməliyyatları  hazırlayıb  həyata  keçirmişlər.  Erməni  millətçiləri 
hətta  mənsub  olduqları  erməni  xalqının  millətçi-psixoloji  vəziyyətə  çat-
dırılması  üçün  informasiya  əməliyyatları  aparmaq  və  erməni  əhalisinin 
şüurunda azərbaycanlıların qəddar obrazının yaradılması məqsədi ilə ay-
rı-ayrı erməni fərdlərinin qətlini planlaşdırmaqdan belə çəkinməmişdilər. 
Miqyasına, istiqamətləndiyi sahəyə, cəlb olunan qüvvə və vəsaitlərə və s. 
əlamətlərinə  görə  informasiya  müharibələri  elmi  ədəbiyyatda  aşağıdakı 
kimi təsnif olunur (38): 
–  miqyasına  görə  olan  informasiya  əməliyyatları.  Belə  informasiya 
əməliyyatları  hansı  səviyyədə  həyata  keçirilməsi  ilə  xarakterizə  olunur. 
Bu  informasiya  əməliyyatları  strateji  səviyyədə  strateji  dövlət  orqanları 
tərəfindən planlaşdırılır və daha böyük auditoriyaya və daha uzun müd-
dət üçün həyata keçirilir. Taktiki informasiya əməliyyatları isə qısamüd-
dətli,  yaxın  vəzifəli  məsələlərin  həyata  keçirilməsi  məqsədi  ilə  icra  olu-
nur. Məsələn, konkret düşmənin konkret mövzuda olan təbliğatının qarşı-
sının alınması, cari vəzifələrin həyata keçirilməsi üçün


 
34
 
– əhatə etdiyi sferaya (sahəyə) görə həyata keçirilən informasiya əmə-
liyyatları. Bu informasiya əməliyyatları daxili siyasi sahəni və xarici si-
yasi sahəni əhatə edir. Daxili siyasi sahədə aparılan informasiya əməliy-
yatlarının klassik nümunəsi kimi prezident və parlament seçkiləri zamanı 
siyasi rəqiblər tərəfindən aparılan informasiya əməliyyatlarını göstərmək 
olar. Etnik münaqişələrin informasiya qarşıdurmalarına gəlincə isə, onda 
cəmiyyətin müəyyən qüvvələrinin etnik münaqişə ilə bağlı baxışının qar-
şı tərəfə qəbul etdirilməsi üçün aparılan informasiya əməliyyatlarını nü-
munə gətirmək olar. Dağlıq Qarabağ münaqişəsinin informasiya təcrübə-
si isə onu deməyə əsas verir ki, yalnız adi auditoriyaya istiqamətlənmiş, 
adi auditoriyanın şüurunun manipulyasiya edilməsi üçün də informasiya 
əməliyyatları aparıla bilər. Yuxarıda qeyd edildiyi kimi, erməni əhalisi-
nin şüurunun erməni millətçiliyi üzərində tənzimlənməsi üçün də erməni 
millətçiləri xüsusi informasiya əməliyyatları aparırlar. Bu tip əməliyyat-
lar həm xarici, həm də adi auditoriya üçün nəzərdə tutulur. İstər konkret 
olaraq  Azərbaycan  auditoriyası  olsun,  istərsə  də  dünya  siyasi  elitası  və 
beynəlxalq auditoriya
– iştirakçılarının sayına görə fərqlənən informasiya əməliyyatları. Bu-
rada  nəzərdə  tutulur  ki,  informasiya  qarşıdurmasının  tərəfləri  kimlərdir. 
İnformasiya  qarşıdurmasının  tərəfləri  kimi  müstəqil  dövlətlər,  beynəl-
xalq  transmilli  şirkətlər  və  strukturlar,  beynəlxalq  səviyyədə  mövcud 
olan  müstəqil  strukturlar  özlərini  göstərə  bilər.  Bu  halda  informasiya 
əməliyyatları beynəlxalq səviyyədə həyata keçirilir. Dağlıq Qarabağ mü-
naqişəsi ilə bağlı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi infor-
masiya  müharibələri  beynəlxalq  səviyyəlidir.  Çünki  bu  dövlətlərin  hər 
ikisi  müstəqil  dövlət  olmaqla  beynəlxalq  münasibətlərin  subyektləridir. 
Lakin  Ermənistan  dövləti  beynəlxalq  səviyyəli  informasiya  əməliyyatı-
nın tərəfi kimi yalnız Azərbaycanı hədəfə almamışdır. Azərbaycana qarşı 
aparılan informasiya müharibəsindən qalib çıxmaq üçün Ermənistan bey-
nəlxalq erməni diasporunu, habelə erməni lobbiçiliyini, ermənipərəst bey-
nəlxalq qüvvələri manipulyasiya etmək üçün də xüsusi informasiya əmə-
liyyatları həyata keçirir. Konkret olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə 
bağlı Amerika parlamentində ədalətsiz və birtərəfli qərarların qəbul edil-
məsi erməni lobbiçiliyinin və ermənipərəst qüvvələrin düşüncəsinin ma-
nipulyasiya edilməsi üçün konkret informasiya-təbliğat əməliyyatının hə-
yata keçirilməsi buna misaldır. 
Daxili  səviyyəli  informasiya  əməliyyatları  da  informasiya  qarşıdur-
masında  əl  atılan  vasitələrdən  biridir.  Bu  zaman  dövlət  maraqlarının  və 


 
35
 
ideologiyasının  reallaşdırılması  üçün  dövlət  orqanları  tərəfindən  dövlət 
daxilində informasiya  əməliyyatları  həyata  keçirilir.  Dövlət  strukturları-
nın, ictimai-siyasi strukturların, bütünlükdə əhalinin dövlət ideologiyası-
na,  dövlətin  konkret  siyasi  xəttinə  inandırılması  üçün  belə  informasiya 
əməliyyatlarının keçirilməsinın əhəmiyyəti vardır. Dövlətin ümumi  ma-
raqları çərçivəsində daxili partiyalar, ictimai və dini təşkilatların da ayrı-
lıqda informasiya əməliyyatları aparması mümkündür. 
– intensivliyinə və müddətinə görə aparılan informasiya əməliyyatla-
rı.  Qarşıya  qoyulan  məqsəddən  asılı  olaraq  informasiya  müharibələri 
uzunmüddətli,  ya  qısamüddətli,  habelə intensiv,  davamlı  ola  bilər.  Yəni 
bu məsələ etnik  münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi-
nin informasiya qarşıdurmasının təcrübəsinə şamil edilərsə, burada həm 
intensiv,  həm  uzunmüddətli,  həm  də  qısamüddətli  informasiya  əməliy-
yatlarını görmək mümkündür. Məsələn, Dağlıq Qarabağın qədim erməni 
torpağı  olmasının  sübut  edilməsinə,  Azərbaycan  tarixinin,  mədəniyyəti-
nin saxtalaşdırılmasına və mənimsənilməsinə istiqamətlənmiş erməni in-
formasiya əməliyyatları uzunmüddətli əməliyyatlardır. Uzunmüddətli in-
formasiya əməliyyatları isə öz növbəsində intensiv, qeyri-intensiv ola bi-
lər. İntensiv əməliyyatlar kəskinliyi, ifratlığı və təcavüzkarlığı ilə xarak-
terizə  olunur.  Dağlıq  Qarabağ  münaqişəsinin  elə  məqamları  da  var  ki, 
(məsələn, Dağlıq Qarabağın ekologiyası, Azərbaycan ərazisində yaşayan 
etnik  qruplar,  Azərbaycanın  xarici  ölkələrlə  münasibətlərinin  gözdən  sa-
lınması)  erməni  informasiya  fəaliyyətinin  daim  gündəliyindədir.  Lakin 
bu  mövzular  davamlı  deyil,  daha  çox  konkret  məqamlarla  bağlı  olaraq 
qabardılır. Elə mövzular da vardır ki, onlar qısamüddətli, kampaniya şək-
lində, lakin intensiv şəkildə informasiya əməliyyatının obyektinə çevrilə 
bilər. Məsələn, Azərbaycanda prezident seçkiləri, beynəlxalq təşkilatlar-
da Ermənistanm əleyhinə qəbul edilmiş qərarların ədalətsizliyinin sübut 
edilməsi,  təmas  xəttində  baş  verən  hadisələrin  günahının  Azərbaycan 
üzərinə atılması və s. mövzular qısamüddətli, lakin intensiv erməni infor-
masiya əməliyyatlarının obyekti ola bilər
– təsir səviyyəsinin xarakterinə görə fərqlənən informasiya əməliyyat-
ları.  Belə  əməliyyatlar  təbliğat,  dezinformasiya  və  ictimai-fərdi  şüurun 
manipulyasiyası  üçün  həyata  keçirilən  informasiya  əməliyyatlarıdır. 
Maarifləndirmə məqsədi ilə həyata keçirilən informasiya əməliyyatlarını 
da bu qrupa aid etmək olar. 
Elmi  ədəbiyyatda  xüsusi  informasiya  əməliyyatlarının  mümkünlüyü 
haqqında da mövqelər mövcuddur. Belə informasiya əməliyyatları istisna 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə