Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 
45
 
kin mərhələsi ilə son mərhələsində aparılan informasiya-təbliğat siyasəti-
nin  məzmununda  bir  fərqlilik  vardır.  Bu  məsələ,  xüsusilə,  Ermənistanın 
informasiya-təbliğat siyasətinə aiddir. Çünki Dağlıq Qarabağ münaqişə-
sinin  başlanğıcında  Ermənistanın  informasiya-təbliğat  siyasəti  Azərbay-
can Respublikasına qarşı ərazi iddialarının əsaslandırılmasına, işğala ha-
zırlıq və işğal prosesinin pərdələnməsinə, erməni cəmiyyətinin də Azər-
baycana qarşı başlanacaq işğala cəlb edilməsinə və bu tipli vəzifələrin ic-
rasına istiqamətlənmişdisə, münaqişənin son dövründə aparılan informa-
siya-təbliğat  siyasəti  Azərbaycan  ərazilərinin  işğalının  və  bu  ərazilərdə 
aparılmış etnik təmizlənmənin qanuniləşdirilməsinə, işğal edilmiş  ərazi-
lərdə  yaradılmış  qondarma  separatçı  qurumun  beynəlxalq  aləmə  qəbul 
etdirilməsinə istiqamətlənmişdir. 
Dağlıq Qarabağ münaqişəsinin informasiya-təbliğat təminatından da-
nışarkən qeyd etmək lazımdır ki, tərəflər bu məsələyə fərqli hazırlıq sə-
viyyəsində  yanaşmışdılar.  Bu  məsələnin  qaldırılması  Azərbaycan  tərəfi 
üçün gözlənilməz olmuşdusa, erməni tərəfi üçün isə bu heç də belə deyil-
di.  Dağlıq Qarabağda millətçi separatizmin qısa zaman ərzində geniş vü-
sət alması, əslində, Ermənistan rəhbərliyinin, erməni kilsəsinin və erməni 
millətçi  dairələrinin  neçə  onilliklər  ərzində  sovet  məkanında  apardığı 
fəaliyyətin məntiqi davamı idi. SSRİ dövründə ölkənin bütün informasi-
ya  vasitələri  dövlətin  inhisarında  olduğu  üçün  erməni  millətçi  dairələri-
nin separatçı fəaliyyəti ictimaiyyətdən gizli saxlanılırdı. Lakin SSRİ-nin 
süqutundan sonra informasiya vasitələrinin və informasiyaya nəzarətin döv-
lətin monopoliyasından çıxarılması ilə Ermənistan rəhbərliyinin və ermə-
ni kilsəsinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün göstər-
dikləri  təxribatçı  fəaliyyət  də  ictimaiyyətə  bəlli  oldu  (1).  Həmin  faktlar 
onu göstərirdi ki, Azərbaycana qarşı ərazi iddiaları sovet beynəlmiləlçili-
yinin  geniş  təbliğ  edildiyi  illərdə  belə  erməni  dairələrinin  və  kilsəsinin 
gündəmindən kənarda qalmamışdı. 
M.S.Qorbaçovun rəhbərliyi dövründə yenidənqurma və aşkarlıq şüar-
ları  altında  ölkə  həyatının  demokratikləşdirilməsi  cəhdi  erməni  millətçi 
dairələrinin fəallaşmasına yeni bir təkan verdi. Xüsusilə, cəmiyyətdə bir 
çox hallarda məqsədi bilinməyən ictimai qurumların yaradılmasına icazə 
verilməsi,  belə  qurumlar  ətrafında  millətçi  elementlərin  toplaşması,  in-
formasiyaya  ideoloji  inhisarın  aradan  qaldırılması  Azərbaycana  qarşı 
ərazi iddialarının irəli sürülməsinə əlverişli şərait yaratdı. Erməni millət-
çi  dairələri  məhz  informasiyadan  məharətlə  istifadə  edərək  bölgədə  və 
ölkədə  yeni  bir  situasiya  yaratdılar.  Nəticədə,  Ermənistanda  və  Dağlıq 


 
46
 
Qarabağda etnik zəmində qarşıdurma gücləndi, Azərbaycanın ictimai-si-
yasi həyatında gərginlik yüksək həddə çatdı. 
Erməni  millətçi  dairələri  Azərbaycan  Respublikasına  qarşı  ərazi  id-
dialarının əsaslandırılması və bu iddiaların erməni birliyinə qəbul etdiril-
məsi  üçün  ölkə  daxilində  və  xaricində  total  informasiya  müharibəsinə 
başladılar.  Onlar  şübhə  etmirdilər  ki,  informasiya-təbliğat  kampaniyası-
nın kütləviliyinə nail olmadan erməni toplumunun millətçi hisslərini qı-
zışdırmaq,  erməni  cəmiyyətini  Dağlıq  Qarabağın  Azərbaycandan  qopa-
rılmasına  hazırlamaq  mümkün  deyil.  Çünki  hadisələrin  iştirakçısı  olan 
erməni ziyalılarının etiraf etdiyi kimi, SSRİ-nin süqutu ərəfəsində Ermə-
nistan əhalisinin 90 faizinin Dağlıq Qarabağdan heç xəbəri yox idi (2). 
Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ideyasının ümummilli psi-
xoza çevrilməsinə nail olmadan qarşıya qoyulan məqsədə çatmağın müm-
kün  olmadığını  erməni  millətçiləri  yaxşı  bilirdilər.  Ona  görə  də  bu  işin 
nəzəri  və  texniki  hazırlığı  aparıldı,  informasiya-təbliğat  işinin  hansı  is-
tiqamətlərdə  qurulması  müəyyən  edildi,  lazım  olan  taktika  və  qüvvələr 
müəyyənləşdirildi  və  ardınca  erməni  millətçi  dairələrinin  informasiya-
təbliğat maşını işə salındı, qatı millətçilik ideyaları altında Dağlıq Qara-
bağın  Azərbaycandan  qoparılması  tələbi  kütlənin  beyninə  yeridildi.  Er-
məni  informasiya-təbliğat  kampaniyasının  genişlənməsi  istiqamətində 
atılan bütün addımların  qızışdırıcı millətçilik üzərində qurulması isə bu 
prosesin kütləviləşməsinə rəvac verdi (3). 
Hadisələrin başlanğıcında, yəni 1988-ci il fevralın əvvəllərində ermə-
ni millətçi dairələri tərəfindən Dağlıq Qarabağın Azərbaycandan qoparıl-
ması üçün aparılan informasiya siyasətində müəyyən ehtiyatlı taktikaya 
əl atılmışdı. İrəvanda təşkil edilən ilk icazəsiz mitinqlər ―Lenin-partiya-
Qorbaçov‖, ―Yenidənqurma, demokratikləşmə, aşkarlıq‖ şüarları altında 
keçirilir, meydanlara V.İ.Leninin və M.S.Qorbaçovun portretləri gətirilir, 
çıxış edənlər Lenin milli siyasətinin prinsiplərindən söz açırdılar (4). Se-
van  gölünün  vəziyyəti,  Metsamor  Atom  Elektrik  Stansiyasının  ekoloji 
təhlükəsi, İrəvanın ekologiyasının vəziyyəti, ―Nairit‖ kimya kombinatının 
zərərləri kimi mövzular bu mitinqlərin müzakirə mövzularından idi (5). 
Amma tezliklə bu mövzuların informasiya-təbliğat fəaliyyəti üçün ke-
çid xarakter daşıdığı aydın oldu. Çox az zamandan sonra mitinqlərə top-
laşan kütlə millətçi-separatçı mövzulu informasiyalar üzərində köklənmə-
yə başlandı. 1988-ci ilin fevral ayında keçirilən mitinqlərin birinə ekologi-
ya, yenidənqurma-aşkarlıq siyasəti haqqında şüarlarla bərabər ―Qarabağ 
Ermənistanın  tarixi  ərazisidir‖  şüarı  da  çıxarıldı.  Növbəti  mitinqlərdə  isə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə