Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 
47
 
Qarabağın Azərbaycandan  qoparılmasını tələb edən  şüarların  sayı  artırıl-
dı.  Bununla  da  kütləyə  verilən  informasiyanın  mövzusunda  ciddi  dəyi-
şiklik edildi (6). 
İnformasiya-təbliğat  fəaliyyətində  erməni  millətçilərinin  ilkin  olaraq 
ehtiyatlı taktikaya əl atması heç də təsadüfi deyildi. M.S. Qorbaçova ya-
xınlığı ilə seçilən akademik A.Aqanbekyanın 1987-ci ilin sonlarında Fran-
sada  ―Humanite‖  qəzetinə  Dağlıq  Qarabağın  Ermənistana  verilməsinin 
məqsədəuyğunluğu haqqında danışması, 1988-ci ilin əvvəllərində Dağlıq 
Qarabağın Ermənistana verilməsi haqqında Moskvaya 10 minlərlə müra-
ciətlərin  göndərilməsi,  erməni  nümayəndələrinin  ölkə  rəhbərliyi  ilə  gö-
rüşləri, erməni millətçilərinin radio və televiziya ilə çıxışları Dağlıq Qa-
rabağın dinc yolla Azərbaycandan qoparılacağı təsəvvürü yaratmışdı (7). 
Lakin bu təsəvvürlərin doğru olmadığı aydınlaşanda kütləvi mitinqlərdə 
aparılan informasiya-təbliğat işlərinin mövzusu da dəyişdirildi. 
Azərbaycan  Respublikasına  qarşı  ərazi  iddiaları  ilə  bağlı  proseslərin 
ilkin başlanğıcında erməni millətçilərinin informasiya-təbliğat fəaliyyəti-
nin mövzusu əsasən ayrı-ayrı millətçilərin çıxışlarının motivləri əsasında 
formalaşdırılırdı.  Məsələn,  A.Aqanbekyanın,  S.Kaputikyanın,  Z.Balaya-
nın ənənəvi erməni millətçiliyi və ―Böyük Ermənistan‖ üzərində qurulan 
çıxışları informasiya-təbliğat işinin ümumi istiqamətlərinin müəyyənləş-
məsini şərtləndirirdi. Məlumdur ki, bu  adları çəkilən, eləcə də digər mil-
lətçilərin çıxışları əsasında hazırlanan 10 min vərəqə fevral ayının 13-də 
Dağlıq Qarabağ ərazisinə göndərildi və Xankəndi sakinləri arasında ya-
yıldı (8). 
İstər ayrı-ayrı liderlərin çıxışları, istərsə də əhali arasında yayılan in-
formasiya-təbliğat  materiallarının  mövzusunun  ana  xəttini  Dağlıq  Qara-
bağın Ermənistana birləşdirilməsi üçün separatçı meyllərin gücləndirilmə-
si təşkil edirdi. 
1988-ci ilin fevralında İrəvanda ―Qarabağın Birləşdirilməsinin Təşki-
lat  Komitəsi‖  (―Qarabağ‖  komitəsi),  1988-ci  ilin  mart  ayının  2-də  isə 
Dağlıq Qarabağda ―Krunk‖ komitəsi yaradıldı. Bu komitəyə üzvlər yerli 
ermənilərdən seçilsə də, onun fəaliyyəti ―Qarabağ‖ komitəsinin üzvləri-
nin iradəsi ilə müəyyənləşirdi (9). 
İrəvanda yaradılmış ―Qarabağ‖ komitəsi millətçi informasiya-təbliğat 
fəaliyyəti  nəticəsində  qısa  müddət  ərzində    Ermənistanın  ictimai-siyasi 
həyatında aparıcı rolu ələ keçirdi. Bir müddətdən sonra ―Erməni Ümum-
milli  Hərəkatına‖  çevrilən  bu  qurum  ölkə  ərazisində  hakim  kommunist 
ideologiyasının  millətçi-separatçı  ideologiyaya  çevrilməsinə  nail  oldu. 


 
48
 
Qarabağda  isə  ―Qarabağ‖  komitəsi  tərəfindən  idarəolunan  ―Krunk‖  cə-
miyyəti yerli hakimiyyət strukturları ilə qovuşaraq Qarabağın Ermənista-
na birləşdirilməsi istiqamətində kütləvi tədbirlərin genişlənməsinə rəvac 
verdi. 
Yuxarıda adları çəkilən qurumlar formalaşandan sonra Dağlıq Qara-
bağın  Ermənistana  birləşdirilməsi  uğrunda  başlanan  millətçi-separatçı 
hərəkatın  informasiya-təbliğat  siyasətinə  də  bir  təşkilatlanma  gətirildi. 
Erməni tədqiqatçıları və siyasətşünasları da bu təşkilatların nəzarəti altın-
da güclənən millətçi-separatçı  hərəkatın iki mərhələdən keçdiyini bildi-
rirlər.  Birinci  mərhələ  –  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi 
ideyası ətrafında fəaliyyət. İkinci mərhələ – Dağlıq Qarabağa müstəqillik 
verilməsi ideyası ətrafında fəaliyyət (10). Bu isə öz növbəsində o demək 
idi ki, hər mərhələyə uyğun olan informasiya-təbliğat siyasəti izlənilirdi. 
Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağın Ermənistana zorla birləşdiril-
məsi,  bu  bölgəyə  terrorçu dəstələrin  göndərilməsi,  onların  müxtəlif  yol-
larla silahlandırılması, Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik tə-
mizləmə aparılması və digər yollar da erməni millətçi hərəkatının gündə-
liyində idi, onda erməni informasiya-təbliğat siyasəti də bütün bu planla-
rın əsaslandırılmasına istiqamətlənmişdi. 
1988–89-cu illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputat-
ları Soveti və Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağ Muxtar Vi-
layətinin Ermənistana birləşdirilməsi haqqında bir neçə qərar qəbul etdi. 
Bu qərarların qanuniliyinə toxunmadan qeyd etmək lazımdır ki, onlar ey-
ni zamanda erməni millətçi-separatçı hərəkatının informasiya-təbliğat si-
yasəti  üçün  hüquqi  koridor  xarakteri  daşıyırdı.  Bu  qərarlar,  əslində,  er-
məni millətçi hərəkatının həm mahiyyətini, həm niyyətini, həm də qarşı-
sında dayanan vəzifələri müəyyənləşdirirdi. Erməni informasiya-təbliğat 
siyasətinin istiqamətləri də məhz bu vəzifələrdən irəli gəlməli idi. 
1988-ci  il  fevralın  20-də  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Xalq 
Deputatları Soveti ―Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR 
tərkibindən  Ermənistan  SSR  tərkibinə  verilməsi  haqqında  Azərbaycan 
SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırılması haq-
qında‖ qərar qəbul etdi. Həmin qərarda deyilirdi ki, Dağlıq Qarabağ Mux-
tar  Vilayətinin  erməni  əhalisinin  istəklərini  nəzərə  alaraq  bu  vilayətin 
Ermənistana verilməsi Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin (11). 
1988-ci il mart ayında Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Parti-
ya Komitəsi də öz plenumunda Dağlıq Qarabağın Ermənistana birləşdiril-
məsinin müdafiə edilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi ki


 
49
 
Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  məsələsinin  müsbət  həll 
edilməsi Sov.İKP MK Siyasi Bürosundan xahiş edilsin. Plenum iştirakçı-
larının fikrincə belə olardısa, onda Qarabağın ərazi mənsubiyyətinin müəy-
yənləşdirilməsi haqqında XX əsrin 20-ci illərində buraxılmış səhv də ara-
dan qaldırılardı (12). 
Yuxarıdakı qərarların hər biri müvafiq informasiya siyasətinin həyata 
keçirilməsi üçün siyasi-hüquqi baza olmaqla yanaşı, hər biri informasiya 
siyasəti  üçün  ayrılıqda  konkret  koridorlar  da  müəyyənləşdirdi.  Birinci 
qərarda  Dağlıq  Qarabağ  münaqişəsinin  başlanması  bölgə  əhalisinin  is-
təklərinin  ifadəsi  kimi  xarakterizə  edilir  və  erməni  informasiya  maşını 
üçün mövzu təşkil edirdi. İkinci qərarda isə Dağlıq Qarabağ münaqişəsi-
nin XX əsrin 20-ci illərində buraxılmış tarixi səhvin aradan qaldırılması, 
yəni  tarixi  həqiqətlərin  bərpası  üçün  başlandığı  elan  edilirdi.  Ona  görə, 
həmin  dövrdə  erməni  informasiya  məkanı  məhz  bu  tezislərə  əsaslanan 
informasiya  materialları  ilə  dolduruldu  və  məlumatsız  auditoriyada  da 
belə bir təsəvvür yaradılmasına cəhd göstərildi ki, Dağlıq Qarabağ müna-
qişəsinin başlanması məhz bu məsələlərlə bağlıdır. 
1988-ci  il  iyun  ayının  15-də  Ermənistan  SSR  Ali  Sovetinin  növbəti 
sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin 
20  fevral  1988-ci  il  tarixli  iclasının  qərarına  baxdı.  Erməni  deputatları 
qərara aldılar ki, Dağlıq Qarabağda və onun ətrafında mövcud olan gər-
gin vəziyyəti və Dağlıq Qarabağın və Ermənistan SSR-in əhalisinin ira-
dəsini nəzərə alaraq, habelə millətlərin öz taleyini azad şəkildə müəyyən-
ləşdirmək haqqında SSRİ  Konstitusiyasının 70-ci maddəsini nəzərə ala-
raq  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinın  Ermənistanın  tərkibinə  daxil 
edilməsinə razılıq verilsin (13). 
Yəni bununla Ermənistanda dövlət səviyyəsində antiazərbaycan təbli-
ğatının aparılması sanksiyalaşdı, informasiyaların hazırlanması üçün er-
məni meyarı müəyyənləşdirildi. 
1988-ci il iyul ayının 12-də keçirilən sessiyasında da Dağlıq Qaraba-
ğın Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbay-
canın tərkibindən çıxdığını elan etdi. Vilayətin erməni deputatları yaran-
mış  vəziyyətdən  yeganə  çıxış  yolunu  Ermənistan  SSR  Ali  Sovetinin     
15 iyun 1988-ci il tarixli qərarının icrasında gördülər. Başqa sözlə, onlar 
bir  daha  qeyri-qanuni  şəkildə  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparı-
laraq Ermənistana birləşdirilməsi üzərində dayandılar (14). 
Baxmayaraq ki, 1989-cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vi-
layətində  xüsusi  idarəetmə  formasının  tətbiqinə  başlandı,  bununla  belə 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə