Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 
50
 
erməni millətçi separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparıla-
raq  Ermənistana  birləşdirilməsi  ideyasından  əl  çəkmədilər.  Yuxarıdakı 
rəsmi sənədlərlə müəyyənləşdirilmiş informasiya istiqamətləri öz gücün-
də qaldı. Ona görə yerli və İttifaq mətbuatında müvafiq informasiya-təb-
liğat işləri də xeyli genişləndirildi. 1989-cu il dekabr ayının 1-də Ermə-
nistan SSR Ali Soveti öz iclasında ―Ermənistan SSR və Dağlıq Qaraba-
ğın yenidən birləşdirilməsi haqqında‖ qeyri-qanuni və mahiyyəti etibari-
lə separatçı-təcavüzkar bir qərar qəbul etdi (15). Bununla, Ermənistanın 
ali  qanunvericilik  orqanı  Azərbaycana  qarşı  ərazi  iddialarını  və  Dağlıq 
Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini qa-
nunvericilik  şəklində  bütün  cəmiyyət  qarşısında  tarixi  vəzifə  kimi  elan 
etdi. Bu qeyri-qanuni vəzifə həm də erməni informasiya-təbliğat maşını 
qarşısında qoyuldu. Azərbaycana qarşı ərazi iddiaları dövlət siyasəti sə-
viyyəsinə  qaldırıldığı  üçün  bu  iddiaların  informasiya  təminatı  da  dövlət 
səviyyəsində  müdafiə  olunurdu.  Əslində,  məsələnin  başqa  şəkildə  işıq-
landırılması  Ermənistanın  təcavüzkar  dövlət  siyasətinə  və  millətçi  ma-
raqlarına qarşı çıxmaq demək olardı. 
SSRİ-nin  dağılması  ərəfəsində  Ermənistan  SSR  Ali  Sovetinin  qəbul 
etdiyi  ―Ermənistanın  müstəqilliyi  haqqında  Deklarasiya‖da  da  Ermənis-
tan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarına istinad olunur 
və  Azərbaycanın  beynəlxalq  miqyasda  tanınan  Dağlıq  Qarabağ  bölgəsi 
müstəqil Ermənistanın tərkib hissəsi  elan edilirdi (16). 
Bütün  bu  sadalanan  rəsmi  sənədlərdə  Azərbaycanın  Dağlıq  Qarabağ 
bölgəsinin Ermənistana birləşdirilməsi özündə saxta hüquqi, siyasi və ta-
rixi  məqamları  əks  etdirməklə  qeyri-obyektiv  erməni  informasiya-təbli-
ğat fəaliyyətinin də ana xəttini təşkil edirdi. 
Lakin Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları Azərbaycanda 
olduğu kimi beynəlxalq aləmdə də qəbul edilmədi. Hətta erməni millətçi-
lərinin bütün ümidlərinə baxmayaraq, həm SSRİ rəhbərliyi, həm də SSRİ 
məkanında formalaşan yeni respublikaların rəhbərləri Azərbaycanın əra-
zilərinin bir hissəsinin qeyri-qanuni yolla Ermənistana birləşdirilməsi id-
diasına dəstək vermədilər. 
Bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respubli-
kasının tanınmış sərhədlərinin zorla pozulmasına etirazları, münaqişənin 
həlli ilə bağlı Minsk Qrupunun yaradılması, BMT Təhlükəsizlik Şurası-
nın 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətna-
mələr  və  digər  sənədlər  (17)  Dağlıq  Qarabağın  Ermənistana  birləşdiril-
məsi ideyasının beynəlxalq aləmdə qəbul olunmayacağına şübhə yeri qoy-


 
51
 
madı. Belə olanda erməni millətçiləri Dağlıq Qarabağın müstəqil quruma 
çevrilməsi ideyasının aktuallaşdırılmasına cəhd göstərdilər. Bununla bağlı 
1991-ci ilin sonlarından etibarən Dağlıq Qarabağın Azərbaycandan qopa-
raq müstəqil dövlət olması, sonradan isə Dağlıq Qarabağın müstəqillik dek-
larasiyasının elan edilməsi təcavüzkar erməni millətçi separatizminin yeni 
şəraitə uyğunlaşması demək idi. Bununla bağlı İrəvan emissarlarının təzyi-
qi, təhrikçiliyi və təşkilatçılığı ilə bəzi sənədlərin qəbul olunduğu da elan 
edildi. Bu sənədlərdə öz əksini tapan müddəalar isə eyni zamanda Dağlıq 
Qarabağdakı millətçi erməni informasiya-təbliğat siyəsətinin hüquqi və si-
yasi bazasına çevrildi. 
1992-ci  il  sentyabrın  2-də  elan  edilən  Dağlıq  Qarabağ  Respublikası-
nın  (?)  elan  edilməsi  bəyannaməsində  hər  şeydən  əvvəl,  Azərbaycanın 
müstəqil rayonu olan Şaumyan rayonu da Dağlıq Qarabağ Respublikası-
nın (?) tərkibində elan edildi. Bu o demək idi ki, erməni informasiya mə-
kanında Şaumyan rayonu Dağlıq Qarabağın tərkib hissəsi kimi özünə yer 
tapmalı idi və belə də oldu. Bu bəyanatda aşağıdakı tezislər öz əksini tap-
dı ki, onlar eyni zamanda erməni informasiya-təbliğat siyasətinin mövzu-
larının istiqamətləri sayılmalıdır: 
– Azərbaycanda aparılan aparteid siyasəti erməni xalqına qarşı nifrət 
və dözümsüzlük yaratmışdır; 
– Azərbaycan ərazisində yaşayan ermənilərə qarşı silahlı qarşıdurma 
həyata  keçirilir  və  nəticədə  ermənilər  itkilərə  və  kütləvi  deportasiyaya 
məruz qalırlar; 
–  Dağlıq  Qarabağ  SSRİ  Konstitusiyası  əsasında  müstəqilliyini  əldə 
edir; 
–  Erməni  xalqının  yenidən  birləşməsi  beynəlxalq  hüququn  norma-
sıdır; 
–  SSRİ  Konstitusiyasının verdiyi  hüquqlar  əsasında Dağlıq  Qarabağ 
öz statusunu özü müəyyənləşdirir və s.(18)  
1992-ci  il  yanvar  ayının  6-da  isə  Dağlıq  Qarabağ  Respublikasının 
dövlət müstəqilliyi bəyannaməsi elan edildi. Bəyannaməyə  əsasən Dağlıq 
Qarabağ müstəqil elan edilir və onun müstəqil dövlət siyasətinə, atribut-
larına malik olduğu bildirilirdi. Burada elan olunan tezislər də aydın idi 
ki, özbaşına olaraq özünü müstəqil elan edən qondarma qurumun infor-
masiya siyasətinin mahiyyətini təyin etməli idi. 
1991-ci  ilin  sonları,  1992-ci  ilin  əvvəllərindən  başlayaraq  Ermənis-
tanın  Dağlıq  Qarabağla  bağlı  informasiya-təbliğat  siyasəti  də  məhz  bu 
müstəvi üzərinə keçirildi.  Məlumdur ki, münaqişənin davam etdiyi müd-


 
52
 
dət ərzində heç bir ölkə və beynəlxalq təşkilat, o cümlədən heç Ermənis-
tanın özü də Dağlıq  Qarabağın müstəqilliyini tanımamışdır. Əksinə, Bir-
ləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurasının  qəbul  etdiyi  dörd 
qətnamədə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunmaqla ərazilərin zorla 
işğalının yolverilməzliyi qeyd olunub. Bundan başqa, Birləşmiş Millətlər 
Təşkilatının Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamen-
ti,  İslam  Konfransı  Təşkilatı  və  digər  qurumlar  da  Azərbaycanın  ərazi 
bütövlüyünü  tanımaqla  işğalçı  qüvvələrin  Azərbaycanın  işğal  olunmuş 
ərazilərindən çıxarılmasına çağırıblar (19). Bu isə bütünlükdə Dağlıq Qa-
rabağ münaqişəsi ilə bağlı Ermənistanın informasiya-təbliğat siyasətinin 
obyektivlikdən uzaq olduğunun göstəricisidir. 
Bununla  belə,  Azərbaycana  qarşı  işğalçılıq  siyasətini  pərdələmək  və 
ona haqq qazandırmaq üçün Ermənistan müvafiq informasiya-təbliğat si-
yasətini həyata keçirməkdədir. Bunun üçün çoxsaylı tezislər irəli sürülür, 
bu  tezislərin  kütlələrə  çatdırılması  üçün  çoxsaylı  şəbəkələrdən  istifadə 
olunur. Qeyd etmək lazımdır ki, bu istiqamətdə erməni informasiya-təb-
liğat maşını kifayət qədər fəal mövqeyə malikdir. Bunun da heç şübhəsiz 
ki,  öz  səbəbləri  vardır.  Dağlıq Qarabağla bağlı erməni informasiya-təbli-
ğat maşınının  xeyli fəal işləməsinin iki təkanverici qüvvəsi vardır. Bun-
lardan biri Ermənistan siyasəti, digəri isə erməni ənənəvi  millətçiliyidir. 
Ermənistanın informasiya-təbliğat maşınının fəaliyyət istiqamətləri, əsa-
sən, dövlətin apardığı siyasətlə müəyyənləşir. Lakin o da qeyd edilməli-
dir  ki,  müasir  dövrdə  Ermənistan dövləti  ermənilərə məxsus  olan  bütün 
informasiya vasitələrinə nəzarət etmir. Ermənistanın dövlət nəzarətindən 
kənarda olan informasiya vasitələrində, xüsusilə ölkə xaricindəki informa-
siya vasitələrində aparılan informasiya-təbliğat işləri ənənəvi erməni mil-
lətçiliyi tərəfindən idarə olunur. Əslində, Azərbaycan Respublikasına qarşı 
işğalçı siyasətində Ermənistan dövlətinin siyasəti ilə dünya ermənilərinin 
millətçi-təcavüzkar  mövqeyi  arasında  elə  bir  fərq  yoxdur.  Hətta  qonşu 
dövlətlərə ərazi iddiaları ilə bağlı məsələdə erməni diasporunun daha ra-
dikal mövqe tutmasının şahidi olmaq mümkündür. Dağlıq Qarabağ  mü-
naqişəsi  ilə  bağlı  həyata  keçirilən  informasiya-təbliğat  fəaliyyətində  isə 
Ermənistan dövləti ilə erməni diasporu arasında tam bir vəhdət mövcuddur. 
Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin  və  onun  ətraf  rayonlarının 
işğalının pərdələnməsi və qanuniləşdirilməsi üçün hazırda erməni infor-
masiya-təbliğat  siyasətinin  geniş  hüquqi,  siyasi  və  tarixi  əsasları  da  ha-
zırlanmışdır. Xüsusilə, son illərdə Ermənistanın qanunvericilik sənədlə-
rində bütün beynəlxalq normalara zidd olaraq Azərbaycanın Dağlıq Qa-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə