Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   ...   100

 
6
 
olur. Bu da problemin həllinə əks-təsir göstərir. 
Toxunulan  bu  məsələlərin  mahiyyətinin  açıqlanmasında,  etnik  prob-
lem  kimi  həssas  bir  problemin  həllinə  ictimai  dəstəyin  qazanılmasında, 
ictimai rəyin hazırlanmasında və öyrənilməsində, problemin mahiyyətinin 
tərəflərin  maraqlarına  uyğun  şəkildə  geniş  ictimaiyyətə  təqdim  edilmə-
sində və əhalinin etnik məsələlər ətrafında səfərbər edilməsində informa-
siyanın rolu son  dərəcə böyükdür. 
Bu gün informasiya dünya siyasətinin və dünya diplomatiyasının əsas 
vasitələrindən  biridir.  Hazırda  siyasətin  və  diplomatiyanın  səmərəliliyi-
nin  başlıca  vasitələrindən  biri  məhz  informasiyadır.  İnformasiyanın  çe-
vikliyi,  ondan  məqsədyönlü  şəkildə  istifadə  edilməsi,  xarakteri  qarşıya 
qoyulan  məqsədə  çatmaqda  fiziki  gücdən  daha  böyük  əhəmiyyət  kəsb 
edir.  İnformasiya  siyasətinin  səmərəli  aparılması  ilə  dövlətin  daxili  və 
xarici auditoriyaya təsir etmək imkanlarını artırmaq, həyata keçirilən si-
yasətə  daha  böyük  dəstək  əldə  etmək  mümkündür.  Məharətlə  istifadə 
edilən informasiyanın son dərəcə böyük səfərbəredici qüvvəsi vardır.  
Qısaca xarakterizə edilərsə, ictimai həyatda informasiyanın aşağıdakı 
vəzifələrini görmək olar: 
 
Ölkənin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi, 
milli maraqların qorunmasının informasiya sistemini təmin edir.  
Yəni  hər  bir  dövlətin  və  siyasi  qüvvənin  siyasi,  iqtisadi,  hərbi,  mə-
nəvi, informasiya, ekoloji, sosial-ictimai maraqları vardır. Dövlətin və ya 
siyasi qüvvənin gücü, sabitliyi məhz bu maraqların ardıcıl şəkildə həyata 
keçirilməsindən ibarətdir. Bu maraqların necə həyata keçirilməsində şəf-
faflığın  saxlanması,  xalqın  ona  dəstəyinin  qazanılması  üçün  informasiya-
nın böyük rolu vardır.  
 
Hər  bir  dövlətin  və  ya  siyasi  qüvvənin izlədiyi  siyasətin  infor-
masiya  təminatını  həyata  keçirir.  Heç  şübhəsiz  ki,  hər  bir  dövlət  öz 
maraqlarından irəli gələn siyasəti həyata keçirir. Bu siyasətin cəmiyyətə 
təqdim edilməsinin və cəmiyyətin bu siyasətə dəstəyinin əldə edilməsinin 
əsas vasitələrindən biri informasiyadır. Başqa sözlə, informasiya dövlətlə, 
siyasi qüvvələrlə cəmiyyət arasında olan əsas körpülərdən biridir.  Çevik 
və davamlı şəkildə qurulmuş informasiya cəmiyyətlə siyasi güc mərkəz-
ləri arasındakı əlaqələri xeyli möhkəmləndirə bilər. 
 
Hər  bir  dövlətin  və  ya  siyasi  qüvvənin  informasiya  məkanının 
qorunmasını  təmin  edir.  Yeni dünyanın siyasi reallıqlarından biri infor-
masiya  müharibəsinin  güclənməsidir.  Kütləvi  informasiya  vasitələri  inki-
şaf etdikcə informasiyanın ötürülməsi imkanları çoxalmışdır. Hər bir döv-


 
7
 
lət və siyasi qüvvə də informasiyadan öz maraqlarına uyğun istifadə edir. 
Bu maraqlarla uyğunluq təşkil etməyən informasiya həmin dövlət və siyasi 
qüvvə  ilə  cəmiyyət  arasındakı  əlaqələri  zəiflədə,  bu  dövləti  beynəlxalq 
aləmdən təcrid edə bilər. Ona görə informasiya həm də hər bir siyasi güc 
mərkəzinin informasiya mühitinin qorunmasının başlıca vasitəsidir.  
Bu başlıca vəzifələri informasiya cəmiyyətdə müxtəlif yollarla və va-
sitələrlə  həyata  keçirir.  Bu  istiqamətdə  informasiyanın  aşağıdakı  əsas 
funksiyalara malik olduğunu göstərmək olar: 
Məlumat funksiyası. Bu zaman informasiya sadəcə məlumat çatdırır. 
Cəmiyyətdə  nələrin  baş  verməsi  fəal  ictimaiyyəti  həmişə  maraqlandırır. 
Hər hansı bir hadisə haqqında məlumatın olmaması cəmiyyətdə narahat-
lıqlar  yarada,  insanların  mənəvi-psixoloji  durumuna  mənfi  təsir  göstərə 
bilər. Vaxtında  verilmiş  məlumat  cəmiyyətdə  yarana biləcək  narahatlığı 
aradan qaldıra bilər; 
Təbliğat  funksiyası.  Dövlətin,  siyasi  güc  mərkəzlərinin  marağında 
olduğu məsələlərin daha geniş əhali kütləsinin inancına çevrilməsi, onlara 
qəbul etdirilməsi üçün informasiyanın imkanları böyükdür. Xarakteri, da-
vamlılığı etibarilə informasiya ictimai rəyin formalaşmasında mühüm rol 
oynayır.  Bu  zaman  xüsusilə  informasiya  mənbələrinə  çıxışı  olmayan 
əhali kütləsinə verilən informasiyanın xarakterindən asılı olaraq yeni icti-
mai rəy aşılamaq mümkündür; 
Səfərbəredici  funksiya.  İctimai  rəyinə  təsir  göstərilmiş  əhalinin  bir 
məqsəd ətrafında birləşdirilməsində, konkret fəaliyyət üçün səfərbər edil-
məsində də informasiyanın özünəməxsus rolu vardır. Kütləvi informasiya 
vasitələrinin  sürətlə  inkişaf  etdiyi  bir  dövrdə  ictimaiyyətin  potensialını  bir 
istiqamətə yönəltmək üçün informasiyanın gücündən indi daha çox isti-
fadə edilir. 
Ġnformasiya təhlükəsizliyi funksiyası. Qarşı tərəfin və ya ətraf alə-
min ziyanlı informasiyasının qarşısının alınması. İnformasiya müharibəsi 
zamanı qarşı tərəf cəmiyyətdə ruh düşkünlüyü, xaos, qarışıqlıq yaratmaq, 
dövlət orqanlarının düzgün qərarlar qəbul etməsinə inamsızlıq formalaş-
dırmaq  üçün  dezinformasiyalara  əl  atmaqdan  çəkinmir.  Bunun  qarşısı 
düzgün və çevik informasiya siyasəti ilə alına bilər. 
Müasir dünyada texniki informasiya vasitələri elə sürətlə inkişaf edir 
ki,  hətta  informasiyanın  dezinformasiya-təxribatçı  funksiyaya  malik  ol-
masından  da  danışmaq  mümkündür.  Başqa  sözlə,  yuxarıda  toxunulan 
funksiyaların  xarakterini  elə  istiqamətləndirmək  mümkündür  ki,  infor-
masiya insanlara səfərbəredici təsirdən daha çox dağıdıcı təsir göstərə bi-


 
8
 
lər. Yəni hadisələrin və ya qarşıya qoyulan məqsədin mahiyyətini gizlət-
məklə insanlarda yanlış təsəvvür yaratmaq və onları yanlış fəaliyyətə is-
tiqamətləndirmək mümkündür. Müasir dünyada təsadüf edilən terror, se-
paratizm,  təcavüzkar  millətçilik  və  s.  kimi  hallar  informasiyanın  yanlış 
istiqamətləndirilməsinin bir nəticəsidir. Bəzən informasiya elə məharətlə 
qurulur ki, onun yanlışlığının aydınlaşdırılması adi insan üçün son dərə-
cə çətin olur və bu zaman informasiyanın dağıdıcı, təxribatçı funksiyası 
işə düşür. 
Xarakterindən asılı olmayaraq informasiyanın arxasında müəyyən  güc 
mərkəzləri dayanır və müəyyən məqsədə xidmət edir. Hər bir tərəf öz ma-
raqlarına cavab verən informasiyanı istifadə etməkdə özünü haqlı sayır. 
Belə anlarda informasiyanın obyektivliyinin müəyyənləşdirilməsi də çə-
tinləşir. Bu isə bir çox hallarda ağır nəticələrə gətirib çıxarır. 
Hansı  məqsədə  xidmət  etməsindən  asılı  olaraq  informasiya  kütləvi 
qırğın silahlarından da qorxulu bir silaha çevrilə bilər. Hazırkı dünyanın 
insan  fəlakətlərinə  gətirib  çıxarmış  istənilən  hadisəsinin  tarixinə  diqqət 
yetirilərsə, bu hadisənin meydana gəlməsində, onun inkişafında informa-
siyadan geniş istifadə edildiyini  görmək mümkündür. 
Bu  mənada  hazırkı  dünyanın  etnik-regional  münaqişələri  də  istisna 
təşkil etmir. Əksinə, informasiyanın istifadəsinin xarakteri bu münaqişə-
lər ətrafında müxtəlif fikirlərin, təsəvvürlərin formalaşmasına, onlara müx-
təlif yanaşma formalarının meydana gəlməsinə və uzunömürlü olmasına 
imkan vermişdir. Ona görə bu etnik münaqişələrdə informasiyanın necə 
istifadə  edilməsinin  öyrənilməsi,  informasiyanın  vasitə  və  üsullarının 
araşdırılması həmin  münaqişələrin mahiyyətinin aydınlaşdırılmasına, mü-
naqişənin informasiya modelinin və onun inkişaf mərhələlərinin yaradıl-
masına kömək etmiş olar. Bu araşdırma eyni zamanda informasiyadan is-
tifadəyə elmi yanaşmanın formalaşmasına kömək edə bilər.  
Bu  baxımdan  Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  modelinin 
araşdırılması ümumən etnik  münaqişələrin informasiya  modelinin yara-
dılması  üçün  əhəmiyyət  kəsb  edir.  Nəzərə  almaq lazımdır  ki, XX  əsrin 
sonlarında  başlanan  etnik  münaqişələrin  demək  olar  ki,  hamısının  ilkin 
olaraq informasiya  modeli yaradılmış və sonra da bu modelin reallaşdı-
rılmasının üsul və vasitələrinin axtarılmasına başlanmışdır. 
Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli bu münaqişə ətra-
fında qurulmuş informasiya siyasətinin mahiyyəti, onun planlaşdırılması, 
icrası və informasiya auditoriyasına çatdırılması üçün istifadə olunan for- 
ma, üsul və vasitələrin məcmusudur.  


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə