Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

 
63
 
qalması,  köməksiz  ermənilərin  qırılması  və  müsəlmanların  vəhşilikləri 
haqqında informasiya təbliğat kampaniyası başlanırdı (31). 
Ermənilərin  bu  dəsti-xəttə  malik  olmasını  digər  müəlliflər  də  təsdiq 
edirlər. Məsələn, bildirilir ki, XIX əsrin sonlarında və XX əsrin əvvəllə-
rində  erməni  daşnakları  tərəfindən  həyata  keçirilən  qırğınlar  zamanı  er-
məni silahlıları bu və ya digər yaşayış məntəqəsinə daxil olaraq bomba-
lar partladır, silahlarını işə salır, müsəlman əhalinin nümayəndələrini qət-
lə yetirir, sonra da aradan çıxırdılar. Erməni qiyamçılarının bu vəhşiliklə-
rinin  cəzasını  isə  yerli  erməni  əhalisi  çəkirdi.  Qeyd  olunurdu  ki,  oxşar 
dəst-xətt Zaqafqaziyada da təkrar olunurdu (32). 
İngilis jurnalisti Skotland Liddel də qeyd edirdi ki, müsəlmanlar üzə-
rinə  hücum  edən  ermənilər  onların  qisası  ilə  rastlaşırdılar  və  sonra  da 
təbliğat  kampaniyasına  başlamaqla  "məzlum"  ermənilərə  dəstək  və  rəğ-
bət qazanılmasına cəhd göstərirdilər (33). 
1988-ci ilin fevral ayının sonlarında Sumqayıtda yaradılmış iğtişaşlar 
da yuxarıda haqqında danışılan klassik erməni dəst-xəttinin təzahürüdür. 
Dağlıq Qarabağın Azərbaycandan qoparılması istiqamətində dünya icti-
maiyyətinin, Avropa və Amerika  siyasi qüvvələrinin diqqətini və dəstə-
yini cəlb etmək üçün erməni millətçiləri belə bir təxribata və ardınca da 
geniş antiazərbaycan təbliğatına əl atdılar. 
Çirkin niyyətlərinə nail olmaq üçün erməni  millətçiləri azərbaycanlı-
lar arasında  yaşayan öz soydaşlarını qurban verməkdən çəkinmədilər. Be-
lə bir təxribatın həyata keçirilməsi üçün Sumqayıt şəhərinin seçilməsi də 
təsadüfi  deyildi.  Şəhərdə  azərbaycanlı  əhalinin  mütləq  çoxluq  təşkil  et-
məsi ilə bərabər, burada 1987-ci ilin sonlarından başlayaraq Ermənistan 
ərazisindən vəhşicəsinə qovulmuş azərbaycanlılar da az deyildi. Ev-eşik-
lərini və bütün yaşayışlarını itirmiş bu insanlarda qisas hisslərinin qızış-
dırılması  üçün  obyektiv  bir  zəmin  mövcud  idi  ki,  ermənilər  də  bundan 
məharətlə istifadə  etdilər. Erməni  millətçiləri  təkcə  bu  təxribatı  planlaş-
dırmadılar, eyni zamanda onun icraçısı oldular. Milliyyətcə erməni olan 
Eduard Qriqoryan Sumqayıtda həyata keçirilən qarışıqlıqlar zamanı şəx-
sən 5 ermənini qətlə yetirmiş, bir neçə erməni qadınını isə kütlə qarşısın-
da zorlamışdı (34). 
Erməni millətçilərinə rəğbəti ilə seçilən SSRİ rəhbəri M.S. Qorbaçov 
da vaxtilə Z.Balayan və S.Kaputikyan kimi millətçiləri xəbərdar etmişdi 
ki,  Azərbaycan  ərazisində  qızışdırıcı  təbliğatı  həyata  keçirməklə  burada 
yaşayan  ermənilərin  taleyini  yaddan  çıxarmasınlar  (35).  Amma  əslində, 


 
64
 
öz  soydaşlarını  qurban  vermək  erməni  təbliğat  ənənələrinin  əsas  tərkib 
hissələrindən biridir ki, bu ənənə Sumqayıtda da öz təcəssümünü tapdı. 
Sumqayıt hadisələrinin baş verməsi ilə Azərbaycana qarşı total şəkil-
də  informasiya-təbliğat  müharibəsi  başladı.  Erməni  millətçiləri,  erməni 
kilsəsi və erməni diasporu bütün potensialını antiazərbaycan təbliğatının 
genişləndirilməsinə  istiqamətləndirdi.  Bu  təbliğatın  əsas  məzmununu  da 
"əzabkeş" ermənilərin Azərbaycanda qırğınlara məruz qalması, ermənilə-
rin azərbaycanlılarla birgə yaşayışının mümkün olmaması, Dağlıq Qara-
bağın Azərbaycandan qoparılmasının zəruriliyi, Dağlıq Qarabağda ermə-
ni  milli-azadlıq  hərəkatının  boğulması  və  s.  kimi  cəfəng  fikirlər  təşkil 
edirdi. Sumqayıt hadisələri videokadrlarda eybəcər şəklə salınaraq dünya 
ekranlarına çıxarıldı, qəzet və jurnallar mahiyyəti təhrif edilmiş yazılarla 
dolduruldu.  Əslində,  Sumqayıt  hadisələri  bəhanəsi altında  Dağlıq  Qara-
bağ məsələsi ilə bağlı Azərbaycana qarşı geniş informasiya müharibəsinə 
təkan verildi. 
Qeyd etmək lazımdır ki, erməni millətçi qüvvələri Sumqayıt hadisələ-
ri üzərində geniş təbliğat işləri aparmağa, dünya miqyasında böyük səs-
küy salmağa nail oldular. Bu məsələ ilə bağlı çoxlu sayda kitablar, top-
lular çap edildi, müxtəlif dillərə tərcümə olundu, qəzet və jurnallar millətçi 
erməni yazıları ilə dolduruldu, filmlər quraşdırıldı. Amma bu erməni təb-
liğat  materiallarının  heç  birində  öz  soydaşlarını  öldürən  və  zorlayan  və 
bununla da ətrafındakıları qızışdıran Eduard Qriqoryanın adına rast gəl-
mək mümkün deyil. Çünki erməni millətçilərinə həqiqətlərin üzə çıxarıl-
ması yox, bir neçə erməninin ölümü ilə nəticələnən bir iğtişaş lazım idi 
ki, onun əsasında müvafiq təbliğatın aparılmasına başlamaq mümkün ol-
sun. Buna da ermənilər nail ola bilmişdilər. Başqa sözlə, böyük təbliğat 
kampaniyasına  bəhanə  əldə  etmək  üçün  öz  soydaşlarını  qırğına  vermək 
ənənəsi  müasir  dövrdə  də  erməni  millətçilərinin  güvəndiyi  etibarlı  me-
todlardan biri oldu. 
Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  əvvəllərində  Qarabağda  milli  zə-
mində qırğınların başlanması üçün də ermənilər bu metoddan istifadə etmiş-
dilər. Məlumdur ki, 1905-ci ilin avqust ayının 16-da bir dəstə erməni si-
lahlısı Şuşanın İrəvan darvazası həndəvərində bir ermənini qətlə yetirdi-
lər. Sonra da onun meyitini erməni məhəlləsinə sürüyərək böyük hay-küy 
qaldırdılar,  dad-fəryad  qopararaq  ermənilərə  qarşı  kütləvi  hücumların 
başlandığını  öz  soydaşlarının  beyninə  yeritməyə  çalışdılar.  Bununla  er-
məni millətçiləri Şuşanın erməni məhəlləsində aləmi  bir-birinə vurdular 
və müsəlman əhaliyə qarşı qırğınlara başladılar (36). 


 
65
 
Şuşa  şəhərində  erməni  millətçiləri  tərəfindən  başlanan  qırğınların 
ikinci mərhələsi 1906-cı ilin iyul ayına təsadüf edir. Yeni qırğınların baş-
lanması üçün ermənilər hərtərəfli hazırlıq görsələr də, bəhanə kimi yenə 
sınanmış metoda əl atdılar. Bu dəfə də onlar bir ermənini qətlə yetirərək 
meyitini azərbaycanlılar yaşayan məhəlləyə atdılar. Sonra da məlum sse-
nari üzrə erməni təbliğatı, hay-küyü  geniş vüsət aldı və azərbaycanlıların 
qırılması üçün ictimai-psixoloji fon yaradıldı (37 ). 
Erməni  millətçiləri  öz  klassik  metodu  ilə başladıqları  milli qırğınları 
arzusunda  olduqları  nəticələrlə  başa  vurmadıqda  belə,  ondan  məharətlə 
öz təbliğatları üçün istifadə edirdilər. İngilis jurnalisti S.Liddel haqlı ola-
raq qeyd edirdi ki, bu zaman ermənilər bir tərəfdən, ümumiyyətlə, bir et-
nik toplum kimi təzyiqlərə, təqiblərə məruz qaldıqları haqqında hay-küy 
qaldırır,  bir  tərəfdən  də  öz  millətçiliklərinin  qurbanı  olan  erməni  itkilə-
rindən təbliğat kampaniyasının aparılmasında istifadə edirdilər. S.Liddel 
çox  dəqiqliklə  müşahidə  etmişdi  ki,  öldürülmüş  erməni  millətçi  erməni 
təbliğatı üçün  çox qiymətli təbliğat materialıdır. O, əlavə edirdi ki, mə-
sələyə lazım olan kimi yanaşıldığı təqdirdə erməni ölüsü erməni təbliğa-
tının aparılmasına çox böyük fayda verə bilər. Onun bu qənaətini Qafqaz 
İslam Ordusunun komandanı olmuş Nuru paşa da bölüşürdü. Nuru paşa 
da qeyd edirdi ki, müxtəlif şəraitdə dünyasını dəyişmiş ermənidən az qa-
la təzyiqlər nəticəsində öldürülmüş erməni kimi istifadə olunurdu (38). 
Görmək  çətin  deyil  ki,  bu  təcrübə  bütünlüklə  Dağlıq  Qarabağ  müs-
təvisinə də keçirilmişdir. 1988-ci ildən başlayaraq ermənilərin və onların 
havadarlarının kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ erməni-
lərinin  sıxışdırılması, təzyiqlərə  məruz  qalması  haqqında  yüzlərlə  mate-
rial görmək mümkündür. Hadisələrin elə ilk günlərindən Dağlıq Qarabağ 
ermənilərinin  silahlandırılması  və  azərbaycanlı  əhaliyə  qarşı  zor işlədil-
məsi məlum faktdır. Lakin bu qeyri-qanuni silahlanmaya və qeyri-qanuni 
silahlı qurumların fəaliyyətinə qarşı göstərilən hər bir müqavimət də er-
mənilərin sıxışdırılması, onların təqib eilməsi kimi dəyərləndirilirdi. Bax-
mayaraq ki, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edil-
məsi üçün 1990-cı il iyul ayının 25-də SSRİ Prezidenti tərəfindən "SSRİ 
qanunvericiliyində  nəzərdə  tutulmamış  silahlı  dəstələrin  yaradılmasını 
qadağan etmək və qanunsuz silah saxlandığı halda onu geri almaq haq-
qında" fərman imzaladı. Onun icrası ilə bağlı 1991-ci ilin aprelində Xan-
lar rayonunun Çaykənd kəndində həyata keçirilən təmizləmə əməliyyatı 
ermənilərə qarşı təzyiq və təqib kimi böyük hay-küyə səbəb oldu. Yalnız 
internetdə "Koltso" əməliyyatı üçün axtarış verməklə erməni təbliğatının 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə