Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   ...   100

 
9
 
Dağlıq  Qarabağ  etnik-regional  münaqişəsi  həm  keçmiş  sovet  məka-
nında, həm də XX əsrin sonlarında dünyada böyük qlobal dəyişikliklərin 
baş verməsi prosesində meydana gəlmiş ilk etnik münaqişədir. Bu müna-
qişənin  də  digər  münaqişələr  kimi  genişlənməsində,  regional  problemə 
çevrilməsində  və  regiona  təhlükə  yaratmasında  informasiyanın    özünə-
məxsus rolu vardır. 
Qeyd etmək lazımdır kiDağlıq Qarabağ münaqişəsi, eləcə  də digər 
etnik-regional münaqişələr haqqında həm münaqişələrin əhatə etdiyi öl-
kələrdə, həm də dünya miqyasında çoxlu yazılar, araşdırmalar, tədqiqat-
lar, kitablar və s. işıq üzü görmüşdür. Amma bu münaqişələrin, o cümlə-
dən Dağlıq Qarabağ münaqişəsinin informasiya modeli, informasiya mən-
zərəsi, inkişafının informasiya bazası haqqında ayrıca geniş tədqiqat işlə-
ri aparılmamışdır. Dağlıq Qarabağ münaqişəsinin özünəməxsus informa-
siya bazası vardır. Etnik münaqişələrin meydana gəlməsində oxşar cəhət-
lər sözsüz ki, vardır. Amma coğrafi, tarixi şərait, münaqişəyə cəlb olunan 
tərəflərin imkanları,  münaqişədə  maraqlı  olan  tərəflərin  müxtəlifliyi  hər 
bir etnik münaqişənin fərqli tərəflərini üzə çıxarır. Bu baxımdan Dağlıq 
Qarabağ münaqişəsinin digər etnik münaqişələrlə oxşar tərəfləri olduğu ki-
mi, fərqli tərəfləri də vardır. Bu fərqli cəhətlərin biri də Dağlıq Qarabağ 
münaqişəsinin özünəməxsus informasiya bazasına malik olmasıdır. Ona 
görə  də  bu  problemin  əhatəli  şəkildə  araşdırılması  münaqişənin  doğru 
mənzərəsini təsəvvür etməyə imkan verə bilər. 
Bu  mövzuda  tədqiqatın  aparılması  münaqişənin  həllinin  proqnoz-
laşdırılması  baxımından  da  əhəmiyyətli  ola  bilər.  Çünki  bu  məsələnin 
düzgün araşdırılması ilə münaqişənin informasiya modelinin növbəti mər-
hələlərini proqnozlaşdırmaq və həmin mərhələyə uyğun olan informasiya 
siyasəti formalaşdırmaq mümkündür. 
Məlumdur ki, etnik münaqişənin ən azı iki tərəfi mövcuddur. Ona görə 
münaqişənin də ən azı iki informasiya modeli mövcuddur. Başqa sözlə, 
etnik  münaqişəyə  cəlb  olunan  tərəflər  hər  biri  bu  münaqişəni,  onun  ya-
ranma  səbəblərini  və  həlli yollarını  öz  maraqlarına  uyğun  şəkildə  görür 
və təqdim edir. Dağlıq Qarabağ münaqişəsində də bu məsələ xarakterik-
dir. Çünki münaqişəsinin tərəfləri münaqişə ilə bağlı öz baxışlarını, maraqla-
rını, baş verən proseslərə öz münasibətlərini formalaşdırıb cəmiyyətə təq-
dim etmişlər. 
Qeyd  etmək  lazımdır  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  üçüncü  bir 
informasiya modeli də mövcuddur. Bu da beynəlxalq təşkilatların qərar-
ları, böyük dövlətlərin rəhbərlərinin bu münaqişəyə olan münasibəti, tə-


 
10
 
rəfsiz beynəlxalq ekspertlərin və mətbuat vasitələrinin təsiri ilə formala-
şan  informasiya  modelidir.  Həmin  model  bir  qədər  tədricən,  uzun  vaxt 
ərzində, müəyyən vaxtda bir qədər örtülü şəkildə formalaşsa da, münaqişə-
nin həlli üçün doğru mənzərə yaradılmasında böyük əhəmiyyətə malikdir. 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  tərəflərin  informasiya  modeli 
müxtəlif inkişaf mərhələləri keçmişdir. Hələlik bu münaqişənin informa-
siya modelinin üç mərhələdən keçdiyini qeyd etmək mümkündür. 
Birinci  mərhələ – ilkin mərhələdir. Bu mərhələdə münaqişənin baş-
lanmasına ehtiyatlı yanaşma, münaqişənin əsaslandırılması, münaqişəyə 
ictimaiyyətin  münasibətinin  öyrənilməsi,  münaqişə  ilə  bağlı  ictimai  rəy 
yaradılması. 
Ġkinci mərhələ – münaqişənin aktiv fazasıdır. Bu mərhələdə informa-
siya siyasəti başlıca olaraq tərəflərin mövqeyi haqqında daxili və beynəl-
xalq münasibətin formalaşdırılmasına, cəmiyyətin münaqişənin başa çat-
dırılmasına səfərbər edilməsinə, qarşı tərəfin ictimaiyyətinə və hərbi-si-
yasi  qurumlarına  psixoloji  təsir  göstərilməsinə,  tərəflərin  mövqelərinin 
doğruluğunun  əsaslandırılmasına istiqamətlənmişdir. 
Üçüncü  mərhələ  –  münaqişənin  aktiv  fazasından  sonrakı  dövrdür. 
Bu dövrdə informasiya siyasəti başlıca olaraq münaqişənin tərəflərin ma-
raqları nəzərə alınmaqla nəticələnməsinin, münaqişədən sonrakı vəziyyə-
tin  doğruluğunun  və  ya  qeyri-doğruluğunun  əsaslandırılmasına, beynəl-
xalq  təşkilatlarda  və  dünya  birliyində  müfafiq  maraqların  qorunmasına 
və bunun üçün müvafiq ictimai rəyin formalaşdırılmasına istiqamətləndi-
rilmişdir. 
Dağlıq  Qarabağ  münaqişəsinin  tarixini  öyrənməklə  belə  bir  qənaətə 
gəlmək  mümkündür  ki,  bu  münaqişənin  informasiya  modelinin  4-cü 
mərhələsi  də  olacaqdır.  Çünki  bu  münaqişənin  həlli  ilə  bağlı  vasitəçi 
Minsk Qrupunun təklifləri, beynəlxalq təşkilatların qərarları və təklifləri 
hər iki tərəfdən eyni şəkildə qəbul edilmir. Əgər tərəflər gələcəkdə bey-
nəlxalq səviyyədə hazırlanmış təklifləri qəbul etməli olsalar, onda müna-
qişəyə cəlb olunmuş əhalinin birgə yaşayışının və ya qonşuluq şəraitində 
yaşayışının əsaslandırılması üçün yeni bir informasiya siyasətinin forma-
laşdırılmasına ehtiyac yaranacaqdır. 
Ümumən,  Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  modelinin  bu 
dörd mərhələsini digər etnik münaqişələrə də tətbiq etmək mümkündür. 
Ona görə də Dağlıq Qarabağ münaqişəsinin informasiya modelləşdi-
rilməsinin  öyrənilməsi  həm  XX  əsrin  sonlarında  baş  vermiş  digər  etnik 
münaqişələrin informasiya modelinin təsəvvür edilməsinə, həm də gələcək-


 
11
 
də baş verə biləcək etnik münaqişələrin informasiya modelinin proqnoz-
laşdırılmasına kömək edə bilər. 
Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  modelinin  iki  aspektini 
qeyd etmək mümkündür: 
Tarixi-mədəni aspekt. Münaqişənin başlanmasının tarixi-mədəni sə-
bəblərlə əsaslandırılması. Başqa sözlə, hər iki tərəfin informasiya siyasə-
tində tərəflərin münaqişə ərazisində tarixən yaşadığı, münaqişə zonasına 
tarixən iddialı olduğu əsaslandırılır. 
Hüquqi aspekt. Hər iki tərəfin informasiya siyasətində eyni zamanda 
münaqişə tərəflərinin münaqişə zonasına olan iddialarının hüquqi cəhət-
dən əsaslandırılmasına geniş yer ayrılmışdır. 
Hər  iki  aspektin  formalaşdırılması  zamanı  ortaya  atılan  məsələlərə 
tərəflərin  öz  maraqlarından  yanaşması  informasiya  siyasətində  özünə 
geniş yer tapmışdır. 
Dağlıq  Qarabağ  münaqişəsinin informasiya  modelinin  formalaşdırıl-
ması vasitələri, yolları, üsulları, informasiya üstünlüyü uğrunda aparılan 
mübarizə,  münaqişənin  informasiya  modeli  ilə  real  vəziyyət  arasında 
qarşılıqlı  əlaqə  və  digər  məsələlərin    də  araşdırılması  və  bu  sahələrdə 
olan  təcrübənin  ümumiləşdirilməsi  istər  Dağlıq  Qarabağ  münaqişəsinin 
mahiyyətinin başa düşülməsinə, istərsə də bütünlükdə mövcud olan etnik 
münaqişələrin inkişaf tarixinin başa düşülməsinə kömək edə bilər. 
Özlüyündə etnik münaqişə kifayət qədər mürəkkəb bir prosesdir. Ona 
görə  aparılan  geniş  tədqiqat  zamanı  münaqişənin  informasiya  modeli ilə 
bağlı bir sıra digər məqamlar da üzə çıxa bilər. Amma istənilən halda bu-
günkü  etnik  münaqişələrin  mahiyyətinin  daha  tam  təsəvvür  edilməsi  üçün 
onların informasiya modelinin araşdırılmasına ehtiyac vardır. Çünki düz-
gün  informasiya  siyasəti  bütün  etnik  münaqişələrin  istər  qızışdırılması, 
istərsə də həlli üçün siyasətçilərin əlində ən təsirli silahlardan biridir. 
Sonda qeyd etmək lazımdır ki, mövzu ilk dəfə geniş tədqiqat obyekti-
nə  çevrildiyi  üçün  təqdim  olunan  kitabda  bütün  məsələlərin  əhatə  olun-
duğunu  söyləmək  doğru  olmazdı.  Hər  şeydən  əvvəl,  ona  görə  ki,  araş-
dırılan  problem  inkişafda  olan    bir  problemdir  və  vaxt  ötdükcə  qarşıya 
yeni-yeni məqamlar çıxır. Bu məqamların öyrənilməsi yeni qənaətləri or-
taya çıxara bilər. Digər tərəfdən mövzunun öyrənilməsinin davam etdiril-
məsi  ilə  Dağlıq  Qarabağ  münaqişəsinin  daha  bütöv  mənzərəsini  forma-
laşdırmaq mümkün ola bilər. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə