Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   ...   100

 
12
 
I FƏSĠL 
 
ETNĠK MÜNAQĠġƏLƏRĠN ĠNFORMASĠYA QARġIDURMASI 
 
Son  illərin  etnik  münaqişələrinin  xarakterik  xüsusiyyətlərindən  biri 
onun  informasiya  modelinin  ön  xəttə  çıxarılmasıdır.  Bu  modelin  hansı 
məzmunda  olması  etnik  münaqişə  tərəflərinin  siyasi  mövqeyi  və  siyasi 
niyyətləri ilə müəyyənləşir. Nəzərə alınsa ki, etnik münaqişələrin ən azı 
iki tərəfinin (subyektinin) olması mümkündür, məntiqi olaraq həmin mü-
naqişənin informasiya modeli də ən azı iki mövqedə formalaşdırıla bilər. 
Etnik münaqişənin informasiya modeli qısa deyilərsə, münaqişə tərəf-
lərinin  həmin  münaqişə  ilə  bağlı  baxışlarının  informasiya  əksidir.  Bura 
etnik münaqişənin başlanmasının səbəbləri, hərəkətverici qüvvələri, qar-
şıya qoyulan məqsədləri, perspektivi, nəticələri, tarixi və s. ilə bağlı mü-
naqişə tərəflərinin informasiya  ilə ictimaiyyətə  təqdim  olunan  mövqeyi, 
münaqişə  ətrafında  cərəyan  edən  hadisələrin  məqsədyönlü  şəkildə  işıq-
landırılması, qarşı tərəfin baxışlarının qeyri-doğruluğunun sübut edilməsi-
nə cəhd göstərilməsi və s. daxildir. 
İnformasiya  istehlakının  kifayət  qədər  artdığı  bir  dövrdə  etnik  mü-
naqişə  tərəfləri  istər  daxili  auditoriya  üçün,  istərsə  də  ətraf  aləm  üçün 
münaqişənin qarşıya qoyulan məqsədlərinə uyğun olan mənzərəsini for-
malaşdırıb informasiya vasitəsi ilə təqdim etməklə daha geniş ictimai və 
beynəlxalq dəstək qazanmağa ümid bağlayırlar. Hazırkı dünyanın geopo-
litikasında ciddi əhəmiyyət kəsb edən ictimai-siyasi hadisələrin hansı is-
tiqamətdə inkişaf etməsində isə informasiya axınlarının təsiri altında for-
malaşan siyasi baxışların böyük rolu vardır. 
Etnik münaqişələrin informasiya modeli kifayət qədər dinamik ola və 
vaxtaşırı təkmilləşə bilər. Bu, etnik münaqişə tərəflərinin qarşıya qoydu-
ğu strateji məqsədə çatmaq üçün hansı mərhələlərdən keçməsi, hansı tak-
tiki vasitələrə əl atması, hansı daxili və xarici şəraitlə qarşılaşması, hansı 
hərəkətverici qüvvələrə malik olması və s. amillərlə bağlı ola bilər. Lakin 
istənilən  halda  etnik  münaqişənin  informasiya  modelinin  formalaşması 
münaqişə tərəflərinin informasiya fəaliyyətinin tərkib hissəsidir. 
Münaqişə  tərəflərinin  cəlb  olunduğu  münaqişə  ilə  bağlı  mövqeləri 
qarşıdurma xarakteri aldığı üçün onların informasiya fəaliyyəti də infor-
masiya qarşıdurması və informasiya müharibəsi kimi özünü göstərir. Əs-
lində, etnik münaqişənin informasiya modeli də məhz tərəflərin informa-
siya  qarşıdurmasının  və  informasiya  müharibəsinin  nəticəsi  kimi  özünü 
göstərir. 


 
13
 
1.
 
Etnik münaqiĢə və informasiya qarĢıdurması 
 
Müasir qloballaşan dünyanın həyatında baş verən ictimai-siyasi pro-
seslərin, o cümlədən etnik münaqişələrin idarə edilməsini informasiyasız 
təsəvvür  etmək  çətindir.  Bu  da  bəşər  aləmində  informasiyanın  rolunun 
artması ilə bağlıdır. Ünsiyyət texnologiyalarının müasir inkişaf səviyyəsi 
dünyanın  özünü  böyük  bir  informasiya  mühitində  birləşdirməkdədir. 
Ona  görə  də  fərdi  və  ictimai  həyatın  tənzimlənməsində  informasiyanın 
təsir imkanları artmaqdadır. Ətraf aləmdə baş verənlərin, cəmiyyətdə yer 
alan dəyişikliklərin öyrənilməsi və gündəlik və perspektiv fəaliyyətin də 
bu dəyişikliklərə uyğunlaşdırılması insanın, toplumun və cəmiyyətin tə-
bii ehtiyaclarından biridir. İstənilən ictimai, siyasi proses daxilində düz-
gün  istiqamət  seçməyin  başlıca  şərtlərindən  biri  də  məhz  həmin  proses 
haqqında  yetərli  informasiyaya  malik  olmaqdır.  İstənilən  məsələyə  mü-
nasibət bildirməyin ilkin şərti, həmin məsələ haqqında informasiya əldə 
edilməsidir.  İstənilən  məsələyə  ictimai  münasibətin  öyrənilməsinin  əsas 
şərtlərindən biri də həmin məsələ haqqında informasiyanın ictimaiyyətin 
istifadəsinə  verilməsidir.  İnsanların,  toplumların  və  cəmiyyətin  ictimai, 
siyasi, iqtisadi, mədəni, məişət maraqlarının öyrənilməsində də informa-
siyanın rolu artmaqdadır. 
İnformasiya,  sadəcə,  məlumatlandırma  və  maarifləndirmə  mənbəyi 
deyil. Onun qısa zamanda ictimai şüura təsir etmək, ictimai şüuru mani-
pulyasiya  etmək  və  nəhayət  ictimai  şüuru  istiqamətləndirmək  imkanı 
vardır.  Məharətlə  çatdırılmış  informasiyanın  maddi  qüvvəyə  çevrilməsi 
imkanı çox böyükdür. İctimai fikrin formalaşmasının və ya ictimai şüu-
run  əks-təsirlərdən  qorunmasının  başlıca  mənbələrindən  biri  də  düzgün 
çatdırılmış  informasiyadır.  Bu  baxımdan  informasiyanın  böyük  ictimai 
qüvvəsi  də  vardır.  Məhz  buna  görədir  ki,  informasiyanın  əldə  edilməsi, 
onun istehsalı və yayılmasının çevikliyi dövlətin və ya müvafiq qurum-
ların  güc  göstəricilərindən  biri  kimi  tanınmaqdadır.  Təsadüfi  deyil  ki, 
Amerika  Birləşmiş  Ştatlarının  hərbi  doktrinasında  informasiya  dövlətin 
dörd  güc  mənbəyindən  biri  kimi  xarakterizə  olunur.  Dövlətin  digər  güc 
mənbələri kimi isə diplomatiya, iqtisadiyyat və hərbi qüvvə göstərilir (1). 
Əslində, dövlətin digər güc mənbələrinin formalaşması da onların ət-
rafında  müvafiq  informasiya  fəaliyyətinin  düzgün  qurulmasından  çox 
asılıdır. Yuxarıda qeyd olunan xüsusiyyətinə görə, informasiya cəmiyyət 
həyatının idarə edilməsinin əsas vasitələrindən birinə çevrilmişdir. İnfor-


 
14
 
masiyanın daşıyıcıları olan kütləvi informasiya vasitələri hətta dördüncü 
hakimiyyət kimi də tanınır (2). 
Doğrudur,  inkişaf  etmiş  dövlətlərdə  kütləvi  informasiya  vasitələri 
dövlətin nəzarətindən kənarda olsa da, bu heç də onların təsir imkanlarını 
məhdudlaşdırmır. Kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırı-
lan informasiya axını ictimai şüurun istiqamətləndirilməsinin əsas mənbə-
lərindən biri kimi qalmaqda davam edir. Bu baxımdan informasiya axını 
insanlara  təsir  üçün  ənənəvi  istifadə  edilən  bir  sıra  güc  vasitələrini  də 
əvəz  etmək  qabiliyyətinə  malikdir.  Məsələn,  amerikalı  mütəxəssislərin 
bildirdiyinə görə, kütlənin iradəsini polis  və  ordunun gücü  ilə ələ  almaq 
mümkün  olmasa,  bu  işi  informasiya-təsir  vasitəsi  ilə  həyata  keçirmək 
mümkündür (3). 
Cəmiyyət həyatında baş verən ictimai proseslərin və o cümlədən etnik 
münaqişənin kütləviləşməsində də informasiyanın rolu böyükdür. Çoxlu 
sayda fərdlərin şüurlarının ictimailəşməsi, onlarda oxşar etnik təfəkkürün 
formalaşması  və  idarə  edilməsi  müvafiq  informasiya  siyasətinin  möv-
cudluğu ilə bağlı ola bilər. Həmin xüsusiyyəti bütün etnik  münaqişələr-
də,  o  cümlədən  Dağlıq  Qarabağ  münaqişəsinin  nümunəsində  tapmaq 
mümkündür. Bu münaqişənin təcrübəsi bir daha göstərdi ki, etnik müna-
qişə  ətrafında  qurulan  informasiya  fəaliyyətinin  xarakterindən  və  məz-
munundan asılı olaraq münaqişənin qabaqlanmasına və ya onun qızışdı-
rılmasına, münaqişə ilə bağlı geniş ictimai fikir formalaşdırılmasına, mü-
naqişənin  lokallaşdırılmasına  və  ya  onun  beynəlxalq  müstəviyə  çıxarıl-
masına,  münaqişənin  dinc  həllinə  və  ya  hərbi  müstəviyə  keçirilməsinə 
nail olmaq olar. 
İnformasiyalar öz xarakteri etibarilə müxtəlif qütblüdür və bunu etnik 
münaqişələrin nümunəsində də müşahidə etmək mümkündür. Münaqişə 
subyektlərinin problemə ictimai münasibəti, hər şeydən əvvəl, informasi-
ya qarşıdurması şəklində öz ifadəsini tapmaqdadır. Ona görə də XX əsrin 
sonlarında keçmiş sovet məkanında meydana gələn, o cümlədən də Dağ-
lıq Qarabağ münaqişəsi özünü ilk növbədə informasiya qarşıdurması ki-
mi nümayiş etdirmişdir. Əslində, informasiya qarşıdurması hazırda etnik 
münaqişələrin ayrılmaz elementinə çevrilmişdir. Bu da etnik münaqişələ-
rin təbiəti ilə bağlıdır. Yəni, etnik münaqişələr elə bir ictimai-siyasi hadi-
sədir ki, o, ilk növbədə özünü etnik mövqelərin, baxışların qarşıdurması 
kimi göstərir və tərəflərin informasiya qarşıdurması ilə müşayiət olunur. 
Cəmiyyət  daxilində  informasiya  qarşıdurmasına  ən  qədim  zamanlar-
dan rast gəlinir. Mütəxəssislərin fikrincə, informasiya qarşıdurması hələ 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə